WorksheetsAZ umumi 1-16 movzu
Total questions: 48
Worksheet time: 4hrs 0mins
"Verilən informasiyanın qəbuledicinin fəaliyyətinə təsiri və səmərəli istifadə edilməsi". Qeyd edilən xüsusiyyət aiddir:
praqmatik kommunikasiya
informasiyanın ötürülməsi
semantik kommunikasiya
informasiya mübadiləsi
Ritorik qanun sisteminin mərhələlərinin ardıcıllığı hansı sırada düzgün göstərilmişdir?
Dispozisya, Yadda saxlama, Elokusiya, Tələffüz, İnvensiya
Elokusiya, Yadda saxlama, Dispozisya, İnvensiya, Tələffüz,
İnvensiya, Dispozisya, Elokusiya, Yadda saxlama, Tələffüz
Tələffüz, Yadda saxlama, Elokusiya, Dispozisya, İnvensiya
Verilənlərdən biri ictimai nitqin janrına aid deyil:
tənqidi çıxış
akademik nitq
təbliğat yönümlü çıxış
mühazirə
Akademik nitqdə etos nədir?
tərəqqiyə inam
empirik əsas
mövzu sahəsinə maraq
akademik nitqin mənəvi dəyər komponenti
Şəxslərarası ünsiyyətin xüsusiyyətlərinə aid deyil?
xətti model
operativ model
interaktiv model
dairəvi model
Qrupşəkilli kommunikativ prosesin əsas effektivlik meyarını göstərin: 1) səmərəlilik 2) qiymətləndirici 3) işin keyfiyyəti 4) qrupun fərdə müsbət təsiri 5) qarşılıqlı münasibət
1, 2, 5
1, 4, 5
1, 3, 4
2, 3, 4
Liderlik tiplərini müəyyən edin:1) kombinə edilmiş 2) bürokratik 3) introvert 4) dominant 5) avtoritar
1, 2, 5
1,2,4
3,2,5
1,3,5
İşgüzar söhbətin uğurlu olmasına yardım edən faktorlardan səhv olanı göstərin:
professional biliklər
gözlənilməzlik elementi
yumor və ironiya
informasiya mübadiləsi
İşgüzar söhbətə hazırlıq prosesinə daxil deyil:
reqlament haqqında məlumat vermək
söhbətin mümkün nəticəsini qabaqcadan proqnozlaşdırmaq
vəzifələr əsasında söhbətin planını tərtib etmək və onların müvafiq həlli yollarını tapmaq
hazırlıq prosesində mübahisəli məsələlərin, konfliktlərin, sazişlərlə əlaqədar problemlərin və s. həllinə xüsusi diqqət yetirmək
Danışıqlara hazırlığın əsas elementlərindən biri yanlışdır:
nümayəndə heyətinin tərkibinə mütəxəssislərin seçilməsi
danışıqların planının və proqramının hazırlanması
problemlərin həlli üçün tərəfdaşların axtarılması
tərəfdaşın nəzər-nöqtəsinə diqqətsizlik
“Söhbətin əvvəlində istənilən halda tərəfdaşla təmas yaratmaq lazımdır”. Verilən fikir işgüzar söhbətin strukturunun hansı məqamına aiddir?
• həmsöhbətin fikirlərinin təkzib edilməsi
söhbətin başlanğıcı: əlaqəyaratma
işgüzar söhbətə hazırlıq
problemin irəli sürülməsi və informasiyanın ötürülməsi
İstənilən ünsiyyət aktı neçə hissədən ibarətdir?
3
5
6
2
“İdentifikasiya” sözü mənşəcə hansı dilə aiddir?
latın
yunan
fransız
ərəb
Verilənlərdən biri nitq etiketinin formalarına aid deyil:
tanışlıq
vidalaşma
təbrik
təlqin
Xarici görünüş etiketinə nələr daxildir?
səlis və aydın nitq
səliqəli, zövqlü geyim tərzi, saç düzümü
mədəni ünsiyyət və nitq davranışını tənzimləyən etik qaydalar
nəzakətli rəftar, hərəkət və davranışlar
“Daxili sənədlər və müəssisədən kənara göndərilən məktublar savadlı şəkildə, səlis dillə, səhvsiz tərtib edilməlidir”. Verilən fikir işgüzar etiketin hansı prinsipinə aiddir?
zahiri görünüş
savadlılıq
dəqiqlik
ətrafınızdakılara diqqət
Qeyri-refleksiv dinləmə nədir?
