wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Last Battle 7

Total questions: 25

Worksheet time: 13mins

Name
Class
Date
1.

Çemberlinin 2-ci teoreminə əsasən, əgər oliqopol bazarda hər bir firma güman edərsə ki, rəqibin qiyməti dəyişməz qalacaq, onda:

a)

tarazlıq qiyməti xalis inhisar qiymətindən aşağı, xalis rəqabət qiymətindən yuxarı olur

b)

tarazlıq qiyməti xalis rəqabət qiymətindən yuxarı olur

c)

heç bir halda tarazlıq qiyməti olmayacaq

d)

tarazlıq qiyməti xalis inhisar qiymətinə barabərdir

e)

tarazlıq qiyməti xalis rəqabət qiymətinə barabərdir

2.

Çemberlinin 1-ci teoreminə əsasən, əgər firmalar bir-birindən qarşılıqlı asılılığı nəzərə almırlarsa və rəqibinin istehsal həcminin dəyişməyəcəyini güman edirlərsə, onda:.

a)

firmaların sayı artdıqca tarazlıq qiyməti inhisar qiymətindən aşağı düşməyəcək və qiymət heç vaxt təkmil rəqabət səviyyəsinə düşə bilməyəcək

b)

firmaların sayı azaldıqca tarazlıq qiyməti inhisar qiymətinə doğru yüksələcək və qiymət heç vaxt təkmil rəqabət səviyyəsinə düşə bilməyəcək

c)

firmaların sayı artdıqca tarazlıq qiyməti inhisar qiymətindən aşağı düşəcək və firmaların sayı sonsuza doğru dəyişdikcə qiymət təkmil rəqabət səviyyəsinə düşəcək

d)

firmaların sayı artdıqca tarazlıq qiyməti inhisar qiymətindən aşağı düşəcək, lakin firmaların sayı nə qədər artsa da qiymət təkmil rəqabət səviyyəsinə düşməyəcək

3.

Kurno modelinə əsasən duopoliya şəraitində məhsulun qiyməti:

a)

xalis inhisarda olduğundan yuxarı, təkmil rəqabətdə olduğundan aşağıdır

b)

xalis inhisarda olduğundan aşağı, təkmil rəqabətdə olduğundan yuxarıdır

c)

həm xalis inhisarda, həm də təkmil rəqabətdə olduğundan yuxarıdır

d)

sabitdir

e)

həm xalis inhisarda, həm də təkmil rəqabətdə olduğundan aşağıdır

4.

Firmanın reaksiya əyrisi nədir?

a)

rəqibinin məlum hərəkətləri (istehsal həcmi yaxud qiymətlər bağlı) nəzərə alınmaqla hər bir firmanın optimal seçimlərini əks etdirən əyridir

b)

rəqibinin güman olunan hərəkətləri (istehsal həcmi yaxud qiymətlər bağlı) nəzərə alınmaqla hər bir firmanın optimal seçimlərini əks etdirən əyridir

c)

rəqibinin güman olunan hərəkətləri nəzərə alınmaqla firmanın məhsuluna olan tələb əyrisidir

d)

rəqibin firmaların məhsullarına olan tələb əyrilərini birləşdirən xəttdir

e)

firmanın məhsuluna olan tələb əyrisidir

5.

Çemberlin modelinin qənaətinə əsasən oliqopol bazarlarda ümumi tələbin nə qədər hissəi ödəniləcək (burada, n – bazarda olan firmaların sayıdır):

a)

1/(n+1)

b)

n/(n+1)

c)

n/(n-1)

d)

1/n

e)

1/(n-1)

6.

Bu modellərdən hansı həm də “lider – təqibçi” modeli adlandırıla bilər?

a)

Ştakelberq modeli

b)

Çemberlin modeli

c)

Kurno modeli

d)

Bertran modeli

e)

Ecuort modeli

7.

Çemberlinin miqdar modeli necə oyun modelidir?

a)

statik və qeyri-koopertaiv

b)

dinamik və qeyri-kooperativ

c)

dinamik və kooperativ

d)

statik və dinamik

e)

statik və kooperativ

8.

Bu modellərdən hansı oliqopoliyanın dinamik qiymət modelidir?

a)

Bertran modeli

b)

Ecuort modeli

c)

Çemberlen modeli

d)

Ştakelberq modeli

e)

Kurno modeli

9.

Oyunlar nəzəriyyəsi nədir?

a)

müxtəlif tipli oyunların təşkili qanunauyğunluqlarını əks etdirən elmi konsepsiyadır

b)

yalnız iqtisadi qərarların qəbulu zamanı insanların necə davrandıqlarını öyrənməyə imkan verən riyazi alətdir (vasitədir)

c)

strateji situasiyalarda (“oyun”da) insanların necə davrandıqlarını öyrənməyə imkan verən riyazi alətdir (vasitədir)

d)

kütləvi qərarların verilməsi zamanı insanların necə davrandıqlarını öyrənməyə imkan verən riyazi alətdir (vasitədir)

e)

fərdi qərarların qəbulu zamanı insanların necə davrandıqlarını öyrənməyə imkan verən riyazi alətdir (vasitədir)

10.

