Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sosial sahibkarlıq

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.
Cümləni tamamlayın.Sahibkar yeni müəssisənin təşkili ilə bağlı riski və məsuliyyəti ______.
a)
öz üzərinə götürən şəxsdir
b)
dövlət orqanlarına həvalə edən şəxsdir
c)
maliyyə qurumları ilə bölüşən şəxsdir
d)
başqalarının əvəzinə qərar verən şəxsdir
e)
yalnız icra işlərini görən şəxsdir
2.
“Mövcud resurslardan daha faydalı istifadə etməyi və mənfəətliliyi qiymətləndirməyi bacaran fəaliyyətd ” hansı anlayışdır?
a)
Sahibkarlıq
b)
Marketinq
c)
Menecment
d)
İnnovasiya
e)
İstehsal norması
3.
Müəssisədə istehsalı təşkil edən, onu planlaşdıran, nəzarət edən və bunun üçün məsuliyyət daşıyan şəxsdir tərifi kimə aiddir?
a)
Bodo
b)
Şapiro
c)
Druker
d)
Kantilon
e)
A. Smit
4.
“Risk şəraitində enerjili fəaliyyət göstərən insan” sahibkar tərifi kimə aiddir?
a)
Devid Maklelland
b)
Piter Druker
c)
Albert Şapiro
d)
Bodo
e)
R. Kantilon
5.
Sahibkarlıq terminini ilk dəfə kim işlətmişdir?
a)
Risar Kantilon
b)
A. Smit
c)
P. Druker
d)
D. Maklelland
e)
Bodo
6.
Xüsusi sahibkarlığın başlıca məqsədi nədir?
a)
Mənfəət əldə etmək
b)
Dövlətə xidmət göstərmək
c)
Rəqabəti azaltmaq
d)
Xidmət sferasını məhdudlaşdırmaq
e)
Texnoloji yenilik tətbiq etmək
7.
A. Smitə görə sahibkarın fəaliyyəti hansı nəticəni verir?
a)
Cəmiyyətin mənafeyinə xidmət edir
b)
Şəxsi sərvəti artırır
c)
Büdcəni azaldır
d)
Rəqabəti aradan qaldırır
e)
Bazarları bağlayır
8.
“Məhsul istehsalı artır, keyfiyyət yüksəlir”. Səbəb nədir?
a)
Səmərəli sahibkarlıq fəaliyyəti
b)
Rəqabətin aradan qalxması
c)
Resursların azalması
d)
İnnovasiyanın dayanması
e)
İşçilərin azalması
9.
Sosial sahibkarlığa aid olmayan xüsusiyyəti seçin.
a)
Yalnız şəxsi mənfəət
b)
Sosial layihələr
c)
Sosial problemlərin həlli
d)
İctimai dəyər
e)
Sosial təsirin ölçülməsi
10.
Sosial sahibkarlıq üçün uyğunsuz olan hansıdır?
a)
Yalnız kommersiya mənfəəti
b)
Sosial innovasiya
c)
Rifaha xidmət
d)
Sosial ehtiyacların ödənilməsi
e)
Sosial nəticə yaratmaq
11.
Sahibkarlığın mahiyyətinə daxil olan anlayışları seçin: 1. İnsanlara lazım olan məhsullar istehsalı 2. Yeni düşünmə tərzi 3. Dövlət nəzarətinin gücləndirilməsi 4. Cəsarətli fəaliyyət 5. Rəqabətin aradan qaldırılması
a)
1, 2, 4
b)
1, 3, 5
c)
2, 3, 5
d)
2, 4, 5
e)
1, 4, 5
12.
Sahibkarlıq fəaliyyətinin tərkibinə daxildir: 1. Sahibkarın hüquqları 2. Dövlətin müdafiə üsulları 3. Əmək haqqının artırılması 4. Sahibkarlığın prinsipləri 5. Vergi güzəştlərinin artırılması
a)
1, 2, 4
b)
1, 3, 5
c)
2, 3, 4
d)
2, 4, 5
e)
3, 4, 5
13.
Sahibkarın fəaliyyətinin ictimai faydalarına daxildir: 1. İstehsalın modernləşdirilməsi 2. Mədəni ticarət xidməti 3. Mənfəətin gizlədilməsi 4. Keyfiyyətin artırılması 5. İqtisadiyyatın demokratikləşməsi
a)
1, 2, 4, 5
b)
1, 3, 4
c)
2, 3, 5
d)
1, 3, 5
e)
2, 4, 5
14.
Sahibkarlığın əsas əlamətlərinə daxildir: 1. Yeni ideya və fəaliyyətə başlamaq 2. Risk götürmək 3. Sosial müdafiə xərclərinin azaldılması 4. Faydalılığı qiymətləndirmək 5. Arzu və ehtiyacların ödənilməsi
a)
1, 2, 4, 5
b)
1, 3, 4
c)
2, 3, 5
d)
1, 2, 3
e)
3, 4, 5
15.
Sahibkarlıq fəaliyyətinin əsas xüsusiyyətlərindən biri ________ təmin olunmasıdır.
a)
mülkiyyət formalarının bərabərliyinin
b)
qiymətlərin dövlət tərəfindən müəyyən edilməsinin
c)
yalnız dövlət müəssisələrinin yaradılmasının
d)
