wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Firmalar, bazarlar və rəqabət- M8-M9

Total questions: 20

Worksheet time: 14mins

Name
Class
Date
1.

Firmaların qəbul etməli olduqları qərarlarda strateji dəyişəndən asılı olaraq oliqopoliya modelləri belə təsnifləşdirilir:

a)

miqdar modelləri və qiymət modelləri

b)

koopertativ modellər və qeyri-kooperativ modellər

c)

statik modellər və dinamik modellər

d)

sadə modellər və mürəkkəb modellər

e)

Kurno modeli və Bertran modeli

2.

Kurno modelində tarazlıq vəziyyəti belə tapılır:

a)

firmaların tələb əyrilərini uzlaşdırmaqla

b)

firmaların son hədd xərcləri əyrilərini uzlaşdırmaqla

c)

firmaların reaksiya əyrilərini uzlaşdırmaqla

d)

firmaların orta xərclər əyrilərini uzlaşdırmaqla

e)

firmaların qalıq tələb əyrilərini uzlaşdırmaqla

3.

Çemberlin modelinin qənaətinə əsasən oliqopol bazarlarda hər bir firmanın bazar payı buna bərabərdir (burada, n – bazarda olan firmaların sayıdır):

a)

n/(n+1)

b)

1/(n+1)

c)

1/(n-1)

d)

n/(n-1)

e)

1/n

4.

Oliqopoliyanın qeyri-kooperativ modellərində:

a)

oliqopolist firmalar arasında məxfi (gizli) və qeyri-aşkar sövdələşmə hallarında firmaların strateji davranışları öyrənilir

b)

oliqopolist firmalar məhsulun istehsal/satış həcmi (miqdarı) ilə bağlı strateji qərar verirlər

c)

oliqopolist firmalar məhsulun qiyməti ilə bağlı strateji qərarlar verirlər

d)

oliqopolist firmaların bir-birinin qərarlarından xəbəri olmadan, lakin rəqiblərin güman olunan optimal reaksiyalarını nəzərə alaraq qərarlar verdiyi situasiyalar nəzərdən keçirilir

e)

oliqopolist firmalar qərarlarını ardıcıl olaraq (növbə ilə) qəbul edirlər və hər birinin qərarı digər firmanın qərarına reaksiya xarakteri daşıyır

5.

Aşağıda Kurno modelinin şərtlərindən hansı biri səhv verilib?

a)

bazarda yalnız 2 firma fəaliyyət göstərir

b)

firmalar oxşar, lakin fərqliləşdirilmiş məhsullar istehsal edirlər

c)

firmaların hər biri öz mənfəətini maksimumlaşdırmağa çalışır

d)

məhsulun bazar qiyməti hər iki firma üçün eynidir (p1 = p2)

e)

firmaların son hədd xərcləri bərabər və sabitdir

6.

Kurno modelinə əsasən duopoliya şəraitində məcmu istehsal/buraxılış həcmi:

a)

xalis inhisarda olduğundan çox, təkmil rəqabətdə olduğundan isə azdır

b)

xalis inhisarda olduğundan az, təkmil rəqabətdə olduğundan isə çoxdur

c)

həm xalis inhisarda, həm də təkmil rəqabətdə olduğundan çoxdur

d)

həm xalis inhisarda, həm də təkmil rəqabətdə olduğundan yuxarıdır

e)

sabitdir

7.

Ştakelberq modelinin tarazlıq halında:

a)

lider-firma Kurno tarazlığındakından az, təqibçi-firma isə ondan çox istehsal həcminə malik olur

b)

lider-firma Kurno tarazlığındakından çox, təqibçi-firma isə ondan az istehsal həcminə malik olur

c)

hər iki firma elə Kurno tarazlığında olduğu qədər istehsal həcminə malik olur

d)

hər iki firma Kurno tarazlığında olduğundan çox istehsal həcminə malik olur

e)

iki firma Kurno tarazlığında olduğundan az istehsal həcminə malik olur

8.

