wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Firmalar, bazarlar və rəqabət - M12 - M13

Total questions: 20

Worksheet time: 15mins

Name
Class
Date
1.

Reklamın iqtisadi mahiyyəti nədir?

a)

tələb əyrisini sola doğru hərəkət etdirməsindədir

b)

tələb əyrisini sağa doğru hərəkət etdirməsindədir

c)

tələb əyrisinin istiqamətinin dəyişməsindədir

d)

tələbi artırmasına rəğmən tələb əyrisini sabit saxlamasındadır

e)

tələblə təklif arasında tarazlıq yaratmasındadır

2.

İnstitusional reklamlar nə üçündür?

a)

məhsulu istehlakçılara tanıtmağa xidmət edir

b)

istehlakçını malın xüsusiyyətləri barədə məlumatlandırır

c)

firma və təşkilatların reklamını nəzərdə tutur

d)

istehlakçını məhz reklam olunan malı almağa sövq etdirir

e)

ölkədəki institutsional dəyişikliklər barədə məlumat verir

3.

Reklamın intensivliyini ölçmək üçün hansı göstəricidən istifadə olunur?

a)

“reklam – xərclər” göstəricisindən

b)

“reklam – məhsul” göstəricisindən

c)

“reklamın yayım çevrəsi” göstəricisindən

d)

“reklam – gəlirlər” göstəricisindən

e)

“reklam – elastiklik” göstəricisindən

4.

Əmtəə nişanı nədir?

a)

istehlakçıya məhsulu tanıdan reklamdır

b)

malın istehsalçısının kimliyini nümayiş etdirən, məhsulu onun istehsalçısı ilə eyniləşdirən simvoldur

c)

bir məhsulu digər oxşar məhsullardan ayıran ad, anlayış, simvol, rəng, dizayn və ya bunların müxtəlif kombinasiyasıdır

d)

məhsulun səmərəli pərakəndə satışının təmin edilməsinə yönəldilmiş fəaliyyətlərin məcmusudur

e)

hüquqi cəhətdən qorunan firma adı, firma nişanı, əmtəə nümunəsi və ya onların əlaqələndirilməsidir

5.

Merçendayzinq nədir?

a)

hüquqi cəhətdən qorunan firma adı, firma nişanı, əmtəə nümunəsi və ya onların əlaqələndirilməsidir

b)

məhsulun səmərəli pərakəndə satışının təmin edilməsinə yönəldilmiş fəaliyyətlərin məcmusudur

c)

bir məhsulu digər oxşar məhsullardan ayıran ad, anlayış, simvol, rəng, dizayn və ya bunların müxtəlif kombinasiyasıdır

d)

malın istehsalçısının kimliyini nümayiş etdirən, məhsulu onun istehsalçısı ilə eyniləşdirən simvoldur

e)

bir malı (əmtəəni, xidməti) şəkilləndirən standartların tətbiq edilməsidir

6.

Tələb əyrisinin reklam xərclərinə həssaslığı nə qədər çox olarsa:

a)

reklama çəkilən xərclərin nəticəsini (faydasını) hesablamaq bir o qədər çətin olar

b)

reklama çəkilən xərclərin məbləğini buna uyğun ixtisar etmək lazımdır

c)

reklama çəkilən xərclərin miqdarı bir o qədər artar

d)

reklama çəkilən xərclərin son hədd gəlirləri də bir o qədər aşağı olar

e)

reklama çəkilən xərclərin son hədd gəlirləri də bir o qədər yüksək olar

7.

