NEW
Font size
WorksheetsAzərbaycan dili
Total questions: 20
Worksheet time: 10mins
Saitlə başlanan şəkilçi artırdıqda hansı sözdə k-y əvəzlənməsi baş vermir?
dirək
çiçək
aptek
ev-eşik
Sonundakı cingiltili samiti kar qarşılığı ilə əvəz etdikdə mənası dəyişən sözlər cərgəsini müəyyən edin:
tağ,sağ
od,ad
alaq,yaraq
düz,sənəd
"Hətta" sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin:
Yazılışı və tələffüzü arasında fərq yoxdur.
t samitinin biri d kimi tələffüz edilir.
Ahəng qanunu pozulmuşdur.
İki açıq, dodaqlanmayan sait vardır.
Hansı söz səhv yazılmışdır?
rəsmxətt
diaqonal
səhəng
şirniyyat
Sözlərdən birinin leksik mənası düzgün izah olunmamışdır:
xəzan-payızda yarpaqların tökülməsi
nəfəslik-pəncərənin balaca gözü
nikbin-kədərli, dərdli
riyakar-ikiüzlü,hiyləgər
Biri çoxlu at mənasındadır:
mal-qara
naxır
ilxı
qaramal
Köhnəlmiş sözü seçin:
sayru
nimdər
zəif
təlis
Omonim sözlər cərgəsini seçin:
bez,yar,biz
arıq,el,ayaq
qoşa,quzu,aləm
cahan,dünya,kök
"Canını oda yaxmaq" frazeoloji birləməsinin sinonimini tap:
gözünün odunu almaq
dəridən-qabıqdan çıxmaq
canına yağ kimi yayılmaq
mənəm-mənəm demək
Hansı söz digərləri ilə eyniköklü deyil?
otlar
otlu
otdakı
otçu
Biri mürəkkəb sözdür:
mətnşünas
tamahkar
evdar
gözütox
Hansı cərgədəki sözlər toplu isimlərdir?
çiçək,lüğət
sürü,camaat
kənd,şəhər
meşə,ağac
Hansı sözdə I şəxsin təkinə aid mənsubiyyət şəkilçisi işlənmişdir?
mənim
yazam
obam
ustadam
Mənsubiyyət şəkilçisi qəbul edərkən isimlərdən biri ümumi qaydadan kənara çıxır:
külçə
mənşə
quyu
töhfə
"Biz sülh tərəfdarıyıq" cümləsində sülh sözü hansı haldadır?
adlıq
yiyəlik
yönlük
təsirlik
Çoxaltma dərəcəsində olan sifəti seçin:
bozumtul
açıq-sarı
sapsarı
tünd çay
Qeyri-müəyyənlik bildirən miqdar saylarını müəyyən edin:
on,yüzlərcə
beçinci,çox
xeyli,az-çox
çox,beş
İşarə əvəzliklərini müəyyən edin:
həmin,mən,sən
kim,nə,hara
o,bu,elə
heç nə, hər kəs,elə
Biri əvəzlik deyil:
heç kəs
kimsə
bir sıra
bəzi
Hansı cümlədə "bu" əvəzliyindən sonra vergül olmamalıdır?
Bu, testlər toplusudur.
Bu, kollektivin iş planıdır.
Bu, gün onunla danışacağam.
Bu, deyəsən onlardandır.
