WorksheetsCFA Level I – Portfelin idarəedilməsi
Total questions: 31
Worksheet time: 16mins
Analitik aktiv üçün aşağıdakı məlumatı topladı:
Mümkün gəlir dərəcəsi ; -10% ; -5% ; 10% ; 25%
Ehtimal; 0.20 ; 0.30 ; 0.40 ; 0.10
Aktiv üçün gəlir dəyişkənliyi (variance of returns) nə qədərdir?
121
188
213
228
Analitik iki aktivdən ibarət olan portfel haqqında aşağıdakı məlumatı topladı
AKtiv (X) - Çəki(75%) - Gözlənilən Gəlirlilik(11%) - Gözlənilən Standard deviasiya(5%)
AKtiv (Y) - Çəki(25%) - Gözlənilən Gəlirlilik(7%) - Gözlənilən Standard deviasiya(4%)
İki aktiv üçün gəlirlilik korrelasiyası 0.75 və risksiz faiz dərəcəsi 1%-ə bərabər olduqda, portfel
üçün gözlənilən standard deviasiya neçə olacaq?
3.07%
4.23%
4.55%
5.10%
Analitik A və B səhm indekslərinin aylıq gəlirlilikləri haqqında məlumat topladı:
AY (1) - A'nın Gəlirliliyi(-6.4%) B'nin Gəlirliliyi(-6.2%)
AY (1 )- A'nın Gəlirliliyi( 6.6%) B'nin Gəlirliliyi( 19% )
AY (1 )- A'nın Gəlirliliyi(12.9%) B'nin Gəlirliliyi(-7.7%)
AY (1) - A'nın Gəlirliliyi( 3.2%) B'nin Gəlirliliyi( 4.0%)
A və B indeksləri arasındakı kovariyans (covariance) nə qədərdir?
10.37
13.82
19.64
17.59
Tamamilə diversifikasiya olunmuş portfel aşağıdakılardan hansının aradan qaldırılması ilə
nəticələnəcək?
Sistemli variyans (systematic variance)
Sistemsiz variyans (unsystematic variance)
Həm Sistemli, həm də Sistemsiz variyans
Heç biri
Betanın tərifinə aşağıdakılardan hansı uyğundur?
Sistemsiz risk (Unsystematic risk ) ölçüsüdür
Aktivin bazar portfeli ilə kovariyansıdır (covariance).
Bazar portfelinin korrelyasiya (correlation coefficient) əmsalıdır
Risksiz faiz dərəcəsidir.
İnvestor risksiz faiz dərəcəsi ilə kreditə götürdüyü pulu bazar portfelinə investisiya edir, bu
zaman investorun portfelinin gəlirlilik dərəcəsi necə olacaq?
Artacaq
Azalacaq
Dəyişməyəcək
Heç biri
Zamanla investisiya gəlirliliyi və riskinin əsas məmbəyi aşağıdakılardan ən çox hansı ilə
əlaqələndirilə bilər?
Səhm seçimi
Aktivlərin bölüşdürülməsi
Risk menecment
Heç biri
Risksiz faiz dərəcəsi 5%, bazar portfelinin gəlirliliyi isə 8%-dir. 7% gəlirlilik dərəcəsi
hesablanan və 0.5 Betası olan Səhm:
Yüksək qiymətləndirilib (overvalued)
Aşağı qiymətləndirilib (undervalued)
Dəqiq qiymətləndirilib (correctly valued)
Heç biri
Minimum variyanslı (variance) sıfır Betası olan portfelin daha çox hansı riski vardır?
Sistemli (systematic) və Sistemsiz (unsystematic) riksi var
Sistemsiz risk var, Sistemli risk yoxdur
Sistemli risk var, Sistemsiz risk yoxdur.
Nə Sistemli, nə də Sistemsiz risk var
Aşağıdakılardan hansı Markowitz modelinə əsaslanan investor davranışı haqqında fərziyə
deyil?
İnvestorlar gözlənilən gəlirliliyi bir-dövrlük ( one-period ) artırır.
İnvestorlar qərarlarını sadəcə gözlənilən gəlirlilik və riskə əsaslandırırlar.
İnvestorların gözlənilən gəlirlilik və variyansın (variance) funksiyası olan faydalılıq əyrisi
(utility curve) var.
Heç biri
Aşağıdakılardan hansı investisiya siyasəti bəyanatını yaratmaq üçün səbəb deyil?
