wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Er 61-80

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

İnsan fəaliyyətinin səmərəliliyinin təmin olunması baxımından mənfi təsirli amillərə aid deyil:

a)

əməliyyatların monotonluğu

b)

yüksək intellektual yük

c)

yüksək motivasiya amili

d)

əlverişsiz iş şəraiti

e)

ətraf mühitin zərərli fiziki faktorları

2.

İnsanın və maşının qarşılıqlı əlaqələndirilməsinə aid olan yeni fəaliyyət vasitələrinə daxildir:

a)

yeni vizual və ya eşitmə alətləri, idarəetmə üsulları, texniki idarəetmə və s.

b)

hüquqi və ya fiziki şəxslər ilə işgüzar əlaqələrin saxlanılması

c)

firmalarla danışıqların aparılması

d)

operatorların seçilməsi vəzifələri

e)

mövcud partnyorlarla birbaşa əlaqələrin yaradılması

3.

Erqonomikanın istifadə edildiyi ilkin sahələrdən biri:

a)

dizayn

b)

sənaye

c)

sığorta

d)

menecment

e)

layihələndirmə

4.

Erqonomikanın yaranmasına təkan verən səbəblərdən biri:

a)

texniki və tibbi elmlərin tədqiqat vasitələrinin kifayət etməsi

b)

psixologiya, fiziologiya, əməyin gigiyenası, dizayn kimi elmlərin tövsiyələrini bir-birinə uyğunlaşmaması

c)

texnikanın modernləşdirilməsi zamanı insan amilini nəzərə alınmaması

d)

yeni texnika və texnologiyanın istifadəsi

e)

kompleks yanaşmanın əhəmiyyətini itirməsi

5.

Erqonomikanın texniki fənlər ilə əlaqəsini əks etdirən prinsip:

a)

müasir texnika əsasında yaranaraq, texnikanın insan qarşısına qoyduğu tələblərdən irəli gələn yanaşma

b)

fizioloji, biofiziki, biomexaniki, psixoloji qanunauyğunluqların əmək fəaliyyətində nəzərə alınması

c)

stabillik prinsipi - informasiya sisteminin keyfiyyət mahiyyətinin bütün sahələrdə reallaşdırıla bilməsini əks etdirir

d)

insan fəaliyyətinin sırf mexaniki əməliyyatlarla məhdudlaşmayan, şəxsin qabiliyyətlərinin inkişaf və reallaşmasına imkan verməsi

e)

diqqət yetirmə funksiyasının vacibliyini vurğulayan prinsip

6.

Erqonomika fənni əlamətlərinə aid deyil:

a)

həm elmi, həm də layihə qaydasıdır

b)

bütün tədqiqatların nəticələrini istifadə edir

c)

bir neçə elmin bir birinə nüfuz etməsi ilə səciyyələnir

d)

əmək fəaliyyətini öyrənmək üçün kompleks yanaşma tətbiq edilir

e)

yeni texnikanın yaranması və ya mövcud texnikanın modernləşdirilməsi zamanı insan amilini nəzərə almır

7.

Erqonomikanın təbii elmlər ilə əlaqəsini əks etdirən prinsip:

a)

müasir texnika əsasında yaranaraq, texnikanın insan qarşısına qoyduğu tələblərdən irəli gələn yanaşma

b)

insan fəaliyyətinin sırf mexaniki əməliyyatlarla məhdudlaşmayan, şəxsin qabiliyyətlərinin inkişaf və reallaşmasına imkan verməsi

c)

diqqət yetirmə funksiyasının vacibliyini vurğulayan prinsip

d)

fizioloji, biofiziki, biomexaniki, psixoloji qanunauyğunluqların əmək fəaliyyətində nəzərə alınması

e)

stabillik prinsipi - informasiya sisteminin keyfiyyət mahiyyətinin bütün sahələrdə reallaşdırıla bilməsini əks etdirir

8.

İş həyatında ekstremal şəraitli fəaliyyətə aid deyil:

a)

soyuq məkanlarda iş

b)

şaxtalarda iş

c)

müştərilərlə danışıqların aparılması

d)

su altına enmələr

e)

kosmik uçuşlar

9.

Mühəndis psixologiyasında əsas məsələ:

a)

pixoloji gərginliyin artması

b)

insanın anatomiyası və fiziologiyası

c)

operatorların əmək fəaliyyətini icra etmək üçün xarici və daxili mühitin lazımi vasitlərlə təmin edilməsi

d)

qrup işinin nəzəriyyəsi

e)

əsəbi-psixi hazırlığıının xüsusiyyətləri

10.

Erqonomikanın əmək fiziologiyası ilə bağlığı:

a)

ümumi “insan-maşın” problemlərini öyrənir

b)

mühəndis psixologiyasını öyrənir

c)

sağlam əmək şəraiti yaratmaq üçün sanitar-gigiyenik tədbirlər təşkil edir

d)

insan organizminin funksional vəziyyətinin iş fəaliyyətinin təsiri nəticəsində dəyişilməsini öyrənir

e)

operatorun adaptasiya və potensial imkanlarını öyrədir

11.

