NEW
Font size
Worksheets1-50 Vergi inzibatçılığı
Total questions: 50
Worksheet time: 25mins
Vergi inzibatçılığının keyfiyyətinin yüksəldilməsinin vacib şərtlərinə aşağıdakılardan hansı daxil deyil?
vergi orqanlarının təşkilati strukturunun təkmilləşdirilməsi,
vergi nəzarəti prosesində yeni texnologiyadan istifadə
vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı münasibətlər konsepsiyasının dəyişməsi
vergi orqanlarının təşkilati strukturunun ənənəvi formasının saxlanması
onların maddi-texniki bazasının möhkəmləndirilməsi,
Vergi hüququ normalarının ifadə olunma formaları aşaöıdakılardan hansı daxil deyil?
Azərbaycan Respublikasının Konstitusiyası;
Vergilər haqqında qanunvericilik
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları;
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarları;
Vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə yüksək səviyyədə əməl edilməsini təmin etmək üçün vergi orqanları normativ vergi sənədlərinin yayılması və vergi ödəyicilərinə onların vergi öhdəliklərinin düzgün yerinə yetirilməsində kömək göstərilməsi üçün müvafiq şöbə və bölmələrə malik olması vergi inzibatçılığının hansı funksiyasıdır?
Operativ funksiya
Normativ funksiya
Vergi ödəyicilərinin məlumatlandırılması funksiyası
Köməkçi funksiya
Cari vergi nəzarəti funksiyası
Vergi ödəyicilərinin uçotu və qeydiyyatı, cari vergi nəzarəti və vergi yoxlamalarına cavab verən vergi inzibatçılığının funksiyası aşağıdakılardan hansıdır?
Operativ funksiya
Köməkçi funksiya
Cari vergi nəzarəti funksiyası
Əsas funksiya
Normativ funksiya
Vergi orqanları və vergi ödəyiciləri arasında sıx qarşılıqlı təsirin yaranmasını şərtləndirir və vergi ödəyicilərinin vergi ödənişləri üzrə öhdəliklərinin könüllü yerinə yetirilməsinə cavab verən funksiyası aşağıdakılardan hansıdır?
Normativ funksiya
Əsas funkiya
Cari vergi nəzarəti funksiyası
Operativ funksiya
Köməkçi funksiya
Vergi inzibatçılığının qarşısında duran birinci məsələyə – vergi qanunvericiliyinin və normativ aktların interpretasiyası və tətbiqinə cavab verən funksiyası aşağıdakılardan hansıdır?
Cari vergi nəzarəti funksiyası
Əsas funkiya
Normativ funksiya
Köməkçi funksiya
Operativ funksiya
Eyni növ vergi bir vergitutma obyektindən neçə dəfə tutula bilər?
hər hesabat dövründə bir dəfə
iki dəfədən çox olmamaqla
üç dəfədən çox olmamaqla
istənilən qədər
bir dəfədən çox olmamaqla
Vergi siyasəti aşağıdakılarla ifadə olunur: 1) vergi obyekti; 2) vergi dərəcələrinin həcmi; 3) tətbiq edilən vergi növləri; 4) vergi subyekti;
1,4
1,2
2
2,3
3
Aşağıdakıların hansında vergi siyasətinin düzgün şərhi verilmişdir?
Vergi siyasəti – vergitutma sahəsində müvəkkil edilmiş dövlət hakimiyyət və idarəetmə orqanları tərəfindən ölkənin vergi sistemində verginin funksiyalarının həyata keçirilməsinə yönəldilmiş tədbirlər sistemidir
Vergi siyasəti –vergi funkasiyalarının həyata keçirilməsinə yönəldilmiş tədbirlər sistemidir
Vergi siyasəti – vergitutmanın metod və prinsiplərinin müəyyən edilməsi, vergi nəzarəti formasında həyata keçirilən tədbirlər kompleksidir
Vergi siyasəti – vergitutma sahəsində dövlətin qarşısında duran vəzifələrin həyata keçirilməsinə yönəldilmiş tədbirlər sistemidir
Vergi siyasəti – dövlət tərəfindən işlənib hazırlanmış və vergitutma sahəsində vəzifələrin həyata keçirilməsinə yönəldilmiş tədbirlər sistemidir
Vergi ödəyiciləri və vergi orqanları arasında qarşılıqlı münasibət qaydalarının müəyyən edilməsi və onlara riayət olunmasını nəzərdə tutan prinsip aşağıdakılardan hansıdır?
bərabərlik
vergi etikası
sadəlik
müstəqillik
uyğunluq
Vergilərin ümumi idarə edilməsi hansı orqanlara həvalə olunub?
