wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

VV 2

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.

Daxili vergi siyasəti nəyi nəzərdə tutur?

a)

Beynəlxalq çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini

b)

Beynəlxalq çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini

c)

Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və həm daxili, həmdə xarici məsələlərin həllini

d)

Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini

e)

Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini

2.

Dövlətin vergi siyasəti dedikdə nə başa düşülür?

a)

Dövlət tərəfindən işlənib hazırlanmış, vergi sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi

b)

Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və təşkilati tədbirlərin məcmusu

c)

Beynəlxalq təşkilatlar tərəfindən işlənib hazırlanmış, beynəlxalq vergi sferasında cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə yönəlmiş tədbirlər sistemi

d)

Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və hüquqi tədbirlərin məcmusu

e)

Vergitutma sahəsində dövlətin həyata keçirdiyi yalnız iqtisadi və hüquqi tədbirlərin məcmusu

3.

Aşağıda göstərilənlərdən hansı dövlətin vergi siyasətinin vəzifələrinə aid deyil?

a)

Sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması

b)

Vergi ödəyicisinin gəlirlərinə (dövriyyəsinə) mütənasib şəkildə vergi dərəcələrini artırmaq və ya azaltmaq

c)

Bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması

d)

Dövlətin maliyyə ehtiyyatları ilə təmin edilməsi

e)

Yüksək vergi dərəcələri tətbiq etmək, vergilərin sayını artırmaq və vergi güzəştlərini ixtisar etməklə mümkün qədər çox maliyyə vəsaitləri toplamaq

4.

Son illərdə Azərbaycanda həyata keçirilən kompleks vergi islahatlarının səciyyəvi cəhətləri hansılardır ?

a)

Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi növlərinin sayının artırılması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafelərinin qorunması

b)

Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin sabit qalması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafelərinin qorunmas

c)

Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin aşağı salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafelərinin qorunması

d)

Vergi qanunvericiliyinin sabit qalması, vergi dərəcələrinin sabit qalması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafelərinin qorunması

e)

Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi dərəcələrinin aşağı salınması, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, vergi ödəyicilərinin qanuni mənafelərinin qorunması

5.

Vergi siyasətinin iqtisadi, yaxud tənzimləyici vəzifələri hansı problemlərin həllinə yönəldilmişdir?

a)

Yalnız işsizliyin azaldılması və məşğulluğun artırılmasına

b)

Yalnız ölkədə işgüzar sahibkarlıq fəaliyyətinin canlandırılmasına

c)

Yalnız ikiqat vergitutmanın aradan qaldırılmasına

d)

Ölkənin iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, ölkədə işgüzar sahibkarlıq fəaliyyətinin canlandırılmasına, sosial problemlərin həllinə kömək etməyə, beynəlxalq iqtisadi əlaqələrin inkişafına

e)

Ölkənin texniki potensialının yüksəldilməsinə

6.

Müddətindən aslı olaraq vergi siyasətinin forması kimi vergi taktikası nəyi nəzərdə tutur?

a)

Vergilərin sayının artırılmasını

b)

Vergi güzəştlərinin ləğv edilməsi hesabına büdcə gəlirlərinin azaldılmasını

c)

Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini

d)

Yerli vergilərin ləğv edilməsini

e)

Vergi siyasətinə əlavələr edilməsi yolu ilə uzunmüddətli dövrdə qarşıya çıxa biləcək problemlərin həlli

7.

Yüksək vergi yükü siyasəti (maksimal vergi siyasəti) nədir?

a)

Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır

b)

Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır

c)

Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını azaltmaqla, vergi güzəştlərini artırmaqla vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır

d)

Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə yalnız qeyri-rezidentlərdən mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır

e)

Dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır

8.

Aşağı vergi yükü siyasəti (optimal vergi siyasəti) nədir?

a)

Bu zaman dövlət maksimum dərəcədə vergi ödəyicilərinin maraqlarını nəzərə alır

b)

Bu zaman dövlət maksimum dərəcədə ancaq öz fiskal maraqlarını nəzərə alır

c)

Bu zaman dövlət minimal dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır

d)

Bu zaman dövlət maksimum dərəcədə təkcə öz fiskal maraqlarını deyil, həm də vergi ödəyicilərinin maraqlarını nəzərə alır

e)

Bu zaman dövlət fiskal maraqlarını deyil, yalnız vergi ödəyicilərinin maraqlarını nəzərə alır

9.

Sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti nədir?

a)

Bu siyasətin səmərəsi yoxdur

b)

Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq etməklə vergi ödəyicilərinin yükünü azaldacaq nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır

c)

Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəçarpacaq sosial müdafiə proqramlarını tətbiq edə bilmir

d)

Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib

e)

Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib hazırlayır

10.

Vergi siyasətinin əsas məqsədi nədir?

a)

Məcmu ictimai məhsulun bir hissəsinin yalnız bölüşdürülməsindən ibarətdir

b)

Vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir

c)

Gəlirlərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından ibarətdir

d)

Vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir

e)

Beynəlxalq təşkilatların qoyduğu tələblərdən irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir

11.

Vergi strategiyası nəyi nəzərdə tutur?

a)

Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini

b)

Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və kiçik miqyaslı məsələlərin həllini

c)

Vergi sahəsində dövlətin vergi tarazlaşdırılması siyasətinin həyata keçirir

d)

Vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini

e)

Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini

12.

Göstərilən vergi mexanizminin əsas alətləri hansılar ölkədə vergi siyasətinin həyata keçirilməsində istifadə edilir?

a)

Yalnız vergi güzəştləri

b)

İnzibati cərimələr və maliyyə sanksiyaları

c)

Yalnız vergitutma bazası

d)

Vergitutma bazası vergi dərəcələri, və vergi güzəştləri

e)

Yalnız vergi dərəcələri

13.

Göstərilənlərdən hansı Dövlətin vergi siyasətinin əsas vəzifələrinə aiddir?1. sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün

a)

İxracı azaltmaq üçün diferensiallaşdırılmış vergi tətbiq etmək

b)

bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin artırılması.

c)

vergi güzəştlərini artırmaq yolu ilə büdcə gəlirlərini azaltmaq;

d)

Regionların gəlirlərinin artırılması üçün vergi dərəcələrinin artırılması

e)

dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi;

14.

Xarici vergi siyasəti nəyi nəzərdə tutur?

a)

İkiqat vergitutmanın aradan qaldırılması sahəsində daxili siyasətinin həyata keçirilməsini

b)

Beynəlxalq təşkilatların vergi sahəsində qoyduğu tələbləri yerinə yetirmək

c)

Avropa iqtisadi məkanına inteqrasiya istiqamətində daxili siyasətinin həyata keçirilməsini

d)

İkiqat vergitutmanın aradan qaldırılmasını, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasını, onların vahid şəklə salınmasını

e)

Ölkələrin sərbəst xarici siyasətinin həyata keçirilməsini

15.

Diskresion vergi siyasəti nəyi nəzərdə tutur?

a)

Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir

b)

Vergilərin ləğv edilməsi yolu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

c)

Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə beynəlxalq təşkilatların qərarları əsasında həyata keçirilir

d)

Yalnız vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

e)

Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

16.

Qeyri-diskresion vergi siyasəti nəyi nəzərdə tutur?

a)

Beynəlxalq təşkilatların qərarlarından asılı olaraq, avtomatik surətdə həyata keçirilir

b)

Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

c)

Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir

d)

Hökumətin qərarlarından asılı olaraq, avtomatik surətdə həyata keçirilir

e)

Vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

17.

Dövlətin vergi siyasətinin əsas vəzifələri hansılardır: 1. sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması; 2. dövlətin maliyyə ehtiyatları ilə təmin edilməsi; 3. vergi güzəştlərini azaltmaq yolu ilə büdcə gəlirlərini artırmaq; 4. bazar münasibətləri şəraitində əhalinin gəlir səviyyələri arasında yaranmış qeyri-bərabərliyin hamarlanması.

a)

2, 3, 4

b)

1, 2, 3, 4

c)

1, 2, 4

d)

1, 2, 3

e)

1, 3, 4

18.

Aşağıdakılardan hansı vergi siyasətinin məgsədlərinə aid edilmir?

a)

Sosial məqsədlər

b)

texnoloji məqsədlər

c)

İqtisadi məgsədlər

d)

Beynəlxalq məqsədlər

e)

Ekoloji məqsədlər

19.

Vergi siyasətinin fiskal vəzifələri dedikdə nə nəzərdə tutulur?

a)

iqtisadi subyektlərin fəaliyyətinə nəzarətin təmin edilməsi

b)

dövlətin iqtisadi inkişaf səviyyəsinin artırılması

c)

Öz funksiyalarini yernə yetirilməsi üçün dövləti malyyə resurslari ilə təmin etmək məgsədilə budcəyə pul vəsaitlərinin cəlb edilməsi

d)

sahibkarlıq və işgüzar aktivliyin canlandırılması

e)

sosial problemlərin həllinə köməklik etmək

20.

Sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti nədir?

a)

Beynəlxalq təşkilatların vergi sahəsində qoyduğu tələbləri yerinə yetirmək.

b)

Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq etməklə sosial müdafiə proqramları işləyib hazırlayır

c)

Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib hazirlayır

d)

Vergi sahəsində dövlətin vergi tarazlaşdırılması siyasətinin həyata keçirir

e)

Bu siyasətin səmərəsi yoxdur

21.

Qeyri-diskresion vergi siyasəti nəyi nəzərdə tutur?

a)

İkiqat vergitutmanın aradan qaldırılmasını, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasını, onların vahid şəklə salınmasını

b)

Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir

c)

Hökumətin qərarlarından asılı olaraq həyata keçirilir

d)

Beynəlxalq təşkilatların vergi sahəsində qoyduğu tələbləri yerinə yetirmək

e)

Vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini

22.

Vergi siyasətinin həyata keçirilməsində vergi mexanizminin əsas alətləri hansılardır?

a)

Yalnız vergi güzəştləri

b)

Maliyyə sanksiyaları və inzibati cərimələr

c)

Yalnız vergi dərəcələri

d)

Vergi dərəcələri, vergitutma bazası və vergi güzəştləri

e)

Yalnız vergitutma bazası

23.

Sahibkarlıq fəaliyyətinin subyektləri üçün vergi yükünü yüngülləşdirən, lakin sosial proqramları məhdudlaşdıran vergi siyasəti necə adlanır?

a)

Neytral vergi siyasəti

b)

Minimal vergi siyasəti

c)

Optimal vergi siyasəti

d)

Ədalətli vergi siyasəti

e)

Maksimal vergi siyasəti

24.

Optimal vergilər siyasətinin həyata keşirilməsi sahibkarlıq fəaliyyətinə necə təsir edir?

a)

İxracın qarşısini alır

b)

Stimul verir

c)

Sahibkarlıq fəaliyyətini lənqidir

d)

qismən əngəlləyir

e)

Sahibkarlıq fəaliyyətinin qarşısını alır.

25.

Vergi siyasətinin bir forması kimi Vergi strategiyası nəyi nəzərdə tutur?

a)

Yalnız büdcədənkənar fondların gəlirlərinin artırılması üçün dövlətin vergi tənzimlənməsi siyasətinin həyata keçirir

b)

Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi ,vergi dərəcələrinin artırılması yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini

c)

Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və kiçik miqyaslı məsələlərin vergilərin artırılması hesabına həllini

d)

Dövlətin vergi sahəsində uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini

e)

Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin qismən həllini

26.

Vergi siyasətinin bir forması olaraq, daxili vergi siyasəti nəyi nəzərdə tutur?

a)

rezident vergi odəyicilərinin xarici ölkələrin vergi sistemlərinə uyğunlaşdırılmasını nəzərdə tutur

b)

ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutur

c)

qeyri rezidentlərin gəlir vergisinin artırılmasını nəzərdə tutur

d)

bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini nəzərdə tutur.

e)

vergi dərəcələrini artırmaqla daxili və xarici məsələlərin həllini nəzərdə tutur

27.

Göstərilənlərdən hansı vergi siyasətinin məqsəd və vəzifələrinə aid edilir?

a)

İxracı azltmaq və vergilərin sayını artırmaq

b)

Sosial iqtisadi vəziyyətdən aslı olmayaraq-yüksək vergi dərəcələri tətbiq etmək, vergilərin sayını artırmaqla mümkün qədər çox maliyyə vəsaitləri toplamaq

c)

Kiçik və orta biznez subyektlərinin sıxışdırılması, vergilərin sayının artırılması

d)

İqtisadiyyatın ayrı ayrı sahələrinin o cümlədən, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək, ixracı stimullaşdırmaq,büdcənin gəlirlərini artırmaq və s.

e)

vergi dırıcələrinin mütəmadi olaraq artırılması

28.

Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq vergi agenti hansı şəxsdir?

a)

Dövlət vergi xidmətinin bütün əməkdaşları

b)

Vergi agenti Vergi Məcəlləsinə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir.

c)

vergi ödəyicilərinin fəaliyyətini izləyən xüsusi şəxslər

d)

yalnız yerli vergilərin hesablanmasını həyata keçirən şəxslər

e)

yalnız vergi ödəyicisinin ailə üzvləri

29.

