wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Mikroiqtisad - ümumi

Total questions: 10

Worksheet time: 11mins

Name
Class
Date
1.

Aşağıdakı elementlərdən hansı iqtisadi resursların sadə dövrü axını modelində yoxdur?

a)

Ev təsərrüfatları

b)

Firmalar

c)

Kapital

d)

İstehlak malları bazarı

e)

İstehsal amilləri bazarı

2.

Mənfəətin maksimumlaşdırılması şərti hansıdır?

a)

MR = MC

b)

P = ATC

c)

MR > MC

d)

MR < MC

e)

P = MC

3.

Rasional davranış hipotezi nəyi nəzərdə tutur?

a)

Mübadilə tərəfləri ədalətli davranırlar

b)

Azad bazar münasibətləri iqtisadiyyatda üstünlük təşkil edir

c)

Hər bir iqtisadi agent öz faydasını maksimumlaşdırmağa çalışır

d)

Hər kəs (hər iqtisadi agent) qaydalara əməl edir

e)

İnsanlar hər bir situasiyada fərqli davranırlar

4.

Bunlardan hansı iqtisadi resurs deyildir?

a)

İş qüvvəsi

b)

Kapital

c)

Torpaq və təbii ehtiyatlar

d)

Hava və gün işığı

e)

Sahibkarlıq bacarıqları

5.

Bu fikirlərdən hansı "Resurslaırn məhdudluğu problemi"ni daha yaxşı izah edir?

a)

Təbii ehtiyatlar tükənəndir

b)

İnsanların tələbatları ilə müqayisədə həmin tələbatları ödəmək üçün malik olduqları resurslar azdır

c)

İşçilərin aldıqları əmək haqqı onların sərf etdikləri iş qüvvəsinin dəyərini ödəmir

d)

Təbii ehtiyatlar tükənən olduğundan dövlət onlardan istifadəni tənzimləməlidir

e)

Dövlət ehtiyacı olanlara yardım etməlidir

6.

Bunlardan hansı mikroiqtisadın öyrənmə predmeti deyildir?

a)

İstehlakçı davranışları

b)

Sahə bazarları

c)

Firma davranışları

d)

Məcmu tələb və təklifl

e)

bazar tələb və təklifi

7.

“İqtisadi qərarlar __________  əsasında qəbul edilməlidir” fikrini aşağıdakı ifadələrdən hansı ilə tamamlamaq doğru olar?

a)

istehsal xərcləri

b)

mühasibat xərcləri

c)

transaksiya xərcləri

d)

iqtisadi xərclər

e)

sabit xərclər əsasında

8.

Bunlradan hansı bazar quruluşunun tipi deyildir?

a)

İstehlak malları bazarı

b)

Xalis inhisar bazarı

c)

Oliqopoliya bazarı

d)

İnhisarçı rəqabət bazarı

e)

Təkmil rəqabət bazarı

9.

Tələbin qiymət elastikliyi nəyi ifadə edir?

a)

Mala olan tələb 1 faiz artanda (azalanda) malın qiymətində baş verən dəyişikliyi (əmsal)

b)

Malın qiyməti 1 faiz artanda (azalanda) mala olan tələbdə baş verən dəyişikliyin səviyyəsini (faiz ifadəsində)

c)

Malın qiyməti artanda (azalanda) mala olan tələbin miqdarında baş verən dəyişikliyi (mütləq ifadədə)

d)

Tələb və təklifin qiymət tarazlığını

e)

Mala olan tələblə malın qiyməti arasındakı asılılığı

10.

Bunlardan hansı ekonomiksin prinsiplərinə aid deyildir?

a)

İnsanlar seçimlərlə üzləşirlər

b)

Bir şeyin dəyəri onu əldə etmək üçün imtina olunanlarla ölçülür

c)

Rasional insanlar marjinal faydanı düşünürlər

d)

İnsanlar stimullara cavab verirlər

e)

Ölkədə həyat səviyyəsi onun malik olduğu təbii ehtiyatlardan asılıdır