Worksheetsİdarəetmə uçotu fənni üzrə testlər-01.12.2022
Total questions: 10
Worksheet time: 30mins
Əməliyyat prosesi daxili dəyər zəncirinin ümumi modelində əsas sayılır və özündə istehsalı və sifarişçiyə malların, xidmətlərin çatdırılmasını birləşdirir. Əməliyyat prosesinin keyfiyyət göstəricilərinə aiddir:
Müəyyən miqdar məmulata düşən qüsurların (defektlərin) sayı
Sorğuya cavab reaksiyasının vaxtı
Sifarişlərin dəqiq vaxtında yerinə yetirilməsi
Vaxtında çatdırmaq
Düzgün cavab yoxdur
İstehlak olunan, yaxud sərf olunan material resurslarının miqdarının müəyyən edilməsinin artan yekun metoduna xas olan cəhətə aiddir:
İstehlak (sərf olunan) material resurslarının hesabat dövrü ərzində miqdarı materialların sərfini əks etdirən ilkin sənədlərin məlumatları əsasında tərtib edilən yığım cədvəllərində müəyyən edilir
İstehlak (sərf) edilən material resurslarının miqdarı məhsul vahidinə norma üzrə düşən materialların sərfi, normal itkilər və buraxılan məhsulun həcmi nəzərə alınmaqla geri hesablama yolu ilə müəyyən edilir
Material resurslarının sərf edilmiş miqdarı inventarizasiya aparılmaqla müəyyən edilir
Həmin metoddan istifadə zamanı bütün material resurslarının növləri üzrə miqdarı ayrıca müəyyənləşdirilir və buna görə də onlar barədə dəqiq məlumatlar əldə etmək mümkündür
Düzgün cavab yoxdur
Dəyişən xərclərin hansı yarımqrupu istehsalın həcmindən daha tez artan xərcləri əhatə edir:
Proqressiv xərclər
Proporsional (mütənasib) xərclər
Reqressiv xərclər
Remanent xərclər
Deqressiv xərclər
Qaytarılan tullantılar müəssisənin daxilində emala verilirsə, yaxud kənara emal üçün verilirsə (satılırsa), onda onlar:
Tullantılara qoyulmuş qiymətlərlə (onların yığılmasına və emalına çəkilən xərclər çıxılmaqla) qiymətləndirilir
Tullantılara qoyulmuş qiymətlərlə (onların yığılmasına və emalına çəkilən xərclər çıxılmamaqla) qiymətləndirilir
İlkin materialın tam qiymətlərilə qiymətləndirilir
Mümkün istifadə qiymətlərilə qiymətləndirilir
Qiymətləndirilmir
Bitməmiş istehsalın hansı uçotunu fərqləndirirlər:
Operativ və mühasibat uçotunu
Operativ və texniki uçotunu
Texniki və mühasibat uçotunu
Operativ, ilkin və mühasibat uçotunu
Operativ, sonrakı və mühasibat uçotunu
100 cüt müəyyən növ ayaqqabı kalkulyasiya vahidlərinin hansı qrupuna aid edilir:
Şərti-natural göstəricilər
Dəyər vahidləri
İş vahidləri
Vaxt vahidləri
İstismar vahidləri
Satılmış məhsulun maya dəyəri ehtiyatların dövrü uçot sisteminə uyğun olaraq aşağıdakı kimi hesablanır:
Dövrün əvvəlinə ehtiyatların qalığı + Dövr ərzində daxil olmuş ehtiyatlar – Dövrün sonuna ehtiyatların qalığı = Satılmış məhsulun maya dəyəri
Dövrün əvvəlinə ehtiyatların qalığı + Dövr ərzində daxil olmuş ehtiyatlar + Dövrün sonuna ehtiyatların qalığı = Satılmış məhsulun maya dəyəri
Dövrün əvvəlinə ehtiyatların qalığı – Dövr ərzində daxil olmuş ehtiyatlar – Dövrün sonuna ehtiyatların qalığı = Satılmış məhsulun maya dəyəri
Dövrün əvvəlinə ehtiyatların qalığı – Dövr ərzində daxil olmuş ehtiyatlar + Dövrün sonuna ehtiyatların qalığı = Satılmış məhsulun maya dəyəri
Düzgün cavab yoxdur
Tam maya dəyəri əsasında kalkulyasiyalaşdırma sistemini tətbiq edən müəssisənin satışdan gəliri 275 min manat, satılmış məhsulun tam faktiki maya dəyəri 230 min manat, sair satışdan mənfəəti 25 min manat, satışdankənar əməliyyatlardan zərəri isə 30 min manat təşkil etdiyi halda ümumi mənfəəti nə qədər olacaq:
40 min manat
45 min manat
70 min manat
35 min manat
20 min manat
İstehsalın təşkili və idarəetmə sistemi (metodu) kimi JIT (Just-In-Time) sisteminin üstünlüyünə aiddir:
Bütün cavablar doğrudur
Alıcı və sifarişçilərlə uzunmüddətli müqavilələrin bağlanması, müqavilələrin bağlanmasına çəkilən xərclərin azaldılması
Sifarişin hazırlanması (yerinə yetirilməsi) tsiklinin texnoloji proseslərin keyfiyyətinə xələl gətirmədən azaldılması
Məhsulun keyfiyyətinin yüksəldilməsi
Əlavə dəyər yaratmayan fəaliyyət, əməliyyat növlərinin aradan qaldırılması yaxud ixtisara salınması
İdarəetmə qərarlarının qəbul edilməsi və yerinə yetirilməsi prosesinin hansı mərhələsində problemin həlli üçün əlverişli olan variant üzrə zəruri resursların kəmiyyətinin müəyyən edilməsi, alınacaq nəticələrin (keyfiyyət göstəricilərinin) hesablanması başa çatdırılır:
Qərarın kəmiyyət və keyfiyyətcə formalaşdırılması mərhələsində
Problemin öyrənilməsi və qoyuluşu mərhələsində
Qərarın qəbul edilməsi üçün hərəkət variantlarının (alternativlərin) müəyyən edilməsi mərhələsində
Qərarın qəbul edilməsi (planların təsdiqi) mərhələsində
Qərarın yerinə yetirilməsinin aralıq nəticələrinin təhlili və düzəlişlərin edilməsi mərhələsində