sahibkarların fəaliyyət azadlığının məhdudlaşdırılmasının
e)
yalnız bir sahədə fəaliyyət göstərilməsinin
16.
İqtisadi təşəbbüs göstərərək müstəqil qərarlar qəbul edən, öz riskləri və resursları hesabına fəaliyyət göstərən şəxs kimdir
a)
Sahibkar
b)
Menecer
c)
İşçi
d)
İstehlakçı
e)
Auditor
17.
Sahibkar işçilərin əməkhaqqını hansı səviyyədən aşağı müəyyən edə bilməz?
a)
Qanunla müəyyən edilmiş minimumdan
b)
Öz istədiyi səviyyədən
c)
Bazar qiymətlərindən
d)
Orta əməkhaqqından
e)
Digər şirkətlərin təcrübəsindən
18.
Sahibkar öz məhsullarına qiymət qoyarkən hansı prinsipə əsaslanır?
a)
Müstəqillik
b)
Mərkəzləşdirmə
c)
Dövlət sifarişi
d)
Subsidiyalaşma
e)
İstehlakçıların məcburi tələbi
19.
Sahibkar vergi və icbari ödənişləri ödəməlidir. Bu nə ilə izah olunur?
a)
Qanunvericilik bu öhdəliyi müəyyən edir
b)
Sahibkarlar yalnız dövlət sifarişləri icra edir
c)
Vergilər yalnız iri şirkətlər üçündür
d)
Xidmət göstərən sahibkar ödənişdən azaddır
e)
Mənfəət olduqda ödəniş tələb olunmur
20.
İşçilər üçün təhlükəsiz əmək şəraiti yaradılmalıdır. Bu nə ilə izah olunur?
a)
Əmək mühafizəsi üzrə normativ aktların tələbi
b)
Sahibkarın şəxsi arzusu
c)
İşçilərin sayının çox olması
d)
Yalnız istehsal müəssisələrinin öhdəliyi olması
e)
Əmək şəraitinin könüllü tənzimlənməsi
21.
Sosial sahibkarlığa aid olmayanı seçin
a)
Mənfəətin yalnız sahibkarın şəxsi məqsədlərinə xərclənməsi
b)
Sosial problemin həllinə yönəlmə
c)
Cəmiyyət üçün faydalı xidmətlər yaratma
d)
Sosial inklüzivliyi gücləndirmə
e)
Qarşılıqlı ictimai fayda yaratma
22.
Aşağıdakılardan hansılar sahibkarın hüquqlarına daxildir? 1) İşçiləri işə qəbul etmək 2) Minimum əməkhaqqını azaldmaq 3) Təsərrüfat-maliyyə fəaliyyətini müstəqil aparmaq 4) Öz məhsullarına qiymət müəyyənləşdirmək 5) Vergilərdən tam azad olunmaq
a)
1, 3, 4
b)
1, 2, 5
c)
2, 3, 4
d)
1, 4, 5
e)
3, 4, 5
23.
Sosial sahibkarlıq ekosistemi formalaşması üçün dövlət nə etməlidir?
a)
İnfrastruktur və tənzimləməni dəstəkləməlidir
b)
Yalnız vergi toplamalıdır
c)
Sahibkarların sayını azaltmalıdır
d)
Yalnız dövlət müəssisələrini genişləndirməlidir
e)
Sosial medianı bağlamalıdır
24.
2012-ci ildə aparılan araşdırmaya görə ekosistemin əsas formalaşdırıcı amili hansıdır?
a)
Qeyri-maddi sosial-mədəni faktorlar
b)
Vergi güzəştləri
c)
Bank rəqabəti
d)
Reklam bazarı
e)
Xarici investorlar
25.
Nəticədə ölkədə sosial sahibkarlıq üçün maliyyə imkanları genişlənir. Bunun səbəbi nə ola bilər?
a)
Müxtəlif maliyyə alətlərinin mövcudluğu
b)
Yalnız qrantların olması
c)
Kreditlərin bağlanması
d)
İnvestor marağının azalması
e)
Sərt vergi siyasəti
26.
Maddi yardım formaları niyə müxtəlif olmalıdır?
a)
Fərqli inkişaf mərhələlərində olan müəssisələrə uyğun olmaq üçün
b)
Hesabatı mürəkkəbləşdirmək üçün
c)
Sahibkarları azaltmaq üçün
d)
Rəqabəti zəiflətmək üçün
e)
Dövlət xərclərini artırmaq üçün
27.
Sənədləşmə sahəsində dəstək niyə lazımdır?
a)
Çünki bu, sahibkarlar üçün maneə yaradan əsas faktorlardandır
b)
Qrantların qarşısını almaq üçün
c)
Sahibkarları azaltmaq üçün
d)
Bazar fəaliyyətini məhdudlaşdırmaq üçün
e)
İnfrastruktur xərclərini artırmaq üçün
28.
Ekossistem bağlı araşdırma hansı təşkilatın hesabatına əsaslanır?
a)
Enrico Testi rəhbərlik etdiyi Sosial İş Mərkəzinin
b)
Dünya Bankının
c)
BMT-nin sosial proqramlarının
d)
Beynəlxalq audit şirkətlərinin
e)
Özəl təhsil fondlarının