Aşağıdakılardan hansı vergitutma obyektlərinə aid deyil?

a)

təqdim edilmiş malların [işin, xidmətin] dəyəri

b)

torpaq, faydalı qazıntılar

c)

əmlak

d)

gəlir

e)

xeyriyyəçilik fəaliyyəti

30.

Vergitutma bazası nədir?

a)

vergi ödəyicisinin əmlakı

b)

vergi ödəyicisinin əmlakı və pul vəsaiti

c)

vergi ödəyicisinin pul vəsaiti

d)

vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsi

e)

Vergi ödəycisinin mülkiyyətində olan torpaq sahəsi

31.

Vergitutma məqsədləri üçün şəxs dedikdə, kim nəzərdə tutulur?

a)

yalnız fiziki şəxs

b)

yalnız Azərbaycan Respublikasının hüquqi şəxsi

c)

yalnız qeyri-rezidentin daimi nümayəndəliyi

d)

istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi

e)

yalnız Azərbaycan Respublikasının rezidentləri

32.

Vergitutma məqsədləri üçün hüquqi şəxs dedikdə kim nəzərdə tutulur?

a)

Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış istənilən şəxs

b)

Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar

c)

yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar

d)

Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar

e)

yalnız xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar

33.

Vergitutma məqsədləri üçün bazar qiyməti dedikdə, nə nəzərdə tutulur?

a)

malın [işin, xidmətin] maliyyə orqanları tərəfindən müəyyən edilən qiyməti

b)

malın [işin, xidmətin] statistika orqanları tərəfindən müəyyən edilən qiyməti

c)

malın [işin, xidmətin] tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti

d)

malın [işin, xidmətin] gömrük orqanları tərəfindən müəyyən edilən qiyməti

e)

malın [işin, xidmətin] vergi orqanları tərəfindən müəyyən edilən qiyməti

34.

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə [hər hansı birində] fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs hansı meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır? 1.daim yaşayış yeri; 2.adətən yaşadığı yer; 3.xarici dövlətin vətəndaşlığı; 4.həyati mənafelərinin mərkəzi.

a)

1, 2, 3, 4

b)

2, 3, 4

c)

1, 2, 4

d)

1, 3, 4

e)

1 ,2, 3

35.

Vergitutma məqsədləri üçün dividend dedikdə, nə nəzərdə tutulur?

a)

hüquqi şəxsin istənilən şəxsin xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş

b)

səhmdarların yalnız hüquqi şəxsin xeyrinə xalis mənfəətin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş

c)

hüquqi şəxsin öz təsisçilərinə [payçılarına] və yaxud səhmdarlarına natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr

d)

hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi,

e)

fiziki şəxsin xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş

36.

Yerli vergilərin hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət hansi organ tərəfindən həyata keçirilir?

a)

nazirlər kabineti

b)

gömrük orqanı

c)

ədliyyə nazirliyi

d)

bələdiyyənin yerləşdiyi ərazinin maliyyə organı

e)

bələdiyyələrin vergi xidməti orqanı

37.

Əmlakın qalıq dəyəri dedikdə nə başa düşülür?

a)

ilin sonuna əsas vəsaitlərin dəyəri

b)

əsas vəsaitlərin ilkin dəyəri ilə həmin əsas vəsaitlərə hesablanmış amortizasiya məbləğinin ədədi ortası

c)

ilin sonuna əsas vəsaitlərin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri

d)

əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri

e)

əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri

38.

Malların [işlərin, xidmətlərin] bazar qiyməti sonrakı [təkrar] satış qiymətinə əsasən hansı qaydada müəyyənləşdirilir?

a)

sonrakı satış qiymətinin üzərinə tətbiq olunmuş əlavələri gəlməklə

b)

maya dəyərinə rentabellik normasını əlavə etməklə

c)

sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla

d)

tətbiq olunmuş əlavələri sonrakı satış qiyməti ilə toplamaqla

e)

belə bir qayda müəyyənləşdirilməmişdir

39.

Qeyri-rezident dedikdə kim nəzərdə tutulur? 1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olmayan şəxs və onun ailə üzvləri; 2. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs; 3. rezident anlayışı ilə əhatə edilən digər şəxslər; 4. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri; 5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri.

a)

1, 2, 4

b)

2, 3, 4

c)

1, 2, 3

d)

2, 4, 5

e)

1, 3, 5

40.

