wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Fərdlər,qruplar və ailələrlə sosial iş. 1 dərs

Total questions: 15

Worksheet time: 15mins

Name
Class
Date
1.

  “ Hər insan bənzərsizdir və başqalarından fərqlı olan problemlərə,fərdi quruluşa və sosial mənbələrə sahibdir. Bu səbəbdən də sosial işçi hər bir işə aydın fikirlə və yeni bir yanaşma ilə baxmalıdır.”ifadəsi fərdlərlə sosial işin əsas prinsiplərindən hansını açıqlayır :

a)

  Duyğuların məqsədli ifadəsi

b)

  Nəzarətdə olan duyğusal iştirak

c)

Fərdilik

d)

  Mühakiməedici olmayan rəftar

e)

  Məxfilik

2.

  “ Müraciətçinin güclü və zəif tərəflərinin, neqativ və pozitiv hisslərinin, qurucu və dağıdıcı davranışlarının olduğu kimi aşkar edilməsi anlamına gəlir.Sosial işçi yaxşı və ya pislə deyil, həqiqətlə maraqlanmalıdır.” İfadəsi fərdlərlə sosial işin əsas prinsiplərindən hansını açıqlayır :

a)

Mühakiməedici olmayan rəftar

b)

Müraciətçinin öz müqəddəratını müəyyənləşdirməsi

c)

  Məxfilik

d)

Fərdilik

e)

   Qəbul

3.

Aşağıdakılardan hansı fərdlərlə sosial işin fəlsəfi fərziyyələrindən biri deyildir?

a)

Ləyaqət və mənlik

b)

Şəxsin öz müqəddəratını müəyyən edə bilməsi

c)

Ehtiyac yönümlü olmaq

d)

Fərdlərlə sosial iş zamanı sosial işçi şəxsin fikrini öz fikirləri istiqamətində dəyişməyə çalışmalıdır.

e)

Fərdin yaşadığı problemlər dinamik,müxtəlif,qarışıq, çoxsaylı şəkildə və arta biləcək neqativ quruluş kimi nəzərə alınmalı və araşdırılmalıdır

4.

Aşağıdakılardan hansı fərdlərlə sosial işin əsas dəyərləri ilə bağlı olan prinsiplərdən biri deyildir ?

a)

Hər bir şəxs dəyərlidir və özünə görə şərəf və ləyaqəti var

b)

Hər bir şəxsin özünü inkişaf etdirmək , öz müqəddəratını müəyyən etmək hüququ vardır.

c)

Hər bir şəxs cəmiyyətin bir parçasıdır və cəmiyyət işərisində özünü təsdiq etmə və inkişaf etdirmə hüququ vardır.

d)

Hər bir şəxsin yaşadığı cəmiyyətin inkişafında müəyyən rolu olmalıdır

e)

Fərd və cəmiyyət bir birindən fərqli düşünülməlidir. Bu səbəbdən də onlar bir birinə təsir etmirlər. r.

5.

..............prinsipi sosial işçinin müraciətçinin duyğularına münasibətini ,bu duyğuların mənasını müəyyənləşdirərək peşəkar əlaqənin məqsədini ifadə edir. Sosial işçi müraciətçinin hisslərini qəbul edir,onlara cavab verir və bununla da peşəkar əlaqələrə duyğu ilə “daxil olur”.

a)

Qəbul

b)

Duyğuların məqsədli ifadəsi

c)

Müraciətçinin öz müqəddəratını müəyyənləşdirməsi

d)

Mühakiməedici olmayan rəftar

e)

Nəzarətdə olan duyğusal (emosional) iştirak

6.

Fərdlərlə sosial iş sosial işçi ilə müraciətçi arasında qurulmuş əlaqəyə əsaslanır. Bu mərhələdə haqqında danışdığımız peşəkar münasibətlər – “................” və “................” kimi anlayışlar üzərində qurulmalıdır.Nöqtələrin yerinə uyğun olan ifadələri əlavə edin.

a)

“görüşmək” və “empatiya qurmaq”

b)

“etibar etmək” və “qəbul etmək”

c)

“telefonla əlaqə qurmaq” və “məsləhət vermək”

d)

“problemi sosiallaşdırmaq” və “qəbul etmək”

e)

“görüşmək” və “məsləhət vermək”.

7.

   Aşağıdakılardan hansı Yaşlılıq dövrünü açıqlayan nəzəriyyələrdən biri deyildir :

a)

Piajetin elmi(koqnitiv) inkişaf nəzəriyyəsi

b)

Həyatdan kənarlaşma nəzəriyyəsi

c)

    Fəaliyyət nəzəriyyəsi

d)

  Modernləşmə nəzəriyyəsi

e)

a)     Davamlılıq nəzəriyyəsi

8.

Tədqiqatçılar bağlılığın iki şəkildə olduğunu göstərirlər :

a)

zəif və güclü

b)

açıq və qapalı

c)

güvənli və güvənsiz

d)

planlı və plansız

e)

sadə və mürəkkəb

9.