Öz təbiətinə görə erqonomika hansı tədbirləri əhatə edir?

a)

sanitar-gigiyenik tədbirləri nəzərdə tutur

b)

hüquqi və təşkilati tədbirləri əhatə edir

c)

işçilər üçün sağlam əmək şəraitini yaradır

d)

hamısı aiddir

e)

əməyin təhlükəsizliyini təmin edir

12.

Erqonomika tərəfindən “insan-maşın” sistemində hansı problemlər həll olunmur?

a)

operator işinin stabilliyi

b)

psixoloji gərginliyin təsirinin tədqiqatı

c)

rəhbərin satış məsələləri

d)

adaptasiya və potensial imkanlarının öyrənilməsi

e)

yorğunluq və emosional amillər

13.

Praktiki olaraq, erqonomika fənlərarası bir sahədir və növbəti tədqiqat metodlarını daxil edir:

a)

hamısı aiddir

b)

layihələndirmə

c)

mühəndis psixologiyası

d)

iş sağlamlığı və təhlükəsizliyi, işin elmi təşkili

e)

əməyin psixologiyası, koqnitiv psixologiya

14.

İş yerində erqonomikaya diqqət yetirilməməsi səbəbindən hansı situasiyalar baş verir?

a)

dizayn nəzəriyyəsi təkmilləşdirilir

b)

əməyin tibbi, insanın anatomiyası və fiziologiyası arasında bağlılıq artır

c)

iş qəzalarının və peşə xəstəliklərinin sayı daim yüksək səviyyədədir

d)

əmək təhlükəsizliyi təmin olunur

e)

əməyin fiziologiyası və psixologiyası sahəsində uğurlar əldə olunur

15.

Elektrik avadanlıqları üzrə əmək təhlükəsizliyinin texniki qaydalarına aid deyil:

a)

xarab olmuş avadanlıqlar barəsində elektrik sahələr üzrə səlahiyyətli şəxslərə məlumat verilməlidir

b)

istifadə edilməyən avadanlıqlar elektrik şəbəkəsindən ayrılmalıdırlar

c)

elektrik avadanlıqlarının elektrik sahələri üzrə səlahiyyətli şəxslər tərəfindən yoxlanılması mütləq deyil

d)

səlahiyyəti olmayan şəxslər elektrik avadanlıqlarına zərər vura bilərlər

e)

elektrik avadanlıqları elektrik sahələri üzrə səlahiyyətli şəxslər tərəfindən yoxlamadan keçmiş olmalıdır

16.

Təhlükəsizlik üzrə ümumi qaydalara aid deyil:

a)

ağır əşyaları əllə qaldırmaqdan çəkinin, mümkündürsə qaldırıcı avadanlıqdan istifadə edin

b)

elektrik avadanlıqları və işıqlar iş yeri tərk edilərkən söndürülməlidir

c)

bütün quraşdırılmış təhlükəsizlik işarələrinə riayət olunmalıdır

d)

korporativ müştərilərin mənmuniyyəti izlənilməlidir

e)

pilləkənlərdə qaçmaq qadağındır və pillələrdən yalnız bir-bir qalxıb/enilməlidir, pilləkənlərdə mobil telefondan istifadə edilməməlidir

17.

Erqonomikanın nəticələrini istifadə edən elmlər:

a)

əməyin təhlükəsziliyi

b)

keyfiyyətin idarə olunması

c)

əməyin elmi təşkili

d)

dizayn

e)

hamısı aiddir

18.

Erqonomikanın əsasına daxil olmayan elm sahəsi:

a)

təbii elmlər

b)

fiziologiya

c)

sosiologiya

d)

texniki elmlər

e)

fəlsəfə

19.

Erqonomika fənninə aid edilən elmi qaydalar:

a)

əməliyyatların tədqiqi

b)

texniki estetika

c)

əməyin gigiyenası

d)

hamısı aiddir

e)

sistem mühəndisliyi

20.

Bu günə qədər erqonomika sahəsinin üzləşdiyi maneələrdən birini göstərin:

a)

peşə qəzalarının sayı aşağı səviyyəyə düşməkdədir

b)

iş yerində yüksək texnologiyanı tətbiq etməyə kifayət qədər vaxt sərf edilmişdir

c)

fərqli ölkələrdə və iqtisadiyyat sektorlarında erqonomika mahiyyəti hər kəsə aydındır

d)

iş şəraitinin yaxşılaşdırılması üçün böyük potensiala baxmayaraq, erqonomikanın prinsiplərinin tətbiqi çox məhduddur

e)

müxtəlif təşkilatlarda işçilərə lazımi fəaliyyəti həyata keçirməyə imkan verən kifayət qədər iş yeri sahəsi verilir