Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

YB-1,2,3

Total questions: 25

Worksheet time: 13mins

Name
Class
Date
1.

Walt Disney insanları düşüncələrinə görə aşağıdakı bölgüyə ayırırdı? 1. Ateist; 2. Realist; 3. Xəalpərəst; 4. Tənqidçi; 5. Rasional

a)

2,3,4

b)

1,3,5

c)

1,2,5

d)

2,4,5

2.

Aşağıdakılardan hansı Milton Ericksonun 5 prinsipinə aid deyil?

a)

Biz hər zaman qarşımızdakı seçimlərdən ən yaxşısını seçirik.

b)

Dəyişiklik hər zaman baş verir və dəyişiklik qaçılmazdır.

c)

Var olan mükəmməldir.

d)

Hər kəs ilə hər şey okeydir

3.

Xəyalpərəstlər…...cümləni tamamlayın

a)

Risklərin qarşısını alanlardır

b)

Layihədə olan riskləri, yanlışlıqları müəyyən edənlərdir

c)

Proekt sənədləşməsi və planları hazırlayanlardır

d)

İdeya və dizaynları hazırlayanlardır

4.

NLP-nin fundamentlerindən biri hansıdır?

a)

Dave Ulrichin İnsan Resursları modeli

b)

Milton Eriksonun Psixoterapevtik modeli

c)

Maslovun Ehtiyaclar İyerarxiyası

d)

Daniel Golemanın Liderlik modeli

5.

“Hər bir davranış həmin insan üçün pozitiv niyyətə bağlıdır” ifadəsi kimə məxsusdur.

a)

Milton Erikson

b)

Walt Disney

c)

Charles Darvin

d)

Dave Ulrich

6.

Aşağıdakı ifadələrdən hansı Walt Disney modelində realistik düşüncə hesab edilir?

a)

Gələcəyi düşünmək bu gündən başlayır.

b)

Sənin rejissor olmaq üçün təxəyyülün zəifdir.

c)

Hər ay bir kitab oxuyaraq illik planımı yerinə yetirmiş olaram.

d)

Dama-dama göl olar.

7.

Model Reuven Bar-ON ... qabiliyyətdən ibarətdir. Nöqtələrin yerinə buraxılmış rəqəmin düzgün qeyd olunduğu variantı müəyyən edin.

a)

13

b)

14

c)

15

d)

10

8.

Qarışıq modelin komponentlərindən olan Özünü dərketmənin düzgün şərh olunduğu variantı müəyyən edin.

a)

İnsanlarla münasibət qurmaq, insanları manipulyasiya etmək, onları istədiyi istiqamətə çəkmək bacarığıdır.

b)

Duyğularınızı, qərar qəbulu zamanı motivasiyanızı, güclü və zəif tərəflərinizi tanımaq, məqsədlərinizi və həyat dəyərlərinizi təyin etmək qabiliyyətidir.

c)

Duyğularınızı idarə etmək, impulsları dayandırmaq qabiliyyətidir.

d)

Digər insanlarla empatiya qurma qabiliyyəti, eyni zamanda qərar verərkən digər insanların hisslərini nəzərə almaq qabiliyyətidir.

9.

Reuven Bar-ON emosional zəka modelininin komponentlərindən biri doğru deyildir?

a)

Optimizm

b)

Çeviklik

c)

Duyğuların qavranılması

d)

Reallığın qiymətləndirilməsi

10.

Daniel Goleman tərəfindən yaradılan emosional zəka modelininin komponentlərindən olan "Sosial bacarıqlar "

-ın düzgün şərh edildiyi variantı müəyyən edin.

a)

Duyğularınızı idarə etmək, impulsları dayandırmaq qabiliyyətidir.

b)

Duyğularınızı, qərar qəbulu zamanı motivasiyanızı, güclü və zəif tərəflərinizi tanımaq, məqsədlərinizi və həyat dəyərlərinizi təyin etmək qabiliyyətidir.

c)

Digər insanlarla empatiya qurma qabiliyyəti, eyni zamanda qərar verərkən digər insanların hisslərini nəzərə almaq qabiliyyətidir.

d)

İnsanlarla münasibət qurmaq, insanları manipulyasiya etmək, onları istədiyi istiqamətə çəkmək bacarığıdır.

11.

Reuven Bar-ON emosional zəka modelininin komponentlərindən olan "Problemin həlli "

-in düzgün şərh edildiyi variantı müəyyən edin.

a)

Duyğularınızı cilovlamaq.

b)

Hədəflər qoymaq və onlara çatmaq üçün səy göstərmək, potensialınızı həyata keçirmək bacarığıdır.

c)

Bir problemi müəyyənləşdirmək və formalaşdırmaq və bunun üçün potensial təsirli bir həll tapmaq qabiliyyətidir.

d)

Özündən, başqalarından və ümumiyyətlə həyatdan məmnun hiss etmək bacarığıdır.

12.

Emosional Zəka haqqında qeyd olunanlardan biri doğrudur.

a)

İki şəxs öz aralarında mübahisə yaşanan zaman passiv və ya müsbət münasibət göstərir.

b)

İki şəxs öz aralarında mübahisə yaşanan zaman passiv və ya müsbət münasibət göstərir.

c)

Yüksək EQ-lu insanlar davranışlarını, empatiyanı və kübarlığı öz nüfuzunu yaratma və özünədəyər çərçivələrini müəyyən etməklə bu qabiliyyətlərini tarazlaşdırırlar.

d)

Emosional zəkası güclü olan insanlar ölçüb-biçilməmiş ani davranışlardansa stess zamanı daha ağıllı, özlərinə əmin olmadan və istiqanlı davranırlar.