Portfel yaratmaq üçün sərf olunan xərci azaltmaq
İnvestorlara daha realistik investisiya məqsədləri yaratmağa kömək etmək
Menecer performansını qiymətləndirmək üçün performans bençmarkı yaratmaq
Heç biri
Analitik iki adi səhm haqqında aşağıdakı məlumatları əldə etdi:
- Libby şirkəti üçün gəlirlilik variyansı = 15.5
- Metromedia şirkəti üçün gəlirlilik variyansı = 22.3
- Libby və Metromedia şirkətləri arasında kovariyans (covariance) = 8.65
Sözügedən iki səhmin gəlirlikləri arasında korrelyasiya əmsalı (correlation cofficient) neçeyə
bərabərdir?
0.025
0.388
0.465
0.288
Kapital Aktivinin Qiymətləndirilməsi Modelinə (Capital Asset Pricing Model) əsasən bazar
portfeli:
Eyni miqdarda investisiya qoyulmuş bütün riskli aktivləri əhatə edir
Həm sistemli (systematic), həm də sistemsiz (unsystematic) riskə məruz qalır.
Kapital Market Xettində ( CML) olan başqa portfellərlə mükəmməl müsbət korrelyasiyada
(correlataion) olur
Heç biri
Oakmont və Sunrise korporasiyalarının səhmləri üzrə gəlirliliklərinin standart deviasiyası
(standard deviation) ayrı ayrılıqda 14% və 12%-dir. Əgər iki səhm arasında korrelyasiya 0.25-
dirsə, 35%-i Oakmont və 65%-i Sunrise şirkətinə investisiya olunan portfelin standart
deviasiyası nə qədərdir?
10.2 %
12.7%
35%
22%
Faiz dərəcələrində oynama və sənaye istehsalında dəyişiklik kimi faktorlar yol aça bilər:
Sistemli (systematic) riskə
Sistemsiz (unsystematic) riskə
Həm sistemli, həmdə sistemsiz riskə
Nə sistemli, nə də sistemsiz riskə
Aşağıdakəlardan hansı Markowitz modelinə uyğun fərziyə deyil? İnvestorlar:
Bircür (homogeneous ) gözləntiləri var
Bir-dövrlük (one-period) gözlənilən faydanı (expected utility) artırırlar
Qərarlarında yalnızca gözlənilən gəlir və riskə əsaslanırlar
Heç biri
Aşağıdakı cədvəl Orion korporasiyasının səhm gəlirlilikləri üzrə ehtimal bölgüsünü (probability distribution) göstərir:
Ehtimal/Gəlirlilik dərəcəsi (%)
0.15 / -12%
0.60 / 11%
0.25 / 18%
Orion Kooperasiyasının səhmi üçün gəlirlilik variyansı (return variance) neçə olacaq?
44.36
50.94
88.71
77.75
Orta risk tolerantlığghjghı, yetərli siğortası və nağd vəsaitləri olan 65 yaşlı təqaüdçü investor
üçün aşağıdakı səhm və istiqrazdan ibarət olan portfellərdən ən uyğunu hansıdır?
İstiqraz / Səhm
55-65 % / 35-45%
İstiqraz / Səhm
30-40 % / 60-70%
İstiqraz / Səhm
15-50% / 50-85%
İstiqraz / Səhm
10-15% / 75-85%
Aşağıdakılardan hansı Portfel Menecment Prosesinin rəy mərhələsinin (feedback step) bir
hissəsidir?
Portfel düzəltmək
Performans ölçmək
İnvestisiya siyasəti bəyanatının hazırlanması
Heç biri
cədvəldə RTF və KIU səhmləri üçün tarixi məlumat göstərilib:
RTF üçün gəlirlilik variyansı (0.0625)
KIU üçün gəlirlilik variyansı (0.0900)
RTF və KIU arasında korrelyasiya əmsalı (0.4500)
RTF və KIU üçün kovariyans (covariance) neçə olacaq?
