NEW
Font size
WorksheetsStrateji menecment Quizz-1
Total questions: 15
Worksheet time: 5mins
Biznesdə strateji dəyişiklikləri zəruri edən nədir?
firmanın mülkiyyətçisinin dəyişməsi
firmanın fəaliyyət mühitində davamlı olaraq baş verən dəyişikliklər
resurslardan istifadənin səmərəliliyinin artırılması istəyi
firmada əmək intizamının zəif olması
işçilərin həyat səviyyəsinin yüksəldilməsi istəyi
Uzunmüddətli dövrdə firmanın fəaliyyət mühiti:
sabitdir
statikdir
dəyişkəndir
fasiləsiz prosesdir
müəyyəndir
Strateji qərarlar hansı əlamətlərlə xarakterizə olunur?
1) təbiəti etibarı ilə innovasiondur; 2) vəzifələrin həllinə yönəlikdir; 3) təbiəti etibarı ilə qeyri-müəyyəndir; 4) təbiəti etibarı ilə subyekivdir; 5) təbiəti etibarı ilə obyektivdir.
1, 3 və 4
3, 4, və 5
1, 2 və 5
1, 2 və 3
1, 3 və 5
Strateji planlaşdırma prosesində firmanın fəaliyyət mühitinin qiymətləndirilməsi zamanı tətbiq edilən spesifik təhlil üsulları hansılardır?
trend təhlili, idarəetmə təhlili, səbəb-nəticə təhlili, dinamika sıralarının qurulması
SWOT-analiz, funksional dəyər təhlili, rentabelliyin təhlili, bençmarkinq, sahə-məhsul-gəlir təhlili
elmi abstraksiya metodu, analiz və sintez metodu, induksiya-deduksiya metodu, PESTEL-analiz
SWOT-analiz, SNW-analiz, PESTEL-analiz, bençmarkinq
funksional dəyər təhlili, əmtəə-dəyər təhlili, indeks metodu
Missiya haqqında aşağıda qeyd edilən fikirlərdən hansı biri yanlışdır?
Missiya – firmanın müəyən istiqamətdə hərəkət (fəaliyyət) niyyətini konseptual şəkildə ifadə edir
Missiyada müəssisənin statusu, onun fəaliyyətinin əsas prinsipləri əks olunur, firmanın ən vacib təsərrüfat xarakteristikalarının müəyyənliyi verilir
Missiya gələcək inkişaf meylini ifadə edir, firmanın cəhdlərinin nəyə yönəldiləcəyini və bu zaman hansı dəyərlərə üstünlük veriləcəyini göstərir
Missiya firmanın indiki vəziyyətindən asılı olmamalıdır və burada müəssisənin maliyyə problemləri ifadə edilməməlidir
Missiyada firmanın baçlıca məqsədinin mənfəətin maksimumlaşdırılması olması və buna necə nail olunacağı dəqiq ifadə edilməlidir
Aşağıdakılardan hansı rəqabətin baş verməsinə imkan verməz?
rəqabətin hamı üçün açıq və şəffaf keçirilməsi
bütün iştirakçıların rəqabətin nəticəsi ilə razılaşması və bunu qəbul etməsi
məlum “oyun qaydaları”na əməl edilməsinə iştirakçılardan birinin nəzarət etməsi
haqsız rəqabətin yolverilməzliyi
rəqiblərin hamısının razılaşdırılmış qaydalara əməl etmələrinə ədaləti təmin edən və son nəticəyə marağı olmayan (bitərəf) qurumun nəzarət etməsi
Aşağıdakılardan hansı biri “rəqabətin hərəkətverici qüvvələri” modelində göstərilən rəqabət amili deyil?
Sahədə mövcud firmaların rəqabəti
Sahəyə yeni daxil ola biləcək potensial rəqiblər
Əvəzedici məhsulların təhlükəsi
Alıcılar - alıcıların bazar hakimiyyəti
Firmanın rəqabət üstünlükləri
Əvəzedici məhsullar nə zaman firma üçün rəqabət təhlükəsi yaratmır?
Firmanın bazara nəzarət imknları çox böyük olduqda
Firmanın istehsal etdiyi məhsulu tamamilə əvəz edə bildikdə
Əvəzedici məhsulların miqdarı çox, qiyməti sərfəli və istehlak xassələri kafi olduqda
Əvəzedici məhsullara keçid böyük xərclər tələb etmədikdə
Sahədə mövcud mallarla müqayisədə daha yaxşı qiymət və keyfiyyət nisbətini təmin etmək qabiliyyətində olduqda
Aşağıdakı suallardan biri strateji planlaşdırmanın elementi deyil:
Biz hazırda haradayıq?
Biz nəyə nail olmaq (yaxud harada olmağı) istəyirik?
Arzu etdiyimiz vəziyyətə necə nail ola bilərik?
Əgər buna nail ola bilmiriksə neyləməliyik?
Nəticələri necə izləyə və qiymətləndirə bilərik?
Aşağıdakılardan hansını strateji planlaşdırmaya qarşı qoyulan tələblərə aid etmək olmaz?
sərt şəkildə müəyyən edilmiş bir plan və ya şablondur ki, heç bir dəyişikliyə məruz qoyulmadan icra edilməlidir
dinamikdir və dəyişən şərtlərə uyğunlaşdırıla biləndir
qarşıya qoyulan məqsədə istiqamətlidir
resurslara deyil, son nəticənin əldə edilməsinə istiqamətləndiriləndir
hesabatlılığı və iştirakçılığı nəzərdə tutan bir sistemdir
Artikullaşdırılmış (yəni müyyən normalar sırasına daxil edilmiş), hamıya çatan formada bəyan edilmiş təşkilatın və qrup üzvlərinin reallaşdırmağa çalışdığı dəyər və prinsiplər (“məhsulun keyfiyyəti”, “bazarda liderlik” və başqaları)
Elan edilmiş normalardır
təşkilatın fəlsəfəsidir
davranış stereotipləridir
oyun qaydalarıdır
təşkilatdaxili iqlimdir
Dəyər zəncirində əsas fəaliyyət növlərini seçin:
1. İstehsal prosesi 2. Xarici logistika 3. Marketinq və satış 4. Texnoloji inkişaf
5. heyətin idarə edilməsi 6. Şirkətin infrastrukturu
3,4,5
1,2,3
2,4,6
1,4,5
3,5,6
Firmanın ayrı-ayrı səviyyələri üzrə strategiyalara aid olmayanı seçin:
korporativ strategiya,
biznes-vahidlərin strategiyaları
ı
sinerqizm strategiyası
funksional strategiyalar
işçi qrupların (komanda, layihə və s.) strategiyaları
“Kontrmədəniyyət” daşıyıcıları:
təşkilatın elə üzvləridir ki, onlar təşkilatda olan hakim mədəniyyətin dəyərlərini inkar edirlər.
təşkilatın hakim mədəniyyətinin əsas dəyərlərini qəbul etməklə yanaşı özləri də həmin ümumi dəyərlərlə münaqişədə olmayan fərqli dəyərlərin daşıyııcıları olurlar
mərkəzi idarəetmə aparatının içmədəniyyətidir və hakim mədəniyyətə daha çox dərəcədə təsir göstərir
Orta həlqə idarəedicilərinin əksəriyyətidir
Təşkilatın top-menecmentinin (ali idarəetmənin) içmədəniyyətinin daşıyıcılarıdır
Tədarükçülərin bazar hakimiyyətini müəyyən edən amillərə aid deyil
hər bir tədarükçünün ümumi xərci
tədarük olunan malların sayı
tədarük olunan malların əvəzedicilərinin mövcudluğu
başqa tədarükçüyə keçid məsrəfləri
minimum tədarük həcmi
