wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Firmlar, bazarlar və rəqabət-3 (M5-M6)

Total questions: 20

Worksheet time: 16mins

Name
Class
Date
1.

Bazar rəqabəti şəraitində qalibləri müəyyən edən:

a)

istehlakçılardır

b)

firmalardır

c)

dövlətdir

d)

dövlət məmurlarıdır

e)

həmkarlar ittifaqı təşkilatıdır 

2.

Aşağıdakılardan hansı rəqabətin baş verməsinə imkan verməz?

a)

rəqabətin hamı üçün açıq və şəffaf keçirilməsi halında

b)

haqsız rəqabət yol verilmədikdə

c)

bütün iştirakçıların rəqabətin nəticəsi ilə razılaşması və bunu qəbul etməsi halında

d)

məlum “oyun qaydaları”na əməl edilməsinə iştirakçılardan birinin nəzarət etməsi halında

e)

rəqiblərin hamısının razılaşdırılmış qaydalara əməl etmələrinə ədaləti təmin edən və son nəticəyə marağı olmayan (bitərəf) qurumun nəzarət etməsi halında

3.

Rəqabətin baş verməsi üçün aşağıdakılardan hansı biri olmamalıdır?

a)

rəqabət iştirakçılarına öz aralarında sərbəst sövdələşmə imkanının verilməsi

b)

təməl insan haqqlarının və azadlıqların təminat altına alınması

c)

mübarizənin aparılması üçün razılaşdırılmış və hamı tərəfindən qəbul edilən qayda və qadağaların olması

d)

rəqabət iştirakçıları arasında hər hansı bir fərqləndirmənin və ya ayrıseçkiliyin yolverilməzliyi

e)

rəqabət iştirakçılarının məqsədlərinin toqquşması

4.

Aşağıdakılardan hansı haqsız rəqabətin forması deyil?

a)

haqsız sahibkarlıq fəaliyyəti

b)

rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə

c)

rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması

d)

rəqibin təsərrüfat fəaliyyətinin təqlidi

e)

kartel sövdələşməsi

5.

Aşağıdakı fikirlərdən hansı yanlışdır?

a)

Qayda və qadağaların razılaşdırılmadığı (müəyyən edilmədiyi) bir mübarizədə rəqabətin haqlılığını müəyyən etmək mümkünsüzdür

b)

Rəqabət hər bir iştirakçının özü istədiyi kimi davrana biləcəyi bir oyundur

c)

Rəqabət hər bir iştirakçının özü istədiyi kimi davrana biləcəyi bir oyun deyildir

d)

Rəqabətin aparılması üçün razılaşdırılmış, hamı tərəfindən qəbul və əməl edilən qaydalar olmaldır

e)

Rəqabət bütün iştirakçılar üçün eyni olan qaydalar və hüquqi rejim şəraitində mümkün ola bilər

6.

Aşağıdakılardan hansı “Rəqabətin hərəkətverici qüvvələri” modelinində göstərilən rəqabət amilləri sırasına aid deyil?

a)

Sahədə mövcud firmalar

b)

Sahəyə yeni daxil ola biləcək potensial rəqiblər

c)

Əvəzedici məhsulların təhlükəsi

d)

Tədarükçülərin bazar gücü

e)

Dövlət siyasəti

7.

Bunlardan biri sahədə mövcud firmalar arasında rəqabətin intensivliyini müəyyən edən amillər sırasına daxil deyil. Həmin amil hansıdır?

a)

sahədə rəqabət aparan firmaların sayı və təmərküzləşmə səviyyəsi

b)

məhsulun fərqliləşdirilməsi və məhsula tələbatın səviyyəsi

c)

sahənin həyat tsiklinin mərhələsi

d)

sahə bazarına giriş maneələri

e)

sahədən çıxış maneələri

8.

Təkmil rəqabət bazarı modelinin əlamətlərindən hansı yanlış verilib?

a)

məhsulların yekcinsliyi (standart məhsullar)

b)

bazara giriş-çıxış maneələrinin əhəmiyyətli dərəcədə olması

c)

bazarda çox sayda kiçik firmaların mövcud olması

d)

resurslara bərabər əlçatanlıq (firmalar üçün istehsal amilləri eyni qədər əlçatandır)

e)

tam informasiyalılıq

9.

Əgər zavod səviyyəsində xərclər funksiyası U-formalıdırsa, onda təkmil rəqabət şəraitində uzunmüddətli dövrdə bütün zavodlar:

a)

eyni ölçüdə - orta xərclərin minimum olduğu istehsal həcminə uyğun ölçüdə - olacaq

b)

eyni ölçüdə - orta xərclərin maksimum olduğu istehsal həcminə uyğun ölçüdə - olacaq

c)

eyni ölçüdə - orta xərclərin orta səviyyəsinə uyğun ölçüdə - olacaq

d)

fərqli ölçülərdə - orta xərclərin səviyyəsindən asılı olaraq - olacaq

e)

eyni idarəetmə strukturlarına malik olcaqlar

10.

Təkmil rəqabət bazar modelində uzunmüddətli tarazlıq halında qiymət:

a)

son hədd (marjinal) xərclərdən bir qədər aşağı olur

b)

uzunmüddətli orta xərclərlə son hədd xərclərin arasında olur

c)

uzunmüddətli orta xərclər minimumuna bərabər olur

d)

uzunmüddətli orta xərclər maksimumuna bərabər olur

e)

uzunmüddətli orta xərclərin orta göstəricisinə bərabər olur

11.