0.0025
0.0338
0.0675
0.0850
Aşağıdakı cədvəldə JKU səhmləri ilə bazar indeksi üçün məlumatlar göstərilib:
JKU-nun gözlənilən gəlirliliyi (15%)
Bazar indeksinin gözlənilən gəlirliliyi (12%)
Risksiz faiz dərəcəsi (5%)
JKU-nun gəlirliliyi üzrə standart deviasiya (20%)
Bazar indeksinin gəlirliliyi üzrə standart deviasiya (15%)
JKU və bazar indeksi gəlirliliyi arasında olan korrelasiya (0.75)
CAPM-ə əsasən JKU-nun səhmləri:
Yüksək qiymətləndirilib (overvalued)
Aşağı qiymətləndirilib (undervalued)
Ədalətli qiymətləndirilib (fairly valued)
Heç biri
Analitik müşahidə edir ki, tarixi geometric gəlirlilik sərmayə (equity) üzrə 9%, xəzinə vekseli
(treasury bill) üzrə 3% və inflyasiya üzrə 2%-dir. Sərmayə üçün gəlirliliyin həqiqi faiz dərəcəsi
(real rate of return ) və risk premyası (risk premium) neçədir?
5.8% və 3.7%
6.9% və 3.8%
6.9% və 5.8%
7.0% və 4.8%
A səhmi üçün və bazar üçün aşağıdakı məlumatlar verilib:
A səhminin gəlirliliyi üzrə standart deviyasiya (40%)
Bazar gəlirliliyi üzrə standart deviyasiya (20%)
A səhmi və bazar arasında olan korrelyasiya (85%)
A səhminin betası neçədir?
0.43
1.70
2.35
1.95
İnvestorun birgə fonda (mutual fund) etdiyi ödənişlər və fondun 4 illik dövr üzrə gəlirliliyi aşağıdakı cədvəldə göstərilib:
Bu məlumatlara əsasən investor üçün pul-çəkili gəlir (money-weighted return or internal rate of
retun) neçə olacaq?
(BAX SUAL 24)
2.15%
3.96%
7.50%
5.60%
İki şirkətin səhmləri haqqında məlumat aşağıdakı kimidir:
Kabel korporasiyası - Standart deviasia(30%) korelyasiya(0.65) Portfel Çəkisi(68%)
GPTA şirkəti - Standart deviasia(20%) korelyasiya(0.00) Portfel Çəkisi(32%)
İki səhmdən ibarət portfelin gəlirliliyi üzrə standart deviyasiya neçə olacaq?
25.04%
26.80%
32.85%
34.66%
Səhmin bazarla korrelyasiyası 0.45, səhmin gəlirliliyi üzrə standart deviyasiya isə 12.35%-dir.
Bazarın gəlirliliyi üzrə standart deviyasiyası 8.25% olduqda, sözügedən səhmin betası neçə
olacaq?
0.30
0.67
1.50
1.68
Aşağıdakı faktorlardan hansı fərdin risk almaq bacarığına təsir etmir?
Vaxt horizonu
Şəxsiyyət növü
Gözlənilən gəlir
Heç biri
Portfel Menecment prosesinin icra mərhələsinə daxildir:
Aktiv bölüşdürülməsinin asset allocation) yekunlaşdırılması
Portfelin performansını monitorinqi
İnvestisiya siyasəti bəyanatının hazırlanması
Heç biri
A, B və C qiymətli kağızları üçün gəlirliliyin korrelyasiya matriksi aşağıdakı kimidir:
Qiymətli kağız A B C
A 1.0
B 0.5 1.0
C 0 -0.5 1.0
Fərz etsək ki, gözlənilən gəlir və standart deviyasiya hər üç qiymətli kağız üçün eynidir, bu zaman
portfelin diversifikasiyası üçün hansı iki qiymətli kağızla bərabər bölüşdürülmüş portfel ən effektiv
olardı?
A və B
A və C
B və C
Heç biri
Keçən il portfel meneceri 12% gəlir əldə etdi. Portfelin betası 1.5 oldu. Həmin dövr üçün bazar
gəliri 7.5%, orta risksiz faiz dərəcəsi isə 2.7% oldu. Bu portfel üçün Jensen alfası neçəyə
bərabərdir?
0.75%
2.10%
4.50%
3.40%
Səhmlər üçün məlumat aşağıdakı kimidir:
Booraem İnc. ~ Gözıənilən Gəlir(12.85%); Beta(1.5)
Heisen İnc. ~ Gözıənilən Gəlir(11.27%); Beta(1.1)
Gutmman İnc ~ Gözıənilən Gəlir(9.51%); Beta(0.8)
Gözlənilən bazar gəliri 9.5% və orta risksiz faiz dərəcəsi 1.2% olduqda, Bu üç səhmdən hansı
CAPM və Qiymətli Kağızlar Market Xəttinə (SML) görə bazar qiymətindən daha yüksək
qiymətləndirilib?
Heisen İnc.
Booraem İnc.
Guttman İnc.
Heç biri