bələdiyyə orqanlarına
dövlət və yerli özünüidarəetmə orqanlarına
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə
bələdiyyələrin vergi xidməti orqanlarına
gömrük orqanlarına
Vergitutmanın əsaslarının müəyyən edilməsi hansı orqanlara həvalə olunub?
dövlət və yerli özünüidarəetmə orqanlarına
bələdiyyə orqanlarına
gömrük orqanlarına
bələdiyyələrin vergi xidməti orqanlarına
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti
Vergi siyasətinin hazırlanması hansı orqanlar tərəfindən həyata keçirilir?
bələdiyyələrin vergi xidməti orqanlarına
dövlət və bələdiyyə orqanlarına
dövlət və yerli özünüidarəetmə orqanlarına
gömrük orqanlarına
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidməti
Vergilərin idarə edilməsi vergiqoyma sahəsində nəzarət hansı dövlət orqanlarının üzərinə qoyulmuşdur? 1) Milli Məclis 2) vergi orqanları 3) gömrük orqanları 4) Prezident Aparatı 5) Nazirlər Kabineti
3,4
1,2
2,4
2,3
1,3
Vergi orqanlarının fəaliyyət prinsiplərini aşağıdakılardır: 1) vergi orqanları sisteminin vahidliyi prinsipi; 2) vergi orqanlarısisteminin stabilliyi prinsipi; 3) vergi orqanları sisteminin müstəqilliyi prinsipi; 4) vergi ödəyicilərinin uçotu alınması prinsipi; 5) vergi orqanları sisteminin optimallığı prinsipi; 6) vergi ödənişlərinin optimallaşdırılması prinsipi;
2,3,4
1,3,5
2,4,6
1,2,3
3,4,5
Vergi inzibatçılığının əsas elementlərinə aşağıdakılar daxildir: 1) vergi ödəyicilərinə xidmət işinin kəmiyyətinə nəzarət; 2) vergi orqanları tərəfindən vergi qanunvericiliyinin icra olunması və həyata keçirilməsinə nəzarət; 3) nəzarət fəaliyyəyyətinin təşkilati; metodiki və analitik təminatı. 4) vergi ödəyiciləri tərəfindən rüsumların tam və düzgün hesablanmasına nəzarət; 5) vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə riayət olunmasına nəzarət;
3;4;5
2;3;4
2;4
2;3;5
1;3;5
Makro səviyyədə vergi inzibatçılığının vəzifələri aşağıdakılardan ibarətdir: 1) qəbul edilmiş maliyyə qanunlarının həyata keçirilməsi; 2) vergi qanunvericiliyinin müfəssəl konseprual surətdə hazırlanması (keçid dövrünə qədər; yəni yaxın perspektivə qüvvəyə minməsi üçün); 3) vergitumanın makroiqtisadi proseslərinin təhlili və onların inkişafının proqnozlaşdırılması üçün ilkin məlumatların hazırlanması; 4) rüsumların toplanması üzrə vergi orqanlarının gündəlik fəaliyyətinin təmin edilməsi; 5) ərazi vergi orqanlarının fəaliyyətinin effektivliyini artıran təşkilati tədbirlərin hazırlanması və həyata keçirilməsi
4;5
1;3
1;2
3;4
2;3
Fəaliyyətin təşkilati və metodoloji təminatı formaları aşağıdakılardır: 1) vergi orqanları tərəfindən vergi qanunvericiliyinə riayət olunmasına nəzarət 2) vergi ödənişləri üzrə vergi ödəyicilərinin hesabatlarının (bəyannamələrinin) məzmun və formalarının hazırlanması; 3) vergi ödənişlərinin hesabatlarının (bəyannamələrinin) təqdim edilməsi; işlənməsi və yoxlanması prosedurları; 4) müxtəlif səviyyəli vergi orqanlarının struktur və funksional vəzifələrinin (ierarxiya) müəyyən edilməsi;
2;4
3;4;5
2;3;4
1;3;5
1;2;3
Fəaliyyətin təşkilati və metodoloji təminatı formaları aşağıdakılardır: 1) vergi orqanları tərəfindən vergi qanunvericiliyinə riayət olunmasına nəzarət 2) vergi ödənişlərinin proqnozlaşdırılması və planlaşdırılması. 3) vergi ödəyiciləri tərəfindən vergilərin hesablanmasının düzgünlüyü və vaxtında ödənilməsi üzərində nəzarət; 4) vergi ödənişlərinin tənzimlənməsi (vergi kreditinin verilməsi) və vergi sanksiyalarının tətbiq edilməsi;
2;3
1;3
3;4
1;2
2;4
İcra orqanlarının səlahiyyətləri və müxtəlif səviyyəli vergi inzibatçılığının məzmun dolğunluğu nəzərə alınmaqla vergi inzibatçılığının ikinci səviyyəli subyektləri hansılardır?
