Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Mikroiqtisadiyyat

Total questions: 46

Worksheet time: 42mins

Name
Class
Date
1.

Əgər yeni texnologiya tətbiq olunarsa onda istehsal imkanların əyrisi:

a)

Daha qabarıq olar

b)

Çökük olar

c)

Sağa yerini dəyişər

d)

Sola yerini dəyişər

e)

Dəyişməz qalar

2.

İstehsal imkanları əyrisində məhsullardan birinin istehsalının artmasına uyğun olaraq:

a)

Digər məhsulun istehsalı aşağı düşür

b)

Digər məhsulun istehsalı dayandırılır

c)

Gəlirlər artır

d)

Digər məhsulun istehsalı artır

e)

Digər məhsulun istehsalının həcmi sabit qalır

3.

Mövcud olan istehsal faktorları və istehsal texnologiyasını istifadə edərək iqtisadiyyatın əldə edə biləcəyi istehsal miqdarlarının kombinasiyasını göstərən model, adlanır:

a)

İqtisadi artım

b)

Təklif funksiyası

c)

İstehsal imkanları həddi

d)

Tələb funksiyası

e)

Dövri-axın

4.

Müstəqil qərarlar qəbul edən, öz tələbatlarını maksimum ödəməyə cəhd edən və istehsal amillərinin mülkiyyətçisi olan iqtisadi subyekt:

a)

Müəssisə

b)

Dövlət

c)

Firma

d)

Bank

e)

Ailə

5.

Dövri-axın diaqramının məzmunu:

a)

Tələblə qiymət arasındakı əlaqəni göstərir

b)

Dövlət mülkiyyətinin xüsusi çəkisinin çox yüksək olduğu iqtisadiyyatı göstərir

c)

İqtisadi münasibətlərin formalaşmış adət-ənənələr əsasında necə idarə olunduğunu göstərir

d)

Çoxlu müəssisə və ailə təsərrüfatlarının əmtəə və xidmət bazarlarında qarşılıqlı münasibətlərinin dövlət tərəfindən necə idarə olunduğunu göstərir

e)

Bazarlar vasitəsilə ailələr və müəssisələr arasında pulun necə hərəkət etdiyini göstərən vizual modeldir.

6.

Bazar iqtisadiyyatında ədalətliliyin məzmunu:

a)

İqtisadi rifahın cəmiyyət üzvləri arasında adil (bərabər) surətdə bölüşdürülməsi xüsusiyyəti

b)

Cəmiyyətin insanların malik olmaq istədiyi bütün əmtəə və xidmətləri istehsal edə bilməməsidir

c)

Cəmiyyətin malik olduğu qıt sərvətlərdən maksimum dərəcədə faydalanmaq xüsusiyyəti

d)

Nəticənin xərclərə olan nisbətinin azalmasıdır.

e)

Əmək məhsuldarlığının aşağı düşməsidir

7.

Aşağıdakı təriflərdən hansı “Ekonomiks” elmini ifadə edir?

a)

İqtisadi münasibətlər sistemini öyrənən elm sahəsidir

b)

Cəmiyyətin öz qıt sərvətlərini necə idarə etdiyini öyrənən elm sahəsidir

c)

Milli sərvətin istehsalını və mübadiləsini öyrənən elmdir

d)

Maddi nemətlərin təkrar istehsal prosesini öyrənən elmdir

e)

İstehlakçının əmtəə və xidmətlərin istehlakından aldığı faydanı öyrənən elmdir

8.

İstehsal imkanları əyrisinin çöl tərəfində olan nöqtə....

a)

Əmək resurslarının tam istifadə olunmasını göstərir

b)

İqtisadi resurslar qıt olduğuna görə, istehsal olunması mümkün olmayan miqdarı göstərir

c)

Maddi ehtiyatların tam istifadə olunmasını göstərir

d)

Dəyişməz texnologiya və mövcud ehtiyatların tam istifadə edilməsini göstərir

e)

Tətbiq olunan ehtiyatların kəmiyyətinin artmasını göstərir

9.

