wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Qida mikrobiologiyası 4

Total questions: 29

Worksheet time: 15mins

Name
Class
Date
1.

Təzə sağılmış süd hansı temperaturda olur?

a)

35°C temperaturda

b)

60°C temperaturda

c)

10°C temperaturda

d)

5°C temperaturda

e)

45°C temperaturda

2.

Südün saxlanılması zamanı onda olan mikroorqanizmlərin miqdarının dəyişilməsinin xarakteri nədən asılı deyil?

a)

heyvanın növündən

b)

temperaturdan

c)

saxlanma müddətindən

d)

mikrobiotanın ilkin tərkibindən

e)

mikrob yükündən

3.

Südün qarışıq fazası nəyə deyilir?

a)

Südün antimikrob xassəsinin saxlanıldığı fazaya

b)

süd turşusu bakteriyalarının üstün olduğu fazaya

c)

kif göbələklərinin üstünlük təşkil etdiyi fazaya

d)

mezofil mikrofloranın inkişaf fazasına

e)

südün çürüdüyü fazaya 

4.

10°C ilə 37°C arasında olan xam süddə südün turşumasına səbəb olan  ən çox yayılmış mikroorqanizm hansıdır?

a)

Pseudomonas herbicola

b)

Lactococcus lactis 

c)

Pseudomonas herbicola

d)

Escherichia coli 

e)

Aspergillus flavus 

5.

Süd və süd məhsullarından insana hansı xəstəlik keçə bilər?

a)

botulizm

b)

vərəm

c)

erqotizm

d)

fuzarioz

e)

difteriya

6.

Bolqar qatığı südə hansı mikroorqanizmləri maya kimi əlavə etməklə hazırlanır?

a)

Pseudomonas syncyanea və Staphylococcus aureus

b)

Escherichia coli və Staphylococcus aureus

c)

Bact.bulgarium və Streptococcus lactis

d)

Aspergillus flavus və Clostridium botulinum

e)

Aspergillus və Penicillium

7.

Asidofil qatıq südə hansı mikroorqanizmləri maya kimi əlavə etməklə  hazırlanır?

a)

Bact.bulgarium və Streptococcus lactis

b)

Bact.acidophylum və Streptococcus lactis

c)

Aspergillus və Penicillium

d)

Escherichia coli və Staphylococcus aureus

e)

Aspergillus flavus və Clostridium botulinum

8.

Kefir südə hansı mikroorqanizmləri maya kimi əlavə etməklə hazırlanır?

a)

Bact.bulgarium və Streptococcus lactis

b)

Streptococcus lactis və  Torula kephir

c)

Aspergillus və Penicillium

d)

Escherichia coli və Staphylococcus aureus

e)

Aspergillus flavus və Clostridium botulinum

9.

At südünü özünə xas bir maya ilə turşudulmaqla əldə edilən süd məhsulu necə adlanır?

a)

kımız

b)

asidofil qatıq

c)

bolqar qatığı

d)

kefir

e)

xama

10.

Südün xarab olmasına hansı proseslər səbəb olur?

a)

proteoliz və lipoliz 

b)

pasterizasiya

c)

pasterizasiya

d)

deratizasiya

e)

dezinseksiya və dezinfeksiya

11.

Süddə yapışqanlıq yaradan bakteriyalar hansı cinsə aid edilirlər?

a)

Bacillus

b)

Staphylococcus

c)

Alcaligenes

d)

Aspergillus 

e)

Penicillium

12.

Tərkibində 7,5% süd yağı və 25% ümumi quru maddə olan süd məhsulu necə adlanır?

a)

kefir

b)

bolqar qatığı

c)

qatılaşdırılmış süd

d)

bolqar qatığı

e)

kımız

13.

Süddə xəstəlik törədən bakteriyaları məhv etmək məqsədilə hansı prosesdən istifadə edilir?

a)

dezinfeksiya

b)

dezinfeksiya

c)

deratizasiya

d)

anabioz

e)

pasterizasiya

14.

Qurudulmuş südün nəmliyi 8%-dən yuxarı qalxarsa nə baş verər?

a)

kiflər inkişaf edər

b)

rəngi qızarar

c)

viruslar inkişaf edər

d)

heç bir dəyişiklik baş verməz

e)

heç bir dəyişiklik baş verməz

15.

