NEW
Font size
WorksheetsFirmalar, bazarlar və rəqabət-1 (M1-2)
Total questions: 20
Worksheet time: 16mins
Rasional davranış hipotezinə əsasən:
hər kəs faydasını maksimumlaşdırmağa çalışır (az xərclə daha çox fayda göyürməyə çalışır)
hər kəs xərc çəkmədən fayda götürməyə çalışır
hər kəs mübadilənin daha ədalətli aparılmasına çalışır
hər kəs yalnız xərclərini azaltmağa çalışır (ən az xərclə uyğun mənfəət götürməyə çalışır)
cəmiyyətdə qarşılıqlı faydalı mübadilə olmalıdır
C.Gelbreytin korporasiya nəzəriyyəsində firmanın məqsədi nədir?
transaksiya xərclərinin minimumlaşdırılmasıdır
mənfəətin maksimumlaşdırılmasıdır
mənfəətin planlaşdırılmış səviyyəsinə və biznesin böyüməsinə nail olmaq
qaneedici mənfəətin əldə edilməsidir (başqa məqsədləri də ola bilər)
bazar payının artırılması və bazar mövqeyinin gücləndirilməsidir
Menecerial (idarəçilik) nəzəriyyəyə görə firmanın məqsədi nədir?
mənfəəti aksimumlaşdırmaqdır
bazar payının artırmaq və bazar mövqeyinin gücləndirməkdir
tranzaksiya xərclərini minimumlaşdırmaqdır
fəaliyyət mühitindən asılı olaraq dəyişilə bilər - bunu menecerlər müəyyən edir
davamlı inkişafı təmin etməkdir
Firmanın həyat tsiklini ardıcıl mərhələləri hansılardır?
formalaşma, yaranma, yetkinlik, tənəzzül
yaranma, böyümə, yetkinlik, tənəzzül
böyümə, tərəqqi, inkişaf, tənəzzül
təsisolunma, işə başlama, böyümə, tənəzzül
böyümə, tənəzzül, yenidən böyümə
Firmanın davranış (bixeviorist) nəzəriyyəsinə əsasən firmanın məqsədi:
qaneedici mənfəətin əldə edilməsidir (yanaşı məqsədlər də ola bilər)
dayanıqlı inkişaf və risklərin tərəfdaşlar arasında bölünməsidir
mənfəətin planlaşdırılmış səviyyəsinə və biznesin böyüməsinə nail olmaqdır
mənfəətin maksimumlaşdırılmasıdır
transaksiya xərclərinin minimumlaşdırılmasıdır
Gomperts əyrisi nəyi ifadə edir?
uzun müddətdə mövcud olan, davamlı olaraq böyüyən firmaların mərhələli həyat tsiklini
onillərlə mövcud olan, davamlı olaraq böyüyən və müəyyən mərhələdən sonra tənəzzül edən və iflasa uğrayan firmaların mərhələli həyat tsiklini
onillərlə mövcud olan, davamlı olaraq böyüyən və müəyyən mərhələdən sonra tənəzzül edən və iflasa uğrayan firmaların təklif əyrisini
onillərlə mövcud olan, davamlı olaraq böyüyən, heç bir zaman tənəzzül etməyən firmaların tərəqqi əyrisini
sahə bazarlarının inkişaf və tənəzzül əyrisini
İ.Adizesə görə həyat tsiklinin “yaradılma və körpəlik” mərhələlərində şirkətlərin əsas vəzifəsi (məqsədi) nə olur?
