NEW
Font size
Worksheetserqonomika 21-40
Total questions: 20
Worksheet time: 10mins
Erqonomikaya uyğun olan kompleks yanaşmanın əlamətləri:
hamısı aiddir
əməyin elmi təşkili üçün çox dəyərlidir
müasir elm və təcrübələr nailiyyətləri nəzərə alınır
əmək prosesini yaxşılaşdırmaq üçün böyük imkanlar təklif edir
Emosional intellektin yaranması xüsusiyyətlərinə aid deyil:
emosional intellekt insanların motivasiya və davranışını izah etməyi tam olaraq bacarmır
işçilərin emosional intellekti işdə stressi idarəetmə və təhlükəsizlik texnikasına riayət etmə məsələləri arasında vacib rol oynayır
1920-ci ildə Edvard Torndayk ilk dəfə sosial intellekt anlayışını insanın düşüncəli davranışı mənasında istifadə edir
emosional intellektə maraq XX-ci əsrin başlanğıcında yaranır
Emosional intellekt nədir?
insanların şəxsi emosiyalarını başa düşüb qəbul etmək, işgüzar problemləri effektiv şəkildə həll etmək bacarığı
daimi ehtiyatdır
texnikanı işlədərək informasiyanı emal etmə bacarığı
əmək predmetlərinin istifadəsi
Ergonomikada araşdırılan istiqamətlərə aid deyil:
əməkhaqqının artırılması
əmək şəraitinin yaxşılaşdırılması
əmək fəaliyyətinin kompleks halda layihələndirilməsi
iş yerlərinin düzgün təşkili
Erqonomikanın hərtərəfli bir elm kimi yaranması xüsusiyyətlərinə aid deyil:
yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək üçün yaranmışdır
texnologiyanın əhəmiyyətli dərəcədə mürəkkəbliyini nəzərə alaraq ərsəyə gəlmişdir
psixologiya, fiziologiya, əməyin gigiyenası və dizaynın ümumi sistemə birləşməsi prinsipinə əsaslanaraq yaranmışdır
1920-ci illərdə yaranmışdır
İTMS-də yaranmış problemlərə aid deyil:
insan-operatorun fəaliyyət şəffaflığı
insanların zədə (travma) almaq təhlükəsi
psixoloji əsəb gərginliyi kimi məsələlər
nəqliyyatda və məişətdə baş verə biləcək gözlənilməz hadisələr
Təşkilatda İTMS-də baş verən təhlükə nəticəsini göstərin:
kadrların təşkilatı tərk etməsi (kadr axını)
tarif sisteminin tətbiqi
əməkhaqqının az səviyyədə qalması
əmək alətlərinin ardıcıl paylanması
Mühəndislik psixologiyasına aiddir:
hamısı aiddir
proseslər, insanlar və maşınlar arasında qarşılıqlı informasiya tədqiqi
məhdudlaşdırılmış vaxt şəraitində qərarların qəbul olunması
operativ informasiyanın qəbul olunması və emalı
İTMS-da baş verən problem nümunəsi göstərin:
insanın zədə (travma) alması
əməyin gigiyenası
ətraf mühit dəyişiklikləri
insan-operator fəaliyyəti
Şirkət daxilində sağlamlıq və təhlükəsizlik mədəniyyətinə mənfi təsir edən faktorlara aid deyil:
burada işçilər başa düşürlər ki, təhlükəsizlik qaydalarına riayət olunmarsa, onlar və iş yoldaşalrı xəsarət ala bilər
rəhbərlik tərəfindən idarəetmə zəifliyi, təhlükəsizliyə göstərdiyi zəif öhdəlik (söz ilə əməl üst-üstə düşmür)
işçilər məsuliyyətsiz davranır
sağlamlıq və təhlükəsizlik digər biznes maraqlarından daha aşağı prioritet kimi qəbul olunur
Erqonomika hansı əsasların birləşməsi üzərində yaranmışdır?
nəzəri və metodoloji
fiziki
metodoloji
riyazi
“İnsan-Texnika-Mühit” sistemi dedikdə hansı birləşdirmə xarakteri nəzərdə tutulur?
bütün cavablar düzdür
fiziologiya
əməyin gigiyenası
dizayn
Erqonomikada “Insan-Operator” dedikdə hansı fəaliyyət başa düşülür?
insanın əmək fəaliyyətinin həyata keçirilməsi
kimyəvi və fiziki faktorların təsiri
əmək alətlərinin ardıcıl paylanması
yüksək təzyiqin təsiri
Erqonomika hansı faktorları araşdırır?
xüsusi fiziki, kimyəvi və sosial mühit faktorları (əmək prosesi mühiti)
iqtisadi davranış
gəlir əldə etmək imkanları
əmək məhsuldarlığının səviyyəsi
Təhlükəsizlik mədəniyyətinə geniş yer verilən şirkətlərin xüsusiyyətlərinə aid deyil
işçilər ümumiyyətlə təhlükəsizlik barəsində elementar biliklərə malik deyillər
güclü SƏTƏMM siyasəti vardır
şirkət rəhbərinin təhlükəszilik qaydalarına müsbət yanaşması vardır
təhlükəsizlik mədəniyyəti sağlamlıq və təhlükəsizliyə olan münasibətlər, dəyərlər, inamlar və davranışlara əsaslanır
Erqonomikanın əsas obyektini hansı sistem təşkil edir?
“insan-texnika-mühit” sistemi
mühəndislər
standart formalar
ətraf mühit
Bir çox şirkət və müəssisələrdə SƏTƏMM üzrə məsul şəxslər təyin olunur.Onların vəzifəsi nədən ibarətdir?
peşə sağlamlığı, əməyin mühafizəsi və ətraf mühitin qorunmasına nəzarət edirlər
istehsalat demokratiyasını inkişaf etdirirlər
iş yerində inzibati-hüquqi idarəetmə metodları hazırlayırlar
kollektivdə müsbət sosial-psixoloji iqlimin yaranmasına zəmanət verirlər
Erqonomika fənni hansı faktorun təsiri ilə əlaqədardır?
insan əməyi prosesində ətraf iş mühitin təsiri
psixoloji amillərin təsiri
antropoloji amillərin təsiri
istehsalın inkişaf səviyyəsinin təsiri
ABŞ-da Erqonomika elmini hansı amil ilə əlaqələndirirlər?
insan faktoru
istehsalat faktoru
şəxsin inkişafı
insan əməyinin keyfiyyəti
İTMS insan təhlükəsizliyində hansı məqsəd daşıyır?
komfort iş mühitin yaradılması
yüksək gəlir əldə etmək
əmək məhsludarlığı
yüksək istehsal səviyyəsi