Azərbaycan respublikasının Maliyyə Nazirliyi və Vergilər Nazirliyi
Ərazi vergi agentlikləri
Ərazi vergi və gömrük orqanları
Azərbaycan Respublukasının Vergilər Nazirliyi
Dövlət vergi xidmətinin ərazi vergi orqanları və ayrı-ayrı bölmələri; rayon vergi şöbələri
Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aiddir? 1) vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda; bu barədə və vergi ödəyicisinin vergi borcunun məbləği barədə vergi orqanlarına 15 gün müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat verməyə; 2)maliyyə institutlarında vergi monitorinqini aparmaq və bununla bağlı maliyyə institutlarından vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda almaq; 3) hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək; 4) «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunla müəyyən olunmuş hallarda və qaydada nəzarət qaydasında mal alqısını həyata keçirtmək; 5) vergilərin hesablanmasının; tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri müvafiq qaydada tərtib etmək;
2;3
4;5
3;4
2;4
1;2
Vergi orqanlarının başlıca vəzifəsi nədən ibarətdir?
kameral və səyyar vergi yoxlamalarını; operativ vergi nəzarətini keçirmək
müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin; faizlərin; maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək;
vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; hesablanmış vergilər üzrə borcların və faizlərin; tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;
vergilərin düzgün hesablanmasına; tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;
maliyyə institutlarında vergi monitorinqini aparmaq və bununla bağlı maliyyə institutlarından vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda almaq;
Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aiddir?
hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək
tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək
vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın; habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini vermək
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunu həyata keçirtmək
vergi ödəyicilərinin; onların filiallarının; nümayəndəliklərinin və ya digər bölmələrinin (obyektlərinin); habelə nəzarət-kassa aparatlarının uçotunu aparmağa
Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aiddir?
vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın; habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini vermək
vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamağa; təhlil etməyə və qiymətləndirməyə; belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər verməyə;
qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın qorunması qaydalarına riayət etməyə və onu təmin etmək
vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və kağız daşıyıcılarda tələb etmək
hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək
Vergi inzibatçılığının Köməkçi funksiyalarına aşağıdakılardan hansı daxil deyil?
Vergi ödəyicilərinin məlumatlandırılması funksiyası.
Kadrların idarə edilməsi
Təşkilati-inzibati funksiya
Hüquqi funksiya
Operativ funksiya
Vergi orqanları daxilində funksiyaların dəqiq bölgüsü və onların həyata keçirilməsi üsullarının vergi ödəyiciləri tərəfindən aydın başa düşüləməsini nəzərdə tutan vergi inzibatçılığı siyasətinin reallaşdırlmasına uyğun olaraq prinsipi aşağıdakılardan hansıdır?
uyğulnluq
vergi etikası
xəbərdarlıq
sadəlik
bərabərlik
Vergi intizamının saxlanması məqsədi ilə müxtəlif qanun pozuntusu hallarına tətbiq olunan sanksiyaların uyğunluğunu nəzərdə tutan vergi inzibatçılığı siyasətinin reallaşdırılmasına uyğun olaraq prinsipi aşağıdakılardan hansıdır?
vergi etikası
uyğunluq
sadəlik
şəffaflıq
bərabərlik
Vergitutmanın əsaslarının müəyyən edilməsi hansı orqanlara həvalə olunub?
