wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Kurikulum - Təhsil qanunu

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.
1. Uyğunluq pozulmuşdur:
a)
A) təhsilalma forması - fərdi
b)
B) təhsil forması - informal
c)
C) təhsilalma forması - tam orta təhsil
d)
D) təhsil forması - qeyri-formal
e)
E) təhsil pilləsi - orta ixtisas
2.
2. Uyğunluğu müəyyən edin. 1. təhsil formaları 2. təhsilalma formaları 3. təhsil pillələri 4. təhsil səviyyələri a. ümumi təhsil, orta ixtisas təhsili, ali təhsil b. formal, qeyri-formal, informal c. ibtidai, ümumi orta, məktəbəhazırlıq d. əyani, distant, sərbəst
a)
A) 1-d; 2-b; 3-c; 4-a
b)
B) 1-b; 2-d; 3-a; 4-c
c)
C) 1-a; 2-b; 3-d; 4-c
d)
D) 1-a; 2-c; 3-d; 4-b
e)
E) 1-b; 2-d; 3-c; 4-a
3.
3. Fərqli olanı seçin:
a)
A) Təhlükəsiz iş və normal təhsil şəraiti ilə təmin olunmaq
b)
B) Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək
c)
C) Əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək
d)
D) Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək
e)
E) Tədrisin forma, metod və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq
4.
4. Təhsilin formalarını seçin: 1. qeyri-formal təhsil 2. qiyabi təhsil 3. eksternant təhsil 4. formal təhsil 5. məsafədən təhsil 6. informal təhsil
a)
A) 1, 2, 3
b)
B) 2, 4, 5
c)
C) 2, 5, 6
d)
D) 2, 4, 6
e)
E) 1, 4, 6
5.
5. Biri təhsilin formasıdır:
a)
A) əyani təhsil
b)
B) qiyabi təhsil
c)
C) eksternant təhsil
d)
D) formal təhsil
e)
E) məsafədən təhsil
6.
6. Özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması necə adlanır?
a)
A) formal
b)
B) qeyri-formal
c)
C) informal
d)
D) distant
e)
E) əyani
7.
7. Formal təhsil anlayışının izahı hansı bənddə düzgün verilmişdir?
a)
A) Dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır.
b)
B) Təhsil müxtəlif kurslarda və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.
c)
C) Özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır.
d)
D) Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
e)
E) Elektron vasitələrin köməyi ilə məsafədən icra edilən təhsil formasıdır.
8.
8. Uyğunluğu müəyyən edin: 1. sərbəst təhsil 2. qeyri-formal təhsil a. Müxtəlif səbəblərdən təhsildən kənarda qalan şəxslərə təhsil almaq hüququ verən təhsilalma forması. b. Təhsilalana ümumi təhsilin hər hansı bir səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verir. c. Təhsil müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə əldə edilir. d. Dövlət sənədinin verilməsi ilə başa çatmır.
a)
A) 1-a,b; 2-c,d
b)
B) 1-a,d; 2-b,c
c)
C) 1-c,d; 2-a,b
d)
D) 1-b,c; 2-a,d
e)
E) 1-b,d; 2-a,c
9.
9. Təhsil pilləsi deyil:
a)
A) məktəbəqədər təhsil
b)
B) ümumi təhsil
c)
C) ali təhsil
d)
D) orta ixtisas təhsili
e)
E) ilk peşə təhsili
10.
10. Stasionar təhsil nədir?
a)
A) Uzunmüddətli müalicədə olan şəxslər üçün ümumi təhsilin müalicə müəssisələrində müvafiq təhsil proqramlarına uyğun təşkili.
b)
B) Sağlamlıq imkanları məhdud olan uşaqların ümumi təhsil müəssisəsində xüsusi şərait yaratmaqla xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi.
c)
C) Şagirdlərin qabiliyyətinə uyğun olaraq yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələ forması.
d)
D) Paralel sinifsizlər və şagirdlərinin ümumi sayı 100 nəfərdən az olan məktəb.
e)
E) Təlimin 1 müvafiq fənlərə üstünlük verilməklə xüsusi tədris planı və proqramları əsasında təşkili.
