wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

İstehsalın planlaşdırılması 2

Total questions: 10

Worksheet time: 7mins

Name
Class
Date
1.

Materiallara tələbatın planlaşdırılması sisteminin giriş məlumatı hansıdır?

a)

məhsul ağacı haqqında məlumatlar

b)

satınalma sifarişləri haqqında məlumatlar

c)

iş üçün sifariş tələbləri

d)

sifarişlərin vaxtının dəyişdirilməsi

e)

ləğvetmə haqqında məlumatlar

2.

Materialara tələbatın planlaşdırılması sisteminin əsas çıxış məlumatı hansıdır?

a)

satınalma sifarişləri

b)

əsas istehsal qrafiki

c)

ehtiyatların vəziyyəti haqqında məlumatlar

d)

materialların alınması üçün tədarük vaxtları

e)

köməkçi hissələrə olan tələblər

3.

Mürəkkəb strukturlu şirkətlərin istehsal resurslarını əlaqələndirməklə planlaşdırma aşağıdakılardan hansıdır?

a)

müəssisə ehtiyatlarının planlaşdırılması

b)

ümumi (brut) tələblərin planlaşdırılması

c)

materiallara tələbatın planlaşdırılması

d)

istehsal ehtiyatlarının planlaşdırılması

e)

tədarük zəncirinin idarə edilməsi

4.

Material siyahılarında məlumatlar olduğu kimi MRP sisteminə ötürülə bilməz, siyahılardakı məlumatlar müvafiq struktura çevrilməlidir. Bu struktur necə adlanır?

a)

məhsul ağacı

b)

material sütunu

c)

güc strukturu

d)

məqsədlər evi

e)

məhsul ailəsi

5.

Məhsul ağacında iki ardıcıl səviyyədə yerləşən elementlər arasında əlaqə necə adlanır?

a)

“ata-oğul” əlaqəsi

b)

“ailə” əlaqəsi

c)

“məhsul ailəsi”

d)

məhsul çeşidi

e)

ierarxiya əlaqəsi

6.

Məhsuldan başlayaraq onun bütün alt elementlərinə qədər materiallara bölünməsinin sistematik zənciri necə adlanır?

a)

səviyyə kodlaşdırması sistemi

b)

“ata-oğul” əlaqə sistemi

c)

ierarxiya əlaqəsi sistemi

d)

loqistika zənciri

e)

materiala tələbat sistemi

7.

Bir səviyyədən ibarət məhsul ağacı necə adlanır?

a)

material siyahısı

b)

məhsul sütunu

c)

material kodu

d)

bəsit məhsul ağacı

e)

bir ağaclı sistem

8.

Aşağıdakılardan hansı məhsul ağacının dəqiqliyini təmin edən cəhətlərdən biridir?

a)

düzgün material kodlarının olması

b)

ölçmə vasitələrinin dəqiq olması

c)

material sayının minimum olması

d)

ierarxiya səviyyələrinin çox olması

e)

materialların keyfiyyətinin yüksək olması

9.

İstehsalla bağlı satın alınacaq hissələr üçün tədarük (istehsal) müddəti yarımdövrlərə bölünür. Aşağıdakılardan hansı belə yarımdövrlərdən biri deyildir?

a)

nəzarət vaxtı

b)

gözləmə vaxtı

c)

hazırlıq vaxtı

d)

emal (işləmə) vaxtı

e)

daşıma vaxtı  

10.

İstehsalla bağlı satın alınacaq hissələr üçün tədarük (istehsal) müddəti yarımdövrlərdən ibarətdir. İş yükü bu yarımdövrlərdən  hansını (hansılarını) əhatə edir?

a)

yalnız hazırlıq və emal (işləmə)  vaxtlarını

b)

yalnız gözləmə vaxtını

c)

yalnız hazırlıq və daşıma vaxtlarını

d)

yalnız daşıma vaxtını

e)

yalnız hazırlıq vaxtını