Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Biliyin növləri - 40 test+izah

Total questions: 40

Worksheet time: 30mins

Name
Class
Date
1.
🟢 1. Hansı fikir yanlışdır?
a)
A) Metakoqnitiv bilik yuxarı təfəkkür səviyyəsinə uyğun gəlir uyğun gəlir.
b)
B) Faktoloji bilik Blum taksonomiyasının aşağı mərhələlərinə uyğun gəlir.
c)
C) Şagirdin tapşırığın həlli zamanı özü üçün düzgün strategiya seçməsi prosedural biliyə aiddir.
d)
D) Şagirdlər idraki proseslər haqqında nə qədər çox məlumatlı olsalar, daha yaxşı öyrənə bilərlər.
e)
E) Strateji bilik öyrənmə və tətbiqlə bağlı strategiyalardan xəbərdar olmalıdır.
2.
🟢 2. Fikirlərdən hansı yanlışdır?
a)
A) Şagirdlər bilik əldə edərkən onu koqnitiv proseslərdən keçirməlidirlər.
b)
B) Biliyin qəbulu zamanı koqnitiv və metakoqnitiv fəaliyyətlərin əhəmiyyəti böyükdür.
c)
C) Şagirdlər onlara ötürülən bilikdən özləri üçün bir məna çıxara bilməlidirlər.
d)
D) Biliyi faktoloji, konseptual, prosedural və metakoqnitiv olaraq təsnif edirlər.
e)
E) Şagird biliyin ötürülməsində passiv iştirakçı rolunu oynamalıdır.
3.
🟢 3. Uyğunluğu müəyyən edin.
a)
A) 1-a; 2-c; 3-d; 4-b
b)
B) 1-a; 2-c; 3-b; 4-d
c)
C) 1-d; 2-c; 3-a; 4-b
d)
D) 1-d; 2-c; 3-b; 4-a
e)
E) 1-b; 2-a; 3-d; 4-c
4.
🟢 4. Klasteri tamamlayın.
a)
A) Hasili 24 olan iki ədədin cəminin ən böyük qiymətini hesablayır.
b)
B) Yunanıstanda ilk olimpiya oyunlarının nə vaxt yarandığını bilir.
c)
C) Marafon döyüşünün kimlər arasında baş verdiyini bilir.
d)
D) “Birincilər yarışda qalib gəldi” cümləsində “birincilər” sözünün isim deyil, say olduğunu deyir.
e)
E) Hansı biliyə malik olub-olmadığını bilir.
5.
🟢 5. Deklarativ biliklə bağlı fikirlərdən hansı yanlışdır?
a)
A) Hər hansı bir sahəylə bağlı olan terminlər biliyin bu növünə aiddir.
b)
B) Fənlə bağlı dəqiq məlumatları özündə əks etdirir.
c)
C) Digər bilik növlərinin formalaşmasında mütləq deklarativ bilikdən istifadə olunur.
d)
D) Deklarativ biliyə idraki fəaliyyətin istənilən mərhələsində rast gələ bilərik.
e)
E) Hər hansı bir tapşırığın icrasını necə edəcəyimizi bilmək deklarativ bilik hesab edilir.
6.
🟢 6. Müəllim şagirddən xarici dildə yeni sözləri daha yaxşı yadda saxlamaq üçün hansı üsullardan istifadə etdiyini siniflə bölüşməsini xahiş edir. Şagird burada biliyin hansı növündən istifadə edəcək?
a)
A) konseptual bilik
b)
B) faktoloji bilik
c)
C) metakoqnitiv bilik
d)
D) prosedural bilik
e)
E) burada bilik yox, bacarıq tətbiq olunacaq
7.
🟢 7. Bu misraların mahiyyətini dərk edən şagirddə biliyin hansı növü formalaşacaqdır? "Canə sən candan nə kim gəlsə, ciyərlər ağrımaz Heqq bilir, bir zərrə neştərdən damarlar ağrımaz"
a)
A) faktoloji
b)
B) konseptual
c)
C) prosedural
d)
D) metakoqnitiv
e)
E) xatırlamaq
8.
🟢 8. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin.
a)
A) 1, 2
b)
B) 2, 3
c)
C) 1, 3
d)
D) 2, 4
e)
E) 1, 4
9.
