wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Xarici siyasətin təhlili I kollok

Total questions: 20

Worksheet time: 16mins

Name
Class
Date
1.

Aşağıdakı fikirlərdən biri yalnışdır:

a)

BM termini ilk dəfə XVIII əsrdə işlədilib

b)

BM-in yaranması milli və mərkəzləşmiş dövlətlərlərin formalaşması ilə bağlıdır

c)

BM elm kimi Amerikada yaransa da, Avropada inkişaf edib

d)

BM-in elm kimi yaranması I dünya müharibəsindən sonraya təsadüf edir

e)

İlk dəfə BM terminini Jeremi Bentam istifadə edib

2.

Anti-Mərkəz siyasətçilərin fikirlərinə aid deyil:

a)

Qərbin siyasi inteqrasiyasına qoşulmağı hədəfləmirlər

b)

Sənayeləşmiş dövlətlərlə əlaqələri inkişaf etdirməyə çalışırlar

c)

Yeni beynəlxalq iqtisadi nizami dəstəkləyirlər

d)

Üçüncü dünya yönümlüdür

e)

Böyük dövlətlərdən asılılığı azaltmaq niyyətindədirlər

3.

Konsturktivist nəzəriyyəyə görə yerli sosial normalar dövlətin qərar qəbul edənlərinin davranışına 3 şəkildə təsir göstərir: (çoxseçimli)

a)

Siyasətçi kimi müəyyən sosial gözləntiləri daxililəşdirirlər

b)

Daxili səviyyədə reallığın sosial beynəlxalq səviyyədə qurulması əsasında davranış gözləntilərinə diqqət yetirirlər

c)

Dövlətin vətəndaşları olaraq sosial və mədəni normaları mənimsəyirlər

d)

Liderlər, əgər nüfuz arxasınca düşürlərsə, o vaxt böyük dövlətin siyasətlərinə qarşı çıxaraq, bu nüfuzu qorumaya çalışa bilər

e)

Qanuniliyi təmin etmək üçün mövcud olan sosial normalara uyğun davranmağa ehtiyac duyurlar

4.

Soyuq müharibə sonrası aktor təməlinə aid olanları seçin: (çoxvariantlı)

a)

beynəlxalq təşkilatlar

b)

regional təşkilatlar

c)

ictimai rəy

d)

dövlət

e)

TMK

5.

"Xarici siyasət dövlətlərin xarici dünyaya münasibətidir" ifadəsinin müəllifi?

a)

C.Rosenau

b)

C.Modelski

c)

C.Hill

d)

K.Holsti

e)

J.Frankel

6.

Xarici siyasətə aid deyil:

a)

davranış və strategiyadır

b)

qərar vericilər tərəfindən inkişaf etdirilir

c)

digər dövlət və beynəlxalq sistemə yönəlir

d)

milli maraqları həyata keçirməq məqsədlidir

e)

əhalinin iqtisadi rifahını güdür

7.

Soyuq müharibə dövrünə(öncəsi) aid təməl mövzuları seçin: (çoxseçimli)

a)

ideoloji rəqabət

b)

insan hüquqları

c)

ətraf mühitin çirklənməsi

d)

nüvə silahlanması

e)

hərbi təhlükəsizlik

8.

Xarici siyasətin təhlilində ənəvi yanaşmaya aid deyil:

a)

XS ilə məqsədlər arasında məntiqi əlaqənin olması

b)

XS nəticəsindən asılı olaraq pisdir ya yaxşıdır

c)

Gözləntiləri reallaşdırmaq üçün mənfəət və zərəri hesablamaq

d)

Qərar qəbul edənlər rasionaldır

e)

Liderlərin gözləntiləri

9.

Xarici siyasətlə bağlı fikirlərdən biri yalnışdır:

a)

Əgər gözləntilən nəticə yaranıbsa, xarici siyasət uğurludur

b)

Əks nəticə yaranıbsa, xarici siyasət uğursuzdur

c)

Uğursuz planlanmış xarici siyasət uğurlu nəticə də verə bilər

d)

Uğurlu planlanmış xarici siyasət uğursuz nəticə də verə bilər

e)

Yaxşı nəticələr xarici siyasətin ancaq uğurlu olduğunun göstəricisidir

10.

