wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Turizm coğrafiyası Mərkəzi və Şimali Avropa

Total questions: 25

Worksheet time: 13mins

Name
Class
Date
1.

Avropa qitəsində Alp dağlarının əzəmətli massivləri, heyranedici gözəlliyi olan gölləri, memarlıq abidələri ilə beynəlxaqlq turizmin inkişafı üçün əlverişli şəraitə malik III qrupa daxil olan ölkələr hansılardır?Avropa qitəsində Alp dağlarının əzəmətli massivləri, heyranedici gözəlliyi olan gölləri, memarlıq abidələri ilə beynəlxaqlq turizmin inkişafı üçün əlverişli şəraitə malik III qrupa daxil olan ölkələr hansılardır?

a)

 İsveçrə, Avstriya

b)

 Fransa, İtaliya

c)

 Belçika, Almaniya

d)

 Portuqaliya, Yunanınsan

e)

 Böyük Britaniya, Polşa

2.

Avropa qitəsində beynəlxalq turizmdə iştirakına görə II qrupa daxil olan, Aralıq dənizi iqlimi qurşağında yerləşən, füsunkar təbiəti və çoxsaylı tarixi-mədəni abidələri ilə turistləri cəlb edən ölkələri seçin:

a)

 İspaniya, İtaliya, Portuqaliya

b)

 İsveçrə, Macarıstan, CAR

c)

 Böyük Britaniya, İsveçrə, Misir

d)

 Polşa, Çexiya, Fransa

3.

Avropanın mərkəzində yerləşmiş, cənubda Avstriya və İsveçrə, qərbdə Niderland,Danimarka, Fransa, Belçika və Lüksemburq, şərqdə Polşa və Çexiya ilə həmsərhəddir. Şimal  və Baltik dənizlərinə çıxışı var. Coğrafi əlamətlərinə görə müvafiq ölkəni seçin:

a)

   Almaniya

b)

  Böyük Britaniya

c)

  Norveç

d)

  İtaliya

e)

  İspaniya

4.

Almaniya ərazisində yerləşən ən böyük göl hansıdır?

a)

Boden gölü

b)

  Ober gölü

c)

  Alp gölü

d)

  Ebni gölü

5.

Reyn hövzəsi turizm bölgəsinə daxil olan, eramızın I əsrində romalılar tərəfindən möhkəmləndirilmiş düşərgə kimi salınan və dahi bəstəkar Bethovenin anadan olduğu şəhər hansıdır?

a)

Bonn

b)

  Münhen

c)

  Berlin

d)

  Frankfurt-Mayn

e)

  Veymar

6.

Roma kilsəsi, Ratuşa, Hammerştad villası, Şamburq sarayı kimi tarixi-memarlıq abidələri Almaniyanın hansı şəhərinin görkəmli yerləri sırasındadır?

a)

Bonn

b)

  Berlin

c)

  Münhen

d)

  Baden-Baden

e)

  Bamberq

7.

Reyn hövzəsi turizm bölgəsinə aid Avropanın ən qədim balneoloji kurort mərkəzlərindən biri hesab edilən şəhər hansıdır?

a)

   Visbaden

b)

  Bonn

c)

  Frankfurt-Mayn

d)

  Veymar

e)

  Münhen

8.

Höte bu şəhərdə doğulmuşvə yaşamışdır. Feyerbax, Şiller və Qrim qardaşlarının, Qutenberqin yaradıcılığı bu şəhərlə bağlıdır. Yaxınlığında Bad-Hamburq, və Bad-Naugeym kimi iki böyük balneoloji kurort yerləşir. Qeyd olunan məlumatlar hansı şəhərlə bağlıdır?

a)

Frankfurt-Mayn

b)

  Essen

c)

  Düsseldorf

d)

  Dortmund

e)

  Köln

9.

Ölkənin ən yaxşı dağ kurortları olan Qarmiş-Partenkinhen və Mittenvald hansı turizm bölgəsinə aiddir?

a)

Bavariya turizm bölgəsi

b)

  Baden-Vurtemberq turizm bölgəsi

c)

  Reyn hövzəsi turizm bölgəsi

d)

  Sahil ərazilərin turizm bölgəsi 

e)

  Maklenburq göllər diyarı turizm bölgəsi

10.

