wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

1-5 mövzular Vergi

Total questions: 21

Worksheet time: 11mins

Name
Class
Date
1.

Aşağıdakılardan hansı verginin tərifinə uyğun gəlir

a)

Vergilər – dövlət və bələdiyyələrin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində, istifadəsində və operativ idarəçiliyində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, fərdi, əvəzsiz ödənişdir.

b)

Vergilər – dövlətin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində, istifadəsində və operativ idarəçiliyində olan əmtəələrin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, fərdi,  ödənişdir

c)

Vergilər – dövlət və xəzinədarlığın maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, fərdi ödənişdir

d)

Vergilər –  bələdiyyələrin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində, istifadəsində və operativ idarəçiliyində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, ümumi ödənişdir

e)

Vergilər – dövlət və bələdiyyələrin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində, istifadəsində və operativ idarəçiliyində olan əmlakın özgəninkiləşdirilməsi şəklində tutulan məcburi,  əvəzsiz ödənişdir

2.

Hansılar verginin funksiyalarına aiddir

a)

    bölüşdürücü

b)

    maarifləndirici

c)

  təşviqedici

d)

   yiğim vasitəsidir

e)

   ehtiyat

3.

Fiskal funksiyanın mahiyyəti və əsas vəzifəsi nədir

a)

əsas mahiyyət və vəzifəsi dövlət xərclərinin maliyyələşməsini təmin etmək üçün vergi ödəyiciləri gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsidi

b)

istehsal prosesinə əhəmiyyətli dərəcədə  təsir göstərir, kapital yığımını gücləndirir və ya zəiflədir

yükünü azaltmaqla daha prioritet fəaliyyət növlərini yaratmaq, bu və digər iqtisadi fəaliyyət subyektinə təsir etmək imkanı əldə edir.

c)

maliyyə resurslarını yenidən bölüşdürərək ümumdövlət əhəmiyyətli məqsədli proqramların maliyyələşməsini həyata keçirir

d)

təsərrüfat subyektləri və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətinə, onların gəlir mənbələrinə və vəsaitlərin xərclənməsi istiqamətlərinə nəzarət edir

e)

   əmtəə istehsalçıları və istehlakçılara vergi yükünü azaltmaqla daha prioritet fəaliyyət növlərini yaratmaq, bu və digər iqtisadi fəaliyyət subyektinə təsir etmək imkanı əldə edir.

4.

Vergitutma subyektlərinə görə vergilər necə təsnifləşdirilir

a)

fiziki şəxslərdən və hüquqi şəxslərdən tutulan vergilər

b)

yalnız rezidentlərdən tutulan vergilər

c)

yalnız hüquqi şəxslərdən tutulan vergilər

d)

yalnız fiziki şəxslərdən tutulan vergilər

e)

yalnız qeyri rezidentlərdən tutulan vergilər

5.

Dolayı vergitutmada vergi yükü kimin üzərinə düşür

a)

istehlakçının

b)

dövlətin

c)

sifarişçinin

d)

vergi orqanının

e)

sığortalının

6.

Vergi siyasətinin fiskal vəzifələri dedikdə nə nəzərdə tutulur? 

a)

Öz funksiyalarini yernə yetirilməsi  üçün dövləti malyyə resurslari ilə təmin etmək məgsədilə  budcəyə pul vəsaitlərinin cəlb edilməsi

b)

sahibkarlıq və işgüzar aktivliyin canlandırılmas

c)

 dövlətin iqtisadi inkişaf səviyyəsinin artırılması

d)

sosial problemlərin həllinə köməklik etmək

e)

iqtisadi subyektlərin fəaliyyətinə nəzarətin təmin edilməsi

asan suallar

asan

7.

Qeyri-diskresion vergi siyasəti nəyi nəzərdə tutur?

a)

Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir

b)

Vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini

c)

İkiqat vergitutmanın aradan qaldırılmasını, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasını, onların vahid şəklə salınmasını

d)

Hökumətin qərarlarından asılı olaraq həyata keçirilir

e)

Beynəlxalq təşkilatların vergi sahəsində qoyduğu tələbləri yerinə yetirmək.

8.

Sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti nədir?

a)

Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib

hazırlayır

b)

Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib

hazırlayır

c)

Vergi sahəsində dövlətin vergi tarazlaşdırılması siyasətinin həyata keçirir

d)

Bu siyasətin səmərəsi yoxdur

e)

Beynəlxalq təşkilatların vergi sahəsində qoyduğu tələbləri yerinə yetirmək.

9.

Vergi taktikası nəyi nəzərdə tutur?

a)

Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini

b)

Beynəlxalq çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini

c)

Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini

d)

Vergi qanunvericiliyinin dəyişdirilməsini

e)

Yeni qanunların qəbul edilməsini

10.