Uyğun bazar segmentinin və resursların tapılması
Satış həcminin və gəlirlərin artırılması, istehsal güclərinin artırılması
Missiya, strategiya və dəyərlər sisteminə yenidən baxılması və yenilənməsi
Mənfəətliliyin, likvidliyin və bütün resursların məhsuldarlığının artırılması
Mənfəətin maksimumlaşdırılması, xərclərin minimumlaşdırılması
Firmanın xərc mədelinə görə firmanın fondların xərcləndiyi əsas 3 istiqamət bunlardır:
istehsal xərcləri; məhsul satışı və marketinq xərcləri; sosial xərclər
innovasiyalar; bazarların tədqqi və marketinq; reklam xərcləri
istehsal amillərinin əldə edilməsi; istehsal proseslərinin təşkili; məhsul satışı və marketinq
bazar investisiyaları; tədqiqat və inkişaf (innovasiyalar); əldəetmələr (qovuşmalar və birləşdirmələr)
bazar investisiyaları; kapital qoyuluşları; fond bazarlarında əməliyyatlar
Firmanın fəaliyyətinin ümumiləşdirilmiş modelində aşağıdakı 3 model birləşdirilir:
bazar modeli, istehsal modeli və maliyyə modeli
bazar modeli, innovasiya modeli və istehsal modeli
bazar nodeli, maliyyə modeli və innovasiya modeli
maliyyə modeli, bazar modeli və təsərrüfat modeli
bazar modeli, maliyyə modeli və xərc modeli
Firmanın “qara qutu” modeli hansı nəzəriyyənin yanaşmasını əks etdirir?
neoklassik iqtisadi nəzəriyyənin
neoinstitutsional iqtisadi nəzəriyyənin
makroiqtisadi nəzəriyyənin
davranış (bixeviorist) nəzəriyyəsinin
firmanın menecerial (idarəçilik) nəzəriyyəsinin
Sahibkarın əmlak məsuliyyəti nədən yaranır?
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarın müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsi ilə bağlı
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmayan sazişlər üzrə sahibkarln üzərinə götürdüyü öhdəliklərə əməl etməsi ilə bağlı
cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etməklə bağlı istənilən fəaliyyətdən
öz ehtiyacları üçün mal və xidmətlərin istehsalının və istehlakının həyata keçirilməsi ilə bağlı fəaliyyətdən
Sahibkarın əmlak məsuliyyətinin növləri hansılardır?
tam məsuliyyət və məhdud məsuliyyət
ümumi məsuliyyət, fərdi məsuliyyət və birgə məsuliyyət
tam məsuliyyət, fərdi məsuliyyət və birgə məsuliyyət
üsusi məsuliyyət, ümumi məsuliyyət və qismən məsuliyyət
bütöv məsuliyyət, fərdi məsuliyyət və qismən məsuliyyət
Sahibkarlıq fəaliyyətinin təşkili formaları hansılardır?
fərdi firmalar; ortaqlıqlar və cəmiyyətlər
fiziki şəxs – sahibkar və hüquqi şəxs yaratmaq
dövlət müəssisəsi, ailə firması; təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri
istehsal sahibkarlığı; kommersiya sahibkarlığı; innovasiya sahibkarlığı; maliyyə sahibkarlığı və fermer təsərrüfatı
iznes sahibkarlığı; kommersiya sahibkarlığı; sosial sahibkarlıq və dövlət sahibkarlığı
Sahibkarın tam əmlak məsuliyyəti daşıması nə deməkdir?
bu halda sahibkar öhdəliklərinə görə həm sahibi olduğu firmanın əmlakı (firmadakı payı), həm də özünün malik olduğu bütün digər əmlakı ilə məsuliyyət daşıyır
halda sahibkar öhdəliklərinə görə yalnız firmanın əmlakı ilə (firmada ona məxsus payla) cavabdehlik daşıyır
bu halda sahibkar öhdəliklərinə görə firmadakı payı ilə yox, onun firmadan kənarda malik olduğu əmlakı ilə məsuliyyət daşıyır
bu halda firmanı birgə quran iştirakçılardan hər hansı biri öz öhdəliyini yerinə yetirə bilmədikdə həmin məsuliyyət digər iştirakçıların üzərinə keçir
bu halda sahibkar özünün bütün əmlakını satıb firmanın öhdəliklərini yerinə yetirməlidir
Ortqalıq və cəmiyyətlərin təşkilini fərqləndirən əsas əlamət hansıdır?
təsisçilərdən (iştirakçılardan) ən azı birinin məhdud məsuliyyətli iştirakçı olması
firmanın mənfəətinin bölünməsi şərtləri
ortaqlıqda təsisçilərdən (iştirakçılardan) ən azı birinin tam məsuliyyətli içtirakçı olması
firmanın uçot və hesabat sisteminin qurulması
firmanın yaradılmasında iştirak edənlər arasında təsis müqaviləsinin olması
Təsərrüfat cəmiyyətlərində mülkiyyət və idarəetmənin ayrılması nə deməkdir?