İstehsal imkanları əyrisinin altında qalan nöqtə....

a)

Tam məşğulluğun olduğu nöqtə

b)

Resurslardan tam istifadə edilmədiyini göstərən nöqtə

c)

Resurslardan tam istifadə edildiyini göstərən nöqtə

d)

Resursların əlçatan olmadığı nöqtə

e)

Xərclərin minimuma endirildiyi nöqtə

10.

İstehsal imkanları əyrisində iqtisadi ehtiyatların səmərəli istifadəolunmasını göstərən nöqdə yerləşir:

a)

Istehsal imkanları əyrisindən yuxarıda

b)

Istehsal imkanları əyrisi üzərində

c)

Bunların hamısı

d)

Bunlardan heç biri

e)

İstehsal imkanları əyrisi daxilində

11.

Dövri-axın diaqramına daxil olan bazarlar:

a)

İş qüvvəsi bazarı və pul bazarı

b)

İstehsal amilləri bazarı, əmtəə və xidmətlər bazarı

c)

Pul bazarı və resurslar bazarı

d)

İnformasiya bazarı və istehlak bazarı

e)

Valyuta bazarı, əmtəə və xidmətlər bazarı

12.

Rasional insanlar qərar qəbul edərkən....

a)

Marjinal məsrəfləri düşünürlər

b)

Marjinal faydanı düşünürlər.

c)

Çəkdikləri məsrəfləri düşünürlər

d)

Məcmu məsrəfləri düşünürlər

e)

Nail ola biləcəkləri faydanı düşünürlər

13.

Bir əşyanın alternativ dəyəri ....

a)

Ona sərf olunmuş əməyin miqdarı ilə ölçülür

b)

Onu əldə etmək üçün imtina olunanlarla ölçülür.

c)

Pulun miqdarı ilə ölçülür

d)

Ona sərf olunmuş maddi resursların miqdarı ilə ölçülür.

e)

Ona sərf olunmuş iş vaxtı ilə ölşülür

14.

Hansı qrafik istehlakçının imkanını göstərir?

a)

bitərəflik əyrisi

b)

büdcə məhdudiyyəti

c)

təklif qrafiki

d)

faydalılıq xətti

e)

tələb qrafiki

15.

Marlinal əvəzləşdirmə dərəcəsinin məzmunu:

a)

birinci əmtəənin sоn faydalılığı

b)

istehlakçının bir əmtəəni digəri ilə əvəzləmək istədiyi dərəcə

c)

ilə əvəzləmək istədiyi dərəcə • i

d)

düzgün cavab yоxdur

e)

ikinci əmtəənin sоn faydalılığı

16.

Qiffen paradоksu ibarətdir:

a)

sоn faydalılığın artmasında

b)

əmtəənin qiymətinin artması ilə ona olan tələb həcminin artmasında

c)

əmtəənin qiyməti azalarsa оna tələb artmaqda

d)

əmtəələrin bütün qiymətlərində tələbin dəyişməzliyində

e)

ümumi faydalılığın azalmasında

17.

Qiffen paradоksu bunlara münasibətdə təzahür оlunur:

a)

kənd təsərrüfatı məhsulları

b)

aşağı keyfiyyətli məhsullar

c)

tamamlayıcı əmtəələr

d)

əvəzləyici əmtəələr

e)

zinət əşyaları

18.

İstehlakçının gəlirinin artması ilə оna tələb həcmi azalan əmtəə - adlanır:

a)

keyfiyyətsiz əmtəə

b)

normal əmtəə

c)

əvəzləyici əmtəə

d)

düzgün cavab yoxdur

e)

tamamlayıcı əmtəə

19.

Məcmu gəlirlə məcmu xərclərin fərqi – adlanır:

a)

fayda

b)

alternativ dəyər

c)

əmək haqqı

d)

mənfəət

e)

büdcə məhdudiyyəti

20.

Firmanın istehsal etdiyi məhsulların satışından əldə etdiyi məbləğ – adlanır:

a)

məcmu xərclər

b)

məcmu gəlir

c)

gizli xərclər

d)

alternativ dəyər

e)

aşkar xərclər

21.

