wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Vergilərin hesablanması və ödənilməsinin ümumi əsasları

Total questions: 18

Worksheet time: 16mins

Name
Class
Date
1.

Aşağıdakı hansı məlumatlar Kommersiya və (və ya) vergi sirri hesab olunur

 

·        Vergi ödəyicisinin  eyniləşdirmə nömrəsi haqqında məlumat

·        Müəssisənin nizamnamə fondu haqqında məlumat

·        Vergi ödəyicisi tərəfindən istehsal olunmuş və təqdim edilmiş malların həcmi barədə məlumatlar

·        Vergi ödəyicisinin idxal-xarici əməliyyatları barədə məlumatlar

·        Hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar ( kommersiya hüquqi şəxslərin təsisçiləri ( iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)

a)

  3,4

b)

  2,4

c)

   1,3

d)

  4,5

e)

1,2

2.

Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini neçə il ərzində tələb etmək hüququna malikdir?

a)

müddət müəyyən olunmayıb

b)

5 il

c)

3 il

d)

2 il

e)

1 il

3.

Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsində hansı məsuliyyət tədbiri nəzərdə

tutulmuşdur?

a)

müəyyən edilmiş qaydada maliyyə sanksiyası tətbiq edilir

b)

müəyyən edilmiş qaydada və şərtlərlə faizlər ödənilir

c)

inzibati qaydada cərimə edilir

d)

heç bir tədbir görülmür

e)

əmlakı siyahıya alınır

4.

Vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir:

 

1)  yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;

2)  hesablanmış faizlərin məbləği;

3)  tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği;

4)  əsas borc məbləği

5)  bank xidməti haqlari

a)

1,2,3    

b)

  2,3,4    

c)

   3,4,5   

d)

  1,3,5  

e)

2,4,6

5.

Verginin hesablanması barədə bildirişdə aşağıdakılardan hansı göstərilmir?

a)

vergi ödəyicisinin adı və ya obyektin adı

b)

tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği

c)

verginin ödənildiyi yer və üsul

d)

verginin hesablanmasına əsas olmuş hallar

e)

verginin ödənilmə müddətləri

6.

Ləğv edilən müəssisənin vergi öhdəlikləri kim tərəfindən yerinə yetirilir?

a)

öhdəlik yerinə yetirilmir

b)

ləğvetmə komissiyası tərəfindən

c)

öhdəlik bağışlanır

d)

vergi ödəyicisinin ailə üzvləri və ya təsisçiləri tərəfindən

e)

digər şəxslər tərəfindən

7.

Aşağıda göstərilən hansı hallarda vergi öhdəliyinə xitam verilir?

a)

vergi ödəyicisi fəaliyyətini dayandırdıqda

b)

vergilər ödənildikdə

c)

hüquqi şəxs müflis olduqda

d)

vergi ödəyicisinin xahişi olduqda

e)

vergi ödəyicisi olan fiziki şəxs köçdükdə

8.

Vergi öhdəliyi nədir?

a)

vergi hesablamaq vəzifəsi

b)

vergini [o cümlədən cari vergi ödəməsini], hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi

c)

vergitutma obyekti

d)

vergitutma bazasını müəyyənləşdirmək

e)

vergi bəyannaməsi vermək vəzifəsi

9.

Hansı vergi növləri üzrə hesabatın verilməsi müddəti uzadıla bilər?

a)

gəlir vergisi və mədən vergisi

b)

gəlir vergisi və mənfəət vergisi

c)

sadələşdirilmiş vergi və əmlak vergisi

d)

ƏDV və aksiz

e)

mənfəət vergisi və əlavə dəyər vergisi

10.

Vergi ödəyiciləri vergi hesabatını hansı müddətlərdə və hansı orqana verməlidirlər?

a)

Mülki Məcəllədə göstərilən müddətlərdə, statistika orqanına

b)

Vergi Məcəlləsində göstərilən müddətlərdə, vergi orqanına

c)

Vergi Məcəlləsində göstərilən müddətlərdə, maliyyə orqanına

d)

Vergi Məcəlləsində göstərilən müddətlərdə, gömrük orqanına

e)

Vergi Məcəlləsində göstərilən müddətlərdə, ədliyyə orqanına

11.

Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər hansı məlumatlar əsasında hesablanır?

a)

statistika orqanlarının məlumatları əsasında

b)

əldə edilən istənilən məlumat əsasında

c)

analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında

d)

maliyyə orqanlarının məlumatları əsasında

e)

kütləvi informasiya vasitələrində verilən məlumatlar əsasında

12.

Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurarkən hansı müddət ərzində bu barədə vergi

ödəyicisinə məlumat göndərir?

a)

2 gün

b)

5 gün

c)

10 gün

d)

dərhal

e)

3 gün

13.

Vergi ödəyicisinin hesablarında vəsait olarsa, sərəncam nə vaxt icra edilir?

a)

90 gün müddətində

b)

10 gün müddətində

c)

5 gün müddətində

d)

30 gün müddətində

e)

sərəncam daxil olan gün

14.

Bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurduqdan sonra dərhal bu barədə vergi ödəyicisinə nə

göndərir?

a)

məlumat

b)

üzləşmə aktı

c)

heç nə göndərmir

d)

bildiriş

e)

xəbərdarlıq

15.

Sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən neçə gün ərzində borc ödənilmədikdə geri qaytarılır?

a)

15 gün ərzində

b)

60 gün ərzində

c)

30 gün ərzində

d)

sərəncam qaytarılmır

e)

90 gün ərzində

16.

Vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının neçə gün müddətində

ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir?

a)

3 gün müddətində

b)

dərhal

c)

2 gün müddətində

d)

5 gün müddətində

e)

məhdudiyyət qoyulmur

17.

Dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar hansı günədək təqdim edilə bilər?

a)

növbəti hesabat verilənədək

b)

istənilən vaxt

c)

dəqiqləşdirməyə icazə verilmir

d)

səyyar vergi yoxlamasının başladığı günədək

e)

səyyar vergi yoxlaması başlanan zaman

18.

Gəlir və ya mənfəət vergisi üzrə hesabatın verilmə müddəti nə qədər uzadıla bilər?

a)

1 ayadək

b)

3 ayadək

c)

6 ayadək

d)

9 ayadək