Asimmetrik informasiyanın birinci tipi:

a)

adətən sövdələşmə prosesində yaxud müqavilənin bağlanması anında yaranır və gizli əlamətlərlə əlaqədar olur

b)

müqavilənin imzalanmasından sonra yaranır və sövdələşmə tərəflərindən birinin digərinə qarşı yönəlmiş, lakin bilavasitə müşahidə olunması çətin olan gizli hərəkətləri ilə bağlı olur

c)

adətən sövdələşmə prosesində yaxud müqavilənin bağlanması anında sövdələşmədə iştirak etməyən kənar şəxslərin birbaşa və ya gizli davranışları ilə əlaqədar olur

d)

müqavilənin imzalanmasından sonra yaranır və sövdələşmədə iştirak etməyən tərəflərdən birinin müqavilənin icrasına qarşı yönəlmiş gizli hərəkətləri ilə bağlı olur

e)

adətən ya sövdələşmə prosesindən qabaq, ya da üqavilənin bağlanmasından sonra yaranır və gizli əlamətlərlə əlaqədar olur

8.

Asimmetrik informasiyanın ikinci tipi:

a)

adətən sövdələşmə prosesində yaxud müqavilənin bağlanması anında yaranır və gizli əlamətlərlə əlaqədar olur

b)

müqavilənin imzalanmasından sonra yaranır və sövdələşmədə iştirak etməyən tərəflərdən birinin müqavilənin icrasına qarşı yönəlmiş gizli hərəkətləri ilə bağlı olur

c)

adətən sövdələşmə prosesində yaxud müqavilənin bağlanması anında yaranır və sövdələşmə tərəflərindən birinin digərinə etimadsızlığı ilə bağlı olur

d)

müqavilənin imzalanmasından sonra yaranır və sövdələşmə tərəflərindən birinin digərinə qarşı yönəlmiş, lakin bilavasitə müşahidə olunması çətin olan gizli hərəkətləri ilə bağlı olur

e)

adətən sövdələşmə prosesində yaxud müqavilənin bağlanması anında sövdələşmədə iştirak etməyən kənar şəxslərin birbaşa və ya gizli davranışları ilə əlaqədar olur

9.

İnformasiya asimmetriyası:

a)

bazar sövdələşməsinin həyata keçirilməsi yeri və sövdələşmə tərəflərinin kimliyi haqqında informasiyanın bazar iştirakçıları arasında qeyri-bərabər bölünməsidir

b)

bazar sövdələşməsinin həyata keçirilməsi şərtləri və sövdələşmə tərəflərinin niyyətləri barəsində informasiyanın bazar iştirakçıları arasında qeyri-bərabər bölünməsidir

c)

bazar tələbi və təklifinin miqdarı barəsində informasiyanın bazar iştirakçıları üçün əlçatan olmamasıdır

d)

bazar sövdələşmələrinin şərtləri və sövdələşmə tərəflərinin niyyətləri barəsində informasiyanın mətbuatda qeyri-bərabər bölünməsidir

e)

bazar sövdələşməsinin həyata keçirilməsi şərtləri və sövdələşmə tərəflərinin niyyətləri barəsində informasiyanın kütləvi informasiya vasitələrində qeyri-bərabər bölünməsidir

10.

Sahədə olan firmaların sayı sabit xərclərin (F) və dəyişən (c) xərclərin nə cür funksiyasıdır?

a)

düz mütənasib

b)

tərs mütənasib

c)

törəmə

d)

trigonometrik

e)

logarifmik

11.

Sahədəki firmaların U-şəkilli orta xərclər əyrisi nəyi ifadə edir?

a)

miqyas effektini

b)

istehsal miqdarı effektini

c)

qiymət effektini

d)

təmərküzləşmə effektini

e)

rəqabət effektini

12.

Minimum səmərəli ölçüdə (MES-də) dəyişiklik əsasən nəyin hesabına baş verir?

a)

orta xərclərin (AC) kəmiyyətinin dəyişilməsi hesabına

b)

məhsulun qiymətinin (P) kəmiyyətinin dəyişilməsi hesabına

c)

istehsal həcminin (q) kəmiyyətinin dəyişilməsi hesabına

d)

dəyişən xərclərin (c) kəmiyyətinin dəyişilməsi hesabına

e)

sabit xərclərin (F) kəmiyyətinin dəyişilməsi hesabına

13.