Xarici siyasətin analiz səviyyəsinin FƏRDİ əhatə dairəsinə aid olan hansıdır?

a)

dövlət rejimi

b)

iqtisadi şərait

c)

qeyri-dövlət vahidləri

d)

siyasi partiyalar

e)

şəxsi inanclar

11.

Xarici siyasətin analiz səviyyəsinin FƏRDİ əhatə dairəsinə aid olanlar: (çoxvariantlı)

a)

liderlik xüsusiyyəti

b)

maraq qruplarına dəstək

c)

şəxsi dəyərlər

d)

məsələnin dərk edilməsi

e)

liderin şəxsiyyəti

12.

Realizmə aiddir:

a)

özün özünə kömək et prinsipi

b)

kollektiv təhlükəsizlik

c)

əbədi sülh

d)

plüralist məqsədə nail olmaq

e)

mənəvi ideya və dəyərlər

13.

Aşağıdakılardan hansılar realizm tərəfdarlarıdır? (çoxseçimli)

a)

İ.Kant

b)

H.Morgentau

c)

T.Hobbs

d)

N.Makiavelli

e)

Fukidid

14.

Liberalizmə görə, MÜHARİBƏ əsasən :      

a)

zəruri və normal bir sosial hadisədir

b)

insanin təbiətindən irəli gələn bir hadisədir

c)

süni və irrasional bir sosial hadisədir

d)

demokratiyanin bərqərar olmasına səbəb olur           

e)

dövlətin siyasətinin başqa metodlarla həyata keçirilməsidir

15.

Aşağıdakı fikirlərdən biri liberalizmə aiddir

a)

əbədi sülh

b)

qüvvələr balansı

c)

milli maraqlar

d)

iqtisadiyyata dövlət nəzarəti

e)

güc və müharibə

16.

Marksizmə aid ifadələri seçin

a)

sinfi qarşıdurma

b)

beynəlxalq hüququn inkişafı

c)

sosializm və kommunizm

d)

asılılıq nəzəriyyəsi

e)

beynəlxalq təşkilatlar

17.

Siyasi realizmin prinsiplərindən biri yanlış verilmişdir:

a)

Bey.siyasətin öyrənilməsinin açarı qüvvə, güc kimi tərif verilən maraq məfhumudur

b)

Universal şəkildə razılaşdırılmış mənəvi prinsiplərin məcmusu yoxdur

c)

Siyasi sahə intellektual cəhətdən digər sahələrdən  asılıdır

d)

Siyasət obyektiv qanunlarla idarə olunur

e)

Dövlət hakimiyyətinin formalarə dəyişsə də, maraq məfhumu eyni qalacaq

18.

Realistlər nəyi “Beynəlxalq münasibətlətin əsas prinsipləri”, “Siyasətin fundamental qanunu” adlandırır?

a)

elmi potensial

b)

iqtisadi güc

c)

qüvvələr balansı

d)

müharibə

e)

beynəlxalq təhlükəsizlik

19.

Doğru variantı seçin:

1-Makiavelli 2-Hobbs 3-Fukidid 4-Fukuyama

A-Tarixin sonu və sonuncu insan

B-Peloppones müharibəsi

C-Hökmdar

D-Leviafan

a)

1A,2D,3B,4C

b)

1D,2C,3B,4A

c)

1D,2C,3A,4B

d)

1C,2D,3B,4A

e)

1B,2A,3B,4C

20.

XX əsrin 20-ci və 30-cu illərindən sonra “beyin axını”-nın ABŞ-a olması səbəbi?

a)

Avropadakı iqtisadi böhran

b)

Mİllətlər Liqasının zəifləməsi

c)

Dövlətlərin bir-birlərinə qarşı düşmən kəsilməsi ilə II dünya müharibəsinin qaçılmazlığı

d)

Bəzi Avropa ölkələrində totalitar rejimlərin bərqərar olması

e)

Sülhpərvər və demokratik ideyaların ABŞ-da daha çox inkişaf etməsi