29.
Sosial sahibkarlar üçün “mənbələrə giriş” dedikdə nə nəzərdə tutulur?
a)
Pul, məkan, məlumat və konsultasiya imkanları
b)
Yalnız dövlət binaları
c)
Ancaq texniki avadanlıq
d)
Yalnız könüllülər
e)
Təkcə sponsorlar
30.
Peşəkar ünsiyyət və təcrübə mübadiləsi hansı vasitələrlə təmin olunur?
a)
Konfranslar, yarışlar, seminarlar
b)
Sərt cəzalar
c)
Qapalı klublar
d)
Anonim mənbələr
e)
Reklam qadağası
31.
Cəmiyyətin sosial sahibkarlığa tələbatı necə artırıla bilər?
a)
Məlumatlandırma kampaniyaları ilə
b)
Vergiləri artırmaqla
c)
Sahibkarları məhdudlaşdırmaqla
d)
Yeni rüsum yaratmaqla
e)
Qanunları ləğv etməklə
32.
Altı ekosistem faktorundan biri hansıdır?
a)
Qanuni çərçivə
b)
Bahalı reklamlar
c)
Dövlət nəzarəti
d)
Məhdud təhsil
e)
Qapalı bazar
33.
Cəmiyyətdə sosial sahibkarlığa maraq artır. Bunun səbəbi nə ola bilər?
a)
Uğurlu sosial sahibkarların nümunələrinin yayılması
b)
QHT-lərin azalması
c)
Dövlət dəstəyinin dayanması
d)
Media boşluğu
e)
Maliyyə kəsiri
34.
GZİT təhlili təşkilatın güclü və zəif tərəflərini, həmçinin bazardakı ______ müəyyənləşdirir.
a)
imkan və təhdidləri
b)
istehsal resurslarını
c)
rəqabət üstünlüyünü
d)
satış kanallarını
e)
idarəetmə strukturunu
35.
Təşkilatın müsbət daxili xüsusiyyətlərini və rəqabətdə üstünlük yaradan faktorları ifadə edən anlayış hansıdır?
a)
Güclü tərəflər
b)
Zəif tərəflər
c)
Təhdidlər
d)
Fürsətlər
e)
Alternativlər
36.
SWOT təhlilində “Fürsətlər” hansı faktorlara aid edilir?
a)
Xarici müsbət amillərə
b)
Daxili müsbət amillərə
c)
Daxili mənfi amillərə
d)
Rəqiblərin daxili imkanlarına
e)
Əmək məhsuldarlığına
37.
Nəticədə Şirkət yeni bazara daxil olmaq üçün əlverişli şərtlər tapıb. Bu nəticənin səbəbi nə ola bilər?
a)
Bazarın şirkət üçün yeni imkanlar yaratması
b)
Şirkətin maliyyə çətinliyi yaşaması
c)
Rəqiblərin sayının artması
d)
Qanunvericilik məhdudiyyətlərinin güclənməsi
e)
Müştəri narazılıqlarının çoxalması
38.
Aşağıdakılardan hansı GZİT təhlilinin prinsiplərinə uyğun gəlmir?
a)
Subyektiv fərziyyələrə əsaslanmaq
b)
Daxili amilləri qiymətləndirmək
c)
Xarici amilləri təhlil etmək
d)
Güclü tərəfləri müəyyənləşdirmək
e)
Təhdidləri dəyərləndirmək
39.
Cümləni tamamlayın.Təhdidlər şirkətin qarşılaşa biləcəyi ______ hallarını göstərir.
a)
mənfi xarici
b)
müsbət xarici
c)
müsbət daxili
d)
neytral daxili
e)
neytral xarici
40.
Şirkətin inkişafına mane olan və daxili çatışmazlıqları əks etdirən faktorlar hansıdır?
a)
Zəif tərəflər
b)
Təhdidlər
c)
Fürsətlər
d)
Strateji üstünlüklər
e)
Resurslar
41.
SWOT matrisində hansı bölmə potensial gələcək gücləri əks etdirir?
a)
Fürsətlər
b)
Təhdidlər
c)
Zəif tərəflər
d)
Resurs çatışmazlığı
e)
Müştəri şikayətləri
42.
Nəticədə Şirkət rəqabət qabiliyyətini itirir. Bu nəticənin səbəbi nə ola bilər?
a)
Rəqiblərin məhsul keyfiyyətini artırması
b)
Yeni satış kanallarının açılması
c)
Şirkət imicinin güclənməsi
d)
Xidmət çeşidinin genişlənməsi
e)
Müştərilərin artması
43.
Biznes ideyasının təsvirinin ikinci hissəsində sahibkar adətən _______ aparır
a)
GZİT (SWOT) təhlili
b)
Marketinq araşdırması
c)
Strateji planlaşdırma
d)
Maliyyə analizi
e)
Risk ölçümü
44.
Biznes ideyasının güclü və zəif tərəflərini, eləcə də imkan və təhlükələri müəyyənləşdirən metod hansı anlayışdır?
a)
SWOT analizi
b)
Marketinq strategiyası
c)
Biznes planlaşdırma
d)
Satış proqnozu
e)
Risk menecmenti
45.

