wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

İqtisadi dinamikanın əsasları-4 (M7-8)

Total questions: 20

Worksheet time: 15mins

Name
Class
Date
1.

Aşağıda satış şəbəkəsində mal ehtiyatlarının yaradılması zərurətini göstərn amillər sadalanıb. Bunlardan hansı yanlışdır?

a)

Belə ehtiyatlar istehsal prosesində fasilələrin yarandığı dövrdə də satışların davamlılığını təmin edir

b)

belə ehtiyatlar bazar tələbində baş verən qeyri-müntəzəm dalğalanmalar zamanı firmaya əlavə mənfəət əldə etməyə imkan verir

c)

nəqliyyat xərclərinə qənaət məqsədi ilə də əmtəə ehtiyatları yaradıla bilər

d)

bəzi hallarda satış firmaları bazarda süni qıtlıq yaratmaq və sonradan inhisar mənfəəti əldə etmək üçün əmtəə ehtiyatları yarada bilərlər

e)

mal ehtiyatları istehsal firmalarında istehsal proseslərinin fasiləsizliyini təmin edir

2.

Mal (əmtəə) ehtiyatlarının daxil edildiyi halda bazar tarazlığı belə yazılır:

a)

QD = QS + QZ

b)

QS = QD + QZ

c)

QZ = QD + QS

d)

QS = QD - QZ

e)

Q = QS + QD +QZ

3.

Bunlardan hansı "istehsal - satış" zəncirinin həlqəsi ola bilməz?

a)

istehsalçı firma

b)

topdansatış firması

c)

istehsalçı firmanın özünün satış bölməsi

d)

xammal-material təchizatçısı olan firma

e)

pərakəndəsatış firması

4.

Bunlardan hansı "Mal ehtiyatlarının daxil edildiyi bazar tarazlığı modeli"nin tənliyi deyil?

a)

QtD = a+bPt Q_t^D\ =\ a+bP_t\

b)

QtS=a1+b1PtQ_t^S=a_1+b_1P_t

c)

QtS= a1+b1Pt1Q_t^S=\ a_1+b_1P_{t-1}

d)

Pt=Pt1λQt1ZP_t=P_{t-1}-\lambda Q_{t-1}^Z

5.

“Mal ehtiyatlarının daxil edildiyi bazar tarazlığı modeli”ndə   0<λ<1b1b0<\lambda<\frac{1}{b_1-b} olduqda funksiyanın zaman içindəki hərəkəti necə olur?

a)

tarazlıqdan monoton uzaqlaşan

b)

tarazlıqdan rəqsvari uzaqlaşan

c)

tarazlığa monoton yaxınlaşan

d)

tarazlığa rəqsvari yaxınlaşan

e)

bərabər aralıqlı rəqsvari

6.

“Mal ehtiyatlarının daxil edildiyi bazar tarazlığı modeli”ndə   1b1b<λ<2b1b\frac{1}{b_1-b}<\lambda<\frac{2}{b_1-b} olduqda funksiyanın zaman içindəki hərəkəti necə olur?

a)

tarazlıqdan monoton uzaqlaşandır

b)

tarazlığa monoton yaxınlaşandır

c)

tarazlığa rəqsvari yaxınlaşandır

d)

tarazlıqdan rəqsvari uzaqlaşandır

e)

bərabər aralıqlı rəqsvari hərəkətdir

7.

“Mal ehtiyatlarının daxil edildiyi bazar tarazlığı modeli”ndə  λ=2b1b\lambda=\frac{2}{b_1-b}  olduqda funksiyanın zaman içindəki hərəkəti necə olur?

a)

tarazlıqdan monoton uzaqlaşandır

b)

tarazlıqdan rəqsvari uzaqlaşandır

c)

tarazlığa monoton yaxınlaşandır

d)

tarazlığa rəqsvari yaxınlaşandır

e)

bərabər aralıqlı rəqsvari

8.

“Mal ehtiyatlarının daxil edildiyi bazar tarazlığı modeli”ndə  λ>2b1b\lambda>\frac{2}{b_1-b} olduqda funksiyanın zaman içindəki hərəkəti necə olur?

a)

tarazlıqdan rəqsvari uzaqlaşandır

b)

tarazlıqdan monoton uzaqlaşandır

c)

tarazlığa rəqsvari yaxınlaşandır

d)

tarazlığa monoton yaxınlaşandır

e)

bərabər aralıqlı rəqsvari

9.

Avtonom investisiyalarla bağlı aşağıdakı fikirlərdən hansı yanlışdır?

a)

Bunlar mal və xidmətlər olan məcmu tələbin (milli gəlirin) artıb-artmamasından asılı olmayaraq reallaşdırılmalı olan investisiyalardır

b)

belə investisiyalar milli gəlirin funksiyasıdır

c)

bunlar real investisiyaların milli gəlirin səviyyəsindən və ondakı dəyişikliklərdən birbaşa asılı olmayan hissəsidir

d)

Belə investisiyaların məqsədi mənfəət götürmək deyil, başqa formalarda fayda əldə etməkdir.

e)

Firmalar səviyyəsində belə investisiyalara texnoloji dəyişikliklər, xərclərin azaldılması və əmək şəraitinin yaxşılaşdırılması məqsədi layihələr aid edilir.