Bavariyanın əsas şəhəri, ölkənin mühüm sənaye, inzibati və mədəni mərkəzlərləridən biri hesab edilən, Milli Bavariya Muzeyi və Heykəllər muzeyinin yerləşdiyi şəhər hansıdır?

a)

Münhen

b)

  Nürnberq

c)

  Hamburq

d)

  Hannover

e)

  Bremen

11.

Bələdçi Reyxstaqın binası, Brondenburq darvazası, Şarlottenburq qəsri, Prussiya Mədəniyyət Xəzinəsi barədə məlumat verirsə turist hansı şəhərdə ekskursiyadadır?

a)

   Berlin

b)

  Drezden

c)

  Leypsiq

d)

  Potsdam

12.

Alp dağları beynəlxalq ...................turizm rayonudur

a)

dağ xizəkçilik

b)

  işgüzar

c)

  əyləncə

d)

  ekzotik

e)

  speloturizm

13.

Avropada yerləşmiş hansı ölkə cənubdan və cənub-şərqdən İtaliya , qərbdən, cənub-qərbdən və şimal-qərbdən Fransa, şimaldan Almaniya, şərqdən Avstriya və Lixtenşteyn ilə həmsərhəddir. Dənizlərə birbaşa çıxışı yoxdur.

a)

İsveçrə

b)

  İspaniya

c)

  İtaliya

d)

  Yunanıstan

14.

Hansı kurort İsveçrəyə məxusdur?

a)

Sankt-Moris

b)

  Baden-Baden

c)

  Visbaden

d)

  Kosta Blanka

e)

  Bad- İşl

15.

Verbye, Sermatt, Zas-Fe, Qrindelvald, Davos hansı ölkəyə aid dağ-xizəkçilik kurortlarıdır?

a)

   İsveçrə

b)

  Almanya

c)

  Avstriya

d)

  İngiltərə

16.

"İsveçrənin qapısı" funksiyasım yerinə yetirən şəhər hansıdır?

a)

Surix

b)

  Bern

c)

  Bazel

d)

  Lüsern

e)

  Lozanna

17.

Dəbdəbəli iqlim kurortu olan, hər il musiqi festivalları və sərgilər keçirilən Montre şəhəri  İsveçrənin hansı turizm bölgəsində yerləşir

a)

Cenevrə və ölkənin cənub-qərb hissəsi

b)

  Bern və ölkənin mərkəzi hissəsi

c)

  Qraubünden

d)

  Tessin

e)

  Bazel və ölkənin şimal-qərb hissəsi

18.

Hazırda 170-dən artıq beynəlxalq təşkilatın mənzil-qərargahları İsveçrənin hansı şəhərindədir?

a)

   Cenevrə

b)

  Davos

c)

  Bern

d)

  Surix

19.

Millesqorden muzeyi, İsveç Elmler Akademiyası, Nobel İnstitutu, Kral kitabxanası İsveçin hansı şəhərində yerləşir?

a)

Stokholm

b)

  Visbüd

c)

  Geteburq

d)

  Upsala

20.

Açıq səma altında yerləşən və müxtəlif dövrlərə aid İsveç yaşayış tikililəri toplanmış Sansen muzeyi hansı şəhərdə yerləşir?

a)

   Stokholm

b)

  Evle

c)

  Kalmar

d)

  Malme

21.

Evle, Ala, Hudiksvall, Sundsvall, Kernosand hansı ölkənin kurortlarıdır?

a)

İsveç

b)

  Almaniya

c)

  Çexiya

d)

  Polşa

22.

Norveçin ən böyük gölü hansıdır?

a)

Myosa

b)

  Nisser

c)

  Femun

d)

  Everuman

23.

Taxta tikililər muzeyi, Milli bədii qalereya, Vikinq gəmiləri muzeyi, Kon-Tiki muzeyi Norveçin hansı turizm bölgəsində yerləşir?

a)

Oslo və ətrafı

b)

  Myosa göllər zonası və Qudbransdal

c)

  Bergen və ölkənin cənub-qərb sahilləri

d)

  Tronheym 

24.

Finlandiyanın Lappenranta, Lauritsala, İmatra kimi tanınmış kurortları hansı turizm bölgəsində yerləşir?

a)

Sayma gölü

b)

  Tampere

c)

  Lahti 

d)

  Hyamenlinnadır

25.

4 ölkənin Rusiya, Finlandiya, İsveç və Norveç ərazisində yerləşən turizm bölgəsi hansıdır?

a)

Laplandiya tarixi - coğrafı əyaləti

b)

  Tampere

c)

  Sayma gölü

d)

  Lahti