Nəş tarazlığı nədir?

a)

bir-biri ilə qarşılıqlı fəaliyyətdə (rəqabətdə) olmayan firmaların hər birinin özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır

b)

müxtəlif bazarlarda olan firmaların hər birinin, digərinin optimal strategiyalarını nəzərə alaraq, özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır

c)

bir-biri ilə qarşılıqlı fəaliyyətdə (rəqabətdə) olan firmaların sövdələşərək hər birini qane edən vahid strategiyanı razılaşdırdığı situasiyadır

d)

bir-biri ilə qarşılıqlı fəaliyyətdə (rəqabətdə) olan firmaların hər birinin, digərinin optimal strategiyalarını nəzərə almadan, özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır

e)

bir-biri ilə qarşılıqlı fəaliyyətdə (rəqabətdə) olan firmaların hər birinin, digərinin optimal strategiyalarını nəzərə alaraq, özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır

11.

Dominant strategiyaya nədir?

a)

digər oyunçunun hərəkətlərindən asılı olmayaraq nəticəsi istənilən digər strategiyanın nəticəsindən aşağı olan strategiyadır

b)

oyunçunun, digər oyunçuların seçimindən asılı olmayaraq, hər zaman özü üçün üstün hesab etdiyi və seçdiyi bir strategiyadır

c)

digər oyunçuların seçimindən asılı olmayaraq oyunçunun heç zaman özü üçün seçməyəcəyi bir strategiyadır

d)

sövdələşmə şəraitində firmaların öz aralarında razılaşdırdıqları və hamını qane edən strategiyadır

e)

oyunçulardan heç biri birtərəfli qaydada strategiyasını dəyişməklə özünün faydasını artıra bilmədiyi strategiyalar cütüdür

12.

Oyunda tarazlıq dedikdə nə başa düşülür?

a)

oyunçuların hər birinin özünün hər hansı bir seçimini etdiyi situasiya

b)

oyunçuların məhz onlardan gözlənilən (yəni onlar üçün rasional) strategiyaları seçdikləri situasiya

c)

oyunçuların məhz onlardan gözlənilən strategiyaları seçmədikləri situasiya

d)

bütün iştirakçılar üçün eyni qədər fayda vəd edən strategiyaların seşildiyi situasiya

e)

oyunçuların məhz onlardan gözlənilməyən strategiyaları seçdikləri situasiya

13.

Həm uzunmüddətli, həm də qısamüddətli dəyişənləri olan oyun modellərində seçim necə olur?

a)

uzunmüddətli dəyişənləri məhz qısamüddətli dəyişənləri nəzərə almaqla seçirlər

b)

qısamüddətli dəyişənləri məhz uzunmüddətli dəyişənləri nəzərə almaqla seçirlər

c)

durumdan asılı olaraq gah qısamüddətli dəyişənləri nəzərə almaqla uzunmüddətli dəyişənləri seçirlər, gah da əksinə

d)

belə oyun modelləri olmur

e)

həm qısamüddətli, həm də uzunmüddətli dəyişənlər üzrə seçim eyni zamanda olunur

14.

İstehsal həcmi effekti qiymət effektindən böyük olduqda oliqopolist firma:

a)

istehsalı azaldacaq

b)

istehsalı sabit saxlayacaq

c)

istehsalı artıracaq

d)

istehsalı dayandıracaq

15.

Oliqopoliya bazarı iştirakçılarının sayı artdıqca:

a)

istehsal həcmi (miqdar) effekti tamamilə aradan qalxır

b)

qiymət effektinin miqyası artır

c)

qiymət effektinin miqyası azalır

d)

qiymət effektinin miqyası sabitləşir

16.

Sahə bazarı həmcins, standartlaşdırılmış məhsullar (neft, polad, sement, mis, alüminium və s. kimi) istehsal edən bir neçə firmadan təşkil olunubsa, belə bazar necə adlandırıla bilər?

a)

heterogen oliqopoliya

b)

homogen oliqopoliya

c)

duopoliya

d)

genişlənməkdə olan oliqopoliya

e)

yayğın oliqopoliya

17.

Bazarda 2 böyük firmanın hökmranlıq etdiyi hal belə adlanır:

a)

xalis oliqopoliya

b)

duopoliya

c)

xalis inhisar

d)

oliqopoliya modeli

e)

yayğın oliqopoliya

18.

