Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Last Battle 3

Total questions: 25

Worksheet time: 13mins

Name
Class
Date
1.

Obyektiv, zəruri ehtiyaclar sistemi dedikdə nə başa düşülür?

a)

İstehsal

b)

Tələbat

c)

İstehlak

d)

Ümumi daxili məhsul

e)

Milli gəlir

2.

Aşağıdakılardan hansı sosial partnyorluğa nail olmanın vasitəsi kimi çıxış edir?

a)

iş mühitində davranış

b)

əmək münasibətlərinin bütün səviyyələrində kollektiv müqavilələrlə tənzimlənmə mexanizmi

c)

işəgötürənlərin işçilərə münasibəti

d)

əmək münasibətlərinin bütün səviyyələrində qeyri-dövlət təşkilatlarının iştirakı

e)

dövlətin vergi siyasəti

3.

Aşağıdakılardan hansı uzunmüddətli fəaliyyət göstərən mexanizmdir və dövlətin qanunla nəzərdə tutulmuş və vətəndaşların konstitusiya hüquqlarının həyata keçirilməsinə yönəldilmiş öhdəliklərdir?

a)

Sosial infrastruktur

b)

Sosial zəmanətlər

c)

Sosial münasibətlər

d)

Sosial tələbat

e)

Sosial sığorta

4.

Dövlət sosial sferanın müəssisə və idarələrinin fəaliyyətini hansı alətlər vasitəsilə idarə edir?

a)

hüquqi, sosial və texniki

b)

hüquqi, inzibati və iqtisadi

c)

siyasi, sosial və iqtisadi

d)

hüquqi, inzibati və siyasi

e)

hüquqi, texniki və iqtisadi

5.

Geniş mənada sosial idarəetmə nəyi əks etdirir?

a)

Sosial işçilərə müraciət edən şəxslərə sosial qayğı göstərir

b)

İctimai sistemə üzvi surətdə xas olan elə bir haldır ki, onun tamlığını, keyfıyyət xüsusiyyətlərini, təkrar istehsalını və inkişafını təmin edir

c)

Cəmiyyətin sosial fəaliyyət strukturunun nizamlanması və təkmilləşdirilməsi sahəsində cəmiyyətə dərk edilmiş, sistematik xüsusi təsir

d)

Sosial siyasətin işlənib, həyata keçirilməsi və insanlar üçün optimal şəraitin yaradılması üzrə dövlət və özəl strukturların, əhalinin məqsədyönlü, cəmiyyətin bütün üzvlərinə nüfuz edən fəaliyyətini

e)

İnsanların yardım edilmədən qarşılanmayan ehtiyaclarının qarşılanmasını və həll edilməyən problemlərin həll edilməsini

6.

Sosial sahələr hansı istiqamətlər üzrə planlaşdırılır və idarə olunur? Yanlış variantı seçin.

a)

Təhsil və elm

b)

İstehsala göstərilən nəqliyyat xidmətləri

c)

Əhalinin həyat səviyyəsi problemləri

d)

Əhaliyə göstərilən ictimai iaşə xidmətləri

e)

Turizm və sosial-mədəni servis xidmətləri

7.

Azərbaycanda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul olunmuşdur?

a)

3 yanvar, 2016-cı il

b)

30 iyun, 2017-ci il

c)

24 mart, 2020-ci il

d)

30 dekabr 2020-ci il

e)

12 fevral, 2019-cu il

8.

Dövlət sosial sferanı idarə edərkən hansı alətlərdən istifadə edir? I. Sosial zəmanət II. Sosial standart III. İstehsalın texniki-iqtisadi səviyyəsi IV. İstehlak büdcəsi V. Amortizasiya norması

a)

I, II və III

b)

I, II və IV

c)

II, III və V

d)

III, IV və V

e)

II, III və IV

9.

İşsizlikdən müdafiə təminatlarınin iki tərəfi var. Doğru variant hansıdır? I. Əhalinin maksimum məşğulluğu və özünüməşğulluğu üçün iqtisadi şəraitin yaradılması II. Dövlət yardımının həyata keçirilməsi III. Əmək ehtiyatlarının düzgün bölgüsü IV. İşsizliyi ləğv etmək üçün bütün işləyə bilən əhalinin işlə təmin olunması

a)

I və IV

b)

I və II

c)

II və IV

d)

III və IV

e)

II və III

10.

Qanunvericiliklə müəyyən olunmuş norma və normativlərdir, sosial müdafiənin minimum səviyyəsini təsbit edir və ondan aşağı səviyyəyə enmək yolverilməzdir. Hədəf hansı göstəricidir?

a)

Ehtiyac meyarı

b)

Minimum sosial standartlar

c)

İstehlak qiyməti indeksi

d)

Ouken qanunu

e)

Ölkə üzrə yaşayış minimumu

11.

Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə necə formalaşdırılır ? I. ərzaq məhsullarının minimum toplusu II. fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu III. peşə hazırlığına yönləndirilmiş xərclər IV. xidmətlərin minimum toplusu

a)

I və II

b)

I, II və IV

c)

II, III və IV

d)

Yalnız IV

e)

II və III

12.

İlk növbədə sosial inkişaf hansı problemlərin həlli ilə bağlıdır?

a)

iqtisadi inkişaf, nəqliyyat, sığorta, maddi rifah

b)

həyat səviyyəsi, əmək haqqı, sosial müdafıə, sosial sığorta

c)

xarici ticarət, nəqliyyat, istehsal, sosial müdafiə

d)

real investisiya, istehsal münasibətləri, həyat səviyyəsi

e)

beynəlxalq əlaqələr, nəqliyyat, ticarət, əmək haqqı

13.

