NEW
Font size
Worksheetsİqtisadi dinamikanın əsasları - M-11
Total questions: 20
Worksheet time: 15mins
İqtisadi tsikldə belə bir mərhələ yoxdur:
Eniş
Tənəzzül
Durğunluq
Canlanma
Yüksəliş
İqtisadi dalğalanmaların amplitudası dedikdə nə başa düşülür?
ÜDM-in nominal və real artım templərinin orta göstəricisi
ÜDM-in nominal artım tempinin “zirvə” və“dib” nöqtələrindəki səviyyələri arasındakı fərq
ÜDM-in real artım tempinin “zirvə” və“dib” nöqtələrindəki səviyyələri arasındakı fərq
ÜDM-in real artım tempinin “zirvə” nöqtəsi ilə trend xətti arasındakı fərq
ÜDM-in real artım tempinin “dib” nöqtəsi ilə trend xətti arasındakı fərq
Bu tsikllər istehsal amillərinin uzunmüddətli yığımı ilə əlaqələndirilir və uzunluğu 15 ildən 23 ilədək çəkə bilər. Belə tsikllər necə adlandırılır?
Kondratyev dalğaları (Kondratiev waves)
Kuznets tsiklləri (Kuznets cycle)
Juqlyar tsiklləri (Juglar cycle)
Kiçin tsiklləri (Kitchin cycle)
Markov tsiklləri (Marcov cycle)
Uzunluğu 40 ildən 60 ildək ola bilən bu dalğalanmaları adətən “böyük dalğalar” da adlandırırlar. Bunlar hansı dalğalardır?
Kondratyev dalğaları
Markov dalğaları
Kuznets tsiklləri
Juqlyar tsiklləri
Kiçin tsiklləri
Hansı nəzəriyyənin tərəfdarları iqtisadi tsikllərin yaranmasını istehsalın ictimai xarakteri ilə əməyin nəticələrinin mənimsənilməsinin xüsusi kapitalist forması arasındakı ziddiyyətlə izah edirlər?
Yetərsiz istehlak nəzəriyyəsi
Neoklassik nəzəriyyə
İfrat yığım nəzəriyyəsi
Monetarist nəzəriyyə
Marksist nəzəriyyə
Samuelson-Hiks işgüzar tsikl modeli hansı nəzəriyyəni təmsil edir?
Neokeynsçi və neoklassik nəzəriyyəni
Neokeynsçi və monetarist nəzəriyyəni
Marksist nəzəriyyəni
İfrat yığım nəzəriyyəsini
Yetərsiz istehlak nəzəriyyəsini
Samuelsonun multiplikator-akselerator modeli c-nin (istehlaka marjinal meyllilik əmsalı) kəmiyyəti necə qəbul edilir?
c < 1
c > 0
0 < c < 1
-1 < c < 1
0 < c ≤ 1
Samuelsonun multiplikator-akselerator modeli k (akselerator əmsalı) hansı qiymətləri ala bilər?
k > 0
k < 0
k > 1
0 < k < 1
k < 1
Samuelsonun multiplikator-akselerator modelinin funksiyasının xarakterik (tamamlayıcı) tənliyinə aid əmsalların işarələri necədir?
+ + +
+ + -
+ - -
+ - +
- - -
Samuelsonun multiplikator-akselerator modelinin funksiyasının stabillik şərti belədir:
0 < c < 1
c > 1/k
c < 1/k
c > k
c <(1+k)24k
Qrafikdə k və c-nin hansı bölgədəki qiymətlərində funksiya iki həqiqi kökə malik olur və tarazılığa yaxınlaşır?
A
B
C
D
B və C zonalarının sərhəddində
Samuelsonun multiplikator-akselerator modelinin tənliyinin xüsusi həlli nəyə bərabərdir?
Yc =1−c1G0
Yp=1−c1G0
Yc=1−k1G0
Yp=1−k1G0
Yp=1−ck1G0
Samuelsonun multiplikator-akselerator modelinin tənliyinin xarakterik (tamamlayıcı) tənliyi necədir?
λ2−c(1+k)λ+ck=0
λ2+c(1−k)λ+ck =0
λ2−k(1+c)λ+ck=0
λ2−c(1+k)λ+k=0
λ2−c(1+k)λ−bk=0
c =0.5 və k =2 olarsa, tənliyinin kökləri multiplikator və akselerator əmsallarının qiymətlərinin qarşılıqlı təsir halları qarfikinin hansı bölgəsində yerləşər?
A bölgəsində
B bölgəsində
C bölgəsində
D bölgəsində
B və C bölgələri arasındakı sərhədi əmələ gətirən nöqtələrdə
Samuelsonun multiplikator-akselerator modelində c =0.5 və k =2 olarsa, tənliyinin kökləri necə olar?
iki həqiqi kökü olar
bir (yaxud təkrarlanan iki) həqiqi kökü olar
vahid modullu iki kompleks kkü olar
iki fərqli kompleks kökü olar
kökləri 0-a bərabər olar
c = 0.6 və k =3 olarsa, tənliyinin kökləri multiplikator və akselerator əmsallarının qiymətlərinin qarşılıqlı təsir halları qarfikinin hansı bölgəsində yerləşər?
A bölgəsində
B bölgəsində
C bölgəsində
D bölgəsində
C və D bölgələri arasındakı sərhədi əmələ gətirən nöqtələrdə
c və k-nın kəmiyyətləri multiplikator və akselerator əmsallarının qiymətlərinin qarşılıqlı təsir halları qarfikinin B bölgəsində qiymət alarsa, tənliyin kökləri necə olar?
funksiyanın iki kompleks kökü olar
funksiyanın bir (yaxud təkrarlanan iki) həqiqi kökü olar
funksiyanın bir (yaxud təkrarlanan iki) kompleks kökü olar
funksiyanın iki həqiqi kökü olar
funksiyanın həlli olmaz
Multiplikator və akselerator əmsallarının qiymətlərinin qarşılıqlı təsir halları qarfikinin hansı bölgəsində funksiyanın iki həqiqi kökü var, amma stabillik şərtləri təmin edilməmişdir və bu həllər üçün funksiya monoton uzaqlaşandır?
A bölgəsində
B bölgəsində
C bölgəsində
D bölgəsində
A və D bölgələrində
Samuelsonun multiplikator-akselerator modelində c =0.8 və k = 4 olarsa, funksiyanın zaman içində hərəkət şəkli necə olar?
monoton yaxınlaşan
rəqsvari yaxınlaşan
rəqsvari uzaqlaşan
monoton uzaqlaşan
bərabər aralıqlı
Samuelsonun multiplikator-akselerator modelində c = 0.8 və hökumətin avtonom xərcləri 200 vahid olarsa, funksiyanın tarazlıq halı nə qədər olar?
100
200
800
1000
2000