10.

Bunlardan hansına yönəldilən əsaslı vəsait qoyuluşu avtonom investisiya deyildir?

a)

məktəb, xəstəxana, mədəniyyət obyektləri və s. tikintisi

b)

dəmir yolları və avtomagistralların çəkilişi

c)

müdafiə təyinatlı obyektlərin tikintisi

d)

strateji ehtiyatların yaradılması və artırılması

e)

artan tələbi ödəmək üçün yeni istehsal sahəsinin tikintisi

11.

Firmalar tərəfindən həyata keçirilən aşağıdakı layihələrdən hansı avtonom investisiyalara aid edilməz?

a)

mənəvi cəhətdən köhnəlmiş avadanlıqların yenilənməsi

b)

iş yerlərinin təhlükəsizliyinin təmin edilməsi

c)

əmək şəraitinin yaxşılaşdırılması

d)

firmanın işçiləri üçün müalicə-istirahət obyektinin tikintisi

e)

əlavə istehsal avadanlıqlarının alınması və quraşdırılması

12.

Gəlirə bağlı investisiyalarla bağlı aşağıdakı fikirlərdən hansı yanlışdır?

a)

bunlar milli gəlirin artması ilə bilavasitə bağlı olan investisiyalardır

b)

bunlar mal və xidmətlərə olan məcmu tələbin (milli gəlirin) artmasından qaynaqlanan investisiyalardır

c)

belə investisiyalar dövlət və yerli idarəetmə qurumları, ictimai xarakterli təşkilatlar tərəfindən həyata keçirilir

d)

belə investisiyalar əsasən firmalar tərəfindən mənfəət əldə etmək məqsədi ilə həyata keçirilir

e)

belə investisiyalar milli gəlirin funksiyasıdır

13.

İqtisadiyyatda "Multiplikator" nədir?

a)

"Keyns xaçı"nın başqa bir adıdır

b)

istehlak funksiyasını və istehlaka marjinal meylliliyi istifadə edərək xərclərin milli gəlirdə yaratdığı artımı hesablamağa imkan verən nəzəri konstruksiyadır

c)

istehlak funksiyasının və istehlaka marjinal meylliliyin hesablanmasında istifadə olunan nəzəri konstruksiyadır

d)

investisiya qoyuluşlarının səmərəliliyinin hesablanması üsuludur

e)

avtonom investisiyalarla gəlirə bağlı investisiyalar arasında əlaqəni təmin edən nəzəri konstruksiyadır

14.

İnvestisiya multiplikatoru hansıdır?

a)

1cc\frac{1-c}{c}

b)

11+c\frac{1}{1+c}

c)

11c\frac{1}{1-c}

d)

1c1\frac{1}{c-1}

e)

1+c1c\frac{1+c}{1-c}

15.

c = 0.6 olduqda investisiya multiplikatoru nə qədər olar?

a)

0.4

b)

1.5

c)

2.5

d)

5.0

e)

10.0

16.

Fərz edək ki, avtonom investisiyanın miqdarı 50 vahid artmışdır. c = 0.8 olduqda avtonom investisiyadakı bu artım milli gəlirdə nə qədər artım (ΔY) yaradar?

a)

100 vahid

b)

200 vahid

c)

250 vahid

d)

500 vahid

e)

1000 vahid

17.

Avtonom investisiyaların artımı halında Milli Gəlirin yeni tarazlıq dəyəri necə ifadə olunur?

a)

Yp=c0+I0+ΔI1cY_p=\frac{c_0+I_0+\Delta I}{1-c}

b)

Yp=c0+I01cY_p=\frac{c_0+I_0}{1-c}

c)

Yp= 1cc0+I0+ΔIY_p=\ \frac{1-c}{c_0+I_0+\Delta I}

d)

Yt=A(c)t+c0+I0+ΔI1cY_t=A\left(c\right)^t+\frac{c_0+I_0+\Delta I}{1-c}

e)

Yc=A(c)tY_c=A\left(c\right)^t

18.

Gəlirə bağlı investisiyalar halında dinmaik investisiya multiplikatoru necə olacaq?

a)

11c\frac{1}{1-c}

b)

11c+h\frac{1}{1-c+h}

c)

11(c+h)\frac{1}{1-\left(c+h\right)}

d)

11(c+s)\frac{1}{1-\left(c+s\right)} 11h\frac{1}{1-h}

19.

Fərz edək ki, iqtisadiyyatda c = 0.6 və h = 0.2-dir. Əgər avtonom investisiyalar 30 vahiddən 50 vahidə artarsa, bu, milli gəlirdə nə qədər artım yaradar?

a)

33 vahid

b)

60 vahid

c)

100 vahid

d)

200 vahid

e)

300 vahid

20.

Gəlirə bağlı investisiyalar halında funksiyanın tamamlayıcı həlli necə olur?

a)

Yc = A(c)t

b)

Yc = A(1-c)t

c)

Yc = A(c-h)t

d)

Yc = A(c+h)t

e)

Yc = A(1- (c+h))t