wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Dövlət qulluğu Azərbaycan dili Sınaq 70

Total questions: 16

Worksheet time: 8mins

Name
Class
Date
1.
1. Hansı cümlə üzvü əlavəli işlənib? "Uşaqların bəzisi burada - təzə məktəbin həyətində idi".
a)
feili xəbər
b)
ismi xəbər
c)
yer zərfliyi
d)
mübtəda
e)
vasitəli tamamlıq
2.
2. Hansı cümlədə mənsubiyyət şəkilçisi qəbul edən iki söz işlənib?
a)
A) Cənnət anaların ayaqları altındadır.
b)
B) Elin gözü tərəzidir.
c)
C) Sinfin pəncərəsi artıq qırılıb.
d)
D) Şirin söz can arzusudur.
e)
E) Məhəmməd danışmaq istəmir.
3.
3. Ərəb sözü olub bir şey haqqında fikir, mülahizə, söz mənasını verir. - Söhbət hansı əməli yazı nümunəsindən gedir?
a)
annotasiya
b)
rəy
c)
ərizə
d)
arayış
e)
bildiriş
4.
4. "Atamın bərk baxışı məni utandırdı" cümləsində ədəbi dilin hansı norması pozulub?
a)
qrammatik
b)
fonetik
c)
leksik və qrammatik
d)
leksik
e)
fonetik, leksik
5.
5. Cümlədə hansı durğu işarələri buraxılıb? Danışdırdınızmı yetimi a qızım nə təhər gəlib
a)
üç vergül, iki tire, sual
b)
iki vergül, sual
c)
iki tire, iki vergül, sual
d)
bir tire, iki vergül, sual
e)
qoşa nöqtə, üç vergül, iki tire
6.
6. Xitablarla bağlı fikirlərdən biri səhvdir:
a)
Sadə və mürəkkəb olur.
b)
Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir.
c)
Feili sifətlərlə ifadə oluna bilmir.
d)
İsmin adlıq halında olur və bu cəhətdən mübtədaya oxşayır.
e)
Həm sözlərlə, həm də söz birləşmələri ilə ifadə edilir.
7.
7. Zərfin feili bağlamaya aid olduğu nümunə:
a)
yuxarı qalxdıqca
b)
məktəbdən gələrkən
c)
torpağı sevdikcə
d)
cəsarətlə danışan
e)
aşağı boylanan
8.
8. "Assimilyasiya" sözündə vurğu neçənci hecaya düşür?
a)
1-ci
b)
2-ci
c)
3-cü
d)
4-cü
e)
5-ci
9.
9. Hansı cümlədə ədat işlənmişdir?
a)
Bizi görən olmasın.
b)
Elə mən də bunu düşünürdüm.
c)
Elə demə, xətrinə dəyər.
d)
Düşmənlərimiz bizi belə görsə, sevinər.
e)
Hərdən gedib baş çəkmək lazımdır.
10.
10. Hansı söz səhv yazılmışdır?
a)
dekorasiya
b)
diktofon
c)
dəmyəlik
d)
diskusiya
e)
deduksiya
11.
11. "Qanatmaq" sözünü tərkibinə görə təhlili:
a)
kök, qrammatik, qrammatik
b)
kök, leksik, qrammatik
c)
kök, leksik, leksik, qrammatik
d)
kök, leksik, leksik, leksik
e)
kök, qrammatik
12.
12. Əmr cümləsini seçin.
a)
Mən bulağam, məni atəş yandırmaz.
b)
Mən bulağam, tapşırıqla axmıram.
c)
Nələr çəkmədi, Rzanın başı !
d)
Sənə əl çatmaz, ün yetməz, şəkərim.
e)
Qulaq asın Mirzə Cəlilin sözünə.
13.
13. Mürəkkəb zərfliklər işlənmiş cümlələr:
a)
Yayda onlar Abşeron bağlarında dincələrdilər.
b)
O, evə qayıdanda küçədə atasını gördü.
c)
Azərbaycan torpağında çox qaniçənlərin bədəni başsız qalıb.
d)
Xankəndində Azərbaycan bayrağının dalğalanacağı gün uzaq deyil.
e)
Ağdaşda, Göyçayda nar və heyva yetişir.
14.
14. Zərf hansı cümlələrdədir?
a)
Sözü birbaşa üzə demək onun adətidir.
b)
Bağda hava sərindir.
c)
Zeynəb hirslənərək qışqırdı.
d)
Konsertdə qabaq cərgədəki yerlər boş idi.
e)
Xəstənin halı birdən-birə dəyişdi.
15.
15. İcbar növ feil işlənən cümlələr:
a)
Əmi içəri daxil olan kimi bizə acıqlandı və stolu yerdən qaldırdı.
b)
Usta özünə təzə köynək toxudurdu.
c)
İdarənin bütün sənədlərini yoxlatdırdılar.
d)
Yusif içəri keçib işıqları yandırdı.
e)
Hökmdar müqəssiri tapdırdı.
16.
Quilgo Test ID
4 lines