Qiymətin son həddinin tənzimlənməsi mexanizmi nəyə əsaslanır?

a)

qiymət əvvəlcədən təyin edilir və hər zaman sabit saxlanılır

b)

qiymət əvvəlcədən müəyyən müddətə təyin edilir və hətta xərclərdə baş verən dəyişikliklər zamanı belə sabit saxlanılır

c)

qiymət orta xərclər səviyyəsində təyin edilir və bu səviyydə dəyişməz qalır

d)

qiyməti tənzimləyici yox, firma özü təyin edir

e)

qiymət əvvəlcədən marjinal xərclər səviyyəsində təyin edilir və həmişəlik sabit saxlanılır

19.

Həlledici resursun istifadəsi zamanı yuxarı səviyyədə olan firmanın aşağı səviyyədə olan inteqrasiya etmiş firma ilə müstəqil firmalar arasında diskriminasiyaya yol verməsinin qarşısının alınması mexanizmi budur:

a)

mənfəət normasının tənzimlənməsi

b)

əlçatanlıq qiymətinin tənzimlənməsi

c)

orta xərclər əsasında qiymətqoymaya

d)

qiymətin son həddinin müəyyən edilməsi

e)

qiymətin son hədd xərcləri səviyyəsində müəyyən edilməsi

20.

Həlledici resursun istifadəsi ilə bağlı yaranan problemin istehlakçıların rifahı xeyrinə həlli üsullarından biri budur:

a)

həlledici resurs yuxarı səviyyədəki firmadan alınıb aşağı səviyyədəki firmalara verilir

b)

həlledici resursun sahibi olan yuxarı səviyyədəki firma aşağı səviyyədəki firmaların bazarında olan maraqlarından imtina etməyə məcbur olunur

c)

həlledici resursa alternativ olan və onunla rəqabət apara bilən oxşar resurslar yaradılır

d)

həlledici resurs ləğv edilir

e)

həlledici resurs yuxarı səviyyədəki firmadan alınıb dövlətin idarəetməsinə verilir

21.

Arbitraj nədir?

a)

malın yüksək qiymətli bazardan satın alınıb aşağı qiymətli bazarda təkrar satılmasıdır

b)

malın aşağı qiymətli bazardan satın alınıb yüksək qiymətli bazarda təkrar satılmasıdır

c)

malın istehsal və satış xərclərində baş verən dəyişikliklər səbəbindən fərqli qiymətlərə satılmasıdır

d)

eyni malın eyni müştəriyə müxtəlif zamanlarda fərqli qiymətlərlə satılmasıdır

e)

eyni malın müxtəlif müştərilərə fərqli qiymətlərlə satılmasıdır

22.

Qiymət ayırımçılığı (diskriminasiyası) dedikdə:

a)

müxtəlif malların eyni müştəriyə fərqli qiymətlərlə satılması başa düşülür

b)

eyni malın müxtəlif müştərilərə fərqli qiymətlərlə satılması başa düşülür

c)

eyni malın müxtəlif müştərilərə eyni qiymətlərlə satılması başa düşülür

d)

malın istehsal və satış xərclərində baş verən dəyişikliklər səbəbindən fərqli qiymətlərə satılması başa düşülür

e)

eyni malın eyni müştəriyə müxtəlif zamanlarda fərqli qiymətlərlə satılması başa düşülür

23.

Xalis inhisarçı firmanın əldə etdiyi mənfəət bu düsturla hesablanır:

a)

Mənfəət = (P - MC) x Q

b)

Mənfəət = (P - ATC) x Q

c)

Mənfəət = P x Q

d)

Mənfəət = (P + ATC) x Q

e)

Mənfəət = (P - MR) x Q

24.

Tənzimlənmənin olmadığı şəraitdə xalis inhisarçı firma məhsulunun qiymətini hansı səviyyədə təyin edər?

a)

marjinal xərclər səviyyəsində

b)

inhisar qiyməti səviyyəsində

c)

marjinal xərclərlə inhisar qiyməti arasında

d)

dəyişən xərclər səviyyəsində

e)

orta ümumi xərclər səviyyəsində

25.

Dominant firma:

a)

yaxın rəqiblərin olması şərtilə bazarın 50 faizindən 100 faizə qədər hissəsini öz əlində saxlayan firmadır

b)

yaxın rəqiblərin olmaması şərtilə bazarın 50 faizindən 100 faizə qədər hissəsini öz əlində saxlayan firmadır

c)

bazarda olan böyük bazar payına malik azsaylı iri firmalardan biridir

d)

bazarın 50 faizindən 100 faizə qədər hissəsini öz əlində saxlayan bir iri firmanın olduğu bazarda fəaliyyət göstərən xırda firmadır

e)

bazarda heç bir rəqibinin olmadığı firmadır