NEW
Font size
Worksheetsmakroek
Total questions: 10
Worksheet time: 8mins
İşçinin bir saata istehsal edə biləcəyi əmtəə və xidmətlərin miqdarını göstərən iqtisadi termini seçin?
Qıtlıq
İqtisadi artım
İnflyasiya
Məhsuldarlıq
İşsizlik
Əmtəə və xidmət istehsal etmək üçün istifadə edilən avadanlıq və struktur ehtiyatı məhsuldarlığı müəyyən edən hansı göstəricidir?
İnsan Kapitalı
Texnoloji Biliklər
Fiziki Kapital
Təbii Ehtiyatlar
ÜDM
İşçilərin təhsil, təlim və təcrübə sayəsində əldə etdikləri bilik və vərdişləri ifadə edən iqtisadi termini seçin
Texnoloji biliklər
Fiziki kapital
Savadlılıq faizi
Tətqiqat
İnsan kapitalı
Azərbaycan iqtisadiyyatının aparıcı sektorlarında məhsuldarlıq artışını təyin edən əsas göstərici hansıdır?
Fiziki kapital
Təbii ehtiyatlar
İnsan kapitalı
Texnoloji biliklər
Effektiv sərbəst bazar iqtisadiyyatı
Əmtəə və xidmət istehsal etməyin daha yaxşı yollarının bilinməsi hansı məhsuldarlıq göstəricisini ifadə edir?
İnsan Kapitalı
Texnoloji biliklər
Fiziki kapital
İnsani inkişaf göstəricisi
Təbii ehtiyatlar
Cəmiyyətin kapital istehsalına daha çox sərmayə qoyaraq, daha az istehlak etməsi və cari gəlirlərinin daha çox hissəsinə qənaət etməsi, dövlətin hansı siyasəti ilə reallaşır?
Xarici investisiya
Tətqiqat və inkişaf
Təhsil
Mülkiyyət hüququ
Əmanət və investisiya
Məzahir dayının İstanbul şəhərində tekstil zavodu açması…… investisiya adlanır. Əfruz xalanın fransız bir şirkətin səhmini alması isə …… investisaya adlanır.
Birdəfəlik xarici və birbaşa xarici
Portfel (dolayı) xarici və birdəfəli xarici
Sabit xarici və dəyişkən xarici
Birbaşa xarici və portfel (dolayı) xarici
Sabit xarici və birbaşa xarici
Dövlət siyasətinin məhsuldarlıq və həyat səviyyəsini yüksəltməsi üzləşdiyi məsələlərə aid olmayanı seçin
Xarici investisiya cəlb etmək
Əmanət və investisiya siyasətinə təsir etmək
Böhran illərində hərbi çevrilişlərə zəmin yaratmaq
Təhsilə yatırım etmək
Mülkiyyət hüququnu qorumaq
Yoxsul ölkələrin varlı ölkələrə nisbətən daha sürətlə inkişaf etməsi xüsusiyyətini izah edən iqtisadi termin hansıdır?
İnsani inkişaf indeksi
İnkişafın səmərəlilik effekti
İqtisadi artım
Deflator
İnflyasiya
Əhali artımının cəmiyyətin özünü təmin etmək qabiliyyətini müntəzəm olaraq azalda biləcəyini və nəticədə, bəşəriyyətin həmişəlik yoxsulluq içində yaşamağa məhkum olacağını irəli sürən iqtisadçı mütəfəkkir kimdir?
Con Maynard Keynes
Adam Smith
Tomas Robert Maltuş
Karl Marks
David Rikardo