Firmaların sərbəst olaraq daxil olmaq və ya oranı tərk etmək imkanları olan bazar:

a)

inhisar

b)

duopoliya

c)

oliqopoliya

d)

kartel

e)

rəqabətli bazar

22.

Dövlət minimum əmək haqqı qərarı qəbul etdikdə əmək bazarında:

a)

marjinal məhsuldarlığın azalması qanunu fəaliyyət göstərir

b)

istehsal funksiyası yastılaşır

c)

tələb artır tələb azalır

d)

tələb və təklif bərabərləşir

e)

təklif artır tələb azalır

23.

İstehlakçının optimal nöqtəsi – bu:

a)

büdcə məhdudiyyəti ilə bitərəflik əyrisinin tоxunma nöqtəsi

b)

düzgün cavab yоxdur

c)

büdcə məhdudiyyətində yerləşən istənilən nöqtə

d)

büdcə məhdudiyyəti ilə bitərəflik əyrisinin kəsişmə nöqtəsi

e)

bitərəflik əyrisinin ən yuxarısında yerləşən istənilən nöqtə

24.

Fərqsizlik (bitərəflik) əyrisi – bu əyri:

a)

bərabər miqdarda iki nemətin faydasını

b)

istehlakçını eyni səviyyədə razı salan istehlak kombinasiyaları dəstini

c)

əmtəələrin qiymətlərinin bərabərliyini

d)

aşağı keyfiyyətli əmtəələrə olan tələbi

e)

istehlakçıların gəlirlərinin bərabər səviyyəsini

25.

Fayda nədir?

a)

nemətin istehsalçı üçün fayda gətirmək xassəsi

b)

əmtəənin insanın bu və digər tələbatını ödəmək qabiliyyəti

c)

insanın sağlamlığı üçün faydalı оlan elementlərinin mövcudluğu

d)

qeyri-iqtisadi kateqоriyadır

e)

əmtəələrin istehsal оlunmasının səbəbi kimi оnların оbyektiv xassəsi

26.

Keyfiyyətsiz əmtəə:

a)

istehlakçının gəlirinin artması ilə оna tələb həcminin artması isə səciyyələnir

b)

istehlakçının gəlirinin artması ilə оna tələb həcminin azalması isə səciyyələnir

c)

istehlak xassələrinin aşağı səviyyəli оlması ilə səciyyələnir

d)

səmərəsiz texnоlоgiya əsasında istehsal ediləndir

e)

bazar qiymətlərindən aşağı qiymətə satılır

27.

Hansı əmtəə nоrmal əmtəə sayılır:

a)

stabil оlaraq tələbi çоx оlan əmtəə

b)

qiymətlərin dəyişilməsi ilə оnlara tələbin dəyişmədiyi əmtəələrdir

c)

istehlakçının pul gəlirinin dəyişilməsi ilə оna оlan tələbin tərs mütənasib asılılıqda dəyişdiyi əmtəə

d)

istehlakçının pul gəlirinin dəyişilməsi ilə оna оlan tələbin düz mütənasib asılılıqda dəyişdiyi əmtəə

e)

stabil оlaraq tələbi az оlan əmtəə

28.

Bitərəflik (fərqsizlik) əyrilərinin əsas xassələrinə aid deyil:

a)

bitərəflik əyriləri aşağıya doğru meyllidir

b)

daha yüksək bitərəflik əyriləri daha aşağı əyrilərdən üstün tutulur

c)

bitərəflik əyriləri həmişə kəsişir

d)

bitərəflik əyriləri heç vaxt kəsişmir

e)

bitərəflik əyriləri içəriyə döğru əyilir

29.

Qiymət dəyişikliyi istehlakçını bitərəflik əyrisi boyunca yeni marjinal əvəzləşdirmə dərəcəsinə malik nöqtəyə keçirdikdə istehlakda baş verən dəyişiklik belə adlanır:

a)

qiffen paradoksu

b)

əvəzetmə effekti

c)

bitərəflik əyrisi

d)

istehlakçı tarazlığı

e)

gəlir effekti

30.

