wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Sahibkarliq 3-4

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

Kapital nədir?

a)

Aktivlərə qoyulmuş və gəlir gətirən vəsaitlərdir.

b)

Qeyri-maddi aktivlərdir

c)

Maddi aktivlərdir

d)

Passivlərdir

e)

Gəlirlərlə xərclərin fərqidir

2.

Müəssisənin aktvləri fəaliyyət forması baxımından ...... hissəyə ayrılır:

a)

1

b)

2

c)

3

d)

4

e)

5

3.

Müəssisənin əsas kapitalının əsas vəsaitlərin təsnifatına uyğun olaraq müxtəlif əlamətlərə görə təsnifləşdirilməsi həyata keçirilir. Aid OLMAYANI göstərin

a)

mənsubiyyət baxımından

b)

sahə əlaməti baxımından

c)

təyinatına görə

d)

növ baxımından

e)

məzmun baxımından

4.

idarəetmənin subyekti müəssisədə idarəetmənin subyektinə təsir edən funksiyalardan deyil:

a)

planlaşdırma

b)

məhdudlaşdırma

c)

təşkiletmə

d)

koordinasiya

e)

stimullaşdırma

5.

Təşkiletmə funksiyasının 2 ci mərhələsi hansıdır?

a)

işin bölüşdürülməsi

b)

vəzifələrin qruplaşdırılması

c)

işin koordinasiyası

d)

işin müzakirəyə çıxarılması

e)

nəticələrin müzakirəyə çıxarılması

6.

Strateji Yol Xəritəsində 2025-ci ilə qədər ......sektorunda adam başına düşən ixracatın ən azı 450 dollara yüksəldilməsi nəzərdə tutulmuşdur

a)

Qeyri-neft

b)

Neft

c)

Qaz

d)

Benzin və Dizel

e)

Neftayirma

7.

“Kapital bazarının müasirləşdirilməsi” layihəsi üzrə listinq tələblərinin dəyişməsi nəticə etibarilə qeydiyyatın müddəti ........ həftədən ...... həftəyəcən azaldılmışdır

a)

3-4 həftədən 2-3 həftəyəcən

b)

5-6 həftədən 1-2 həftəyəcən

c)

3-4 həftədən 1-2 həftəyəcən

d)

4-5 həftədən 1-2 həftəyəcən

e)

3 həftədən 2 həftəyəcən

8.

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi təsdiq edilmişdir

a)

2013cu il

b)

2015ci il

c)

2014cu il

d)

2016ci il

e)

2012ci l

9.

Likvidlik səviyyəsinə əsasən aktivlər qruplara bölünürlər. Aid OLMAYANI seçin!

a)

tam likvid olan aktivlər

b)

yüksək likvidliyə malik aktivlər

c)

orta likvidlik dərəcəsinə malik aktivlər

d)

zəif likvidyə malik aktivlər

e)

yalnız müəyyən müddət likvid ola bilən aktivlər

10.

Strateji Yol Xəritəsinə əsasən:

a)

2025-ci ilə qədər 450min dən artıq iş yeri yaradılmalıdır

b)

2025-ci ilə qədər qeyri-neft sektorunda dəyişiklik edilməməlidir

c)

2035-ci ilə qədər 450min dən artıq iş yeri yaradılmalıdır

d)

2025-ci ilə qədər 300min-ə qədər azaldılmalıdır

e)

2035-ci ilə qədər 300min-ə qədər azaldılmalıdır

11.

Müəssisələrin öz vəsaitləri hesabına həyata keçirilən maliyyələşdirmə üsulu:

a)

Səhm

b)

Qarışıq maliyyələşmə

c)

Özünümaliyyələşdirmə

d)

Lizinq

e)

İpoteka

12.

Borc maliyyələşdirməsi, həmçinin, maliyyə investisiyaları üçün də istifadə olunabilər, bir şərtləki, həmin investisiyaların gəlirlilik səviyyəsi borc faizi dərəcəsindən .......

a)

Aşağı olsun

b)

Bərabər olsun

c)

Yüksək olsun

d)

2 qatı olsun

e)

Yarısı olsun

13.

...... -mənzil və ya digər daşınmaz əmlak almaq üçün, həmin mənzilin və ya başqa bir kreditləşmə obyektinin girov qoyulması müqabilində fərdi şəxslərə uzunmüddətli layihələrin təqdim olunmasını nəzərdə tutur.

a)

İstiqraz

b)

İpoteka

c)

Lizinq

d)

Sığorta

e)

Səhm

14.

Büdcə krediti verilən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq borcalan ilə hansı orqan arasında kredit müqaviləsi bağlanır?

a)

Mərkəzi Bank

b)

İqtisadiyyat Nazirliyi

c)

Ədliyyə Nazirliyi

d)

Maliyyə Nazirliyi

e)

Vergilər Nazirliyi

15.

Büdcə krediti zamanı faiz dərəcəsi müəyyən olunur:

a)

Konstitusiyaya əsasən

b)

Borcalana əsasən

c)

"Dövlət büdcəsi haqqında" qanuna əsasən

d)

Bankın faiz dərəcəsinə əsasən

e)

Kreditora əsasən

16.

Birgə maliyyələşdirmə və vəsaitlərin hüquqi şəxslərin nizamnamə kapitalına yönəldilməsi yolu ilə dövlət yardımının verilməsinin mütləq şərti investisiya layihəsinin həyata keçirilməsində iştirak edən kommersiya təşkilatları tərəfindən bütünlüklə layihənin smeta dəyərinin ən azı ..... həcmində öz şəxsi vəsaitlərinin təqdim olunmasıdır.

a)

15%

b)

20%

c)

25%

d)

30%

e)

35%

17.

Uzunmüddətli kreditin verilməsi bankın kredit siyasətinə müvafiq olaraq, əsas kreditləşmə prinsiplərinə riayət edilməsi əsasında həyata keçirilir:

a)

müddətlilik

b)

ödəyicilik

c)

təminatlılıq

d)

diferensialliq

e)

Hamısı

18.

...... - uzun müddət istifadə olunan malların, avadanlığın və ya daşınmaz

əmlakın əldə edilməsinə kapital qoyuluşlarının maliyyələşdirilməsinin xüsusi

formasıdır.

a)

Lizinq

b)

İpoteka

c)

İstiqraz

d)

Səhm

e)

Hamısı

19.

Kateqoriyalarına görə səhmlərin növlərindəndir:

a)

Adlı

b)

İmtiyazlı

c)

Təqdimli

d)

Güzəştli

e)

Hissəli

20.

......- xüsusi və cəlbedilmiş kateqoriyaların ayrı-ayrı maddələrin dəyişilməsi meyillərini aşkar etməyə imkan verir

a)

Dinamik təhlil

b)

Struktur təhlili

c)

Əmsal təhlili

d)

Hamısı

e)

Heç biri