  Piajetin elmi (koqnitiv) inkişaf nəzəriyyəsinin konkret əməliyyat dövründə :

a)

  Uşaq tam olaraq bir bütövün ayrı-ayrı hissələrinin bir-birinə necə bağlandığını,bu hissələrin bir-birinə uyğunlaşdığını,onların bir-birini əvəz etdiyini başa düşür.

b)

  uşaq özünü həyatın mərkəzinə qoyur və onun üçün gördüyü və istədiyi hər bir şey doğrudur

c)

bu dövrdə özəl olaraq uşağın özünün müəyyən fikir irəli sürməsi, ümumi işə reaksiya verə bilməsi müşahidə olunur.

d)

Bu dövrün ən əhəmiyyətli  cəhəti körpənin özü-özünü hiss etməsi, hissiyat orqanlarının inkişaf etməsidir.

e)

   Körpə artıq ətrafında olan insanlara və hadisələrə vizual olaraq maraq göstərməyə başlayır.

10.

1.     Yeniyetməlikdə ilk fiziki inkişaf .............................başlayır :

Nöqtələrin yerinə uyğun gələni əlavə edin.

a)

    Oglanlarda 8, qızlarda isə 6 yaşında

b)

    Oğlanlarda 12, qızlarda isə 8

c)

   Oğlanlarda 12, qızlarda isə 10

d)

   Oğlanlarda 14, qızlarda isə 10

e)

  Oğlanlarda 14 , qızlarda isə 12

11.

Aşağıdaki ifadələrdən hansı səhvdir

a)

Körpəlik dövrü doğulandan 2 yaşına qədər olan dövrü əhatə edir və şəxsin inkişafında əsaslı bir yer tutur.

b)

Körpələrdə refleksli davranışların ardınca artıq məqsədyönlü davranışlar meydana çıxır..

c)

Körpəlik duyğusal,fiziki və zehni inkişafın çox sürətli olduğu bir dövrdür

d)

Körpə ikən güvənli olan körpələr yetkinlik dövründə olarkən də güvənli münasibətlər qururlar. 

e)

Körpəlik duyğusal, akademik və elmi koqnitiv bacarıqların başladığı dövrdür.

12.

. Latens dövründə :

a)

Körpənin ehtiyacları ona baxanlar tərəfindən davamlı olaraq qarşılandığı üçün körpə də bu vəziyyəti dəyərləndirməyə başlayar

b)

Uşaq cinsi məsələlərlə maraqlanmır o əsasən marağını həmyaşıdları ilə dostluğa yönləndirir.

c)

Uşaqlar bu yaş dövründə çətinlik çəkdikləri mövzular haqqında çox düşündüklərinə görə bu barədə çox suallar verməyə başlayırlar və çalışırlar ki onları düşündürən cavabları alsınlar.

d)

Uşaq cəmiyyət tərəfindən ifadə edilən ayib,səhv,pis,yaxşı,doğru və s.kimi mühakimələrlə qarşılaşmağa başlayır.

e)

Körpə özünün bəzi hərəkətlərinə nəzarət etməyə başlayır

13.

Aşağıdakılardan hansı ekoloji yanaşmanın anlayışlarından biri deyildir :

a)

    Enerji

b)

     Sosial mühit

c)

    Sistem

d)

Rollar

e)

     Qarşılıqlı əlaqə

14.

Fərdlərlə sosial iş haqqında verilən məlumatlardan hansı yanlışdır?

a)

     Fərdlərlə sosial iş metodunun vahid olaraq izah edildiyi ilk kitab “Sosial xəstəliklərin diaqnostikası”dır.

b)

Fərdlərlə sosial iş fərdin və ailənin problemlərinə diqqət yetirən sosial iş metodudur

c)

Fərdlərlə sosial iş metodu 19-cu əsrdə sənaye inqilabının son nəticələri ilə əlaqədar yaranmışdır

d)

Mary Richmond  fərdlərlə sosial işin banisi olaraq tanınmaqdadır.

e)

Fərdlərlə sosial iş təcrübələrinin xəstəxanalarda tətbiq edilməsi Dr.Cabotun adı ilə bağlıdır.

15.

Aşağıdakılardan hansı fərdlərlə sosial işin əsas fərziyyələrindən biri deyildir ?

a)

        Fərdin yaşadığı problemlər üçün bəzən psixoloji proseslər, bəzən isə şəxslər arasında olan münasibətlərin yaratdığı proseslər mənbə ola bilir . .

b)

     Fərdlərlə sosial iş yalnız kliniki tədqiqatlar aparır.

c)

     Fərdin yaşadığı sosial quruluşun onun davranış və münasibətləri üzərində təsiri vardır.

d)

     Fərdlərlə sosial iş bütün həssas qrup üzvlərinə xidməti təmin edir.

e)

     Fərdlərlə sosial iş inkişaf etmək və özünü sübut etmək üçün hər bir şəxsə bərabər hüquq və azadlıq verməyə çalışır.