Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

qiymət siyasəti

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.

Oliqapoliya elə bir bazar strukturudur ki (yanlış variantı seçin)

a)

onlar qiymətləri diqtə etməklə, satış həcmini dəyişməklə, digər qiymətəmələ-gətirən amillərə təsir göstərməklə bazar qiymətlərinə təsir etmək qabiliyyətinə malikdirlər;

b)

sahədə təklif həcminə tam nəzarət edən və qiymətlərə güclü təsir göstərən yalnız bir istehsalçı fəaliyyət göstərir

c)

bəzi müəssisələr əmtəənin bazar həcmində yüksək (20%-dən artıq) xüsusi çəkiyə malikdirlər

d)

bir neçə müəssisə (təxminən 7-10) bütün bazarı yaxud onun əsas hissəsini təmin edir;

e)

müəssisə qiymətəmələgəlmədə və davranışın digər istiqamətlərdə rəqiblərdən asılılığını başa düşməli və onların reaksiyasını uçota almalıdır.

2.

Stackelberg modelində bazarda mövcud olan 2 firma arasında hansı münasibət var?

a)

himayədar və sponsor

b)

düzgün cavab yoxdur

c)

sponsor və əməkdaş

d)

himayədar və əməkdaş

e)

lider və təqibçi

3.

Chamberlin modeli hansı bazara aiddir:

a)

təkmil rəqabətli bazar

b)

heç birinə aid deyil

c)

inhisar bazarı

d)

oliqopoliya bazarı

e)

inhisar rəqabətli bazar

4.

İnhisarçı rəqabətli bazarın əlamətlərinə aiddir:

a)

düzgün cavab yoxdur

b)

çoxlu sayda satıcı

c)

yeganə məhsul

d)

bazara giriş-çıxış qapalı

e)

yeganə satıcı

5.

İnhisarçı rəqabət bazarı hansı bazardır?

a)

oxşar, lakin eyni olmayan məhsullar satan çox sayda firmanın olduğu bazar quruluşudur

b)

istehsal etdiyi əmtəənin yeganə satıcısı və istehsal etdiyi əmtəənin yaxın əvəzəedicisi olmayan bazardır

c)

düzgün cavab yoxdur

d)

bir neçə satıcının olduğu və oxşar əmtəələr satdığı bazardır

e)

çox sayda alıcı və satıcının oxşar əmtəələr alıb-satdığı və qiymətlə razılaşdığı bazardır

6.

Oliqopolistlər üçün əsas çətinlikdir

a)

qiymət taktikasının dəyişilməsi

b)

qiymət strategiyasının seçilməsi

c)

alıcıların reaksiyasının qeyri-müəyyənliyi

d)

qiymətlərə nəzarətin həyata keçirilməsi

e)

rəqiblərin fəaliyyəti və reaksiyasının qeyri-müəyyənliyi

7.

Ştakkelberq tərəfindən təklif olunmuş modeli seçin:

a)

müəssisələrin sövdələşmələri modeli

b)

assimetrik duopoliya modeli

c)

koordinasiya edilməyən oliqopoliya

d)

sadə duopoliya modeli

e)

"qaydalar üzrə oyun" modeli

8.

İnhisar rəqabəti bazarını digər bazar strukturlarından fərqləndirən amillərdən biri deyil:

a)

əmtəənin diferensiallaşması

b)

istehsal xərclərinin dəyişməsi diapozonu

c)

qiymət rəqabəti

d)

qiymət göstəriciləri üzrə rəqabət

e)

çoxlu sayda alıcıların olması

9.

İnhisar rəqabəti bazarını digər bazar strukturlarından fərqləndirən neçə amil vardır?

a)

3

b)

5

c)

7

d)

4

e)

2

10.

