wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Gömrük işi test 1

Total questions: 21

Worksheet time: 11mins

Name
Class
Date
1.

Gömrük tarifi...

a)

AR-nın quru ərazisi, daxili suları, Xəzər dənizinin AR-na mənsub olan bölməsi və onların üzərindəki hava məkanını nəzərdə tutur

b)

mal və nəqliyyat vasitələrinə seçmə nəzarət tətbiq etmək və çox mürəkkəb rəsmiləşdirilmə və nəzarət prosesini sadələşdirir

c)

mal və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirir

d)

AR-nın gömrük sərhədindən keçirilən mallara tətbiq edilənvə Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsum dərəcələrinin məcmusudur

e)

Diplomatik poçtun bütün baqajları (yerləri) onları fərqləndirən və diplomatik poçta aid olduğunu müəyyən etməyə imkan verən əlamətləri özündə əks etdirir

2.

Gömrük rəsmiləşdirilməsi...

a)

əmtəələrin qeyri-qanuni daşınmasının qarşısını almaq

b)

malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir

c)

sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallara gömrük nəzarətidir

d)

əvvəllər gömrük-tranzit qaydalarını pozmuş nəqliyyat təşkilatlarının daşıdığı yükləri müəyyən etmək

e)

gömrük orqanlarının vəzifəli şəxslərinin nəzərdə tutulmuş qaydada fiziki qüvvə tətbiq etmək hüququna malik olmaları

3.

Proteksionizmin həyata keçirilməsində dövlətin istifadə etdiyi əsas arqumentlərə aid deyil

a)

Siyasi hədəflərə çatmaq üçün təsir göstərmək

b)

Diplomatik imunitetə sahib olmaq

c)

İnsan haqqlarını qorumaq

d)

İstehlakçıları etibarlı olmayan mallardan qorumaq

e)

Milli təhlükəsizliyi qorumaq

4.

Milli iqtisadiyyatın inkişafına əlverişli şəraitin yaradılması üçün gömrük siyasətinin hansı formaları vardır?

a)

İqtisadi və inzibati tənzimləmə

b)

makroiqtisadiyyat və mikroiqtisadiyyat

c)

Himayədarlıq və sərbəst ticarət

d)

lisenziyalaşdırma və kvoralaşdırma

e)

idxalın dəyərinin qabaqcadan ödənilməsi və kəmiyyət nəzarəti tədbirləri

5.

Gömrük siyasətinin formalaşdırılması və həyata keçirilməsi ... iştirakı ilə reallaşa biləcək bir məsələdir

a)

qanunvericilik, icra, məhkəmə

b)

hеsablama mərkəzləri, pоliqrafiya, tikinti-istismar idarələri

c)

Ümumdünya Gömrük Təşkilatının üzvü olan ölkələr

d)

hipoteza, dispozisiya və sanksiya

e)

İşin başlanması və onun inzibati istintaqı

6.

Gömrük işinin fəaliyyət istiqamətlərinə aid deyil

a)

ölkənin gömrük ərazisinə kеyfiyyətsiz məhsulları buraxmamaq

b)

sənaye  tullantılarının məhv edilməsi

c)

qaçaq yоlla gətirilən narkоtik vasitələrin müsadirə еdilməsi

d)

ölkənin iqtisadi təhlükəsizliyinin təmin еdilməsi

e)

dövlət gəlirlərinin fоrmalaşmasında rolu

7.

Gömrük ekspertizasının öyrənilməsinin nəzəri və praktik əsasları … qaydalarını özündə əks etdirir

a)

xalqın daim artmaqda olan maddi və mənəvi ehtiyaclarının ödənilməsini təmin etmək

b)

beynəlxalq ticarətdə malların keyfiyyətinin təyin edilməsi və sertifikatlaşdırılmasını, malların tədqiqi üçün istifadə olunan metodları və s.

c)

AR-nın gömrük ərazisinin hüdudları, həmçinin sərbəst gömrük zonalarının və sərbəst anbarların perimetrləri

d)

ölkədə həm dövlət, həmdə xüsusi mülkiyyət formalarının mövcud olması və dövlət mülkiyyətinin xarici firmalara icarəyə verilməsi və s.

e)

xarici ticarət fəaliyyətinin təşkili zonaları və azad iqtisadi zonaların əraziləri

8.

“Tarif” – ərəb sözü olub

a)

siyahı deməkdir

b)

quruluş deməkdir

c)

zənbil deməkdir

d)

mövqe deməkdir

e)

ticarət deməkdir

9.

Bəyanetmə:

a)

gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə mal və nəqliyyat vasitələri barədə səhih məlumatların müəyyən edilmiş formada gömrük orqanlarına elan edilməsi başa düşülür

b)

gömrük orqanlarının vəzifəli şəxslərinin nəzərdə tutulmuş qaydada fiziki qüvvə tətbiq etmək hüququna malik olmalarını nəzərdə tutur

c)

Qonşu ölkələr ilə olan sərhədlərin neytral zonalarının müəyyən edilməsi

d)

gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş malların istehlakını nəzərdə tutur

e)

sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallara gömrük nəzarətidir

10.

Təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi üçün mallar hansı şərtlərə cavab verməlidir?

a)

daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınmasıdır

b)

gömrük borcunun ödənilməsinə möhlət verilməlidir

c)

AR-nın ərazisindən ixrac olunan daxili mallar olmalıdır

d)

malların daşınması gömrük ərazisindən kənar ərazidən keçməklə baş verir

e)

ticarət siyasəti tədbirləri tətbiq edilməlidir

11.

Nəqliyyat vasitələri üzərində gömrük nəzarətinə aid deyil

a)

dəmir yolu nəqliyyatında gömrük nəzarəti

b)

dəniz gəmilərində gömrük nəzarəti

c)

təyyarələrə gömrük nəzarəti

d)

müvəqqəti saxlanc anbarlarına gömrük nəzarət

e)

çay gəmilərində gömrük nəzarəti

12.

Müstəqillik əldə edildikdən sonra neçənci ildə DGK yaradıldı

a)

1 yanvar 2012-ci il

b)

25 iyul 1998- ci il

c)

12 fevral 1995-ci il

d)

24 iyun 1997-ci il

e)

30 yanvar 1992- ci il

13.

Gömrük işi dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur

a)

muvafiq icra strukturlarının və eləcə də, onların praktiki fəaliyyətinin təşkili

b)

müxtəlif orqanlarının fəaliyyəti üzrə günlük, aylıq və illik hesabatların tərtib olunması

c)

malların beynəlxalq təcrübədə qəbul olunmuş təsnifat sisteminə uyğun olaraq xarici iqtisadi fəaliyyətinin nomenklatura sistemi

d)

tez xarab olan mallarıın pәrakәndә ticarәt müәssisәlәrinә paylanılmasına nəzarət

e)

mal və nəqliyyat vasitələrinin AR-nın gömrük sərhəddindən keçirilmə qayda və şərtləri

14.

Gömrük nəzarətinə aid deyil:

a)

adi gömrük nəzarəti

b)

seçmə gömrük nəzarəti

c)

dünya və milli xərclər arasındakı fərqlər

d)

tam gömrük nəzarəti

e)

nəqliyyat vasitələri hərəkətdə olarkən

15.

"Gömrük Tarifi haqqında" Qanun nə vaxt qüvvəyə minib?

a)

13 iyun 2013

b)

1 iyul 1998

c)

30 yanvar 2011

d)

12 fevral 1999

e)

23 noyabr 1991

16.

Gömrük tarifi iki funksiyanı yerinə yetirir

a)

makroiqtisadiyyat və mikroiqtisadiyyat

b)

İqtisadi tənzimləmə və inzibati tənzimləmə

c)

proteksionist və fiskal

d)

mövqe və submövqe

e)

Akkreditiv və inkasso

17.

Məqsədinə görə ekspertlər 2 qrupa bölünür:

a)

audit və nəzarət

b)

məhkəmə və qeyri-məhkəmə

c)

Inzibati və iqtisadi

d)

lisenziyalaşdırma və kvotalaşdırma

e)

Birtərəfli və ikitərəfli

18.

Beynəlxalq tranzit:

a)

daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınmasıdır

b)

AR-nın ərazisindən ixrac olunan daxili mallar olmalıdır

c)

malların saxlancından irəli gələn öhdəlikləri yerinə yetirir

d)

malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən kənar ərazisindən keçməklə baş verir

e)

müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən mallar hesab edilir

19.

Səlahiyyətli iqtisadi operatorlar

a)

xarici iqtisadi fəaliyyətin inzibati tənzimlənməsini yerinə yetirir

b)

ÜGT-nın norma və standartlarına uyğun olaraq malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyini təmin edir

c)

xarici ticarət statistikasının aparılmasını təmin edir

d)

gömrük sərhəddində digər dövlət nəzarəti növlərinin təşkilini (baytarlıq, fitosanitar, ekoloji və s.)yerinə yetirir

e)

mal və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən şəxsdir

20.

Ekspertizalar ... sistemləşdirilir

a)

ultrabənövşəyi və infraqırmızı dalğalı cihazlar üzrə

b)

miqrasiya prosesləri üzrə

c)

baytarlıq nəzarəti orqanlarının rəyi olduqda

d)

elm sahələri və ya fəaliyyət dairələri üzrə

e)

statistik məlumatların dəqiqliyinə əsasən

21.

Müvəqqəti saxlanc xüsusi gömrük proseduru:

a)

sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar

b)

AR-nın ərazisindən ixrac olunan daxili mallar olmalıdır

c)

qaçaq yolla gətirilən narkotik vasitələrin müsadirə edilməsi

d)

şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmidir

e)

istehlakçıları etibarlı olmayan mallardan qorumaq