Orta xərclərin son hədd xərclərinə nisbəti (AC/MC) kimi müəyyən olunan əmsal necə adlanır?

a)

miqyasdan qənaət əmsalı

b)

xərc əmsalı

c)

Lerner əmsalı

d)

mənfəət norması əmsalı

e)

miqyasdan gəlir əmsalı

14.

Bazara giriş xərcləri çox yüksək olduğundan yeni firmanın bazara daxil olması təhlükəsinin son dərəcə aşağı olduğu situasiya belə adlandırılır:

a)

təhlükəsiz giriş

b)

bloklanmamış giriş

c)

bloklanmış giriş

d)

birtərəfli giriş

e)

təbii inhisar

15.

Miqqyas effektinin daha güclü (böyük) olduğu sahələrdə:

a)

bazar təmərküzləşməsinin səviyyəsi daha kiçik olur

b)

bazar təmərküzləşməsinin səviyyəsi daha böyük olur

c)

bazar təmərküzləşməsi ümumiyyətlə olmur

d)

bazar təmərküzləşməsi orta səviyyədə olur

e)

bazar tam rəqabətli olur

16.

Minimum səmərəli ölçü (MES) nədir?

a)

firmanın orta xərclərinin minimuma yaxın olduğu ən kiçik ölçüdür

b)

firmanın orta xərclərinin orta səviyyədə olduğu ölçüdür

c)

firmanın istehsal/buraxılış həcminin minimuma yaxın olduğu ən kiçik ölçüdür

d)

firmanın satış miqdarının minimuma yaxın olduğu ən kiçik ölçüdür

e)

firmanın marjinal xərclərinin minimuma yaxın olduğu ən kiçik ölçüdür

17.

Əgər bazara giriş xərcləri endogen xarakterli olarsa, onda:

a)

firmaların sayının bazarın miqyasındakı dəyişikliklərə həssaslığı sabit olur

b)

firmaların sayının bazarın miqyasındakı dəyişikliklərə həssaslığı çox böyük olur

c)

firmaların sayı ilə bazarın miqyasındakı dəyişikliklər arasında hər-hansı əlaqə ümumiyyətlə olmur

d)

firmaların sayının bazarın miqyasındakı dəyişikliklərə həssaslığı daha az olur

e)

firmaların sayının bazarın miqyasındakı dəyişikliklərə həssaslığı daha çox olur

18.

Əgər AC/MC nisbəti vahiddən (1-dən) böyükdürsə, yəni orta xərclər son hədd xərclərindən çoxdursa:

a)

onda miqyasın müsbət effekti mövcud olur

b)

onda miqyasın mənfi effekti mövcud olur

c)

onda miqyasın sabit effekti mövcud olur

d)

onda miqyasın dəyişən (gah müsbət, gah mənfi) effekti mövcud olur

e)

onda miqyasın heç bir effekti mövcud olmur

19.

Bazarda firmaların sayı (bazar quruluşu) aşağıdakı amillərin hansından asılı deyil?

a)

firmaların təşkilati strukturundan

b)

bazarın miqyasından

c)

bazara giriş xərclərindən

d)

tarixi amillərdən (təlim effekti, eyni sahədə bir neçə texnologiyanın olması və s.)

e)

firmaların rəqiblərinə münasibətdə strateji davranışlarından

20.

İstehsal güclərinin qabaqlayıcı yaradılması yalnız bu halda etimad doğuran (yəni potensial yeni firmanı bazara daxil olmaqdan çəkindirən) strategiya ola bilər:

a)

istehsal gücünün yaradılmasına çəkilən xərclər çox yüksək və geri qaytarıla bilinməyən olsun

b)

istehsal gücünün yaradılmasına çəkilən xərclər çox yüksək və geri qaytarıla bilən olsun

c)

istehsal gücünün yaradılmasına çəkilən xərclər aşağı, amma geri qaytarıla bilinməyən olsun

d)

istehsal gücünün yaradılmasına çəkilən xərclər aşağı və geri qaytarıla bilən olsun

e)

istehsal gücünün yaradılmasına çəkilən xərclər dəyişən xərclərdən yüksək olsun