İnhisar rəqabəti bazarının xüsusiyyətlərindən biri deyildir :

a)

Hər biri inhisar rəqabəti bazarını xarakterizə edir

b)

ayrılıqda hər bir istehsalçı məhsulunun istehsal həcmini dəyişərək öz əmtəəsinin qiymətinə təsir göstərə bilər.

c)

Əmtəələr qarşılıqlı əvəz edilən olmasına baxmayaraq bir-birindən qablaşdırılmasına, satış yerinə və s. görə fərqlənirlər

d)

xırda müəssisələr iri müəssisənin qiymət siyasətini qəbul etmək və ya izləmək məcburiyyətində qalırlar

e)

qarşılıqlı əvəz edilən əmtəələr qrupunun bir-birindən asılı olmayan çoxlu sayda müəssisələr tərəfindən istehsal olunur

11.

Kvazimonopoliyada

a)

Firmalar istehsal haqqında eyni zamanda və müstəqil qərar qəbul edirlər.

b)

İstehsal bir nəfərin əlində cəmlənib

c)

Bazarda yalnız bir alıcı var

d)

xırda müəssisələr iri müəssisənin qiymət siyasətini qəbul etmək və ya izləmək məcburiyyətində qalırlar

e)

Firmalar ayrı-ayrılıqda özlərini lider kimi aparırlar.

12.

Məhsul bir iri nəhəng istehsalçı və çoxlu sayda kiçik firmalar tərəfindən istehsal olunur :

a)

tam rəqabət

b)

monopsoniya

c)

duopoliya

d)

kvazimonopoliya

e)

oliqopoliya

13.

“Bu istehsalın effekti vahidinə qiymətlərin aşağı salınması ilə eyni güclüdür.”

a)

Öz məhsulunun reklam edilməsi

b)

Qiymət taktikası

c)

Texniki tərəqqiyə nəzarət

d)

Məhsulun keyfiyyətinin yaxşılaşdırılması

e)

Məhsulun diferensiallaşdırılması

14.

Satış və mənfəətin artırılması metodlarıdır : 1. satış həcminin azaldılması 2. məhsulun qiymətini daim artırmaq 3. məhsulun keyfiyyətinin yaxşılaşdırılması 4. öz məhsulunun reklam edilməsi 5. məhsulun diferensiallaşması

a)

1, 3, 5

b)

1, 2, 3, 4, 5

c)

1, 2, 5

d)

3, 4, 5

e)

2, 4, 5

15.

Məhsulun diferensiallaşdırılması o deməkdir ki,

a)

Bu istehsalın effekti vahidinə qiymətlərin aşağı salınması ilə eyni güclüdür

b)

müəssisənin maksimum mənfəət əldə etməsi

c)

öz məhsulunun reklam edilməsi

d)

Reklamın səmərəli olması üçün olqopolist öz məhsulunu rəqiblərin məhsullarından fərqləndirilməlidir

e)

qiymətlərin birbaşa aşağı salınmasından fərqli olaraq, keyfiyyətin yüksəldilməsi bir o qədər aydın görünmür

16.

Satış və mənfəətin artırılmasının əsas metodlarından biridir :

a)

Paritet qiymətlərin təyin edilməsi

b)

Texniki tərəqqiyə nəzarət

c)

Pulun dövriyyə sürətinin azalması

d)

Məhsulun diferensiallaşdırılması

e)

Antiinhisar qaninvericiliyi ilə tənzimləmə

17.

Ştakkelberq duopoliyasının assimetriyası nədən ibarətdir?

a)

Rəqibin məhsul buraxılışı onların xüsusi qərarlarına cavab olaraq dəyişir

b)

Duopolistlər liderliyə səy göstərə bilərlər və davamçı kimi qala bilərlər

c)

sahəyə giriş qapalıdır, hər bir müəssisənin məhsulları istehlakçı nöqteyi-nəzərindən həmcinsdir

d)

hər bir diopolist öz rəqibinin istehsal həcminə verilmiş məlum kəmiyyət kimi baxır.

e)

firmalar onların mənfəətini maksimumlaşdıran buraxılış həcmini seçirlər və bu zaman rəqiblərin satış həcminin təsbit olunduğunu nəzərdə tuturlar.

18.