Əhalinin həyat səviyyəsi hansı gəlirlə ölçülür?

a)

nominal gəlirlə

b)

real gəlirlə

c)

fərdi təsərrüfatdan əldə olunan gəlirlə

d)

sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlə

e)

natural gəlirlə

14.

Sosial qanunların obyektinə hansı variant aiddir?

a)

psixoloji problemlər

b)

sosial problemlər

c)

sosial bərabərlik

d)

iqtisadi vəziyyət

e)

iqtisadi inkişaf

15.

Əmək haqqının sosial differensasiyası necə tənzimlənir?

a)

Dövlət büdcəsindən ayırmalar və bank kreditləri vasitəsilə

b)

Ayrı - ayrı əhali qruplarının, sosial təbəqələrin mənafeyini təmin etmək üçün istifadə olunan meyarlarla və göstəricilərdən istifadə etməklə tənzimlənir

c)

Məşğul və işsiz əhalinin ümumi sayına əsasən tənzimlənir

d)

İşdən könüllü çıxıb gedənləri işsizlik sığortası ilə təmin etməklə

e)

Maliyyə sanksiyalarının və cərimələrinin tətbiqi nəticəsində daxil olan məbləğlərə əsasən tənzimlənir

16.

Gəlirlərin bölgü səviyyəsini müəyyən etmək üçün iqtisadi nəzəriyyədə hansı klassik göstəricidən istifadə olunur?

a)

Engel əyrisi

b)

Lorens əyrisi

c)

Fillips əyrisi

d)

Laffer əyrisi

e)

Məcmu tələb əyrisi

17.

Tələbat dedikdə nə başa düşülür?

a)

İqtisadi böhranların sona çatması

b)

İnsanların maddi nemətlərə, xidmətlərə obyektiv ehtiyacları

c)

İnflyasiya ilə aktiv mübarizə aparmaq

d)

Rəqabət şəraitində bərabərliyin təmin edilməsi

e)

İqtisadi artımın yavaşlaması

18.

İnsanın həyat fəaliyyəti, həyat tərzi, davranışı, qərar qəbulu, onun məhsuldarlığı ilə bağlı olub iqtisadi inkişafın həm nəticəsi, həm də onun həlledici, təyinedicı amilidir. Söhbət hansı anlayışdan gedir?

a)

Sosial sahibkarlıq

b)

Sosial inkişaf

c)

Sosial siyasət

d)

Sosial idarəetmə

e)

Sosial iş

19.

Vahid iqtisadiyyat təsnifatına uyğun olaraq, əsas fondların natural-əşya tərkibinə daxil edilmişdir: Yanlış variantı seçin.

a)

binalar, tikililər

b)

istehsalın və elmi-texniki tərəqqinin nail olunmuş səviyyəsində tələbatın ödənilməsi

c)

nəqliyyat vasitələri

d)

istehsalat-təsərrüfat inventarının bahalı növləri

e)

maşınlar və avadanlıqlar

20.

Məşğulluğun sosial-iqtisadi strukturuna daxil olmayan variant hansıdır?

a)

sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar

b)

işsizlik statusu alanlar

c)

sərbəst fəaliyyətlə məşğul olanlar

d)

muzdla işləyənlər

e)

əmək qabiliyyətini itirənlər

21.

Sosial sferada əsas vəsaitlərin əhalinin keyfiyyət tərkibinə olan struktur uyğunluğu və sosial sferanın bölmə və sahələrinə kapital qoyuluşu arasındakı nisbətlər necə adlanır?

a)

iqtisadi sabitlik

b)

sosial mütənasiblik

c)

sosial differensassiya

d)

maliyyə stabilliyi

e)

sosial inkişaf

22.

İşsizlik səviyyəsi necə müəyyən edilir?

a)

mövsümi işsizliyin məşğulluğa olan nisbətidir

b)

işsizlərin sayının iqtisadi fəal əhalinin sayına faiz nisbətidir

c)

texnoloji işsizliyin işçi qüvvəsinə olan nisbətidir

d)

struktur işsizliyin işçi qüvvəsinə olan nisbətidir

e)

struktur işsizliyin texnoloji işsizliyə olan nisbətidir

23.

Sosial fondların yaradılmasının əsas mənbələri hansı variantda düzgün verilmişdir? I. Sığorta olunanların və muzdla işləyənlərin sığorta haqları II. Sahibkarların ödədiyi sığorta haqları III. Dövlət subsidiyaları IV. Aqrar sektora yatırımlar V. Sənayenin inkişaf proqramı

a)

I, IV və V

b)

I, II və III

c)

III və V

d)

II və IV

e)

IV və V

24.

Qısamüddətli olur, müəyyən dərəcədə arzuolunan və qaçılmazdır, çünki, uyğun iş yerinin axtarılma prosesini əks etdirir. Söhbət işsizliyin hansı tipindən gedir?

a)

Struktur işsizlik

b)

Friksion işsizlik

c)

Dönüşümlə bağlı olan işsizlik

d)

Dövrü işsizlik

e)

Texnoloji işsizlik

25.

İqtisadi fəal əhalinin sayının əmək qabiliyyətli əhalinin sayına faiz nisbətinı necə adlandırmaq olar?

a)

İşçi qüvvəsi

b)

Əhalinin iqtisadi fəallığı əmsalı

c)

Məşğulluq səviyyəsi

d)

Cini əmsalı

e)

İşsizlik səviyyəsi