🟢 9. Klasteri tamamlayın.
a)
A) “Bahariyyə” əsərinin hansı janrda yazıldığını bilir.
b)
B) “Söz” qəzəli haqqında verilən fikirlərdən doğruları müəyyənləşdirir.
c)
C) Özü üçün iş planı tərtib edir.
d)
D) Esse üçün meyar müəyyənləşdirir.
e)
E) XX əsrin əvvəllərinə aid olan tarixi faktları sadalayır.
10.
🟢 10. Nümunələrə əsasən biliyin növlərini müəyyənləşdirin. ↪️ 1. Verilənlər arasından İ.Şıxlının “Dəli Kür” romanında iştirak edən obrazları müəyyənləşdirir. ↪️ 2. Üç tərəfi 4 sm, dördüncü isə 8 sm olan trapeziyanın ən böyük bucağını tapır. ↪️ 3. Mətndə verilən sifətlərin dərəcələrini müəyyənləşdirir.
a)
A) 1-prosedural; 2-deklarativ; 3-metakoqnitiv
b)
B) 1-deklarativ; 2-konseptual; 3-prosedural
c)
C) 1-deklarativ; 2-prosedural; 3-konseptual
d)
D) 1-konseptual; 2-prosedural; 3-deklarativ
e)
E) 1-prosedural; 2-konseptual; 3-deklarativ
11.
🟢 11. Hansı nəqliyyat vasitələri bu gün müasir hesab edilmir? Və nə üçün? Bu suala cavab verən şagird biliyin hansı növündən istifadə edəcək?
a)
A) deklarativ
b)
B) konseptual
c)
C) prosedural
d)
D) metakoqnitiv
e)
E) faktoloji
12.
🟢 12. Biliyin öyrədilməsi ilə bağlı hansı fikir yanlışdır?
a)
A) Biliyi şagirdlərə seçici formada ötürmək lazımdır.
b)
B) Şagirdlər biliyin ötürülməsi zamanı passiv qəbul edən tərəf olmalıdırlar.
c)
C) Bilik ötürüldükdən sonra şagirdlər onu koqnitiv və metakoqnitiv fəaliyyətlərdən keçirməlidirlər.
d)
D) Informasiyanı seçici şəkildə təqdim etmək lazımdır.
e)
E) Biliyin öyrənilməsi zamanı müəllimin fasilitator kimi çıxış etməsi əldə olunan biliyin daha yaxşı yadda saxlanılmasına kömək edir.
13.
🟢 13. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin.
a)
A) 1, 2
b)
B) 2, 3
c)
C) 1, 4
d)
D) 2, 4
e)
E) 1, 3
14.
🟢 14. Nümunələrə əsasən biliyin növlərini müəyyənləşdirin. ↪️ 1. Şagird verilmiş isimləri qrammatik kateqoriyalarına görə qruplaşdırır. ↪️ 2. Şagird sözləri tərkibinə görə təhlil edir. ↪️ 3. Şagird hədəflərinə çatmaq üçün planlama hazırlayır.
a)
A) 1-konseptual; 2-deklarativ; 3-metakoqnitiv
b)
B) 1-metakoqnitiv; 2-konseptual; 3-prosedural
c)
C) 1-metakoqnitiv; 2-prosedural; 3-konseptual
d)
D) 1-konseptual; 2-prosedural; 3-metakoqnitiv
e)
E) 1-prosedural; 2-konseptual; 3-metakoqnitiv
15.
🟢 15. Hansı fikir doğrudur?
a)
A) Öyrədici olması üçün informasiyanın şagirdlərə seçici şəkildə təqdim edilməsi vacibdir.
b)
B) Şagirdlər biliyin ötürülməsində yalnız qəbul edən tərəf rolunu oynayır.
c)
C) Spesifik xüsusiyyətlər konseptual biliyə aiddir.
d)
D) Prosedural bilik şagirdin özü haqqındakı biliyə sahib olmasıdır.
e)
E) Metakoqnitiv bilik ardıcıl şəkildə atılan addımlar sırasını nəzərdə tutur.
16.
🟢 16. Sual işarəsinin yerinə yazıla biləcək ifadəni müəyyənləşdirin.
a)
A) prosedural
b)
B) metakoqnitiv
c)
C) konseptual
d)
D) faktoloji
e)
E) koqnitiv
17.