dövlət və yerli özünüidarəetmə orqanlarına
Bələdiyyələrin vergi xidməti orqanlarına
Dövlət vergi xidmətinə
bələdiyyə orqanlarına
Gömrük orqanlarına
Vergi orqanlarında vergi inzibatçılığı siyasətinin reallaşdıırlmasına uyğun olaraq hansı prinsipləri var? 1.müstəqillik; 2. bərabərlik; 3.uyğunluq; 4.sadəlik; 5. ədalətlilik; 6. vergi etikası
1;3;5;6
1;2;5;6
2;4;5;6
2;3;4;6
2;3;4;5
Birinci səviyyədə vergi inzibatçılığı orqanlarının məqsədi nədən ibarətdir? 1) rayon vergi şöbələrinin fəaliyyətinin təşkili; 2) cari ödənişlər nəzərə alınmaqla büdcə vergi daxilolmalarının proqnoz və planlaşdırılmasının tərtib edilməsi; 3) aşağı vergi orqanları tərəfindən vergi qanunvericiliyinə riayət olunması 4) vergi örənişlərinin artırılması üzrə tədbirlərin hazırlanması;
3;4
1;2
2;3
2;4
1;3
Makro səviyyədə vergi inzibatçılığının vəzifələri aşağıdakılardan ibarətdir: 1) vergitumanın mikroiqtisadi proseslərinin təhlili və onların inkişafının proqnozlaşdırılması üçün ilkin məlumatların hazırlanması; 2) makrogöstəricilərin proqnozlardan faktiki qiymətləndirilməsinin kənarlaşmalarının qiymətləndirilməsi və onların yaranmas səbələrinin müəyyən edilməsi; 3) vergitumanın makroiqtisadi proseslərinin təhlili və onların inkişafının proqnozlaşdırılması üçün ilkin məlumatların hazırlanması; 4) qəbul edilmiş vergi qanunlarının rayon vergi şöbələrində həyata keçirilməsi; 5) vergilərin toplanması üzrə ərazi vergi orqanlarının gündəlik fəaliyyətinin təmin edilməsi;
2;4
1;2
3;4
2;3
1;3;5
Vergi inzibatçılığının keyfiyyətinin artırılmasının mühüm şərtləri aşağıdakılardır: 1) vergi ödəyicilərinə nəzarət 2) nəzarət işinin yeni texnalogiyalarından istifadə olunması; 3)vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və təşkilati strukturunun təkmilləşdirilməsi; 4) vergi ödənişlərinin optimallaşdırılması;
1;2
2;4
1;3
3;4
2;3
Vergi inzibatçılığı anlayışının məzmunu aşağıdakılardan ibarətdir: 1) vergi orqanları və vergi ödəyiviləri tərəfindən vergi qanunvericiliyinə riayət olunması üzərində nəzarət fəaliyyəti; 2) vergilərin hesabalanması mexanizmi və vergi nəzarətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması; 3) vergi orqanlarını nəzarət funksiyalarının təmin edilməsi üzrə fəaliyyət; 4) vergi sanksiyalarını tətbiqi, vergi ödəyicilərinin bank hesablarının və digər əmlakının həbsi 5) gömrük orqanlarını nəzarət funksiyalarının təmin edilməsi üzrə fəaliyyət;
1,2,3
3,4,5
2,3,4
2,4
1,3,5
Vergi orqanları tərəfindən nəzarət hərəkətlərinin yerinə yetirilməsi üçün nələrin olması vacibdir?
müxtəlif səviyyəli vergi orqanlarının struktur və funksional vəzifələrinin (ierarxiya) müəyyən edilməsi
vergi ödənişlərinin hesabatlarının (bəyannamələrinin) təqdim edilməsi, işlənməsi və yoxlanması prosedurları
müxtəlif səviyyəli vergi orqanlarının struktur və funksional vəzifələrinin (ierarxiya) yerinə yetirilməsi;
vergi ödənişləri üzrə vergi ödəyicilərinin hesabatlarının (bəyannamələrinin) məzmun və formalarının hazırlanması;
fəaliyyətinin təşkilati, metodoloji və analitik təminatı
Vergi inzibatçılığının xarakterik xüsusiyyətləri aşağıdakılardan hansıdır? 1.Idarəetmə 2.Bürokratiya 3.Inzibati 4.Nəzarət 5.Bölgü
1,2
2,3,4
3,4,5
2.40
1,2,4
Vergi inzibatçılığının metodları aşağıdakılardan hansıdır? 1.Vergi planlaşdırması 2.Vergi tənzimlənməsi 3.Vergi nəzarəti 4. Vergi sistemi
1,3,4
1,3
2,3,4
1,2,3
2,4
Vergi inzibatçılığı səlahiyyətli hakimiyyət və icra orqanlarının hansı istiqamətə yönəldilmiş fəaliyyətidir?
bazar iqtisadiyyatı şəraitində vergi və maliyyə orqanlarının fəaliyyətini kordinasiya edilməsinə
dinamik şəkildə inkişaf edən maliyyə münasibətlərinin idarə edilməsinə
bazar iqtisadiyyatı şəraitində dövlət orqanlarının fəaliyyətini kordinasiya edilməsinə
vergi qanunvericiliyinin qorunmasına, vergi sistemi və vergi nəzarətinin səmərəli fəaliyyət göstərməsinə
vergi ödənişlərinin optimallaşdırılması mexanizminin idarə edilməsinə
Vergi inzibatçılığının funksiyalarına aşağıdakılardan hansı daxil deyil?
