NEW
Font size
WorksheetsVV 7
Total questions: 50
Worksheet time: 25mins
Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında neçə gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir?
50 gündən
60 gündən
10 gündən
20 gündən
30 gündən
Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin ( gəlir və mənfəət vergisi bəyənnamələri istisna olmaqla) vergi orqanına təqdim edildiyi vaxtdan neçə iş günü müddətində keçirilir?
90 iş günü
30 iş günü
60 iş günü
40 iş günü
50 iş günü
Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala ikinci dəfə yol verdikdə hansı miqdarında maliyyə sanksiyası tətbiq edili?
30 faizi
20 faizi
40 faizi
50 faizi
tətbiq edilmir
Malların alışını və ya mədaxilini təsdiq edən Vergi Məcəlləsində nəzərdə tutulmuş sənədlərdən ən azı biri olmadıqda....
alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 40 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 100 faizi miqdarında
alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında
alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 40 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 10 faizi miqdarında
satıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 30 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında
maliyyə sanksiyası tətbiq edilmir
Vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə hansı qanunvericilik aktlarına əsasən məsuliyyət daşıyırlar?
Mülki Məcəllə
yalnız İnzibati Xətalar və Vergi Məcəlləsi
yalnız İnzibati Xətalar Məcəlləsi
yalnız Vergi Məcəlləsi
Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə
Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hansı məsuliyyət tədbirləri tətbiq edilir?
yalnız maliyyə sanksiyaları və inzibati cərimələr
maliyyə sanksiyaları, faizlər və inzibati cərimələr
maliyyə sanksiyaları və inzibatı cərimələr
maliyyə sanksiyaları və faizlər
faizlər və inzibati cərimələr
Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi hansı orqanın üzərinə qoyulur?
maliyyə orqanlarının
icra hakimiyyəti orqanlarının
vergi ödəyicisinin
vergi orqanlarının
mühafizə orqanlarının
Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları necə tətbiq edilir?
hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir
Vergi Məcəlləsində nəzərdə tutulmuş ən aşağı maliyyə sanksiyası tətbiq edilir
Vergi Məcəlləsində nəzərdə tutulmuş ən yüksək maliyyə sanksiyası tətbiq edilir
pozuntunun yüksək məbləği götürülür və ona uyğun maliyyə sanksiyası tətbiq edilir
vergi orqanının müəyyən etdiyi qaydada
Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz?
2 il
1 il
2,5 il
3 il
1 il 6 ay
Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanının tələbinə əsasən aktivləri barədə məlumatı 10 gün ərzində təqdim edilmədiyinə görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
40 manat
50 manat
100 manat
200 manat
75 manat
Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün [ödəmə günü də daxil olmaqla] vergi ödəyicisinə müvafiq məbləğlərin neçə faizi miqdarında faiz ödənilir?
0,01 faizi
0,05 faizi
1 faizi
0,1 faizi
0,2 faizi
Vergi Məcəlləsində nəzərdə tutulan kreditor və debitor borclar barədə məlumat formasının təqdim edilməməsinə görə vergi ödəyicisinə neçə manat maliyyə sanksiyası tətbiq edilir.
125 manat
100 manat
50 manat
150 manat
200 manat
ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
10
20
40
50
100
Plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markaların inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də Vergi Məcəllənin müvafiq maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
500 manat
50 manat
5000 manat
50000 manat
1000 manat
Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba mədaxil edilmiş pul vəsaitinin neçə faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir?
40 faizi
50 faizi
25 faizi
100 faizi
200 faizi
Vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə, Vergi Məcəlləsi ilə müəyyən edilən faiz cari vergi ödənişlərinə münasibətdə hansı dövrə tətbiq edilir?
bütün ötmüş müddətə
bütün ötmüş müddətə, ancaq üç ildən çox olmamaq şərti ilə
cari vergi ödənişlərinə faiz hesablanmır
bütün ötmüş müddətə, ancaq 2 ildən çox olmamaq şərti ilə
bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə
Hansı hal vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edir?
vergi ödəyicisi fəaliyyət ünvanını dəyişdikdə
vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsasların olması aşkar edildikdə
vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü olduqda
vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun qarşısı alına bilən hadisələr nəticəsində törədilməsi
vergi ödəyicisinin xahişi olduqda
Verginin [o cümlədən ödəmə mənbəyində verginin] hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin [kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla] neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?
60 faizi
50 faizi
40 faizi
20 faizi
100 faizi
Vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırıldıqda şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyət daşıyırmı?
Vergi Məcəlləsi ilə müəyyən edilən faizlərin ödənilməsi istisna olmaqla məsuliyyət daşımır
Vergi Məcəlləsi ilə müəyyən edilən maliyyə sanksiyalarının və faizlərin ödənilməsi istisna olmaqla məsuliyyət daşımır
bu vergi orqanı tərəfindən müəyyən edilir
bütün hallarda məsuliyyət daşıyır
heç bir halda məsuliyyət daşımır
Vergi Məcəlləsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya Məcəllədə göstərilən müddətdə olduğu yer, həmçinin digər uçot məlumatlarında [vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər] dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə Vergi Məcəlləsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə hansı miqdarında maliyyə sanksiyası tətbiq edilir?