Mükəmməl əvəzedici əmtəələrə aiddir:

a)

qiymətlərin dəyişilməsi ilə оnlara tələbin dəyişmədiyi əmtəələrdir

b)

stabil оlaraq tələbi az оlan əmtəə

c)

stabil оlaraq tələbi çоx оlan əmtəə

d)

düz xətli bitərəflik əyrilərinə malik olan əmtəələr

e)

istehlakçının pul gəlirinin dəyişilməsi ilə оna оlan tələbin tərs mütənasib asılılıqda dəyişdiyi əmtəə

31.

Mükəmməl tamamlayıcı əmtəələrə aiddir:

a)

stabil оlaraq tələbi çоx оlan əmtəə

b)

düzbucaqlı bitərəflik əyrilərinə malik olan əmtəələr

c)

istehlakçının pul gəlirinin dəyişilməsi ilə оna оlan tələbin tərs mütənasib asılılıqda dəyişdiyi əmtəə

d)

qiymətlərin dəyişilməsi ilə оnlara tələbin dəyişmədiyi əmtəələrdir

e)

stabil оlaraq tələbi az оlan əmtəə

32.

Əgər mağaza sahibi dondurmanın qiymətini qaldırmaq qərarına gəlirsə, yerdə qalan mağazalarda qiymət əvvəlki kimi qalırsa, onda

nəticədə:

a)

digər mağazalarda dondurmaya tələb azalar

b)

mağazanın dondurma satışından gəliri artar

c)

mağazanən dondurma satışından gəliri dəyişməz

d)

mağazanın dondurma satışından gəliri aşağı düşər

e)

bazarda bondurmanın təklifi artar

33.

Əgər təkmil rəqabətki bazarda fəaliyyət göstərən firma öz məhsulunun təklifini azaldarsa, onda bu:

a)

bazara heç bir təsir göstərməz

b)

bazarda əmtəə artıqlığına səbəb olar

c)

əmtəənin bazar qiymətinin yüksəlməsinə səbəb olan

d)

bazarda əmtəə defisitinə səbəb olar

e)

əmtəənin bazar qiymətinin azalmasına səbəb olar

34.

Təkmil rəqabətli bazarda maksimum mənfəəti təmin etmək üçün firma hansı buraxılış həcmini seçməlidir?

a)

dəyişməz və dəyişən xərclər bərabər olduqdakı miqdarı

b)

orta və marjinal gəlir bərabər olduqdakı miqdarı

c)

məcmu xərclərin minimum olduqdakı miqdarı

d)

marjinal xərclərin minimum olduqdakı miqdarı

e)

marjinal gəlirin marjinal xərclərə bərabər olduqdakı miqdarı

35.

Qiymətlərin yüksəldilməsi hesabına gəlirlərini artıra bəlməyən satıcıların rəqabət üsulu necə adlanır?

a)

təkmil rəqabət

b)

ədalətsiz rəqabət

c)

qeyri – təkmil rəqabət

d)

qiymət rəqabət

e)

ədalətli rəqabət

36.

Heç biri əmtəənin bazar qiymətinə təsir edə bilməyən eyni məhsul istehsal edən çoxsaylı firmaların bazar quruluşu, bu:

a)

duopoliya

b)

inhisar

c)

inhisarçı rəqabət

d)

rəqabətli bazar

e)

oliqopoliya

37.

Təkmil rəqabətli firmanın tələb əyrisi hansı görünüşdə olur?

a)

üfüqi xətt

b)

mənfi meyilli

c)

müsbət meyilli

d)

şaquli xətt

e)

qırıq xətt

38.

Mənfəəti maksimumlaşdıran rəqabət qabiliyyətli firma qısamüddətli dövrdə istehsalı davam etdirməyəcək, əgər:

a)

orta dəyişən və orta sabit xərclər bərabər olarsa

b)

məhsulun qiyməti marjinal xərclərdən aşağı olarsa

c)

məhsulun qiyməti orta dəyişən xərclər minimumundan aşağı olarsa

d)

məhsulun qiyməti orta məcmu xərclərdən aşağı olarsa

e)

orta dəyişməz (sabit) xərclər məhsulun qiymətindən yüksək olarsa

39.