Həmsöhbətin nitqinə replikaları və rəylərı ilə mane olmadan maksimal dərəcədə fikrin cəmlənməsidir
Mesajların mənasını açmaq və həmsöhbətlə fəal şəkildə əks əlaqə qurmaq prosesidir
Xəbərin həqiqi əhəmiyyətinin aşkar edilməsidir.
Hisslərin əks olunmasıdır.
Dinləmənin neçə forması var?
5
3
4
2
1. İnsan sosial varlıq kimi ünsiyyətə möhtacdır. 2. Konkret məqamlara nitq fəaliyyəti ilə müdaxilə etmək tələb olunur. Verilənlər aiddir:
nitq mədəniyyəti
kommunikativ motiv
şifahi nitq
akademik kommunikasiya
Şəxsiyyətin işgüzar kommunikasiyada əhəmiyyət kəsb edən iradi keyfiyyətlərindən biri yanlışdır:
tələskənlik
məqsədyönlülük
inadkarlıq
dözümlülük
Temperamentin neçə əsas tipi var?
4
2
5
3
Yunancadan tərcümədə “...” sözü “möhür”, “naxış” mənasını bildirir. Nöqtələrin yerinə hansı söz uyğun gəlir?
temperament
imic
kommunikasiya
xarakter
Biri ingilislərin danışıqları aparma üslubuna aiddir:
Heç kəsin mövqeyini nəzərə almırlar.
Qəbul edilən qərarların risk əmsalı yüksək olur.
Danışıqlar zamanı statistik və arayış xarakterli materiallardan istifadə etmirlər.
Danışıqların hazırlanması prosesinə az vaxt ayırırlar
“Hər bir millət başqa millətlərdən çox şey öyrənə bilər və öyrənməlidir”. Verilən fikir aiddir?
Karl Marksa
De Yager
Devid Yuma
Adam Qrantaa
İmicin strukturuna aid olan elementlərdən biri yanlışdır:
zahiri görünüş
şəxsi xüsusiyyətlər
qazanılmış keyfiyyətlər və davranış normaları
peşəkar xüsusiyyətlər
Biri imicin tərkib hissəsi olan zahiri görünüş elementlərinə aid deyil:
şəxsi aksesuarlar
saç düzümü, makiyaj, ümumi baxım
refleksivlik
geyim və ayaqqabı
Bunlardan biri ərizəyə verilən tələblərə aid deyil:
Ərizə notarial qaydada təsdiqlənməlidir.
Başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır.
Ərizəçi ərizəni öz xətti ilə yazmalıdır.
Ərizə konkret şəxsə ünvanlanmalıdır.
Həsən Musayev Bakı Baş Məşğulluq İdarəsinə işə düzəlmək üçün müraciət etməlidir. Bunun üçün o, hansı müraciət formasını seçməlidir?
reklam
arayış
hesabat
ərizə
Verilən xüsusiyyətlərdən biri işgüzar sənədlərə aid deyil:
Haqqında bəhs olunan məsələ barəsində daha konkret, aydın məlumat verir
Mütəxəssislər tərəfindən hazırlanır
Adətən, həcmcə kiçik olur.
Çox zaman hazır formaları olur, konkret göstəricilər həmin formalara yazılır
Təqdimata aid deyil:
«Təqdimat» sözü ərəb mənşəli olub, “təqdim” sözündəndir.
Təqdimat rəsmi sənəd olaraq, aşağı vəzifəli şəxsin yuxarı vəzifəli şəxs qarşısında hər hansı bir məsələni qaldırması, irəli sürməsi, xahiş etməsi zərurətində yazılır.
Təqdimat ərizədən aşağıda dayanan bir xahişnamədir.
Təqdimat yalnız xoş niyyətlər üçün yazılmır.
