WorksheetsTəfəkkürün növləri - 20 test
Total questions: 20
Worksheet time: 10mins
Name
Class
Date
1.
1. Şagirdlərdə müşahidə etmək bacarığının formalaşdırılması ilə bağlı doğru fikir hansıdır?
a)
A) Müşahidə nəticəsində əldə edilən arqumentlərin uyğunluğunu təhlil etmək
b)
B) Diskusiyalar və debatlar aparılan zaman iştirak etmək
c)
C) Müxtəlif insanların fəaliyyətinə baxmaq, həmçinin analoji fəaliyyətlə məşğul olan insanların təcrübələrini izləmək
d)
D) Bu fəaliyyət şagirdlərə uğursuzluqların gözlənilən olduğunu, bu zaman bacarığı inkişaf etdirmək üçün işi dayandırmamaq, əksinə həll yolunu tapanadək çalışmaq
e)
E) Bu bacarığı inkişaf etdirmək üçün sinifdə fərqli mövzularda diskusiyalar və debatlar təşkil etmək
2.
2. Cədvəli tamamlayın.
a)
A) 1–sistemli düşünmək, 2–induktiv düşünmə, 3–analoji düşünmə
b)
B) 1–qeyri-verbal düşünmə, 2–deduktiv düşünmə, 3–analoji düşünmə
c)
C) 1–verbal düşünmə, 2–induktiv düşünmə, 3–özünü bənzətmə
d)
D) 1–qeyri-verbal düşünmə, 2–deduktiv düşünmə, 3–həddən artıq ümumiləşdirmə
e)
E) 1–ardıcıl düşünmə, 2–verbal düşünmə, 3–induktiv düşünmə
3.
3. “Məktəbimizin şagirdlərindən biri Beynəlxalq Təhsil Sərgisində sahibkarlıq ideyalarını əks etdirən layihə ilə iştirak etdi. Onun bu layihəsi böyük marağa səbəb oldu”.
Verilmiş situasiya şagirdə hansı təfəkkür növünün inkişafına xidmət edir?
a)
A) tənqidi təfəkkür
b)
B) analitik düşüncə
c)
C) yaradıcı təfəkkür
d)
D) məntiqi təfəkkür
e)
E) abstrakt düşüncə
4.
4. Şagirdlər komanda şəklində layihə üzərində çalışırlar. Onlar layihənin vacib bir mərhələsində gözlənilməz çətinliklə qarşılaşırlar, tez bir zamanda həll yolunun tapılması vacibdir. Şagirdlər tərəfindən atılan hansı addım onların problem həll etmə bacarığına malik olduğunu göstərir?
a)
A) Komandaya rəhbərlik edən şagird qrup üzvlərindən kiminsə problemi həll etməsi üçün fəaliyyətə keçməsini gözləyir.
b)
B) Müəllim yaranmış problemin həlli ilə bağlı tapşırığı texniki təcrübəsi ilə tanınan şagirdlərdən birinə həvalə edir.
c)
C) Şagirdlər yaranmış problemin aradan qaldırılması məqsədi ilə bütün komanda üzvlərinin iştirakı ilə müzakirə təşkil edir.
d)
D) Müəllim yaranmış halı təhlil edir, qarşıya çıxan çətinliyin mümkün səbəblərini müəyyənləşdirib şagirdləri istiqamətləndirir.
e)
E) Şagirdlər düşündükləri çətin vəziyyətdən çıxmaq üçün təklif edirlər ki, hər kəs problemi fərdi şəkildə həll etsin.
5.
5. Verilən fəaliyyətlərdən biri şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmağa xidmət etmir?
a)
A) Diskusiyalar, dilemmlar üzərindən müzakirələrin təşkil edilməsi.
b)
B) Problemi situasiya təqdim etməklə ən səmərəli həll yolunun seçilməsini tapşırmaq.
c)
C) Şagirdlərin öz aralarında müzakirə apararaq əsas məsələyə münasibət bildirməsi.
d)
D) Diskussiya zamanı diqqetlilik, eşitdiklərini dəqiq təkrarlamaq bacarığının formalaşdırılması.
e)
E) Debatlarda qarşı tərəfin nitqinin dəyərləndirilməsi.
