Font size
WorksheetsBitki toxumaları
Total questions: 22
Worksheet time: 23mins
Hansı bitki toxumasının hüceyrələrində nüvə iri,qılaf nazik olur?
Ehtiyat qida toplayan toxumanın
Hüceyrələri mitoz keçirən toxumanın
Hüceyrələri qaz mübdiləsində iştirak edən toxumanın
Ölü hüceyrələrdən ibarət olan toxumanın
Örtücü toxuma hansı funksiyanı yerinə yetirmir?
Müdafiə
Mübadilə
Fotosintez
Ehtiyattoplama
Zülalların tərkibinə daxil olan aminturşuların bütün növləri bitki hüceyrələrində sintez oluna bilir.Buna əsasən:
I Gövdə ucu meristemi
II Süngərvari toxuma hüceyrələri
III Kök üsküyü hüceyrələri
IV Mərcimək hüceyrələri
kimi hüceyrələrdən hansı və ya hansılar bu sintezi həyata keçirə bilərlər?
Yalnız II
I və III
II və IV
Yalnız IV
Aşağıdakılardan hansı bütün bitki toxumaları üçün ortaq ola bilər?
Hüceyrələrinin canlı olması
Hüceyrələrinin üzvi maddə sintez etməsi
Hüceyrə divarına malik olması
Nüvəyə malik olması
Yarpaq toxumalarına aid funksiyalardan bəziləri aşağıda verilmişdir:
Karbon qazını mənimsəmə
Kök ilə gövdə arasında əlaqə
Toxumalararası boşluqların doldurulması
Qazlar mübadiləsi
Aşağıda verilmiş toxumalardan hansına uyğun funksiya burada yoxdur?
Parenxim
Ötürücü
Örtücü
Meristem
Hansı variantda bitki toxuması və ya hüceyrələrlə onların funksiyası və ya xüsusiyyətləri arasında uyğunluq düzgün verilməmişdir?
Parenxim - qeyri-üzvi maddələrdən üzvi maddə sintezi
Meristem- nazikdivarlı hüceyrələr
Stoma (ağızcıq) -mineral duzların artığının xaric olunması
Hidatod- damcı şəklində suyun xaric edilməsi
Bitki toxumaları tərəfindən həyata keçirilən bəzi proseslər aşağıda verilmişdir:
X prosesi- qoxu maddələri və şirə hazırlayaraq tozlayıcı həşəratların cəlb olunmasını təmin edir
Y prosesi - mitoz bölünmə keçirərək bitki toxumalarının yaranmasını təmin edir
Bu prosesləri yerinə yetirən toxumalar hansı variantda doğru verilmişdir?
X-meristem,Y-ifrazat
X-ifrazat,Y-meristem
X-parenxim,Y meristem
X-parenxim,Y-ifrazat
Çoxillik bitki növünə aid bölünən toxumalar haqqında hansı fikir yanlışdır?
Bəzi növləri parenxim toxumasından əmələ gələ bilər
Gövdə və kökün ucunda yerləşənlər uzununa böyüməni təmin edir
Kök və yarpaqlar arasında əlaqə yaradır
Birincil və ikincil ola bilər
Ötürücü toxumanın növləri olan ksilema və floema boruları üçün aşağıdakılardan hansı və ya hansılar ortaq deyil?
I- kambi toxuması hüceyrələrinin bölünməsindən əmələ gəlir
II Maddələri iki istiqamətdə daşıyır
III Həm üzvi,həm də qeyri-üzvi maddələri daşıyır
Yalnız I
I və II
II və III
Yalnız II
Aşağıdakı xüsusiyyətlərdən hansı meristem toxumasına aid deyil?
Hüceyrə divarının qalın olması
Kiçik vakuollu olması
Hüceyrələrinin cavan olması
Bol sitoplazmalı olması
Aşağıdakılardan hansı epidermis hüceyrələrinin şəklini dəyişməsi nəticəsində əmələ gəlib?
Ötürücü borular
Kollenxima
Tükcüklər
Kök üsküyü
Aşağıda verilmiş parenxim toxumalarından hansı fotosintez həyata keçirə bilməz?
oduncaq parenximi
ot bitkilərinin gövdə parenximi
ağac bitkilərinin cavan zoğlarında qabıq parenximi
Yarpaq dəriciyinin altındakı parenxim
Verilənlərə əsasən şəkildə hansı toxumanın təsvir olunduğunu ehtimal etmək olar?
Mexaniki
Parenxim
Meristem
Örtücü
Cədvəldə mexaniki toxuma növləri haqqında məlumat verilmişdir.Buna əsasən X və Y hansı variantda düzgün müəyyən edilmişdir?
X-sklerenxima
Y-kollenxima
X-kollenxima
Y-daş hüceyrələr
X- sklerenxima
Y daş hüceyrələr
X- kollenxima
Y-sklerenxima
Qrafikdə hüceyrə yaşlandıqca və böyüdükcə onda sitoplazmanın miqdarında baş verən dəyişikliklər əks olunmuşdur.Buna əsasən aşağıdakı fikirlərdən hansını söyləmək olmaz?
Bu hüceyrə meristem toxumasına aid ola bilər
Bu hüceyrə mexaniki toxumaya aid ola bilər
Bu hüceyrə örtük toxumaya aid ola bilər
Bu hüceyrə ötürücü toxumaya aid ola bilər
Şəklə diqqətlə baxın , A və B bitkilərinə uyğun gələrinləri aşağıda qeyd edin:
Nümunədəki kimi qeyd edin:
A-Z,III
(a)
Floema (ələyəbənzər borular haqqında hansı fikir doğru deyil?
Ələyəbənzər boru hüceyrələri canlıdırlar
Ələyəbənzər borular ələyəbənzər və dost (köməkçi) hüceyrələrədn ibarətdirlər
Ələyəbənzər borularda ələyəbənzər hüceyrələr əsasən daşımaq funksiyası yerinə yetirirlər
Ələyəbənzər hüceyrələrin nüvəsi yetkin halda nüvəyə malik olurlar
Şəkildə yerləşməsinə görə meristem toxumasının növləri əks olunmuşdur.X,Y və Z haqqında aşağıda verilmiş hansı fikir doğrudur?
X-interkalyar mersitemdir,adətən,taxıl bitkilərinin gövdəsində olur
Y-lateral (yan) meristemdir,gövdə və köklərin eninə böyüməsini təmin edir
Z-apikal (uc meristemdir,hövdə və kökün uzununa böyüməsini təmin edir
Y-buğumaralarının dibində yerləşən interkalyar meristemdir
Verilənlərdən hansının divarlarında sklerenximaya rast gəlmək olar?
ksilema borularının
Floema borularının
ot bitkilərinin gövdə hüceyrələrinin
Epidermis hüceyrələrinin
Şəkillərdən hansında hidatodların yerinə yetirdiyi proses əks olunmuşdur?
(a)
Şəkildə ağızcıq hüceyrələrinin iki halı təsvir edilmişdir.Bu barədə aşağıda verilmiş fikirlərdən hansını söyləmək doğru olmaz?
Ağızcıqlar gündüzlər adətən,birinci,gecələr ikinci vəziyyətdə olur
Hər iki vəziyyətdə ağızcıq hüceyrələrində qaz mübadiləsi baş verir
Ağızcıqların I vəziyyəti ətraf hüceyrələrdə suyun çox olduğunu göstərir
I vəziyyətdə qapayıcı hüceyrələrdə fotosintez prosesi gedir,II vəziyyətdə heç vaxt baş verə bilməz
Meristem toxumanın bəzi xüsusiyyətləri və bunun səbəbləri aşağıda verilmişdir. Hansı variantda xüsusiyyətlə,onun olma səbəbi arasında uyğunluq düzgün göstərilməmişdir?
Hüceyrə divarı nazikdir,çünki hüceyrələr daima bölündükləri üçün cavan olurlar
Vakuolları kiçikdir,çünki hüceyrələr gəncdir və tez-tez bölünür deyə hüceyrə şirəsinin artması mümükün olmur
Bol sitoplazmalıdır,çünki bölündüyünə görə madələr mübadiləsi zəif gedir
İri nüvəlidir,çünki hüceyrə böyüməyə imkan tapmır və nisbətdə nüvə böyük görünür