Vergi ödəyicisinin ailə üzvlərinə aşağıdakılardan hansılar aiddir? 1. ər-arvadlar, bacı və qardaş övladları; 2. ər-arvadların bacıları, qardaşları və valideynləri; 3. bacıların ərlərinin və qardaşların arvadlarının valideynləri; 4. valideynlərin bacılarının [qardaşlarının] övladları; 5. bacıların ərləri və qardaşların arvadları.

a)

1, 2, 5

b)

1, 2, 3

c)

1, 3, 5

d)

1, 3, 5

e)

3, 4, 5

41.

Aşağıdakılardan hansı Azərbaycan mənbəyindən gəlir sayılmır?

a)

Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir;

b)

vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir

c)

Azərbaycan Respublikasında istehsal edilmiş malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir

d)

qeyri-rezident tərəfindən ödənilən pensiya

e)

Azərbaycan Respublikasında muzdlu işdən gəlir

42.

Aşağıda göstərilən hansı məlumatlar vergi hesab-fakturasında əks etdirilir? 1. vergi ödəyicisinin və alıcının [sifarişçinin] adı və eyniləşdirmə nömrəsi; 2. vergi ödəyicisinin və alıcının hesablaşma və bankda olan digər hesablarının nömrələri; 3. yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı; 4. vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği

a)

2, 3, 4

b)

1, 2, 5

c)

1, 2, 5

d)

1, 4, 5

e)

1, 3, 4

43.

Aşağıdakılardan hansı Vergi Məcəlləsində istifadə edilən royalti anlayışına aid deyil?

a)

ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı üzərində hüquqların istifadə olunmasına görə ödənişlər

b)

kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödənişlər

c)

istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər

d)

sənaye, kommersiya və ya elmi avadanlığın istehsalı, yaxud satışına görə alınan ödənişlər

e)

sənaye və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlər

44.

Aşağıdakılardan hansı Vergi Məcəlləsində istifadə edilən royalti anlayışına aid deyil?

a)

istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər

b)

ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı üzərində hüquqların istifadə olunmasına görə ödənişlər

c)

kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödənişlər

d)

sənaye, kommersiya və ya elmi avadanlığın istehsalı, yaxud satışına görə alınan ödənişlər

e)

sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlər

45.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında Vergi Məcəlləsi ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, hansı müddəalar tətbiq edilir?

a)

Mülki Məcəllənin müddəaları

b)

Azərbaycan Respublikasının Mülki və Vergi Məcəllələrinin müddəaları

c)

Azərbaycan Respublikasının Vergi və Mülki Prosessual Məcəlləsinin müddəaları

d)

Beynəlxalq müqavilələrin müddəaları

e)

Vergi Məcəlləsinin müddəaları

46.

Xüsusi vergi rejimi dedikdə, nə nəzərdə tutulur ?

a)

müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin təxirə salınması

b)

müəyyən dövr ərzində vergilərin yalnız ödənilməsinin xüsusi qaydası

c)

müəyyən dövr ərzində vergilərin yalnız hesablanmasının xüsusi qaydası

d)

müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası

e)

müəyyən dövr ərzində vergi bəyannamələrinin təqdim edilməsinin xüsusi qaydası

47.

Hansı vergi dövlət vergilərinə aid deyildir?

a)

aksizlər

b)

əlavə dəyər vergisi

c)

fiziki şəxslərin gəlir vergisi

d)

yol vergisi

e)

Vergi Məcəlləsinə uyğun olaraq fiziki şəxslərin torpaq vergisi

48.

Vergi Məcəlləsi ilə bütün dövlət vergilərinin dərəcələrinin hansı həddi müəyyən edilir?

a)

optimal hədləri müəyyən edilir

b)

orta hədləri müəyyən edilir

c)

yüksək olmayan hədləri müəyyən edilir

d)

ən yüksək hədləri müəyyən edilir

e)

aşağı hədləri müəyyən edilir

49.

Hansı vergi yerli vergilərə [bələdiyyə vergilərinə] aid deyildir?

a)

fiziki şəxslərin torpaq vergisi və fiziki şəxslərin əmlak vergisi

b)

fiziki şəxslərin torpaq vergisi

c)

bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

d)

fiziki şəxslərin əmlak vergisi

e)

hüquqi şəxslərin torpaq vergisi

50.

Maddi aktivlərin istifadə müddəti neçə ildən çox olduqda, onlar əsas vəsait sayılır?

a)

5 ildən

b)

4 ildən

c)

3 ildən

d)

2 ildən

e)

1 ildən