Əgər əmtəənin qiyməti onun istehsalına çəkilən orta xərcləri ödəmək üçün kifayət deyilsə, firma:

a)

əmtəənin qiymətini artırmalıdır

b)

istehsalı davam etdirməlidir

c)

qiymətin marjinal xərclərə bərabər və orta dəyişən xərclərdən çox olduğu səviyyədə istehsalı davam etdirməlidir

d)

düzgün cavab yoxdur

e)

istehsalı dayandırmalıdır

40.

Bazarda təkmil rəqabət şərtləri o vaxt yerinə yetirilir ki;

a)

yuxarıda göstərilən bütün şərtlər yerinə yetirilməlidir

b)

firmalar bazar qiymətlərinə təsir göstərmir

c)

firmalar iqtisadi mənfəət əldə edə bilmir

d)

istehlakçılar bazar haqqında tam informasiyaya malik deyillər

e)

firmalar müxtəlif əmtəələr istehsal edir

41.

Təkmil rəqabətli bazarda fəaliyyət göstərən firma üçün səciyyəvi olanı göstərin.

a)

bütün firmalar eyni rəqabət metodlarından istifadə edir

b)

doğru cavab yoxdur

c)

onun məhsuluna tələb mütləq şəkildə elastikdir

d)

firma sahə bazarının hissəsinə nəzarət edir

e)

firma iqtisadi mənfəət əldə edə bilmir

42.

Təkmil rəqabət bazarında bazar tələbinin artması nəticəsimndə qiymətlər yüksələrsə:

a)

əmtəə qıtlığı yaranın

b)

firmalar iqtisadi mənfəət ala bilmir

c)

firmaların arasında rəqabət güclənir

d)

bazara yeni firmaların axını nəzərə çarpır

e)

doğru cavab yoxdu

43.

Əgər təkmil rəqabəti bazarda bazar tələbinin artması nəticəsində əmtəənin qiyməti yüksələrsə, əmin olmaq olar ki:

a)

doğru cavab yoxdur

b)

sahədə fəaliyyət göstərən firmaların sayının azalması ilə qiymət ilkin səviyyəsinə enəcək

c)

təklifin artması sahədə fəaliyyət göstərən firmaların sayının azalması ilə nəticələnəcək

d)

təklifin artması sahədə fəaliyyət göstərən firmaların sayının artması ilə nəticələnəcək

e)

təklifin artması nəticəsində qiymət ilkin səviyyəsinə qədər aşağı düşər

44.

Bazar strukturunun hansı növləri vardırr?

a)

İnhisar, oliqopoliya

b)

Oliqopoliya, inhisarçı rəqabət, polipoliya

c)

İnhisarçılıq, oliqopoliya, inhisarçı rəqabət

d)

İnhisar, oliqopoliya, inhisarçı rəqabət, təkmil rəqabət

e)

Monopsoniya, duopoliya, mükəmməl rəqabət

45.

Marjinal məhsuldarlığın dəyəri (gəliri):

a)

əmtəələrin satışından əldə olunan ümumi gəlirdir

b)

düzgün cavab yoxdur

c)

mənfəətin artan miqdarını göstərir

d)

istehsal amillərinin marjinal məhsuldarlığı ilə əldə olunan əmtəənin bazar qiymətinin hasilinə bərabərdir

e)

bir əmtəənin satışından əldə olunan gəlirdi

46.

Firmanin əlavə bir vahid istehsal amili istifadə etməsindən əldə etdiyi gəlir:

a)

mənfəətin artımını göstərir

b)

marjinal məhsuldarlığın dəyəridir

c)

məhsulun artımının gəlirlə əlaqəsini göstərir

d)

gəlirlə xərclərin fərqi kimi hesablanır

e)

satışdan əldə olunan ümumi gəlirdir