Firmanın reaksiya əyrisi nədir?

a)

firmanın məhsuluna olan tələb əyrisidir

b)

rəqibinin güman olunan hərəkətləri nəzərə alınmaqla firmanın məhsuluna olan tələb əyrisidir

c)

rəqibin firmaların məhsullarına olan tələb əyrilərini birləşdirən xəttdir

d)

rəqibinin güman olunan hərəkətləri (istehsal həcmi yaxud qiymətlər bağlı) nəzərə alınmaqla hər bir firmanın optimal seçimlərini əks etdirən əyridir

e)

rəqibinin məlum hərəkətləri (istehsal həcmi yaxud qiymətlər bağlı) nəzərə alınmaqla hər bir firmanın optimal seçimlərini əks etdirən əyridir

9.

Burada Çemberlin modelinin əlamətlərindən biri səhv verilib:

a)

firmalar əldə etdikləri təcrübə əsasında rəqibinin hərəkətlərinə adekvat cavab reaksiyası verirlər

b)

firmalar istehsal həcmini öz aralarında razılaşdırırlar

c)

rəqib firmalar bir-birinin istehsal həcmini dəyişməz qəbul etmirlər

d)

firmalar qərarlarını şərti olaraq növbəli qaydada verirlər

e)

rəqib firmalar sövdələşməyə getmirlər

10.

Çemberlinin 2-ci teoreminə əsasən, əgər oliqopol bazarda hər bir firma güman edərsə ki, rəqibin qiyməti dəyişməz qalacaq, onda:

a)

tarazlıq qiyməti xalis inhisar qiymətinə barabərdir

b)

tarazlıq qiyməti xalis rəqabət qiymətinə barabərdir

c)

tarazlıq qiyməti xalis inhisar qiymətindən aşağı, xalis rəqabət qiymətindən yuxarı olur

d)

tarazlıq qiyməti xalis rəqabət qiymətindən yuxarı olur

e)

heç bir halda tarazlıq qiyməti olmayacaq

11.

Bertran tarazlığı (rəqabəti) şəraitində firmalar qiyməti:

a)

son hədd xərcləri səviyyəsində təyin edirlər

b)

inhisar səviyyəsində təyin edirlər

c)

inhisar səviyyəsindən yüksək təyin edirlər

d)

son hədd xərcləri səviyyəsindən aşağı təyin edirlər

e)

son hədd xərcləri səviyyəsindən yuxarı, inhisar səviyyəsindən aşağı təyin edirlər

12.

Bertran tarazlığı nöqtəsi:

a)

firmaların reaksiya əyrilərinin toxunma nöqtəsidir

b)

firmaların reaksiya əyrilərinin tələb əyrisi ilə kəsişmə nöqtəsidir

c)

firmaların reaksiya əyrilərinin kəsişmə nöqtəsidir

d)

firmaların reaksiya əyrilərinin tələb əyrisinə toxunma nöqtəsidir

e)

firmaların reaksiya əyrilərinin onlaırn marjinal xərc əyriləri ilə kəsişmə nöqtəsidir

13.

Bertran modelinin şərtlərindən hansı biri səhv verilib?

a)

firmalar sövdələşmələrə gedirlər

b)

bazarda yekcins məhsullar istehsal edən 2 firma fəaliyyət göstərir və onların hər biri mənfəətini maksimumlaşdırmağa çalışır

c)

firmalar sövdələşmələrə getmirlər

d)

firmaların son hədd xərcləri bərabər və sabitdir

e)

firmalar xətti tələb funksiyası ilə üzləşirlər

14.

Ecuort modelində qiyməti aşağı təyin edən firma onun məhsuluna artan bazar tələbini ona görə tam ödəyə bilmir ki:

a)

rəqibin imkanları daha genişdir

b)

onun istehsal gücü məhduddur

c)

artan tələbi tam ödəmək onun marağına uyğun deyil

d)

qiymət savaşından yayınmaq üçün tələbin bir hissəsini rəqib firmaya qaytarır

e)

bütün tələbi ödəyəcəyi halda onun buraxılış miqdarı mənfəəti maksimumlaşdıran həddi keçir

15.

Bu modellərin hansında statik tarazlıq nəzərdə tutulmur:

a)

Bu modellərin hamısında statik tarazlıq var

b)

Ştakelberq modelində

c)

Bertran modelində

d)

Kurno modelində

e)

Ecuort modelində

16.

