wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Müəssisənin iqtisadiyyatı-2/2023

Total questions: 20

Worksheet time: 13mins

Name
Class
Date
1.

Sahə bazarının miqyası bununla müəyyən edilir:

a)

müvafiq mal və xidmətlər üzrə tələbin və ya faktiki satıların miqdarı ilə

b)

müvafiq mal və xidmətlər üzrə təklifin miqdarı ilə

c)

müvafiq mal və xidmətlərin istehsalının miqdarı ilə

d)

müvafiq mal və xidmətlər üzrə tarazlıq qiyməti ilə

e)

müvafiq mal və xidmətlər üzrə tələb və təklifin tarazlıq miqdarı ilə

2.

Bazar gücü nədir?

a)

firmanın öz məhsulunun qiymətini ən azı son hədd xərclərə bərabər səviyyədə təyin edə bilmə qabiliyyətidir

b)

firmanın öz məhsulunun qiymətini mənfəətli bir şəkildə son hədd xərclərdən yüksək təyin edə bilmə qabiliyyətidir

c)

firmanın bazara çıxardığı malların çeşid müxtəlifliyidir

d)

firmanın öz məhsulunun qiymətini ümumi orta xərclərdən yüksək təyin edə bilmə qabiliyyətidir

e)

firmanın bazar payıdır

3.

Bunlardan hansı bazar quruluşunun tipi deyil?

a)

xalis inhisar bazarı

b)

oliqopoliya bazarı

c)

inhisarçı rəqabət bazarı

d)

təkmil (mükəmməl) rəqabət bazarı

e)

istehsal amilləri bazarı

4.

Sahə bazarı nədir?

a)

eyniadlı yaxud eyni (oxşar) istehlak təyinatlı mal və xidmətlərin alqı-satqısı (mübadiləsi) üzrə qarşılıqlı münasibətlərdə olan alıcı və satıcıların məcmusudur

b)

oxşar resurslardan və eynitipli texnologiyalardan istifadə edərək eynicinsli yaxud yaxın məhsullar istehsal edən müəssisələrin məcmusudur

c)

bir-birləri ilə qarşılıqlı əlaqədə və fəaliyyətdə olan sənaye müəssisələrinin məcmusudur

d)

müəyyən bir ərazidə yaşayan və eyni bazarlardan mal alan istehlakçılarının məcmusudur

e)

eyniadlı, oxşar və ya bir-birini əvəz edən məhsulları istehsal edib satan müəssisələrinin yerləşdiyi coğrafi ərazidir

5.

Hər bir sahə bazarının ölçüsü (sərhədləri) bunlarla ifadə olunur:

a)

1) əmtəə sərhədləri; 2) istehsal sərhədləri; 3) istehlak sərhədləri

b)

1) istehsal sərhədləri; 2) tarixi sərhədləri; 3) zaman sərhədləri

c)

1) əmtəə sərhədləri; 2) məkan sərhədləri; 3) zaman sərhədləri

d)

1) əmtəə sərhədləri; 2) gömrük sərhədləri; 3) zaman sərhədləri

e)

1) əmtəə sərhədləri; 2) məkan sərhədləri; 3) gömrük sərhədləri

6.

Oiymət üzrə tələbin çarpaz elastikliyi göstərir ki:

a)

hər-hansı bir mala olan tələb onun özünün qiyməti ilə yanaşı həm də onun istehsalına cəlb edilən resursların qiymətindən asılı olaraq dəyişilə bilər

b)

hər-hansı bir malın təklifi həmin malın istehsal texnologiyasından və xərclərindən asılı olaraq dəyişilə bilər

c)

hər-hansı bir mala olan tələb həmin malın istehsal xərcləri ilə yanaşı həm də başqa malların xərclərindən asılı olaraq dəyişilə bilər

d)

hər-hansı bir mala olan tələb onun özünün qiyməti ilə yanaşı həm də başqa malların qiymətindən asılı olaraq dəyişilə bilər

e)

hər-hansı bir mala olan tələb yalnız onun öz qiymətindən asılı olaraq dəyişir

7.

Bunlardan hansı sahə bazarının quruluşunu xarakterizə edən göstərici deyil?

a)

sahə bazarında olan firmaların sayı

b)

Lerner indeksi

c)

firmaların bazar payı

d)

n-firma təmərküzləşmə əmsalıdır (CRn)

e)

Herfindal-Hirşman İndeksi

8.

Əgər B məhsulunun qiyməti artanda A məhsuluna tələb artarsa, onda bunlar:

a)

yerli istehsal mallarıdır

b)

idxal olunmuş əmtəələrdir

c)

müstəqil (bir-birindən asılı olmayan) əmtəələrdir

d)

bir-birini qarşılıqlı tamamlayan əmtəələrdir

e)

qarşılıqlı əvəz olunan əmtəələrdir

9.

Lerner indeksi belə hesablanır:

a)

L = P MCPL\ =\ \frac{P\ -MC}{P}

b)

L =MCPPL\ =\frac{MC-P}{P}

c)

L = P  MCMCL\ =\ \frac{P\ -\ MC}{MC}

d)

L=P+MCPL=\frac{P+MC}{P}

e)

L = i=1nSi2L\ =\ \sum_{i=1}^nS_i^2

10.

Bunlardan hansı sahə bazarının quruluş göstəricisidir?

a)

Herfindal-Hirşman İndeksi

b)

Lerner İndeksi

c)

İstehlak Qiymətləri İndeksi

d)

Herfindal-Lerner İndeksi

e)

Bazar Quruluşu İndeksi

11.

İstehsal funksiyası göstərir ki:

a)

istehsal olunan məhsulun miqdarı istehsal prosesinə cəlb edilən amillərin miqdarından və onların nə dərəcədə səmərəli istifadə olunmasından asılı deyil

b)

istehsal olunan məhsulun miqdarı istehsal prosesinə cəlb edilən amillərin miqdarından və onların nə dərəcədə səmərəli istifadə olunmasından asılıdır

c)

istehsal olunan məhsulun miqdarı istehsal prosesinə cəlb edilən amillərin miqdarından asılıdır, amma onların nə dərəcədə səmərəli istifadə olunmasından asılı deyil

d)

istehsal olunan məhsulun miqdarı istehsal prosesinə cəlb edilən amillərin miqdarından yox, onların nə dərəcədə səmərəli istifadə olunmasından asılıdır

e)

istehsal olunan məhsulun miqdarı bazarda məhsula olan tələbin həcmindən asılıdır

12.

Yaranma xarakterinə (təbiətinə) görə firmanın xərcləri belə təsnifləşdirilir:

a)

istehsal xərcləri, idarəetmə xərcləri və ümumi xərclər

b)

mühasibat xərcləri və iqtisadi xərclər

c)

daxili xərclər və xarici xərclər

d)

texnoloji xərclər, istehsal xərcləri və satış xərcləri

e)

istehsal (transformasiya) xərcləri və transaksiya xərcləri

13.

Transaksiya xərcləri:

a)

istehsal xərcləridir

b)

nəqletmə (daşınma) xərcləridir

c)

mülkiyyət hüquqlarının ötürülməsi və onların qorunması xərcləridir

d)

texniki və texnoloji xərclərdir

e)

xammal və materialların alınması və daşınması xərcləridir

14.

Firmanın fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi baxımından xərclər belə təsnifləşdirilir:

a)

istehsal xərcləri və transaksiya xərcləri

b)

xarici (aşkar) xərclər və daxili (qeyri-aşkar) xərclər

c)

firmadankənar xərclər və firmadaxili xərclər

d)

ex ante xərcləri və ex post xərcləri

e)

qaytarılan xərclər və qaytarılmayan xərclər

15.

Qaytarılmayan xərclər nədir?

a)

spesifik aktivlərin əldə edilməsinə qoyulan investisilardır

b)

alternativ istifadəsi mümkün olan aktivlərə qoyulan investisiyalardır

c)

firmanın (biznesin) qurulmasına çəkilən xərclərdir

d)

xammal və materialların alınması və əmək haqqı üçün artıq firmanın ödədiyi xərclərdir

e)

alternativ istifadəsi mümkün olmayan aktivlərə qoyulan investisiyalardır

16.

Bunlardan hansı ex post (sazişdən sonrakı) transaksiya xərclərinə aiddir?

a)

Mülkiyyət hüquqlarının spesifikasiyası (təyin edilməsi) və qorunması xərcləri 

b)

Tərəfdaşların inandırılması xərcləri  

c)

Danışıqların aparılması xərcləri 

d)

Ölçmə xərcləri 

e)

Müqavilənin bağlanılması xərcləri 

17.

Sabit xərclər (fixed cost - FC) nədir?

a)

məbləği məhsul buraxılışının miqdarından asılı olmayan (yəni dövr ərzində sabit qalan) xərclərdir

b)

məbləği məhsul buraxılışı miqdarından asılı olaraq dəyişən xərclərdir

c)

məhsul vahidi üzrə məbləği sabit qalan orta xərclərdir

d)

dövr ərzində ümumi məhsul buraxılışına firmanın çəkdiyi bütün xərclərdir

e)

firmanın istehsal etdiyi hər bir məhsul vahidinə orta hesabla çəkilən xərclərdir (pul ifadəsində)

18.

Bunlardan hansı mühasibat xərclərində nəzərə alınmır?

a)

material məsrəfləri

b)

əməyin ödənişi xərcləri

c)

sosial sığorta ödənişləri

d)

amortizasiya ayırmaları

e)

alternativ xərclər

19.

"İqtisadi qərarlar __________ əsasında qəbul edilməlidir", - cümləni aşağıdakı ifadələrdən hansı ilə tamamlamaq doğru olar?

a)

mühasibar xərcləri

b)

iqtisadi xərclər

c)

istehsal xərcləri

d)

transaksiya xərcləri

e)

dəyişən xərclər

20.

Orta ümumi xərclər (average total cost - ATC) nəyi ifadə edir?

a)

istehsalçının hər bir məhsul vahidinə orta hesabla sərf etdiyi sabit xərclərin məbləğini

b)

müəyyən dövr ərzində ümumi məhsul buraxılışına firmanın çəkdiyi bütün sabit və dəyişən xərclərin cəmini

c)

firmanın müəyyən dövr ərzində istehsal etdiyi hər bir məhsul vahidinə orta hesabla çəkilən xərcləri (pul ifadəsində)

d)

hər məhsul vahidinə orta hesabla sərf edilən dəyişən xərclərin məbləğini

e)

əlavə (axır) bir məhsul vahidinin istehsalına çəkilən əlavə (son hədd) xərcləri