25 manat
20 manat
40 manat
50 manat
100 manat
Vergi məcəlləsi ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə hansı qaydada məsuliyyət daşıyırlar?
Yalnız Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada
Yalnız Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada .
Yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada
Yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada
Vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə vergi yoxlaması keçirildikdə
buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyanın 2 mısli həcmdə vergi ödəyicisinə ödənilməlidir
buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyan qismən vergi ödəyicisinə ödənilməlidir
buraxılmış fayda [əldə edilməyən gəlir] istisna olmaqla vurulan ziyan qismən vergi ödəyicisinə ödənilməlidir
buraxılmış fayda [əldə edilməyən gəlir] də daxil olmaqla vurulan ziyan tam həcmdə vergi ödəyicisinə ödənilməlidir
buraxılmış fayda [əldə edilməyən gəlir] istisna olmaqla vurulan ziyan tam həcmdə vergi ödəyicisinə ödənilməlidir
Hansı hal vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edir?
vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü olduqda
vergi ödəyicisinin xahişi olduqda
vergi ödəyicisi fəaliyyət ünvanını dəyişdikdə
vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması
vergi ödəyicisinin vəzifəli şəxsinin təşəbbüsü olduqda
Aşağıdakılardan hansılar vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallara aiddir?1. vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi 2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun qarşısı alına bilən hadisələr nəticəsində törədilməsi 3. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması 4. vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin düzgün yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması
2, 3, 4
1, 2, 3
1, 2
1, 3, 4
1, 2, 4
Nağdsız hesablaşmalar haqqında qanunla Azərbaycan Respublikasının qanunlarının tələblərini pozmasına görə Vergi məcəlləsində müəyyənləşdirilən vergi ödəyicilərinə təqvim ili ərzində belə hala üç və daha çox dəfə yol verdikdə hansı miqdarında maliyyə sanksiyası tətbiq edilir?
20 faizi
aparılan əməliyyatın ümumi məbləğinin 40 faizi
50 faizi
10 faizi
tətbiq edilmir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi [kontraktı] hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin [xidmətlərin] yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə [azaldılmasına] şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində birinci dəfə yol verdikdə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?
2000 manat
400 manat
100 manat
5000 manat
1500 manat
Vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə nağd pul hesablaşmalarının aparılmasına təqvim ili il ərzində üçüncü dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
100 manat
800 manat və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarınd 200.000 manatdan artıq olan ticarət və (və y ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 6000 manat
400 manat
6000 manat
900 manat
Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən [nəzarət kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nəğd ödənilmiş məbləği mədaxil etmədən] nağd pul hesablaşmalarının aparılmasına təqvim ili il ərzində ikinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
200 manat
400 manat
100 manat
1200 manat və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarınd 200.000 manatdan artıq olan ticarət və (və y ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 4000 manat
3000 manat
Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən [nəzarət kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nəğd ödənilmiş məbləği mədaxil etmədən] nağd pul hesablaşmalarının aparılmasına təqvil ili il ərzində birinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
800 manat
1200 manat vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarınd 200.000 manatdan artıq olan ticarət və (və y ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 2000 manat
100 manat
200 manat
1000 manat
Pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə.....
100 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 100 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
10000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 10000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
maliyyə sanksiyası tətbiq edilmir
1000 manatdan çox olan hissəsinin 10 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
1000 manatdan çox olan hissəsinin 50 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir
Vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar ola bilərmi?
Yalnız qeyri rezidentlərə aiddir
yalnız rezidentlər ola bilər
yalnız Gömrük məcəlləsinə uyğunn olaeaq ola bilər
Vergi məcəlləsində göstərilən hallarda ola bilər
ola bilməz
Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə il ərzində belə hala təkrar yol verdikdə hansı miqdarında maliyyə sanksiyası tətbiq edilir
100 faiz
1000 manatdan çox olan hissəsinin 10 faizi
Sanksiya tetbiq edilmir
1000 manatdan çox olan hissəsinin 20 faizi
1000 manatdan çox olan hissəsinin 40 faizi
Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) neçə faizi maliyyə sanksiyası tətbiq edilir?
8 faizi miqdarında
9 faizi miqdarında
6 faizi miqdarında
5 faizi miqdarında
20 faizi miqdarında
Aksiz markalarının və məcburi nişanlamanın inventarizasiyasında kənarlaşmalara yol verilməsinə vergi ödəyicisinə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?
3000 manat
4000 manat
5000 manat
50 faiz
2000 manat
Aşağıdakı hallardan hansı vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallara aid deyil?
Vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsaslar olmasının aşkar edilməsi
hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması;
Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi
Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi ödəyicisi-fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət [özünə hesabat verməyi] və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi
Vergi hesabatının əsas olmadan müəyyən edilmiş vaxtda təqdim edilməməsi
Malların alışını və ya mədaxilini təsdiq edən sənədlərdən ən azı biri olmadıqda uçotdan gizlədilməsinə və ya uçota alınmamasına il ərzində üç və daha çox yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?
gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin 1000 manatının 10 faizi miqdarında
gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 10 faizi miqdarında
gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinə 10 faizi miqdarında
alınmış malların dəyərinin 40% i miqdarında
gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında
Malların alışını və ya mədaxilini təsdiq edən vergi məcəlləsində göstərilən hər hansı sənədlərdən biri olmadıqda vergi ödəyicisinə bu cür hala görə birinci dəfə yol verdikdə hansı maliyyə sanksiyası tətbiq edilir?
gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 3 faizi miqdarında
gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin tam məbləğinin 5 faizi miqdarında
gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan az olan hissəsinin 5 faizi miqdarında
alınmış malların dəyərinin 10 faizi miqdarında
gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 100 manatdan çox olan hissəsinə 5 faizi miqdarında
Vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə aşağıdakı hansı məsələlər müəyyən edilməlidir?1. onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi 2. inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması 3. vergi ödəyicisi olan fiziki şəxsin sağlamlıq vəziyyəti 4. yüngülləşdirici və ya ağırlaşdırıcı hallar 5 heç bir halda
2, 3, 4
1, 3, 5
1, 2, 5
1, 2, 4
3, 4, 5
Aşağıdakılardan hansılar vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallara aiddir? 1. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun qarşısı alına bilən hadisələr nəticəsində törədilməsi 2. vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi 3. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması 4. vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin düzgün yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması 5.vergi qanunvericiliyinin pozulmasının təsadüfən törədilməsi .
4, 5
2, 3, 5
2, 3, 4
1, 2, 3
1, 2, 4
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi [kontraktı] bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin [xidmətlərin] yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə [azaldılmasına] şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala üç və daha çox dəfə yol verdikdə,hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?
4000 manat
2000 manat
1000 manat
6000 manat
50 faiz
Vergi Məcəlləsinə uyğun olaraq vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar kimin xeyrinə şərh olunur?
Vergi orqanlarının
bələdiyyələrin
Gömrük orqanlarının
Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisinin
Məhkəmə orqanlarının
Vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilir?
Mülki Məcəllə ilə
Azərbaycan Respublikasının Konstitusiyası ilə
İnzibati Xətalar Məcəlləsi ilə
Vergi Məcəlləsi ilə
Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi
vergi orqanı tərəfindən hüquqi şəxsə, fərdi sahibkara, filiala və nümayəndəliyə verilən şəhadətnamə-dublikat olmadan, sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin hesablaşma hesabı və ya digər hesablar açdığına görə - Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına hansı maliyyə sanksiyaları tətbiq edilir?:
hər açılmış hesab 800 manat məbləğində;
hər açılmış hesab 1500 manat məbləğində;
hər açılmış hesab 2000 manat məbləğində;
hər açılmış hesab 1000 manat məbləğində;
hər açılmış hesab 400 manat məbləğində;
Vergi orqanından Vergi Məcəlləsinə uyğun olaraq “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə nə qədər maliyyə sanksiyası tətbiq olunur?
həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 60 faizi miqdarında;
həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 120 faizi miqdarında;
həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında;
həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 90 faizi miqdarında;
həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 80 faizi miqdarında;
Topdansatış ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə neçə manat məbləğində maliyyə sanksiyası tətbiq edilir?
8000 manat
3000 manat
5000 manat
7000 manat
9000 manat
Hüquqi şəxsə, fərdi sahibkara, filiala və nümayəndəliyə, vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərə hesablaşma hesabı və digər hesablar açdığına görə banklara və bank əməliyyatlarının ayrıayrı növlərini həyata keçirən kredit təşkilatlarına hər açılmış hesab üçün hansı məbləğində maliyyə sanksiyası tətbiq edilir?
200 manat
400 manat
50 manat
150 manat
1000 manat
Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda – aparılmış məxaric əməliyyatlarının neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?
25 faizi
40 faizi
50 faizi
60 faizi
100 faizi
Xronometraj metodu ilə muşahidə neçə iş günü meddətində aparılır?
5 iş günündən çox olmayan müddətdə
30iş günündən çox olmayan müddətdə
15 iş günündən çox olmayan müddətdə
1 iş günündən çox olmayan müddətdə
vergi ödəyicilərində xronometraj müşahidə aparılmır
Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsində hansı məsuliyyət tədbiri nəzərdə tutulmuşdur?
müəyyən edilmiş qaydada maliyyə sanksiyası tətbiq edilir
inzibati qaydada cərimə edilir
müəyyən edilmiş qaydada və şərtlərlə faizlər ödənilir
heç bir tədbir görülmür
əmlakı satılır
Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə hansı miqdarda maliyyə sanksiyası tətbiq edilir?
tətbiq edilmir
20 faizi
10 faizi
40 faizi
50 faizi