Süddə mezofil mikrofloranın inkişaf fazası necə adlanır?

a)

bakterisid faza

b)

süd turşusu fazası

c)

qarışıq faza

d)

yanma fazası

e)

turşuma fazası

16.

Hansı mikroorqanizmlər süddə çöküntü əmələ gətirilər?

a)

Bacillus

b)

Staphylococcus

c)

Escherichia

d)

Aspergillus 

e)

Penicillium

17.

Aşağıdakılardan hansı çiy və pasterizə edilmiş süddə  baş verən  mikrobioloji xarab olma növü deyil?

a)

proteoliz

b)

yapışqanlıq

c)

qaz əmələ gətirmə

d)

qoxunun dəyişməsi

e)

bakterial tumak

18.

Pasterizə olunmuş üzlü südü vakuum kameralarda qurutmaqla alınan, konservləşdirilmiş qiymətli süd  məhsulu necə adlanır?

a)

quru süd

b)

qatılaşdırılmış şəkərli süd

c)

qaymaqlı karamel 

d)

dondurulmuş süd

e)

kımız

19.

Süddə hansı turşu əmələ gətirən bakteriyaların çoxalması nəticəsində tünd mavi rəng yaranır?

a)

Staphylococcus aureus

b)

Escherichia coli 

c)

Pseudomonas syncyanea

d)

Aspergillus flavus 

e)

Pseudomonas herbicola

20.

Təzə sağılmış süddə olan və südü bir müddət xarab olmadan qoruyan xüsusi bakterisid maddə  necə adlanır?

a)

fitonsid

b)

laktenin

c)

lipaza

d)

fazin

e)

solanin

21.

Lactobacillus lactis adlı mikroorqanizmlər südə hansı qoxunu verirlər?

a)

sabun 

b)

yanmış (karamel) 

c)

çuğundur 

d)

pendir

e)

balıq

22.

Süd turşusu bakteriyalarının üstün olması və südün turşuması ilə müşahidə edilən faza necə adlanır?

a)

qarışıq faza

b)

bakterisid faza

c)

süd turşusu fazası

d)

yanma fazası

e)

cürümə fazası

23.

Süddə süd turşusunun toplandığı faza necə adlanır?

a)

qarışıq faza

b)

bakterisid faza

c)

süd turşusu fazası

d)

yanma fazası

e)

cürümə fazası

24.

Qatılaşdırılmış süd konserva bankalarının bombajına hansı mikroorqanizm səbəb olur?

a)

Staphyllococcus aureus 

b)

Streptococcus thermophilus

c)

Clostridium putrificum 

d)

Aspergillus flavus 

e)

Pseudomonas herbicola

25.

Südün bakterisid fazasını uzatmaq istəyiriksə nə etməliyik?

a)

onu tez bir müddətdə ən azı 10°C-yə qədər soyutmalıyıq

b)

südə su qatmalıyıq

c)

südü otaq temperaturunda saxlamalıyıq

d)

südü 30°C-yə qədər isitməliyik 

e)

südü süzməliyik

26.

Mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində konserv məhsullarında qaz toplanması və şişmə necə adlanır?

a)

aerobioz

b)

anaerobioz

c)

bombaj

d)

metabioz

e)

simbioz

27.

Bakterisid fazanın müddəti asılıdır: 1.südün mikroblarla çirklənmə dərəcəsindən, 2. mikrobun növündən, 3. südün yağlılığından, 4. süddə olan mineral maddələrin miqdarından,  5. südün saxlanma temperaturundan.

a)

1,3,4

b)

3,4,5

c)

2,3,4

d)

1,2,5 

e)

1,4,5

28.

Renninə bənzər bakterial fermentlərlə proteoliz necə adlanır?

a)

Şirin laxtalanma

b)

Turşu və qələvi proteolizi

c)

Turşu proteolizi

d)

Yavaş proteoliz

e)

İstiliyə davamlı proteinaza fermentləri ilə proteoliz

29.

Hansı südün xarab olma forması deyil?

a)

bakterial tumak

b)

qələvi əmələ gətirmə

c)

yapışqanlıq

d)

rəngin dəyişməsi

e)

süd yağında dəyişikliklər