11.
11. Təhsilverənin vəzifələrinə aid deyil.
a)
A) Təhlükəsiz iş şəraiti ilə təmin olunmaq
b)
B) Təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək
c)
C) Valideynlərlə əməkdaşlıq etmək
d)
D) İxtisasını artırmaq, innovasiyaları öyrənmək və tətbiq etmək
e)
E) Təhsilalanları psixi və fiziki zorakılıqdan qorumaq
12.
12. Təhsilalanın hüquqlarına aiddir.
a)
A) mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə təhsil almaq
b)
B) verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək
c)
C) daxili intizam qaydalarına əməl etmək
d)
D) pedaqoji işçilərə və şagird yoldaşlarına hörmətlə yanaşmaq
e)
E) məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək
13.
13. Sərbəst təhsilalma forması nədir?
a)
A) Müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq hüququ verən təhsilalma formasıdır.
b)
B) Müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili formasıdır.
c)
C) Müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün təyin edilən tədris prosesidir.
d)
D) Tədris prosesinin elektron, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır.
e)
E) Özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır.
14.
14. Qeyri-formal təhsil forması nədir?
a)
A) Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil hüququ
b)
B) Müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı bir səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması
c)
C) Özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması
d)
D) Təhsil müxtəlif kurslarda, dərnəklərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması
e)
E) Dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması
15.
15. Biri doğru deyil:
a)
A) Təhsilverən təhsil proqramının mənimsənilməsini təmin etməlidir.
b)
B) Təhsilverən təhsilalanın ləyaqətinə hörmət etməlidir.
c)
C) Təhsilalanın təhsilin təmayülünü sərbəst seçmək hüququ vardır.
d)
D) Təhsilalan təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmalıdır.
e)
E) Təhsilverənlərin hüquqlarından biri təhsilalanların şərəf və ləyaqətinə hörmət etməkdir.
16.
16. Fikirlərdən biri doğru deyil:
a)
A) Təhsilalan üçün təlim-tərbiyə müəssisəsini seçmək təhsilverənin vəzifəsidir.
b)
B) Təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək təhsilverənin vəzifəsidir.
c)
C) Uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq müəllimin vəzifəsidir.
d)
D) İxtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri öyrənib tətbiq etmək təhsilverənin vəzifəsidir.
e)
E) Təhsilalanı müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq təhsilverənin vəzifəsidir.
17.
17. Biri təhsil pilləsidir:
a)
A) tam orta təhsil
b)
B) texniki peşə təhsili
c)
C) peşə təhsili
d)
D) bakalavr təhsili
e)
E) ümumi orta təhsil
18.
18. Ümumi təhsilin səviyyələri hansı bənddə düzgün verilib:
a)
A) məktəbəhazırlıq; ibtidai təhsil; ümumi orta təhsil; tam orta təhsil
b)
B) ilk peşə təhsili; texniki peşə təhsili; yüksək texniki peşə təhsili
c)
C) bakalavriat; magistratura; doktorantura
d)
D) ibtidai təhsil; ümumi orta təhsil; tam orta təhsil
e)
E) tam orta təhsil; ilk peşə təhsili; doktorantura
19.
19. Biri təhsil səviyyəsidir:
a)
A) ali təhsil
b)
B) məktəbəqədər təhsil
c)
C) ilk peşə təhsili
d)
D) orta ixtisas təhsili
e)
E) ümumi təhsil
20.
20. Hansı yanlışdır?
a)
A) bakalavriat/əyani
b)
B) bakalavriat/qiyabi
c)
C) ümumi təhsil/əyani
d)
D) ümumi təhsil/qiyabi
e)
E) ümumi təhsil/stasionar