belə şirkətlərdə firmanın sahibləri ilə işinin nəticəsi bu mənfəəti yaratmaq olan işçilər eyni deyillər
səhmdarlar hər zaman firmanın mənfəətinin maksimumlaşdırılmasında maraqlıdırlar
menecerlər səhmdarların fəaliyyətinə nəzarəti təmin etmək mexanizmləri tətbiq etmək zərurəti ilə üzləşirlər
belə şirkətlərdə mənfəətin son alıcıları (yəni firmanın sahibləri) ilə nəticəsi bu mənfəətin həcmini müəyyənləşdirəcək qərarları qəbul edən menecerlər eyni şəxslər deyillər
belə şirkətlərdə mənfəətin bölünməsi və istafadəsi ilə bağlı qərarları kənar şəxslər verir
Prinsipal-agent problemi nədir?
prinsipalın qoyduğu tapşırıqların və qaydaların yerinə yetirilməsi zamanı agent tərəfindən prinsipalın manipulyasiya edilməsi təhlükəsidir
agentin qoyduğu tapşırıqların və qaydaların yerinə yetirilməsi zamanı prinsipal tərəfindən agentin manipulyasiya edilməsi təhlükəsidir
mənfəətin bölünməsi zamanı agent tərəfindən prinsipalın manipulyasiya edilməsi təhlükəsidir
mənfəətin bölünməsi zamanı səhmdarlar arasında fikir ayrılığının yaranması təhlükəsidir
cəmiyyətin fəaliyyətinin təşkili məsələləri üzrə müzakirələr zamanı səhmdarlarla menecerlər arasında fikir ayrılığının yaranması təhlükəsidir
Korporativ idarəetmənin Amerikan modeli ilə Almaniya modelini fərqləndirən başlıca fərq nədir?
Amerikan modelində Direktorlar Şurasında autsayderlərin yüksək səviyyədə iştirakı olur; Almaniya modelində isə Direktorlar Şurası əsasən insayderlərdən təşkil olunur
Amerikan modelində Direktorlar Şurasında insayderlərin yüksək səviyyədə iştirakı olur; Almaniya modelində isə Direktorlar Şurası əsasən autsayderlərdən təşkil olunur
Amerikan modelində Direktorlar Şurası tamamilə şirkətin işçilərindən ibarət olur; Almaniya modelində isə Direktorlar Şurası əsasən səhmdarlardan təşkil olunur
Amerikan modeli 3 pilləli idarəetməyə, Almaniya modeli isə 2 pilləli idarəetməyə malikdir
Almaniya modeli monizm (vahidlik) prinsipinə, Amerikan modeli isə dualizm (ikililik) prinsipinə əsaslanır
Aşağıdakı əlamətlərdən hansı korporativ idarəetmənin Amerikan modelinə aid deyil?
bu modeldə 3 pilləli idarəetmə sistemi mövcuddur: i) Ümumi yığıncaq; ii) Müşahidə Şurası (Direktorlar Şurası) və iii) icra orqanı
bu model monizm (vahidlik) prinsipinə əsaslanır: şirkətlərdə həm təşkilati-sərəncamverici, həm də nəzarət funksiyaları bir orqanda - Direktorlar Şurasında – cəmlənib
bu modeldə ikipilləli idarəetmə mövcuddur: i) Ümumi yığıncaq və ii) Direktorlar Şurası
bu model Direktorlar Şurasında autsayderlərin, yəni şirkətə münasibətdə kənar şəxslərin yüksək səviyyədə iştirakına əsaslanır
bu modeldə cəmiyyətin xırda səhmdarları çox olduqlarından şirkətin menecmenti üzərində nəzarətdə fond bazarlarının rolu böyük olur
Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı hansıdır?
Onun səhmdarlarının ümumi yığıncağı
Direktorlar Şurası
Müşahidə Şurası
Himayədarlar Şurası
Nəzarət-Təftiş Komissiyası