🟢 17. Uyğunluğu müəyyənləşdirin. ↪️ 1. prosedural ↪️ 2. konseptual ↪️ 3. deklarativ a. Azərbaycan ərazisində məskunlaşan ən qədim tayfaların adlarını bilir. b. Vətən mövzusunda yazılmış nəsr əsərlərini sadalayır. c. Mətnin ideyasına uyğun atalar sözünü müəyyənləşdirir. d. Cəmi 692, fərqi 326 olan iki ədəddən ən kiçiyinin neçə olduğunu hesablayır.
a)
A) 1-d; 2-b; 3-a,c
b)
B) 1-b,d; 2-a; 3-c
c)
C) 1-c; 2-d; 3-a
d)
D) 1-d; 2-c; 3-a,b
e)
E) 1-d; 2-a,c; 3-b
18.
🟢 18. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin.
a)
A) 1, 2
b)
B) 2, 3
c)
C) 3, 4
d)
D) 2, 4
e)
E) 1, 3
19.
🟢 19. Şagird özünüqiymətləndirmə zamanı biliyin hansı növündən istifadə edir?
a)
A) deklarativ bilik
b)
B) faktoloji bilik
c)
C) konseptual bilik
d)
D) metakoqnitiv bilik
e)
E) prosedural bilik
20.
🟢 20. Abituriyent ali məktəbin müəyyən bir ixtisasına qəbul olunmağı hədəf qoyur və hədəfinə çatmaq üçün gündəlik rejim təyin edir. Bu vəziyyətdə şagird biliyin hansı növünə sahibdir?
a)
A) deklarativ
b)
B) konseptual
c)
C) prosedural
d)
D) metakoqnitiv
e)
E) yaratmaq
21.
🟢 21. Konseptual biliklə bağlı verilmiş fikirlərdən hansı yanlışdır?
a)
A) Bu zaman şagird müxtəlif hadisələrlə bağlı anlayışlar arasında əlaqə qurur.
b)
B) Şagird müxtəlif anlayışlar arasındakı oxşar və fərqli cəhətləri bilir.
c)
C) Konseptual bilik faktoloji biliyə əsaslanır və məntiqi düşüncə tələb edir.
d)
D) Konseptual bilik tapşırığın icrası üçün bir neçə addımdan ibarət bilikdir.
e)
E) Konseptual bilik məfhum və anlayışlara əsaslanan mürəkkəb bilikdir.
22.
🟢 22. Şagird himnin dövlət rəmzi kimi əhəmiyyətini izah edir. Bu nümunəyə görə şagirddə biliyin hansı növü formalaşmışdır?
a)
A) konseptual
b)
B) faktoloji
c)
C) prosedural
d)
D) metakoqnitiv
e)
E) spesifik
23.
🟢 23. “Əgər cəmiyyətdə hər kəs hər zaman və hər yerdə istədiyini etsəydi, insanların həyatı necə olardı?” Verilmiş suala cavab verən şagird biliyin hansı növündən istifadə edəcək?
a)
A) deklarativ
b)
B) prosedural
c)
C) konseptual
d)
D) spesifik
e)
E) metakoqnitiv
24.
🟢 24. Hansı fikir doğrudur?
a)
A) Effektiv olması üçün tətbiqi xarakter daşıyan biliklərin şagirdlərə öyrədilməsi məqsədəuyğundur.
b)
B) Şagirdyönümlü dərsdə müəllimin əsas rolu şagirdə informasiya ötürməkdir.
c)
C) Spesifik xüsusiyyətləri bilmək konseptual biliyə aiddir.
d)
D) Prosedural bilik şagirdin özü haqqındakı biliyi əhatə edir.
e)
E) Metakoqnitiv bilik ardıcıl şəkildə atılan addımlar sırasını nəzərdə tutur.
25.
🟢 25. Verilənlərdən biri faktoloji biliyi yoxlayan sualdır:
a)
A) M.Füzuli nə üçün “Leyli və Məcnun” mövzusuna müraciət etmişdir?
b)
B) Metaforun Metonimiya ilə fərqlərini müəyyənləşdirin.
c)
C) Azərbaycan ədəbiyyatında ilk “Divan” müəllifi kimdir?
d)
D) “Koroğlu” dastanını Azərbaycan ədəbiyyatındakı əhəmiyyətini müəyyənləşdirin.
e)
E) Kompüteri işə salmaq üçün hansı ardıcıllığa riayət etmək lazımdır?