əsas
köməkçi
normativ
operativ
əlavə
Vergi inzibatçılığına hansı idarəetmə metodları xasdır? 1. planlaşdırma; 2. proqnazlaşdırma; 3. nəzarət 4.tənzimləmə; 5. təhlil
1,2,5
2,3,4
1,2,3
1,3,5
1,3,4
Vergi orqanlarının və onların vəzifəli şəxsləri onlara həvalə edilmiş vəzifə və funksiyaları həyata keçirmək üçün yerinə yetirdikləri hərəkətlərin məcmusu nədir?
Vergi hüququ
Vergi güzəştləri sistemi
Vergi prosesi
Vergi nəzarəti
Vergi siyasəti
Vergi inzibatçılığı çərçivəsində idarəetmə sisteminin qurulması prinsiplərinə aşağıdakılardan hansı daxil deyil?
idarəetmə sisteminin dəyişən iş şəraitinə uyğunlaşması prinsipi
idarəetmə sistemində ierarxik rasionallıq prisipi
idarəetmə sistemində əks əlaqənin mövcudluğunu nəzərdə tutan nəzarətin effektivliyi prinsipi
vergi ödəyiciləri və vergi orqanları arasında qarşılıqlı münasibət qaydalarının müəyyən edilməsi və onlara riayət olunmasını nəzərdə tutan vergi etikası prinsip
idarəetmə sisteminin heyətin müəyyən səviyyəsinə orientasiyası prinsipi
Vergi tənzimlənməsi metoduna aşağıdakılardan hansı forma daxildir?
hesablanmış məbləğin və vergi daxilolmalarının uçotu
yoxlama materiallarının reallaşdırılması
vergi dərəcələrinin ölçüsünün azaldılması
hesabatların qəbulu və işlənməsi
vergi ödəyicilərinin qeydiyyatı və uçotu
Vergi inzibatçılığının əsas elementlərinə aşağıdakılardan hansı daxildir?
vergi ödəyicilərinin qeydiyyatı və uçotu
vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə riayət olunmasına nəzarət
vergilər üzrə büdcənin təsdiqi
müxtəlif səviyyəli maliyyə orqanlarının strukturunun və funksional vəzifələrinin müəyyən edilməsi
vergi güzəştləri sistemi
Vergi inzibatçılığının formaları aşağıdakılardan hansılardır?
aktiki; müddətli; vergi stimullaşdırılması; sanksiyalar sitemi; nəzarət sistemi
Taktiki; müddətli; vergi stimullaşdırılması; sanksiyalar sitemi; nəzarət; bölgü
Taktiki; faktiki; vergi stimullaşdırılması; sanksiyalar sitemi; nəzarət sistemi
Taktiki; strateji; vergi stimullaşdırılması; sanksiyalar sitemi; nəzarət sistemi
İnzibati; Taktiki; strateji; vergi stimullaşdırılması; sanksiyalar sitemi; nəzarət
Vergi inzibatçılığının funksiyalarına aşağıdakılardan hansı daxil deyil?
normativ
operativ
köməkçi
əsas
xüsusi
Vergi inzibatçılığına hansı idarəetmə metodları xasdır?
uçot; nəzarət və tənzimləmə
təhlil;nəzarət və tənzimləmə
proqnozlaşdırma; uçot və nəzarət
planlaşdırma; nəzarət və tənzimləmə
planlaşdırma və proqnozlaşdırma
Vergi inzibatçılığının xarakterik xüsusiyyətləri aşağıdakılardan hansıdır?
Tənzimləmə; bürokratiya; bölgü
İdarəetmə; sanksiyalar sistemi
İdarəetmə; bürokratiya; nəzarət
Stimullaşdırma; bürokratiya; bölgü; inzibati
İdarəetmə; bürokratiya; bölgü; nəzarət
Vergi tənzimlənməsi metoduna aşağıdakılardan hansı forma daxildir?
nəzarət tapşırıqlarının işlənməsi
hesabatların qəbulu və işlənməsi
vergi ödəyicilərinin qeydiyyatı və uçotu
vergi dərəcələrinin optimallaşdırılması
vergilər üzrə büdcənin təsdiqi
Vergi orqanlarında vergi inzibatçılığı siyasətinin reallaşdıırlmasına uyğun olaraq prinsiplərinə aşağıdakılardan hansı daxil deyil?
bərabərlik
sadəlik
etika
stimullaşdırıcı
şəffaflıq
Nümunə kimi götürülmüş əşyalar, həmin əşyaların tədqiq edilməsi üçün zəruri olan vaxtı nəzərə almaqla neçə gündən artıq olmayan müddətə götürülə bilər?
60
20
30
15
3