.   Aşağıdakılardan hansı səmərəlilik prinsipinin mahiyyətini düzgün əks etdirir?

a)

Səmərəlilik prinsipinə əsasən hər bir vergi iqtisadi cəhətdən məqsədyönlü olmalı, onların  tətbiqi neqativ nəticə verməməli və dövlətin onun tutulmasına sərf etdiyi vəsaitlər minimal olmalıdır

b)

Səmərəlilik prinsipinə əsasən bütün vergi ödəyicilərindən vergi tutulmalıdır, yəni ölkənin hər bir vətəndaşı dövlət gəlirlərinin maliyyələşdirilməsində  vergi ödəyicisi üçün əlverişli olan vaxtda və üsulla tutulmalıdır

c)

Səmərəlilik prinsipinə əsasən bütün vergi ödəyicilərindən vergi tutulmalıdır, yəni ölkənin hər bir vətəndaşı dövlət xərclərinin maliyyələşdirilməsində öz gəlir və imkanlarına uyğun olaraq iştirak etməlidir

d)

Səmərəlilik prinsipinə əsasən hər bir vergi iqtisadi cəhətdən məqsədyönlü və vergilərin məbləği onların hesablanması və ödənilməsi üsulları vergi ödəyicisinə əvvəlcədən məlum olmalıdır

e)

Səmərəlilik prinsipinə əsasən vergilər vergi ödəyicisi üçün əlverişli olan vaxtda və üsulla tutulmalıdır

11.

Dövlət vergiləri dedikdə, hansı vergilər nəzərdə tutulur?

a)

Vergi qanunvericiliyi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər

b)

Azərbaycan Respublikasının bütün ərazisindən ödənilməli olan vergilər kənarda

c)

hüquqi  şəxslər tərəfindən Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər

d)

Vergi Məcəlləsinə müvafiq olaraq müəyyən edilən və Azərbaycan Respublikasının ərazisində olan bələdiyyələrə ödənilməli olan vergilər

e)

İnzibati Xətalar Məcəlləsi və Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən vergilər

12.

Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər Azərbaycan Respublikasının hansı

qanunvericilik aktı ilə müəyyən edilir?

a)

Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə

b)

Azərbaycan Respublikasının Konstitusiyası ilə

c)

Naxçıvan Muxtar Respublikasının Vergi Məcəlləsi ilə

d)

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

e)

Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə

13.

Hansı vergilər bildiriş əsasında ödənilir?

a)

fiziki şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi

b)

ƏDV Aksizlər,

c)

Mənfəət vergisi, gəlir vergisi, fiziki şəxslərin əmlak vergisi

d)

yol vergisi, aksiz vergisi, mədən vergisi

e)

sadələşdirilmiş vergi, yol vergisi

14.

Vergitutma bazası nədir?

a)

vergitutma obyektinin vergi dərəcəsi tətbiq edilən, yəni   vergi güzəşt və çıxılmaları nəzərə alınmayan hissəsidir

b)

vergi güzəştdir

c)

vergitutma subyektinin vergi dərəcəsi tətbiq edilən hissəsidir

d)

vergi ödəyicisinin əmək haqqının məbləğidir

e)

vergi ödəyicisinin dövriyyəsidir

 

15.

Artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən hansı müddət ərzində geri qaytarılır?

a)

45 gün

b)

35 gün

c)

10 gün

d)

20 gün

e)

25 gün

16.

Vergi öhdəliyi nədir?

a)

vergi ödəyicisinin vergi ganunveriiciliyində müəyyən edilmiş vergiləri [o cümlədən cari vergi ödəmələrini], hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi

b)

vergitutma bazasını müəyyənləşdirmək

c)

vergi bəyannaməsi vermək vəzifəsi

d)

vergi uçotuna dayanmaq

e)

vergi hesablamaq vəzifəsi

17.

Ləğv edilən müəssisənin (təşkilatın) vergi öhdəliklərini kim yerinə yetirir?

a)

onun pul vəsaitləri, o cümlədən müəssisənin (təşkilatın) əmlakının satışından əldə edilən gəlir hesabına ləğvetmə komissiyası

b)

onun hüquqi varisi (hüquqi varisləri) tərəfindən, qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir

c)

onun hüquqi varisi (hüquqi varisləri)

d)

onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə

e)

onun hüquqi varisi (hüquqi varisləri) tərəfindən onun pul vəsaitləri, o cümlədən müəssisənin (təşkilatın) əmlakının icarəsindən əldə edilən gəlir hesabına

18.

Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra hansı müddət ərzində ondan düzgün tutulmamış vergi, faiz və maliyyə sanksiyalarının hesablanmasını (yenidən hesablanmasını )tələb etmək hüququna malikdir?

a)

 3 il

b)

1 il

c)

2 il

d)

5 il

e)

vergi ödəyicisinin belə bir hüququ yoxdur

19.

Aşağıdakılardan hansı vergi ödəyicisinin hüquqlarına aiddir?

a)

müəyyən edilmiş qaydada vergi orqanları və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada məhkəməyə şikayət etmək;

b)

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalarda nəzərdə tutulmuş sənədləri vergi orqanının tələbi ilə təqdim etmək

c)

qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq

d)

vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq

e)

qanunla müəyyən edilmiş vergiləri, habelə hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək

20.

Vergi ödəyicisi olan hüquqi şəxslər harda uçota alınır?

a)

dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş ünvan üzrə

b)

Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə

c)

yaşadıqları yer üzrə

d)

  Bakı şəhərində

e)

Uçota alınmırlar

21.

Aşağıdakılardən hansı vergi ödəyicilərinin vəzifələrinə aid deyildir

a)

Vergi münasibətlərində öz nümayəndəsi vasitəsi ilə iştirak etmək

b)

Qanunla müəyyən edilmiş vergiləri ödəmək

c)

Vergi orqanlarından VÖEN almaq

d)

Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) uçotunu aparmaq

e)

Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz,bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək