wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Firmalar, bazarlar və rəqabət-2 (M3 və M4)

Total questions: 20

Worksheet time: 14mins

Name
Class
Date
1.

Təbiətinə (yaranma xarakterinə) görə firmanın xərcləri necə təsnifləşdirilir?

a)

Sabit xərclər və dəyişən xərclər

b)

Qısamüddətli dövrdə xərclər və uzunmüddətli dövrdə xərclər

c)

İstehsal (transformasiya) xərcləri və transaksiya xərcləri

d)

Aşkar xərclər və qeyri-aşkar xərclər

e)

İstehsal xərcləri və istehsaldankənar xərclər

2.

Məhsul vahidinin qiymətinin formalaşmasındakı rolu baxımından firmanın xərcləri necə təsnifləşdirilir?

a)

istehsal xərcləri və transaksiya xərcləri

b)

sabit xərclər və dəyişən xərclər

c)

Aşkar xərclər və qeyri-aşkar xərclər

d)

İstehsal xərcləri və satış xərcləri

e)

İstehsal xərcləri və alternativ xərclər

3.

Firmanın fəaliyyətinin nəticələrinə təsir baxımından firmanın xərcləri necə təsnifləşdirilir?

a)

istehsal xərcləri və transaksiya xərcləri

b)

sabit xərclər və dəyişən xərclər

c)

ex-ante xərclər və ex-post xərclər

d)

Aşkar xərclər və qeyri-aşkar xərclər

e)

Birbaşa xərclər və dolayısı xərclər

4.

Mülkiyyət hüquqlarının mübadiləsi (ötürülməsi) və qorunması ilə bağlı xərclər necə adlandırılır?

a)

Transaksiya xərcləri

b)

Transformasiya xərcləri

c)

İstehsal xərcləri

d)

Transmissiya xərcləri

e)

Tranzit xərcləri

5.

Bunlardan hansı ex-ante (sazişdən əvvəlki) transaksiya xərcləri deyildir?

a)

İnformasiyanın axtarışı xərcləri 

b)

Tərəfdaşların inandırılması xərcləri  

c)

Danışıqların aparılması xərcləri 

d)

Mülkiyyət hüquqlarının spesifikasiyası (təyin edilməsi) və qorunması xərcləri 

e)

Ölçmə xərcləri 

6.

Bunlardan hansı ex-post (sazişdən sonrakı) transaksiya xərcləri hesab olunur?

a)

Opportunizmin izlənilməsi və qarşısının alınması xərcləri 

b)

Müqavilənin bağlanılması xərcləri 

c)

Ölçmə xərcləri 

d)

İnformasiyanın axtarışı xərcləri 

e)

Tərəfdaşların inandırılması xərcləri  

7.

Bu xərclərdən hansı qısamüddətli dövrdə sabit xərclərə aid edilir?

a)

Xammal və material məsrəfləri

b)

Texnoloji məqsədlər üçün elektrik enerjisi

c)

Avadanlıqların amortizasiyası xərcləri

d)

Məhsulun tərkibinə daxil edilən komplektləşdirici hissələrə məsrəflər

8.

Aşağıdakı xərclərdən hansı qeyri-aşkar xərclərə aid edilir?

a)

material məsrəfləri

b)

əməyin ödənişi xərcləri

c)

sosial sığorta ödənişləri

d)

istehsal prosesinə cəlb edilən resursların alternativ istifadə imkanları

e)

amortizasiya ayırmaları

9.

Qaytarılmayan xərclər dedikdə nə nəzərdə tutulur?

a)

alternativ istifadəsi mümkün olmayan aktivlərə qoyulan investisiyalar

b)

alternativ istifadəsi mümkün olan aktivlərə qoyulan investisiyalar

c)

avadanlıqların alınmasına qoyulan investisiyalar

d)

qeyri-maddi aktivlərə qoyulan investisiyalar

e)

istehsal edilən məhsulların tərkibinə daxil edilən materialların alınmasına çəkilən xərclər

10.

Firmanın üfüqi ölçülərimi (sərhədlərini) müəyyən edən hansı xərclərdir?

a)

transaksiya xərcləri

b)

istehsal xərcləri

c)

sabit xərclər

d)

dəyişən xərclər

e)

aşkar xərclər

11.

Aşağıdakı fikirlərdən hansı yanlışdır?

a)

Sahə (sənaye sahəsi) eynicinsli yaxud  yaxın məhsullar istehsal edən müəssisələrin məcmusudur

b)

Sahə bazarı dedikdə eyni (oxşar) istehlak təyinatlı mal və xidmətlərin alqı-satqısı üzrə qarşılıqlı münasibətlərdə olan alıcı və satıcıların məcmusudur

c)

Sahə bazarı tələb və təklif baxımından təhlil olunur və öyrənilir

d)

Sahə istehsal baxımından təhlil olunur və öyrə

e)

Sahə bazarının miqyası ölkədə istehsal olunan müvafiq məhsulun həcmi ilə müəyyən edilir

12.

Bunlardan hansı tələbə təsir göstərən amil deyildir?

a)

Məhsulun istehsalına cəlb edilən resursların qiyməti

b)

İstehlakçının gəlirlərinin səviyyəsi

c)

Məhsulun qiyməti

d)

İstehlakçının zövqləri və gözləntiləri

e)

Əvəzedici malların qiyməti

13.

Mal və xidmətlərin əldə edilməsi üçün istehlakçının yola sərf etdiyi xərclər sahə bazarının hansı sərhədlərini təyin edir?

a)

əmtəə sərhədlərini

b)

məkan sərhədlərini

c)

zaman sərhədlərini

d)

gömrük sərhədlərini

e)

nəqletmə sərhədlərini

14.

Sahə bazarının əmtəə sərhədlərini müəyyən etmək üçün hansı göstəricidən istifadə olunur?

a)

Tələbin qiymət elastikliyi göstəricisindən

b)

Qiymət üzrə tələbin çarpaz elastikliyi göstəricisindən

c)

Qiymət üzrə təklifin çarpaz elastikliyi göstəricisindən

d)

Təmərküzləşmə əmsalı göstəricisindən

e)

Herfindal-Hirşman indeksi göstəricisindən

15.

Əgər B məhsulunun qiyməti artanda A məhsuluna tələb artarsa, bunlar necə əmtəələr hesab olunurlar?

a)

qarşılıqlı əvəz olunan əmtəələr

b)

bir-birini qarşılıqlı tamamlayan (komplementar) əmtəələr

c)

müstəqil (bir-birindən asılı olmayan) əmtəələr

d)

qarşılıqlı mübadilə edilə bilən əmtəələr

16.

Bazar gücü ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlışdır?

a)

Bazar gücü istehlakçıları ədalətsiz ödənişlərə vadar edir

b)

Bazar gücü resurslaırn qeyri-səmərəli bölgüsünə səbəb olur

c)

Bazar gücü istehsalın səmərəliliyini (X-səmərəliliyi) aşağı salır

d)

Bazar gücü sahə bazarlarında rəqabəti gücləndirir

e)

Bazar gücü renta axtarışının yaranmasına səbəb olur

17.

Bunlardan hansı əks-əlaqəli «Quruluş-davranış-nəticəlilik» paradiqmasının elementi deyildir?

a)

bazar quruluşu

b)

firmanın bazar davranışları

c)

bazar rəqabəti

d)

bazar fəaliyyətinin nəticələri

e)

sahə bazarına münasibətdə dövlət siyasəti

18.

Bunlardan hansı sahə bazarının fəaliyyətinin ictimai nəticələrinə aid deyildir?

a)

Məhsulun bazar qiymətinin səviyyəsi

b)

Məhsulun keyfiyyəti

c)

Resursların bölgüsünün (istifadəsinin) səmərəliliyi

d)

Sahədə texniki tərəqqi

e)

Firmanın mənfəətinin səviyyəsi

19.

Bunlardan hansı firmanın bazar davranışlarına aid deyildir?

a)

Firmanın məhsul strategiyası

b)

Firmanın reklam siyasəti

c)

Firmanın innovasiya (araşdırma və inkişaf) siyasəti

d)

Firmanın firmalararası münasibətlər siyasəti

e)

Firmanın təşkilati-hüquqi formasının müəyyən edilməsi siyasəti

20.

Bunlardan hansı sahə bazarının quruluşunu xarakterizə edən göstərici deyil?

a)

Sahə bazarında olan firmaların sayı

b)

Sahə bazarında olan firmaların bazar payı

c)

n-firma bazar təmərküzləşməsi əmsalı

d)

Lerner indeksi

e)

Herfindal-Hirşman indeksi