26.
🟢 26. Biliklə bağlı yanlıș fikir hansıdır?
a)
A) Faktoloji bilik Blum taksonomiyasının aşağı səviyyələrinə uyğun gəlir.
b)
B) Metakoqnitiv biliyə öyrənmə prosesindəki bəzi strategiyaları bilmək də aiddir.
c)
C) Uzun riyazi əməllərin yerinə yetirilməsi prosedural biliyin tətbiqini tələb edir.
d)
D) Prosedural bilik müəyyən müddətdən sonra avtomatikləşə bilər.
e)
E) Faktoloji bilik digər biliklər arasındakı əlaqə qurmağı tələb edir.
27.
🟢 27. Uyğunluq pozulmuşdur:
a)
A) Metakoqnitiv bilik – Düsturları yadda saxlamaq üçün fərqli strategiyaları bilmək
b)
B) Faktoloji bilik – Daş dövrünün hansı mərhələlərdən ibarət olduğunu bilir.
c)
C) Konseptual bilik – Sürünənləri ekoloji qruplara ayırmaq
d)
D) Prosedural bilik – Xətti tənliklərin həlli yollarını bilmək
e)
E) Konseptual bilik – Göllərin axarlı və axarsız olduğunu bilmək
28.
🟢 28. Şagird atası ilə dialoq zamanı bildirir ki, fransız dili fənnindən KSQ zamanı suallardan yalnız 2-ni səhv yazaraq 86 bal almışdır. Səhvlərini təhlil edərkən müəyyənləşdirmişdir ki, sualı da, cavabları da sonadək tam oxumadığından vacib məqamlar gözündən yayınıb. Bu situasiyada şagird biliyin hansı növünə sahib olduğunu nümayiş etdirir?
a)
A) prosedural
b)
B) konseptual
c)
C) metakoqnitiv
d)
D) deklarativ
e)
E) idraki
29.
🟢 29. Deklarativ bilik haqqında deyilənlərdən hansı doğrudur?
a)
A) Hər hansı bir sahəni anlamaq üçün lazım olan əsas elementləri əhatə edir.
b)
B) Şagirdin özü üçün öyrənmə strategiyasını müəyyənləşdirməsidir.
c)
C) Meyarların müəyyənləşdirilməsi üçün istifadə olunan bilikdir.
d)
D) Bir işin alqoritmi haqqında biliklərdir.
e)
E) Şagirdin ümumiləşdirmə ilə əldə etdiyi biliklərdir.
30.
🟢 30. Müəllim şagirddə instinkt, düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirməyi tapşırır. Bu tapşırığa aid biliyin növünü müəyyən edin.
a)
A) metakoqnitiv
b)
B) konseptual
c)
C) faktoloji
d)
D) prosedural
e)
E) burada bilik deyil bacarıqdan istifadə edilir
31.
🟢 31. Doğru fikri müəyyənləşdirin.
a)
A) Cümləni sintaktik təhlil edir. – deklarativ bilik
b)
B) Sağlam ekoloji mühitin insan fəaliyyətində rolunu izah edir. – metakoqnitiv bilik
c)
C) Verilənlər arasında Ədirnə müqaviləsinə aid olan müddəaları tapır. – spesifik bilik
d)
D) Yadda saxlamağı təmin etmək üçün abreviaturlardan istifadə strategiyalarını bilir. – prosedural
e)
E) Anlayışları necə tətbiq edəcəyini bilir. – deklarativ bilik
32.
🟢 32. Hansı fikir yanlışdır?
a)
A) Prosedural bilik tətbiq etmək mərhələsi ilə də əlaqəli olur.
b)
B) Mövzu ilə bağlı konseptual biliyə malik olmaqla şagird əsas və köməkçi nitq hissələrini fərqləndirə bilir.
c)
C) Qafiyənin nə olduğunu bilmək faktoloji bilikdir.
d)
D) Metakoqnitiv bilik digər biliklərə nisbətən daha yüksəkdir.
e)
E) İnsandakı bioloji proseslərin gedişini izah edə bilmək deklarativ bilikdir.
33.