Ştakkelberq modeli neçənci ildə təklif olunmuşdur :

a)

1918

b)

1934

c)

1970

d)

1980

e)

1964

19.

Assimetrik duopoliya modelidir :

a)

Bertran modeli

b)

Ştakkelberq modeli

c)

Cemberlin modeli

d)

Heç biri

e)

Kurno modeli

20.

Oliqapoliyanın miqdar modeli deyildir :

a)

Kurno modeli

b)

Keyns modeli

c)

Ştakkelberq modeli

d)

Heç biri

e)

Cemberlin modeli

21.

Oliqopolist nə qədər çoxdursa –

a)

məhsuldan istifadə olunması imkanları müхtəlifdir

b)

oliqopoliyanın tarazlıgı tam rəqabət şəraitinin tarazlığına bir o qədər yaxındır

c)

məhsulun keyfiyyəti sabit saxlanılır

d)

yüksək qiymət məhsulun yüksək keyfiyyətini təmin edir

e)

əmtəələr nadir xüsusiyyətlərə malikdir

22.

Kurno modelinə görə -

a)

duopolistlərdən hər biri istehsal həcmi haqqında qərar qəbulu edərək, digər duopolistin məhsul buraxılışı həcminə təsir göstərir

b)

duopolistlərin hər ikisi özünü təqibçi kimi aparır

c)

duopolistlərin hər biri özünü lider kimi aparır

d)

assimetrik duopoliya modelidir

e)

istehlakçıların rifah səviyyəsini yüksəldir

23.

Kurno modelinin mərhələlərindən deyildir :

a)

iki firmadan hər biri bərabər daimi son hədd xərclərinə malikdir və xətti dinamikaya uyüun sahə tələbi ilə üzləşirlər

b)

Məhsulun yüksək səviyyədə yenilənməsi

c)

xərclərin formalaşmasının ümumi şəraitini əhatə edir

d)

tələbin formalaşmasının ümumi şəraitini əhatə edir

e)

çoxlu sayda müəssisə nəzərdən keçirilir

24.

Duopoliya nədir?

a)

bazarda bir alıcı çoxlu sayda satıcı olduğu bazardır

b)

müəyyən məhsul növünün iki istehsalçısı olduğu xüsusi vəziyyətidir.

c)

istehsalın bir iri və çoxlu sayda kiçik firmaların olduğu bazar

d)

istehsalın bir nəfərin əlində cəmləşməsi

e)

iki və daha çox istehlakçının olduğu bazar

25.

“.................. yolu ilə oliqapolist koordinasiya edilmiş qiymətlərə nail ola bilər”. Nöqtələrin yerinı uyğun gələn variantı əlavə edin:

a)

düşünülmüş paralelizm

b)

qiymət taktikasının dəyişilməsi

c)

qiymət liderliyi

d)

vasitəçiləri artırmaqla

e)

məhsul istehsalını artırmaq

26.

Oliqapolist koordinasiya edilmiş qiymətlərə bu yollarla nail ola bilərlər (yanlış variantı seçin) :

a)

gizli razılaşmanın bağlanması

b)

qiymət taktikasının dəyişilməsi

c)

düşünülmüş paralelizm

d)

kütləvi informasiya vasitələri ilə qiymətlər haqqında məlumat verilməsi.

e)

qiymət liderliyi

27.

Oliqapolistik müəssisəni düşündürən əsas məsələ:

a)

Qiymət ayrı-seçkiliyi

b)

Xərclərdən tam azad olmaq

c)

Məhsulun qiymətini davamlı olaraq artırmaq

d)

Məhsulunun qiymət dəyişməsinə rəqiblərin reaksiyası

e)

Qiymət strategiyasının seçilməsi

28.

Oliqapoliya bazarında müəssisənin davranış modelləridir: 1.koordinasiya edilməyən oliqapoliya 2.bölgü modeli 3.duopoliya modeli 4.müəssisələrin sövdələşmələri 5. Qaydalar üzrə oyun

a)

1, 2, 3, 4

b)

1, 4, 5

c)

2, 4, 5

d)

1, 3, 4

e)

1, 2, 3, 4, 5

29.

