wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Mövzu 2. Firma nəzəriyyələri və firmanın fəaliyyətinin rəqabət m

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Neoklassik iqtisadi nəzəriyyədə firmanın mahiyyəti hansı konsepsiya və ya model əsasında izah olunur?

a)

firmanın “qara qutu” modeli

b)

iqtisadi resurslaırn dövriyyəsi modeli

c)

transaksiya xərcləri konsepsiyası

d)

firmanın davranış (bixeviorist) konsepsiyası

e)

firmanın sahibkarlıq konsepsiyası

2.

Transaksiya xərcləri dedikdə nə başa düşülür?

a)

məhsulun istehsal və satışı ilə əlaqədar yaranan xərclər

b)

sövdələşmələr (sazişlərlər) vasitəsiylə hüquqların ötürülməsi və qorunması ilə bağlı yaranan xərclər

c)

firmanın yaradılması və məhsul istehsalı ilə bağlı yaranan xərclər

d)

satınalma, istehsal və satış xərclərinin məcmusu

e)

firmanın bütün növ xərcləri

3.

Firmanın institutsional nəzəriyyəsinə əsasən firmanın məqsədi:

a)

mənfəəti maksimumlaşdırmaqdır

b)

bazar gücünü (hakimiyyətini) artırmaqdır

c)

transaksiya xərclərinə qənaət etməkdir (minimumlaşdırmaqdır)

d)

qaneedici mənfəət əldə etməkdir

e)

dayanıqlı inkişafı təmin etməkdir

4.

Aşağıdakı əlamətlərdən hansı firmanın kontrakt modelinə uyğun deyil?

a)

firma natamam müqavilələr toplusudur

b)

firma çətin əldə olunan və natamam informasiya mühitində fəaliyyət göstərir

c)

firmanın böyüməsi (ölçüləri) transaksiya xərclərinə qənaət cəhdləri ilə bağlıdır

d)

firmanın böyüməsi (ölçüləri) istehsal texnologiyası ilə bağlıdır

e)

firmanın təşkilati formasının seçilməsi transaksiya xərclərinə qənaət cəhdləri ilə bağlıdır

5.

Firmanın prinsipal-agent modelinə əsasən agentin opportunist davranışları nədən meydana çıxır?

a)

prinsipal agentin fəaliyyətini tam təşkil etmək qabiliyyətinə malik olmamasından

b)

prinsipal agentdən yuxarı səviyyədə olduğundan onun maraqlarının agentin maraqlarından daha geniş olması ilə əlaqədar

c)

prinsipalla agent arasında meydana çıxan maraqlar konfliktindən və agentin məsuliyyətsiz davranışlarından

d)

prinsipal agentin bütün hərəkətlərinə nəzarət etmək qabiliyyətinə və tam informasiyaya malik olmasından

e)

prinsipal agentin bütün hərəkətlərinə nəzarət etmək qabiliyyətinə və tam informasiyaya malik olmamasından

6.

G.Gelbreytin korporasiya nəzəriyyəsinin metodoloji bazası nəyə əsaslanır?

a)

institutsionalizmə

b)

marjinalizmə (neoklassik nəzəriyyəyə)

c)

bioloji təkamül nəzəriyyəsinə

d)

bixeviorizm (davranış) nəzəriyyəsinə

e)

idarəçilik nəzəriyyələrinə

7.

Aşağıdakılardan hansı “Rəqabətin hərəkətverici qüvvələri” modelinində göstərilən rəqabət amilləri sırasına aid deyil?

a)

Sahədə mövcud firmaların rəqabəti

b)

Sahəyə yeni daxil ola biləcək potensial rəqiblər

c)

Dövlət siyasəti

d)

Əvəzedici məhsulların təhlükəsi

e)

Tədarükçülərin bazar gücü

8.

Bunlardan biri tədarükçülərin bazar gücünü müəyyən edən amil deyil:

a)

tədarükçülərin və tədarük olunan malların sayı

b)

tədarük xərcləri

c)

başqa tədarükçüyə keçidin məsrəfləri

d)

tədarükçü firmanın maliyyə durumu

e)

malgöndərənlər üçün zəruri olan minimum tədarük həcmi

9.

Aşağıdakı yanaşmalardan hansı firmanın institutsional nəzəriyyəsinə aiddir?

a)

firmanın əsas vəzifəsi istehsal resurslarının optimal nisbətini tapmaqla istehsal xərclərini minimumlaşdırmaqdır

b)

firma istehsal amillərinin məqsədyönlü, sistemli və davamlı kombinasiyasıdır

c)

firma fəaliyyət göstərdiyi mühiti özünün istəklərinə uyğunlaşdırmağı bacarmalıdır

d)

firma müxtəlif səviyyələrdə baş verən sahibkarlıq funksiyalarının qarşılıqlı fəaliyyətinin vahid sistemidir

e)

firma cəlb edilmiş resurs sahibləri arasındakı münasibətlər məcmusunu (müqavilələri) əks etdirən mürəkkəb irearxiyayalı təşkilatdır

10.

“ Firmanın məqsədi onun fəaliyyətinin xarici mühitin durumundan asılı olaraq dəyişə bilər” – bu fikir firma nəzəriyyələrindən hansına aiddir?

a)

firmanın menecerial (idarəçilik) nəzəriyyəsinə

b)

firmanın institutsional nəzəriyyəsinə

c)

firmanın təkamül nəzəriyyəsinə

d)

firmanın şəbəkə konsepsiyasına

e)

firmanın davranış (bixevioristik) nəzəriyyəsinə