🟢 33. Sual nümunələrindən biri faktoloji biliyin yoxlanmasına xidmət etmir:
a)
A) Ağac üzərindəki qrafikaya nə deyilir?
b)
B) Rusiyada təhkimçilik nə vaxt ləğv edildi?
c)
C) Rus sənətkarlığının ən böyük mərkəzi haradır?
d)
D) Poltava döyüşü neçənci ildə baş verib?
e)
E) İnformasiyanı daha yaxşı yadda saxlamaq üçün nə etməliyəm?
34.
🟢 34. Hansı sual konseptual biliyi yoxlayır?
a)
A) Amerika qitəsi hansı yarımkürədə yerləşir?
b)
B) Nə üçün Lənkəranda suyun qaynama temperaturu Lerikə görə daha yüksəkdir?
c)
C) Çaldıran döyüşü nə vaxt olub?
d)
D) Yağış hansı proses nəticəsində yaranır?
e)
E) Sosioloji anket sorğusu necə keçirilməlidir?
35.
🟢 35. Hansı fikir yanlışdır?
a)
A) Prosedural bilik əsasən tətbiq etmək mərhələsi ilə əlaqəli olur.
b)
B) Konseptual bilik şagirdə cümləni baş və ikinci dərəcəli üzvlərə ayırmağa xidmət edir.
c)
C) Spesifik bilik faktoloji biliyin bir növüdür.
d)
D) Metakoqnitiv bilik konseptual biliyə nisbətən daha üst səviyyədə yer alır.
e)
E) Ayrı-ayrı faktoloji bilik arasında əlaqə yaratmaq konseptual biliyə aiddir.
36.
🟢 36. Biliklə bağlı yanlıș fikir hansıdır?
a)
A) Biliyin qəbulunda şagird aktiv tərəf olmalıdır.
b)
B) Faktoloji biliyin heç də hamısı şagirdə öyrədilmir.
c)
C) Nəzəriyyə və modellərlə konseptual biliyə aiddir.
d)
D) Öyrənilənlər alqoritm şəklində mütləq tətbiq edilməlidir ki, prosedural bilik formalaşsın.
e)
E) Şagird qəbul etdiyi biliyi koqnitiv və metakoqnitiv analizlərdən keçirməlidir.
37.
🟢 37. Hansı fikir doğrudur?
a)
A) Mövzunun dərindən öyrənilməsində konseptual biliyin rolu önəmli deyil.
b)
B) Spesifik və terminoloji biliklər faktoloji biliyin növləri olsa da, onlar arasında bir bağlılıq yoxdur.
c)
C) Konseptual bilik faktoloji bilikdən asılı olmadan formalaşa bilir.
d)
D) Prosedural bilik özündə fəaliyyət ardıcıllığını ehtiva edir.
e)
E) Metakoqnitiv biliyin məzmunun öyrədilməsinə bir təsiri yoxdur.
38.
🟢 38. Hansı sual deklarativ biliyi yoxlayır?
a)
A) Sifət və feil sifəti fərqləndirin.
b)
B) Nyutonun II qanununun düsturu hansıdır?
c)
C) Dəyərlərin insan həyatındakı rolu nədən ibarətdir?
d)
D) Avtomobilin necə işə düşdüyünü izah edin?
e)
E) Su təbiətdə necə döv edir?
39.
🟢 39. Prosedural biliklə bağlı fikirlərdən hansı yanlışdır?
a)
A) Ardıcıl şəkildə icra olunan addımlar seriyasıdır.
b)
B) Avtomatikləşmir, yəni düşünülmədən tətbiq oluna bilmir.
c)
C) Dəqiq fənlərdə misal, məsələ həlli bu biliyə əsaslanır.
d)
D) Lazımi addımlar sabit və ya dəyişkən şəkildə icra oluna bilər.
e)
E) Hər hansı bir fənnə aid olan alqoritmlər prosedural biliyə aiddir.
40.
🟢 40. Aşağıdakı fikirlərdən hansı yanlışdır?
a)
A) Sintaktik təhlil zamanı istifadə olunan terminlər faktoloji biliyə aiddir.
b)
B) Konseptual bilik deklarativ biliklər üzərində qurulmuş bilikdir.
c)
C) Sözün fonetik təhlili yolunu bilmək prosedural bilikdir.
d)
D) İnsan özü haqqında biliyə malikdirsə, bu, metakoqnitiv bilik hesab olunur.
e)
E) İki hadisənin oxşar və fərqli xüsusiyyətlərinin müqayisə edilməsi prosedural bilikdir.