İnhisarın yaranmasının əsas səbəbi budur:

a)

firmanın həmin məhsulun istehsalı ilə bağlı daha geniş məlumata malik olması

b)

firmanın istehsal etdiyi məhsulun əvəzedicilərinin olmaması

c)

firmanın qiyməti marjinal xərclərdən yuxarı təyin edə bilməsi

d)

inhisarçı firmanın istehsal etdiyi məhsulun yeganə satıcısı olması

e)

bazara giriş maneələrinin böyük olması

12.

Xalis inhisar bazarı üçün aşağıdakı düstürlardan hansl doğrudur?

a)

P˂MR=MC

b)

P=MR˂MC

c)

P>MC=MR

d)

P=MC˂MR

e)

P=MR=MC

13.

Xalis inhisarçı firmanın əsas qərarı bununla bağlıdır:

a)

optimal qiymət səviyyəsinin seçilməsi

b)

optimal istehsal həcminin seçilməsi

c)

optimal xərc səviyyəsinin seçilməsi

d)

həm optimal xərc səviyyəsinin, həm də optimal istehsal həcminin seçilməsi

e)

son hədd xərclərin optimal səviyyəsinin müəyyən edilməsi

14.

Xalis inhisarçı firmanın əldə etdiyi mənfəət bu düsturla hesablanır:

a)

Mənfəət = (P - ATC) x Q

b)

Mənfəət = (P - MC) x Q

c)

Mənfəət = (P - MR) x Q

d)

Mənfəət = P x Q

e)

Mənfəət = (P + ATC) x Q

15.

İnhisarçını son hədd xərclərə bərabər qiymət təyin etməyə məcbur etdikdə tənzimləyici hansı problemlə üzləşə bilər?

a)

firmanın ölçülərini optimallaşdırmaq problemi ilə

b)

firmanın gəlirlərini hesablamaq problemi ilə

c)

firmanın xərclərini dəqiqləşdirmək problemi ilə

d)

firmanın zərərini subsidiyalaşdırmaq problemi ilə

e)

firmanın vergilərini azaltmaq problemi ilə

16.

Qiymət ayırımçılığı (diskriminasiyası) dedikdə:

a)

müxtəlif malların eyni müştəriyə fərqli qiymətlərlə satılması başa düşülür

b)

eyni malın eyni müştəriyə müxtəlif zamanlarda fərqli qiymətlərlə satılması başa düşülür

c)

eyni malın müxtəlif müştərilərə fərqli qiymətlərlə satılması başa düşülür

d)

eyni malın müxtəlif müştərilərə eyni qiymətlərlə satılması başa düşülür

e)

malın istehsal və satış xərclərində baş verən dəyişikliklər səbəbindən fərqli qiymətlərə satılması başa düşülür

17.

Qiymətin son həddinin tənzimlənməsi mexanizmi nəyə əsaslanır?

a)

qiymət əvvəlcədən müəyyən müddətə təyin edilir və hətta xərclərdə baş verən dəyişikliklər zamanı belə sabit saxlanılır

b)

qiymət əvvəlcədən təyin edilir və hər zaman sabit saxlanılır

c)

qiymət əvvəlcədən marjinal xərclər səviyyəsində təyin edilir və həmişəlik sabit saxlanılır

d)

qiymət orta xərclər səviyyəsində təyin edilir və bu səviyydə dəyişməz qalır

e)

qiyməti tənzimləyici yox, firma özü təyin edir

18.

Həlledici resursun istifadəsi ilə bağlı yaranan problemin istehlakçıların rifahı xeyrinə həlli üsullarından biri budur:

a)

həlledici resursun sahibi olan yuxarı səviyyədəki firma aşağı səviyyədəki firmaların bazarında olan maraqlarından imtina etməyə məcbur olunur

b)

həlledici resurs yuxarı səviyyədəki firmadan alınıb aşağı səviyyədəki firmalara verilir

c)

həlledici resurs yuxarı səviyyədəki firmadan alınıb dövlətin idarəetməsinə verilir

d)

həlledici resursa alternativ olan və onunla rəqabət apara bilən oxşar resurslar yaradılır

e)

həlledici resurs ləğv edilir

19.

Qiymət ayırımçılığı (diskriminasiyası) zamanı eyni məhsulun qiyməti aşağıdakı amillərdən asılı olaraq fərqləndirilə bilər: 1) malın istehsal xərclərində baş verən dəyişikliklər; 2) malın alış-satış miqdarı; 3) alıcının xüsusiyyətləri; 4) malın satış xərclərində baş verən dəyişikliklər; 5) satışın müxtəlif şərtləri

a)

2, 3 və 5

b)

1, 2 və 4

c)

2, 4 və 5

d)

1, 3 və 4

e)

1, 3 və 5

20.

Həlledici resursun istifadəsi zamanı yuxarı səviyyədə olan firmanın aşağı səviyyədə olan inteqrasiya etmiş firma ilə müstəqil firmalar arasında diskriminasiyaya yol verməsinin qarşısının alınması mexanizmi budur:

a)

qiymətin son həddinin müəyyən edilməsi

b)

orta xərclər əsasında qiymətqoymaya

c)

qiymətin son hədd xərcləri səviyyəsində müəyyən edilməsi

d)

mənfəət normasının tənzimlənməsi

e)

əlçatanlıq qiymətinin tənzimlənməsi