Cümləni tamamlayın.Sosial dəyişiklik prosesində diaqnostika mərhələsi ________ üçün həyata keçirilir.

a)

resursları artırmaq

b)

problemin mahiyyətini anlamaq

c)

hüquqi prosedurları sadələşdirmək

d)

sosial fəaliyyətə son vermək

e)

strukturlaşdırmanı zəiflətmək

46.

Sosial sahibkarlıq nəyi hədəfləyir?

a)

Sosial, mədəni və ekoloji problemlərin həllini

b)

Gəlir artımını

c)

Siyasi nüfuzu

d)

Büdcə artımını

e)

Bazar payını

47.

Zülm əleyhinə olan yanaşma üçün deyilən düzgün cavab hansıdır?

a)

Bu yanaşmada sosial xidmət göstərən problemləri fərdin istək və ehtiyacları ilə cəmiyyətin məhdudiyyətləri arasındakı qarşıdurmada görür

b)

İnsanların sosial mövqelərindən irəli gələn problemlərin öhdəsindən gəlmələrini təmin etmək məqsədi daşıyır

c)

Yoxsulluq, sosial sinif və bərabərsizlik kimi sosial faktorlara əsaslanır

d)

Psixoloji uyğunlaşmanın təmin edilməsi və ətraf mühitin dəyişməsi vacibdir

e)

İnsan potensialının üzə çıxarılması və həyata keçirilməsi

48.

Humanist psixologiya yanaşması üçün deyilən düzgün cavab hansıdır?

a)

İnsan potensialının üzə çıxarılması və həyata keçirilməsi

b)

Bu yanaşmada sosial xidmət göstərən problemləri fərdin istək və ehtiyacları ilə cəmiyyətin məhdudiyyətləri arasındakı qarşıdurmada görür

c)

Yoxsulluq, sosial sinif və bərabərsizlik kimi sosial faktorlara əsaslanır

d)

Psixoloji uyğunlaşmanın təmin edilməsi və ətraf mühitin dəyişməsi vacibdir

e)

Sosial sistemlərin qarşılıqlı təsirinə əsaslanır

49.

 “Biznesin qarşılaşa biləcəyi mənfi xarici təsirlər və risklər” ifadəsi hansı anlayışı izah edir?

a)

İmkanlar

b)

Zəif tərəflər

c)

Güclü tərəflər

d)

Təhlükələr

e)

Resurslar

50.

 Cümləni tamamlayın.Sosial sahibkarlıq icma problemlərinə innovativ həll yolları gətirir.Çünki.....

a)

Sosial sahibkarlar sosial qayğını əsas meyar kimi götürürlər

b)

Ənənəvi sahibkarlar məhsul çeşidini artırırlar

c)

Bazar tələbi yalnız mənfəətə əsaslanır

d)

Dövlət subsidiyaları yalnız iri şirkətlərə verilir

e)

QHT-lər yalnız humanitar yardım göstərir