Oliqapoliya bazarında müəssisə davranışının neçə modeli var?

a)

7

b)

3

c)

2

d)

4

e)

11

30.

Oliqapoliya bazarında fəaliyyət göstərmir:

a)

metallurgiya

b)

Yüngül sənaye

c)

elektronika

d)

gəmiqayırma

e)

kimya

31.

Bir-birinin qiymət siyasətinə və marketinq strategiyasına həssas olan, ardıcıl olaraq rəqiblərinin reaksiyası ilə hesablaşmağa məcbur olan azsaylı istehsalçılardan ibarətdir bazar –

a)

Monopoliyadır

b)

Oliqopoliyadır

c)

Alıcı bazarıdır

d)

Təkmil rəqabətdir

e)

Monopsoniyadır

32.

İstehlak qiyməti –

a)

müəyyən vaxt ərzində fəaliyyət göstərir;

b)

bazis qiymətinə müxtəlif əlavə və ya güzəştlərin tətbiqi ilə düzəlişlər nəzərə alınır;

c)

alqı-satqı şərtlərini nəzərə almaqla müəyyən olunan qiymət

d)

alıcının təkcə məlumatı əldə etməsi və daşımasına çəkdiyi xərcləri deyil, həm də onun istismarı xərclərini xarakterizə edir

e)

istehsalına uzunmüddətli vaxt tələb olunan məhsullara qoyulur.

33.

Netto-qiymət hansı qiymətdir ?

a)

heç biri deyildir

b)

Alqı-satqı şərtlərini nəzərə almaqla müəyyən olunan qiymət

c)

istehsalına uzunmüddətli vaxt tələb olunan məhsullara qoyulur.

d)

Alqı-satqı yerində qiymət

e)

müəyyən vaxt ərzində fəaliyyət göstərir;

34.

Məlumat qiymətləridir :

a)

verilmiş razılaşmaya və ya kontrakta görə məhsulun bütün göndərilmə müddətində dəyişməz qalır;

b)

oxşar əmtəələrə qiymət qoyulması zamanı ilkin baza kimi tətbiq olunur

c)

müəyyən vaxt ərzində fəaliyyət göstərir;

d)

kataloqlarda, preyskurantlarda, jurnallarda, qəzetlərdə, məlumat kitabçalarında və iqtisadi məcmuələrdə dərc lunu

e)

məlumat qiymətləri şəklində olub satış firmasının preyskurantlarında dərc olunur;

35.

Müvafiq idarəetmə orqanları tərəfindən qoyulan qiymətlərdir :

a)

Tender qiymətləri

b)

Müqavilə qiymətləri

c)

Sürüşkən qiymətlər

d)

Cari qiymətlər

e)

Tənzimlənən qiymətlər

36.

Bu qiymətlə satış təşkilatları əmtəələri əhaliyə satır :

a)

Sərbəst qiymətlər

b)

Müqavilə qiymətləri

c)

Transfert qiymətləri

d)

Pərakəndəsatış qiymətləri

e)

Planlı qiymətlər

37.

Xidmət göstərdiyi iqtisadi dövriyyənin xarakterinə görə qiymətlərdən biri deyildir :

a)

Pərakəndə satış qiymətləri

b)

Satınalma qiymətləri

c)

Sənaye məhsullarının topdansatış qiymətləri

d)

Müqavilə qiymətləri

e)

Tikinti məhsullarının qiymətləri

38.

Qiymət sistemi xarakterizə edir :

a)

tələb-təklif nisbətlərini

b)

pərakəndəsatış qiymətlərini

c)

хərclərin ölçülməsi və bölüşdürülməsini

d)

müxtəlif qiymət növlərinin qarşılıqlı əlaqəsini və qarşılıqlı münasibətlərini

e)

xidmət tariflərini

39.