6.
6. Klasteri tamamlayın.
a)
A) İnformasiyada dəqiqliyə baxırlar.
b)
B) Mürəkkəb tam bir tapşırığın ayrı-ayrı hissələrini düzgün ardıcıl qaydada işləyirlər.
c)
C) Dəlillərə əsaslanaraq öz mövqelərini formalaşdırır.
d)
D) Risk almaq, problemin həllində çeviklik bu cür təfəkkürə sahib insanların xüsusiyyətidir.
e)
E) Oxuduqlarından ümumiləşdirərək əsaslı bir nəticə çıxarırlar.
7.
7. Müəllim şagirdlərə sual ünvanlayır: “Təsəvvür edin ki, ailənin maliyyəsini idarə etməyə cavabdehsiniz. Gözlənilməz tibbi xərclər büdcənizə təsir edir və maliyyə sabitliyinizi təmin etmək üçün bəzi qərarlar qəbul etməlisiniz. Bütün zəruri xərcləri nəzərə almaq lazımdır”.
Verilmiş situasiyada müəllimin məqsədi şagirdlərdə daha çox hansı təfəkkürü formalaşdırmaqdır?
a)
A) məntiqi
b)
B) yaradıcı
c)
C) tənqidi
d)
D) analoji
e)
E) sistemli
8.
8. Müşahidə bacarığını təkmilləşdirmək üçün uyğun deyil:
a)
A) yığcam danışmaq
b)
B) qeydlər aparmaq
c)
C) fəal dinləyici olmaq
d)
D) nəticəyə gəlməyə tələsməmək
e)
E) daha çox informasiya toplamaq
9.
9. “Qidanın tarladan süfrəyə gətirilmə prosesini” təsvir edən şagird hansı düşüncəni nümayiş etdirir?
a)
A) analoji düşünmə
b)
B) ardıcıl düşünmə
c)
C) sistemli düşünmə
d)
D) sirkulyar arqument
e)
E) qeyri-verbal düşünmə
10.
10. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin.
a)
A) 1, 2
b)
B) 3, 4
c)
C) 2, 3
d)
D) 1, 4
e)
E) 2, 4
11.
11. Problem həll etmə bacarığının formalaşdırılması ilə bağlı verilənlərdən hansı yanlışdır?
a)
A) İlk olaraq həll olunacaq problemin mahiyyətini, xüsusiyyətlərini müəyyənləşdirmək lazımdır.
b)
B) Şagirdlər problemin həllində bir yox, bir neçə həll yolunun ola biləcəyini qəbul etməlidirlər.
c)
C) Problemin həlli zamanı müəllim şagirdlərə həll yolu müəyyənləşdirərək fəaliyyətlər barədə onlara təfərrüatlı istiqamət verir.
d)
D) Problemin effektiv həlli üçün fəaliyyətin planlı təşkili edilməsi, prosesdə lazım gələrsə, fərqli strategiyalardan istifadə edilməsi zəruridir.
e)
E) Problemi həll etdikdən sonra prosesi və nəticəni yoxlamaq, əldə olunan nəticənin effektivliyini dəyərləndirmək lazımdır.
12.
12. Məsuliyyətli olmaq mövzusu ilə əlaqədar müəllim şagirdlərə “Məsuliyyətli adamlar evdə, məktəbdə və cəmiyyətdə üzərlərinə düşən vəzifələri yerinə yetirirlər. Onlar dərk edirlər ki, hərəkətlərinə görə cavabdehlik daşıyırlar” söyləyir. Bu zaman şagirdlərdən biri “Mən məsuliyyətliyəm, çünki hərəkətlərimə görə cavabdehlik daşıyıram”.