Bertran paradoksunun təməlində bu dayanır:

a)

bu modeldə hər bir oliqopolist firma azalan qalıq tələb əyrisi ilə qarşılaşır

b)

bu modeldə hər bir oliqopolist firma qiymət üzrə tələbin çarpaz elastikliyi ilə üzləşir

c)

bu modeldə hər bir oliqopolist firma rəqibinin qiyməti üzrə mükəmməl elastikliyə malik tələb əyrisi ilə üzləşir

d)

bu modeldə hər bir oliqopolist firma rəqibinin istehsal həcmi üzrə elastikliyə malik tələb əyrisi ilə üzləşir

e)

bu modeldə hər bir oliqopolist firma sağa doğru yer dəyişən tələb əyrisi ilə qarşılaşır

17.

Oliqopolist bazarlarda son hədd xərcləri artdığı halda firmanın reaksiya əyrisi:

a)

yuxarıya doğru yer dəyişir

b)

aşağıya doğru yer dəyişir

c)

yerini dəyişmir

d)

yalnz bir firmanın istehsal həcmini göstərən xəttə doğru əyilir

e)

qabarıq forma alır

18.

Bu halda firmalar əvvəlcə Kurno modelinə istinad etməli olurlar:

a)

qiymətin dəyişdirilməsi ilə müqayisədə istehsal gücünün (istehsal miqdarının) dəyişdirilməsi ilə bağlı qərarlar daha uzunmüddətli (mürəkkəb) olduqda

b)

istehsal gücünün dəyişdirilməsi ilə bağlı qərarlar qısamüddətli, qiymətə dair qərarlar isə uzunmüddətli xarakter daşıdıqda

c)

qiymətin dəyişdirilməsi ilə müqayisədə istehsal gücünün (istehsal miqdarının) dəyişdirilməsi ilə bağlı qərarlar daha asan olduqda

d)

həm qiymətin, həm də istehsal gücünün (istehsal miqdarının) dəyişdirilməsi ilə bağlı qərarlar eyni qədər mürəkkəb olduqda

e)

həm qiymətin, həm də istehsal gücünün (istehsal miqdarının) dəyişdirilməsi ilə bağlı qərarlar eyni qədər asan olduqda

19.

Simmetrik oliqopoliya şəraitində firmalardan birinin son hədd xərclərinin azaldığı, digərinin son hədd xərclərinin isə sabit qaldığı halda Kurno tarazlıq nöqtəsi:

a)

45 dərəcəli bucaq xətti üzərindəki yerini sağa yuxarıya doğru dəyişir

b)

45 dərəcəli bucaq xətti üzərindəki yerini sola aşağıya doğru dəyişir

c)

45 dərəcəli bucaq xətti üzərindəki yerini son hədd xərcləri dəyişməmiş firmanın reaksiya xətti üzrə bu firmanın istehsal həcmi oxuna tərəf dəyişir

d)

45 dərəcəli bucaq xətti üzərindəki yerini son hədd xərcləri azalmış firmanın reaksiya xətti üzrə həmin firmanın istehsal həcmi oxuna tərəf dəyişir

e)

45 dərəcəli bucaq xətti üzərindəki yerini son hədd xərcləri azalmış firmanın reaksiya xətti üzrə rəqib firmanın istehsal həcmi oxuna tərəf dəyişir

20.

Müqayisəli statikada:

a)

bazarın 2 tarazlıq halı müqayisə olunur və bütün dəyişənlərdə baş verən dəyişikliklər öyrənilir

b)

bazarın 2 tarazlıq halı müqayisə olunur və dəyişənlərdən birində baş verən dəyişikliyin digər dəyişənlərə necə təsir etməsi proqnozlaşdırılır

c)

bazarın tarazlıq halında dəyişənlər arasında olan münasibət aşkara çıxarılır

d)

konkret tarazlıq halında bazarın quruluşu öyrənilir

e)

bazarın bir tarazlıq halından başqasına aparan dinamik dəyişiklik trayektoriyası tapılır