İşə, rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb olunduqda hər hansı şəxs haqqında ... verilir. Nöqtələrin yerinə yazılmalıdır:
xasiyyətnamə
zəmanət
raport
etibarnamə
Hansı sənədi təşkilat rəhbəri hazırlayır və möhür vurur?
arayışı
arayışı
aktı
annotasiyanı
Verilmiş xüsusiyyətlərdən biri məktuba aid deyil:
Müraciət hissəsi xitabla başlayır.
Müraciət, ümumi, fərqləndirici və yekunlaşdırıcı hissələrdən ibarətdir.
Hər hansı bir şəxsin kimliyini müəyyən edən sənəddir.
Yazışmanın ən qədim növlərindəndir
Bunlardan hansı məktub növü deyil?
şəxsi
rəsmi
cavab
təbrik
Protokol nə vaxt yazılır?
hər hansı faktı aşkarlamaq məqsədilə
qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq məqsədilə
konfrans, iclas, qurultayda söylənilən çıxışları qeyd etmək məqsədilə
ezamiyyətə göndərilən zaman
Verilmiş xüsusiyyətlər hansı sənədi səciyyələndirir? “Cavabdeh müəssisə və ya şəxs qarşısında məsul olduğu idarə və şəxsə verir. Görülən işlər dolğun şəkildə, ardıcıl olaraq şərh edilməlidir”.
elan
bəyanat
xəbərdarlıq
hesabat
“Fəlsəfə kafedrasının müəllimlərindən Lalə Səmədova, Günay Həsənova 1iyul 2020-ci il tarixindən məzuniyyətə buraxılsınlar” cümləsi hansı sənədin tərkib hissəsidir?
əmr
ərizə
arayış
elan
"Diplomatik akt növüdür. Hər hansı bir hüquq və ya tələb, digər dövlətin düzgün olmayan aktlarına qarşı etiraz bildirilir". Verilən
xüsusiyyətlər hansı sənədə aiddir?
etiket
məktub
nota
hesabat
Rəsmi sənədlər olan cərgəni göstərin:
sərəncam, bəyanat
akt, zəmanət
protokol, izahat
vəkalətnamə, ərizə
Verilmiş nümunə hansı əməli yazı növünə aiddir? Xəstə olduğum üçün may ayının 3-dən 15-nə kimi işdə olmamışam. Ona görə də həmin günlərdə baş vermiş hadisə haqqında heç bir məlumatım yoxdur...
protokol
izahat
xasiyyətnamə
müqavilə
Bunlardan hansı əmək kitabçasında qeyd edilir?
təşəkkür
ərizə
izahat
akt
Aktın məzmununa görə növlərini seçin:1. şəxsi akt 2. cinayət aktı 3. dövlət aktı 4. sözlü akt 5. bu və ya digər bir faktı açmaq üçün müəyyən edilən akt.
2, 3, 5
1, 4, 5
1, 2, 3
1, 3, 5
Akt kim tərəfindən imzalanmalıdır?
baş mühasib
aktın tərtibində iştirak edən bütün şəxslər
komissiyanın üzvlərindən biri
sədr
Latın sözü olub “qışqırmaq” mənasını verir:
reklam
teleqram
annotasiya
ərizə
Məzmununa və məqsədinə görə elan xarakterli yazılara aiddir:1. Anons, 2. reklam, 3. izahat 4. bildiriş 5. akt 6. tərcümeyi-hal
1, 5, 6
1, 2, 4
2, 4, 5
1, 2, 3
«… xüsusi formada tərtib edilən sənəddir. Bu, qiymətli bir əşyanı müəyyən bir təşkilatdan almaq üçün şəxsə verilən sənəd formasıdır». Söhbət hansı sənəddən gedir?
vəkalətnamə
protokol
zəmanət
akt
Biri əqdin mahiyyətini əks etdirmir:
kəbinkəsmə
təşkiletmə
ayrılma haqqında əqd
nikah haqqında əqd
Etibarnamə nə zaman yazılır?
qiymətli kağızların qəbulu zamanı
əmək intizamı pozulduğu zaman
əmək müqaviləsi bağlanan zaman
bir şəxsin və ya idarənin adından iş görülən zaman
