wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

sahibkarlığın əsasları 1.2

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

Aşağıda qeyd edilən bəndlərdən hansı sahibkarlığın mahiyyətini əhatə edir?

a)

mənfəət əldə etməyə yönəlmiş, öz riski ilə həyata keçirilən müstəqil fəaliyyət

b)

mənfəətin əldə edilməsi məqsədi ilə xidmətlər göstərən şəxs

c)

Gəlir əldə etmə məqsədi ilə istənilən xidməti göstərən şəxs

d)

ödənişli xidmətlər göstərən istənilən şəxs

e)

mənfəət üçün çalışan şəxs

2.

Sahibkarlıq faəliyyətinin məzmununa aşağıdakılardan hansını aid etmək olar?

a)

biznesin sosial-psixoloji amili

b)

iqtisadi, hüquqi, sosial, psixoloji məsələlər

c)

müəssisənin strukturu

d)

işçilərin sayı

e)

iqtisadi sistem

3.

Aşağıda qeyd edilənlərdən hansını sahibkar anlayışına aid etmək olar?

a)

Mənfəətin əldə edilməsi məqsədi ilə xidmətlər göstərən şəxs

b)

Gələcək inkişaf haqqında düşünən təşəbbüskar, riskə gedən şəxs, novator

c)

Gəlir haqqında fikirləşən şəxs

d)

Ailə büdcəsini formalaşdıran şəxs

e)

şəxsi marağını güdən şəxs

4.

Sahibkarlığın əsas cəhətlərinə hansılar aid edilir?

a)

idarəetmənin təşkili

b)

dinamizm, təşəbbüskarlıq, daimi axtarış, yenilikçilik, risk, məsuliyyət, şəxsi maddi maraq

c)

planlaşdırma

d)

yüksək məsuliyyət

e)

biznesin təşkili

5.

Sahibkarlıq fəaliyyəti haqqında iqtisadi təlimlər ilk dəfə hansı cəmiyyət daxilində meydana gəlmişdir?

a)

feodalizm

b)

sosializm

c)

kapitalizm

d)

quldarlıq

e)

ibtidai icma

6.

Sahibkarlıq fəaliyyətinin tarixi bir kateqoriya olmasını müəyyən edən amillər:

a)

istehsal vasitələri üzərində mülkiyyət forması və xüsusi mülkiyyətlə sıx əlaqə

b)

istehsalın həcmi

c)

maliyyə nəticələri

d)

mülkiyyətin çoxnövlülüyü

e)

rentabelliyin səviyyəsi

7.

Sahibkarlıq fəaliyyəti bazar münasibətlərinə xas iqtisadi münasibətlərin təzahürüdür dedikdə nələri əhatə edir?

a)

bazarla əlaqəli olur, əmtəə təsərrüfatı şəraitində real məzmun alır

b)

əmtəələrin qiymətini sərbəst müəyyən edir

c)

əmtəə istehsalını təşkil edir

d)

bazara cəld daxil olur

e)

əmtəələrin satışını təşkil edir

8.

Bazar iqtisadiyyatını digər cəmiyyətlərdən fərqləndirən şərtlər:

a)

siyasi azadlıq

b)

qərarların sərbəst qəbulu

c)

demokratiya azadlığı

d)

iqtisadi siyasət

e)

cəmiyyətin hər bir üzvünün və hər bir təsərrüfat vahidinin iqtisadi azadlığı

9.

Bazar iqtisadiyyatının əsas fərqləndirici cəhətləri:

a)

muzdlu işçilərin çoxluğu

b)

sahibkarlığın çoxnövlülüyü

c)

azad sahibkarlıq və azad seçim

d)

azad idarəetmə sistemi

e)

şəxsi maraq

10.

L.Mizes hesab edirdi ki :

a)

sahibkar bazarın tarazlığını pozan  innovatordur

b)

Mənfəət və ya zərər sahibkarın ideyasının nəticəsidir və o, kapitalda təcəssüm olunur

c)

sahibkarı işçilərin səylərini və resursları səmərəli istehsala istiqamətləndirən əsas iqtisadi  rıçaqdır 

d)

mənfəət sahibkarın üzərinə götürdüyü riskə görə mükafatdır

e)

sahibkarın müəssisədən şəxsi faydası olmalıdır

11.

Sahibkarlıq fəaliyyətində rəqabətin rolu:

a)

istehlakçıları bir araya gətirir

b)

insanların arzularını təmin edir

c)

sağlam mübarizəni təmin edir

d)

məhsulun keyfiyyətini yüksəldir, istehsal xərclərini və qiyməti aşağı salır

e)

uğur qazanmaq

12.

Səmərəli təsərrüfatçılıq tipinə aşağıdakılardan hansı aiddir?

a)

kolxoz

b)

sahibkarlıq

c)

sovxoz

d)

müştərək müəssisə

e)

ev təsərrüfatı

13.

Sahibkarlıq ilə məşğul olmaq üçün zəruri şərtlər:

a)

zəruri kapitala malik olmaq

b)

istehsal ehtiyatlarını əldə etmək

c)

texnoloji avadanlıqları müəyyənləşdirmək

d)

əlverişli vəziyyəti yaratmaq

e)

resursların bolluğunu müəyyən etmək

14.

“Sahibkar” ifadəsinin mahiyyəti haqqında fikir söyləyən ilk müəllif kimdir?

a)

K.Marks

b)

F.Engels

c)

R.Kantilyon

d)

A.Smit

e)

V.Lenin

15.

A.Smitə görə sahibkar kimdir?

a)

öz istehsalını planlaşdıran və təşkil edən, müstəqil qərar verən və risk edən şəxs

b)

müqavilə bağlayan şəxs

c)

tərəfdaş axtaran şəxs

d)

kütləvi istehsalla məşğul olan şəxs

e)

menecer

16.

Sahibkarlığın inkişaf mərhələlərinə aid deyil?

a)

sahibkarlıq subyektinin mənfəət əldə etmək məqsədi

b)

sahibkarlıq subyektinin öz mənfəətini istehsala yönəltməsi

c)

sahibkarlıq subyektlərinin risk etmək cəhdi

d)

haqsız rəqabətə can atmaq

e)

düzgün cavab yoxdur

17.

Sahibkarın vəzifələrinə hansı daxildir?

a)

bazarda yerini qorumaq

b)

haqsız rəqabətdən qaçmaq

c)

işgüzar müqavilələrdən irəli gələn tələbləri yerinə yetirmək

d)

əmək haqqının səviyyəsini durmadan artırmaq

e)

sözünə əməl etmək

18.

Sahibkarlıq və biznes fəaliyyətinin ümumi cəhətləri:

a)

hər ikisinin reallaşdırılması bazar vasitəsilə baş verir

b)

hər ikisi dövlət tapşırıqlarını yerinə yetirir

c)

hər ikisi ÜDM-da payının çoxalmasına can atır

d)

hər ikisi uğurları üçün çalışır

e)

hər ikisinin məqsədi eynidir

19.

Təşkilatın yaradılmasının məqsəd və mənası necə adlanır?

a)

taktika

b)

struktur

c)

missiya

d)

marketinq

e)

siyasət

20.

Y.Şumpeterin fikrincə sahibkar kimdir?

a)

özü haqqında düşünən şəxs

b)

varlanmaq istəyən şəxs

c)

yenilikçi (novator) şəxs

d)

bilikli və bacarıqlı şəxs

e)

özünə hörmət edən şəxs