Verilmiş nümunə hansı məntiq xətasına uyğundur?
a)
A) şəxsi eytiqad
b)
B) “boş adam” xətası
c)
C) çoxmənalı danışmaq
d)
D) sirkulyar arqument
e)
E) həddən artıq ümumiləşdirmə
13.
13. “Qənaət etmək üçün hər ay xərclərimizə nəzarət etməliyik. Sən buna diqqət et. Demək istəyirsiniz ki, mən bədxərcəm?”
Verilmiş nümunə hansı məntiq xətasına uyğundur?
a)
A) şəxsi ərazilik
b)
B) sirkulyar arqument
c)
C) “boş adam” xətası
d)
D) həddən artıq ümumiləşdirmə
e)
E) çoxmənalı danışmaq
14.
14. “Zərərli qidalar orqanizmə tədricən ziyan vurmaqla yanaşı, artıq çəkiyə və piylənməyə gətirib çıxarır. Demək istəyirsən ki, mən artıq çəkiliyəm?”
Verilmiş situasiya hansı məntiq xətasına uyğundur?
a)
A) özünü bənzətmək
b)
B) şəxsi ərazilik
c)
C) “boş adam” xətası
d)
D) sirkulyar arqument
e)
E) çoxmənalı danışmaq
15.
15. Klasteri tamamlayın.
a)
A) Məsələlərə yeni nöqteyi-nəzərdən baxmaq bacarığını formalaşdırır.
b)
B) İdeya və fikir toplamada fərqli yanaşma bacarığını formalaşdırır.
c)
C) Səbəb-nəticə əlaqəsini düzgün qurmaq bacarığını formalaşdırır.
d)
D) Bir fikrin etibarlı olub-olmamasını yoxlamaq bu təfəkkürün əsas xüsusiyyətidir.
e)
E) Məntiqi cəhətdən əsaslı və əsassız fikirləri bir-birindən ayıra bilmə bacarığını formalaşdırır.
16.
16. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin.
a)
A) 1, 2
b)
B) 2, 3
c)
C) 1, 3
d)
D) 2, 4
e)
E) 3, 4
17.
17. Sual işarəsinin yerinə uyğun gələn variantı yazın.
a)
A) analoji düşünmə
b)
B) sirkulyar arqument
c)
C) şəxsi-qərəzlilik
d)
D) çoxmənalı danışmaq
e)
E) sistemli düşünmə
18.
18. Müəllimin hansı fəaliyyəti şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmağa xidmət etmir?
a)
A) Sərbəst fikir ifadə etməyə şərait yaratması
b)
B) Məsələlərə qərəzsiz yanaşması
c)
C) Məqsədli suallar verməsi
d)
D) Ev tapşırıqlarının necə edildiyini yoxlaması
e)
E) Situasiyanı obyektiv dəyərləndirməsi
19.
19. I hökm: Kvadrat bütün tərəfləri bərabər olan dördbucaqlıdır.
II hökm: Düzbucaqlı qarşı tərəfləri bərabər olan dördbucaqlıdır.
Nəticə: Deməli, heç də bütün dördbucaqlıların tərəfləri bərabər deyil.
Verilmiş mühakimə hansı düşüncəyə əsaslanır?
a)
A) analoji düşünmə
b)
B) konvergent düşünmə
c)
C) deduktiv düşünmə
d)
D) divergent düşünmə
e)
E) induktiv düşünmə
20.
20. “Sağlam və uzun ömür yaşamaq istəyirsənsə, ayaqüstü yeməklərdən və zərərli qidalardan istifadə etməməlisən.”
Demək istəyirsən ki, mənim ömrüm qısa olacaq?
Verilmiş situasiya hansı məntiq xətasına uyğundur?
a)
A) “boş adam” xətası
b)
B) sirkulyar arqument
c)
C) çoxmənalı danışmaq
d)
D) özünü bənzətmək
e)
E) həddən artıq ümumiləşdirmə
100 %
