wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Ümumi mikrobiologiya 2

Total questions: 30

Worksheet time: 15mins

Name
Class
Date
1.

Göbələkləri öyrənən elm sahəsi necə adlanır?

a)

mikologiya

b)

bakteriologiya

c)

virusologiya

d)

alqologiya

e)

protozoologiya

2.

Yosunları öyrənən elm sahəsi necə adlanır?

a)

mikologiya

b)

bakteriologiya

c)

alqologiya

d)

virusologiya

e)

protozoologiya

3.

Bakteriyaları öyrənən elm sahəsi necə adlanır?

a)

bakteriologiya

b)

alqologiya

c)

mikologiya

d)

protozoologiya

4.

Fərqli təbii mühitlərdən (torpaqlardan, su anbarlarından, orqanizmlərdən və s.) və ya eyni mühitdən fərqli vaxtlarda təcrid olunmuş eyni növdən olan mikroorqanizm kulturaları necə adlanır?

a)

ştamm

b)

koloniya

c)

klon

d)

qarışıq kultura

5.

Bir hüceyrədən alınan kultura necə adlanır?

a)

koloniya

b)

klon

c)

təmiz kultura

d)

ştamm

6.

Qidalı mühit səthində eyni növlü mikrobun bir yerə yığılmış forması, topası necə adlanır?

a)

koloniya

b)

klon

c)

ştamm

d)

polisom

7.

Standart şəraitdə oxşar morfoloji, fizioloji, biokimyəvi və s. əlamətlərə və eyni genotipə malik, təkamül yolu  keçmiş fərdlər toplusu necə adlanır?

a)

növ

b)

cins

c)

dəstə

d)

sinif

8.

Bakteriyaların sistematikasının əsas taksonomik vahidi nə hesab olunur?

a)

ştamm

b)

tip

c)

növ

d)

cins

9.

İmmun zərdablardan istifadə edərək bakteriyaların antigenlərini öyrənən taksonomik sistem necə adlanır?

a)

Serotaksonomiya

b)

Rəqəmsal taksonomiya

c)

Xemotaksonomiya

d)

Gen sistematikası

10.

Fiziki-kimyəvi üsullar vasitəsi ilə mikrob hüceyrəsinin amin turşusu və lipid tərkibini öyrənən sistematika necə adlanır?

a)

Xemotaksonomiya

b)

Serotaksonomiya

c)

Rəqəmsal taksonomiya

d)

Gen sistematikası

11.

Mikroorqanizmlərin forması, ölçüsü, rəngi və quruluş xüsusiyyətləri hansı əlamətləri xarakterizə edir?

a)

tinktorial

b)

morfoloji

c)

biokimyəvi

d)

fizioloji

12.

Mikroorqanizmlərin müxtəlif boyalara münasibəti (boyanmanın xüsusiyyəti) hansı xüsusiyyətlər adlanır? 

a)

morfoloji

b)

biokimyəvi

c)

tinktorial

d)

fizioloji

13.

Qidalı mühitlərdə mikroorqanizmlərin böyümə xüsusiyyətləri necə adlanır?

a)

morfoloji

b)

biokimyəvi

c)

kultural

d)

fizioloji

14.

Hüceyrəvi quruluşa malik olmayan varlıqlar necə adlanır?  

a)

bakteriyalar

b)

yosunlar

c)

bitkilər

d)

viruslar

15.

Mikroorqanizmlərin müxtəlif substratları (karbohidratlar, zülallar və amin turşuları və s.) fermentasiya  qabiliyyəti, müxtəlif fermentlərin təsirindən mikroorqanizmlərin həyat fəaliyyəti proseslərində müxtəlif biokimyəvi məhsullar əmələ gətirmə qabiliyyəti hansı xüsusiyyətlər adlanır? 

a)

kultural

b)

morfoloji

c)

biokimyəvi

d)

fizioloji

16.

Mikroorqanizmlərin qidalanma formaları, tənəffüs və çoxalman növləri hansı xüsusiyyətləri xarakterizə edir?

a)

fizioloji

b)

kultural

c)

morfoloji

d)

tinktorial

17.

Başcıq və quyruq çıxıntısından təşkil olun orqanizmlər necə adlanır?

a)

bakteriyalar

b)

viruslar

c)

mikroskopik göbələklər

d)

yosunlar

18.

Latıncadan tərcümədə virus termini hansı mənanı ifadə edir?

a)

zəhər

b)

sağlamlıq

c)

nüvə

d)

dərman

19.

Virus xəstəlikləri hansılardır?

a)

dizenteriya, taun, meningit, yatalaq

b)

qızılça, qrip, poliomielit, çiçək

c)

difteriya, vəba, ensefalit, qızılça

d)

dizenteriya, qarın yatalağı, botulizm, bruselyoz

20.

Kapsid hansı morfoloji subvahidlərdən təşkil olunmuşdur?

a)

əzələdən

b)

dəridən

c)

kapsomerlərdən

d)

ötürücü toxumadan

21.

Tərkibində RNT olan viruslar necə adlanır?

a)

Ribosom

b)

Deoxyvira

c)

Polisom

d)

Ribovira

22.

Tərkibində DNT olan viruslar necə adlanır?

a)

Nukleosom

b)

Deoxyvira

c)

Ribovira

d)

Polisom

23.

Virusun formalaşmış hissəsi necə adlanır? 

a)

ribosom

b)

nukleosom

c)

mitoxondri

d)

virion

24.

Göy-yaşıl yosunların virusları necə adlanır? 

a)

mikofaq

b)

sianofaq

c)

aktinofaq

d)

bakteriofaq

25.

Bakteriya kulturasının həll olması necə adlanır?

a)

sintez

b)

hif

c)

vakuol

d)

lizis

26.

Oxşar növlərin mikroorqanizmlərini həll edən faqlar necə adlanırlar?

a)

tipik

b)

polisom

c)

polivalent

d)

mülayim

27.

Göbələklərin vegetativ bədəni necə adlanır?

a)

tallom

b)

hif

c)

ribosom

d)

nuklesom

28.

Göbələk hüceyrəsində ümumi enerji mənbəyi rolu oynayan ATF hansı orqonoiddə sintez olunur? 

a)

ribosomda

b)

nüvədə

c)

vakuolda

d)

mitoxondridə

29.

Eukariot orqanizmlərdə hüceyrə qılafının daxilində yerləşən şəffaf, yarımmaye qatı və özlü kolloid məhlul necə adlanır?

a)

sitoplazma

b)

mitseli

c)

hif

d)

qamçı

30.

Eukariot orqanizmlərdə qida maddələrinin hüceyrədaxili həzmi hansı orqanoiddə gedir?

a)

lizosomda

b)

xloroplastda

c)

ribosomda

d)

sentrosomada