Azərbaycan Respublikasında dolayı vergilər birbaşa vergilərdən ayrılmışdır :

a)

2003-cu il martdan

b)

2020-ci ildən

c)

1990-cı ildən

d)

1991-ci il 31 dekabrdan

e)

2008-ci il 31 dekabrdan

40.

ƏDV nəyə görə müəyyən edilir:

a)

İstehsal xərclərinə görə

b)

Alıcıların pul gəlirlərinə görə

c)

Tələbə görə

d)

Satış qiymətlərinə görə

e)

Mənfəətə görə

41.

Balans mənfəətini təşkil edir : (yanlış olanı göstərin)

a)

Satışdankənar mənfəət

b)

Satışdankənar zərərlər

c)

Sair satışdan mənfəət

d)

Qiymət əlavələri

e)

Əmtəəlik məhsulun (iş, xidmətin) satışından yaranan mənfəət

42.

Maya dəyərinin istehsal olunan məhsulun həcmindən asılılığına görə xərclər bunlardır :

a)

birdəfəlik xərclər

b)

Əsas və əlavə xərclər

c)

Birbaşa və dolayı xərclər

d)

Sabit və dəyişən xərclər

e)

alternativ xərclər

43.

Xərclərə yanaşma üsuluna görə kalkulyasiya maddələri üzrə məsrəflər hesab edilir :

a)

Nəqliyyat xərcləri

b)

Keçmiş və cari xərclər

c)

Birbaşa və dolayı xərclər

d)

Uzunmüddətli və qısamüddətli xərclər

e)

Xammal və material xərcləri

44.

Məsuliyyət mərkəzlərindən biri deyildir :

a)

mənfəət

b)

vergi

c)

xərc

d)

gəlir

e)

sərmaye

45.

İlkin xərclərin ibarət olduğu elementlər sırasında deyil :

a)

xammal və materiallar

b)

vasitəçi təşkilatların хərcləri

c)

sosial ehtiyaclara ayırmalar

d)

amortizasiya

e)

əmək haqqı

46.

Dəyər amilləri hesab edilir :

a)

tələb və təklif amillərinin dəyişməsi

b)

ictimai-zəruri və əmək məsrəflərinin dəyişməsi

c)

regional vəziyyət

d)

investisiya siyasəti

e)

sosial vəziyyət

47.

Konyunktura amili dedikdə nə nəzərdə tutulur :

a)

ictimai-zəruri və əmək məsrəflərinin dəyişməsi

b)

tələb və təklif amillərinin dəyişməsi

c)

beynəlxalq mübadilə sferasında dövr edən əmtəələrin dəyərinin dəyişməsi

d)

heç birisi

e)

beynəlxalq ticarət sahəsində dövlətlərin iqtisadi siyasəti

48.

İstehlak qiymətləri

a)

müəyyən vaxt ərzində fəaliyyət göstərir;

b)

alıcının təkcə məlumatı əldə etməsi və daşımasına çəkdiyi xərcləri deyil, həm də onun istismarı xərclərini xarakterizə edir

c)

tərəflərin razılıqlarına görə müəyyən edilir;

d)

oxşar əmtəələrə qiymət qoyulması zamanı ilkin baza kimi tətbiq olunur

e)

istehsalına uzunmüddətli vaxt tələb olunan məhsullara qoyulur

49.

Oxşar əmtəələrə qiymət qoyulması zamanı ilki baza kimi tətbiq olunan qiymətlərə deyilir :

a)

Məlumat qiymətləri

b)

Bazis qiymətləri

c)

Sərbəst qiymətlər

d)

Mövsümi qiymətlər

e)

Preyskurant qiymətləri

50.

Təsbit olunma qaydasına görə qiymətlərdir: 1. Sərbəst qiymətlər 2. Satınalma qiymətləri 3.Hərrac qiymətləri 4. Cari qiymətlər 5.Məlumat qiymətləri 6.Tənzimlənən qiymətlər

a)

1,2,4,6

b)

1, 3, 6

c)

1,5,6

d)

1, 2, 3, 4, 5, 6

e)

2, 3, 6