13.

Emosional Zəka Modellərindən olan Model Reuven Bar-ON-un əsas komponentlərindən olan Müstəqillik qabiliyyətinin düzgün şərh olunduğu variantı müəyyən edin.

a)

Doğru cavab yoxdur.

b)

Özünə güvənmək və emosional olaraq başqalarından asılı olmamaq qabiliyyətidir.

c)

Başqalarının duyğularını tanımaq, xəbərdar olmaq və anlamaq qabiliyyətidir.

d)

Duyğularınızı təsirli şəkildə idarə etmək, vəziyyətdən tez bir şəkildə çıxış etmək bacarığıdır.

14.

"Qarışıq model, emosional zəkanın ..... komponentdən ibarət olduğunu irəli sürür". Nöqtələrin yerinə buraxılmış rəqəmin düzgün qeyd olunduğu variantı müəyyən edin.

a)

4

b)

5

c)

6

d)

7

15.

Aşağıdakılardan hansılar Walt Disneyin fikirlərinə aiddir?

a)

Bir çox ideyalar tənqidi düşüncəsi olan insanların düşüncələrinə görə məhv olur.

b)

İdeya hər zaman reallaşa bilər.

c)

Bəziləri ideyalarla maraqlanmır və heç kim onun reallaşdırılması barədə fikirləşmir.

d)

Tənqidçilər yeni ideyaları ortaya çıxarır.

16.

Model Reuven Bar-ON -un komponentlərindən olan Çevikliyin düzgün şərh olunduğu variantı müəyyən edin.

a)

Hədəflər qoymaq və onlara çatmaq üçün səy göstərmək, potensialınızı həyata keçirmək bacarığıdır.

b)

Çətin şəraitdə belə ümid və müsbət münasibət saxlamaq qabiliyyətidir.

c)

Dəyişən şərtlərə uyğun olaraq hisslərinizi, düşüncələrinizi, inanclarınızı və davranışlarınızı tez bir zamanda tənzimləmək qabiliyyətidir.

d)

Bir problemi müəyyənləşdirmək və formalaşdırmaq və bunun üçün potensial təsirli bir həll tapmaq qabiliyyətidir.

17.

Aşağıdakılardan hansı şəbəkə bacarıqları deyil?

a)

Sosial bacarıqlar

b)

Problem həll etmə

c)

Aktiv dinləmə

d)

İctimai nitq bacarıqları

18.

Zəka (və ya intellekt) haqqında aşağıda qeyd olunan məlumatlardan doğru olanları seçin:

1. Zəka (və ya intellekt) ən geniş yayılan mənası ilə insanın düşünmə, həqiqətləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma

qabiliyyətlərinin cəmidir.

2. Zəka, səbəb ilə nəticə arasındakı bağlılıqları tapmaq, bənzərlik və fərqlilikləri anlamaqdır

3. Zəka insana ağıldan çox üstün bir anlayış qazandıran, dərin düşünə bilmə, doğrunu tapa bilm hər mövzuda həll gətirə bilmə qabiliyyətidir.

a)

2

b)

1,2

c)

1

d)

1,3

19.

... bir şəxsdən digərinə məlumat mübadiləsi aktıdır.

a)

Ünsiyyət

b)

Aktiv dinləmə

c)

Sosial bacarıqlar

d)

Sözsüz bağlantı

20.

Münaqişələri idarə edərkən istifadə olunan yanaşmalardan biri yanlışdır:

a)

Uduz-rəqabət et

b)

Uduz-uduz

c)

Uduz-qazan

d)

Qazan-qazan

21.

"İş prosesində şöbənin mütəxəssisi əmək haqqının qaldırılaraq 1000 AZN olmasını istəyir iş yeri isə 500 AZN əmək haqqı verməkdə davam etmək istəyir. Uzun davam edən münaqişədən sonra işçi işdən ayrılmaq qərarına gəlir və şirkət əməkdaşını işçi isə işini itirir." Münaqişənin idarə edilməsində hansı yanaşma baş vermişdir ?

a)

Uduz-Rəqabət et

b)

Qazan-qazan

c)

Uduz-qazan

d)

Uduz-uduz

22.

Aşağıdakılardan hansılar münaqişələrin həlli istiqamətləri? 1)münaqişədən qaçmaq;

2)münaqişələri böyütmək; 3)münaqişənin özünü idarə etmək; 4)münaqişələri paylaşmaq 5)münaqişəni yatırmaq;

a)

1,3,5

b)

1,2,3

c)

3,5

d)

1,4

23.

SEE-I üsulun "Bunu bəyan et ( State it)" elementi nəyi ifadə edir?

a)

Dinləməyi məşq edin.

b)

Anlayışın şəklini, diaqramını, metaforasını və ya analogiyasını təqdim edin.

c)

Konkret misallar və əks nümunələr verin.

d)

Konsepsiyanı və ya fikri bir və ya iki cümlə ilə aydın və qısa şəkildə ifadə edin.

24.

Kompromis dedikdə nə başa düşülür ?

a)

Tərəflərin bir birinə qalib gəlmək üçün apardığı mübarizədir.

b)

Hər iki tərəf münaqişəni həll etmək üçün bəzi fədakarlıqlar edir.

c)

Hər iki tərəf ziddiyyətli problemi ətraflı müzakirə etdikdən sonra hər ikisini qane edəcək həll yolu üzərində razılaşırlar.

d)

Doğru cavab yoxdur.

25.

SEE-I üsulu kim tərəfindən yaradılmışdır ?

a)

Richard Paul və Linda Elder

b)

Sokrat

c)

Wolt Disney

d)

Daniel Qoleman

Similar Resources on Wayground