wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

movzu 10 quiz 2

Total questions: 10

Worksheet time: 2mins

Name
Class
Date
1.

Biri tərcemeyi-halı xarakterizə edən xüsusiyyət deyil:

a)

şikayət

b)

nailiyyətlər

c)

ailə tərkibi

d)

doğum ili

e)

təhsil haqqında məlumat

2.

Təqdimatın (prezentasiyanın) hazırlanma qaydalarına aid deyil:

a)

dizayna önəm vermək

b)

həddən artıq uzun cümlələrdən istifadə etmək

c)

həddən artiq animasiya vasitələrindən istifadə etməmək

d)

şəkilləri, videoları təqdimatın mövzusuna uyğun seçmək

e)

başlıqları fərqləndirmək

3.

Verilənlərdən biri səhv fikirdir:

a)

“Tərcümeyi-hal” ərəb sözüdür.

b)

Bioqrafiya kiminsə tərcümeyi-halının başqası tərəfindən yazılmış formasıdır.

c)

Avtobioqrafiya şəxsin öz əli ilə yazdığı tərcümeyi-haldır.

d)

Memuar ədəbiyyatı avtobioqrafik xarakterdə olur.

e)

Tərcümeyi-halla biblioqrafiya arasında fərq yoxdur.

4.

Biri özündə arayışın məzmununu ehtiva etmir:

a)

Arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilmir.

b)

Arayış müəssisə rəhbəri tərəfindən imzalanır.

c)

Bütün hallarda məsul şəxsin imzası möhürlə təsdiq olunmalıdır.

d)

Arayışın sonunda sənədin hara təqdim olunması qeyd edilməlidir.

e)

Bəzi hallarda fakültə dekanları da arayış verə bilərlər.

5.

Fikirlərdən biri doğru deyil:

a)

Arayışda söz sırası pozulmur.

b)

Arayışın dili xüsusi üslubda tənzimlənmir.

c)

Arayış sirf rəsmi –işgüzar üsluba əsaslanır.

d)

Arayışda emosionallığa, bədiiliyə yol verilməməlidir.

e)

Arayış həqiqəti əks etdirməlidir.

6.

Təqdimata aid olan xüsusiyyətlərdən biri səhv xarakterizə olunub:

a)

Təqdimat yalnız xoş niyyətlər üçün yazılır.

b)

Təqdimatın forması təxminən ərizə forması kimidir.

c)

Təqdimat ərizə və tələbnamə deyil.

d)

Yuxarı qurumun iclasında müzakirə edildikdə, təqdimatın tam mətni oxunur.

e)

“Təqdimat” ərəb sözüdür.

7.

İşgüzarlıq baxımından fərqlidir:

a)

manifest

b)

nota

c)

təqdimat

d)

fərman

e)

sərəncam

8.

1. Kəmalə Hacıyeva ali məktəbə qəbul olmuşdur. Sənədlərini təqdim edərkən ondan özü haqqında ətraflı məlumat verilməsi tələb olunur. O, hansı əməli yazı nümunəsi yazmalıdır?

a)

ərizə

b)

xasiyyətnamə

c)

arayış

d)

tərcümeyi-hal

e)

bildiriş

9.

1. ... Adilə Hüseynova ali kateqoriyalı müəllimdir. Bu günlərdə onun anadan olmasının 60 ili tamam olacaqdır. Kollektivdə böyük hörmətə malikdir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, A.T.Hüseynovanın 60 illik yubileyinin keçirilməsinə şərait yaratmağınızı Sizdən xahiş edirəm.

B.Nəbiyev

15.05.2018

Verilmiş nümunə hansı əməli yazı növünə aiddir?

a)

arayış

b)

ərizə

c)

təqdimat

d)

xasiyyətnamə

e)

akt

10.

Vəzifəyə təyin olunmaq üçün ilk növbədə tələb olunan sənədlər hansılardır?

a)

protokol və təqdimat

b)

tərcümeyi-hal və xasiyyətnamə

c)

təqdimat və izahat

d)

etibarnamə və xasiyyətnamə

e)

arayış və hesabat