NEW
Font size
WorksheetsExternatilies
Total questions: 10
Worksheet time: 5mins
Bir iqtisadi subyektin hərəkətlərinin ətrafdakıların rifahına kompensasiya olunmamış təsiri
İnflyasiya
Devalvasiya
Kənar təsir
Sıxışdırma
İşsizlik
Avtomobillərdən havaya buraxılan qaz iqtisadi olaraq hansı termin ilə ifadə olunur
Müsbət kənar təsir
Orta kənar təsir
Müsbət orta təsir
Mənfi kənar təsir
Mənfi orta təsir
Təmir olunmuş tarixi binaların iqtisadi olaraq hansı termin ilə ifadə olunur
Müsbət kənar təsir
Orta kənar təsir
Müsbət orta təsir
Mənfi kənar təsir
Mənfi orta təsir
Mənfi kənar təsirin nəticəsini düzəltmək üçün tətbiq olunan vergi hansı növ vergi olaraq adlandırılır?
Keynesyen vergi
Piqo vergi
Marksist vergi
Mütərəqqi vergi
Reqressiv vergi
Dövlət mənfi kənar təsiri olan sahələrə … tətbiq edərək, müsbət kənar təsiri olan fəaliyyət növlərinə isə … verərək kənar təsirləri daxililəşdirə bilər.
Subsidiya- qrant
Subvensiya- subsidiya
Dotasiya- vergi
Vergi- subsidiya
Subsidiya- subvensiya
Əgər tərəflər sərvətlərin bölüşdürülməsi üzrə heç bir xərc çəkmədən sövdələşə bilərlərsə, onların özləri kənar təsir problemini həll edə bilmələri hansı nəzəriyyə ilə açıqlanır?
Orta malların faciəsi nəzəriyyəsi
Oyun nəzəriyyəsi
Marksisit nəzəriyyə
Neoklassik nəzəriyyə
Kaos nəzəriyyəsi
Aşağıdakılardan hansı kənar təsirlərin fərdi həll yollarına aid deyil?
Əxlaq normaları
Xeyriyyəçilik
Maraqlı tərəflərin müqavilə bağlaması
Vergiləndirmə
Müxtəlif növ fəaliyyət sahələrinin birləşdirilməsi
Çayxana işlədən Samirin məkanının qarşısına Playstation oyun klubu açıldığını fərz edin. Playstation oyun klubunda yer olmadığı vaxtlarda, boş yer gözləyən müştərilər həmin gözləmə vaxtını çayxanada çay içərək keçirirlər. Belə ssenaridə playstation oyun klubunun çayxanaya təsirini iqtisadi terminlə ifadə edin
Playstation oyun klubunun ayağı yüngüldür
Müsbət təsir
Orta kənar təsir
Müsbət kənar təsir
Mənfi kənar təsir
İnsanların öz fəaliyyətlərinin kənar təsirlərini də nəzərə almaları necə adlanır?
Kənar təsirlərin kənarlaşdırılması
Kənar təsirlərin ortalaması
Kənar təsirlərin daxilləşdirilməsi
Kənar təsirlərin qonaq çağırılması
Kənar təsirlərin sıxışdırılması
Aşağıdakılardan kənar təsirlərin həllinə yönəlmiş dövlət siyasətinə aid olmayanı seçin
Tənzimləmə
Piqo vergiləri
Sosial sanksiyalar
Subvensiyalar
Alınıb Satıla Bilən Çirkləndirmə İcazələri
