Worksheets636 ümumi movzular
Total questions: 25
Worksheet time: 13mins
Name
Class
Date
1.
Maliyyə risklərinin idarə edilməsinin bu prinsipinə görə təşkilat eyni zamanda müstəqil sistem kimi və daha böyük sistemin (holdinq, sənaye, dövlət) tərkib elementi kimi nəzərdən keçirilir:
a)
Ardıcıllıq prinsipi
b)
Elmi prinsip
c)
Adekvatlıq prinsipi
d)
İqtisadi səmərəlilik prinsipi
2.
İşgüzar aktivliyin və bazar şəraitinin pisləşməsi səbəbindən müəyyən aktivlərin kifayət qədər qısa müddət ərzində məqbul bazar dəyərinə satıla bilməməsi ilə bağlı itkilərin baş vermə ehtimalı hansı risk növüdür?
a)
Bazar likvidliyi riski
b)
Müddət riski
c)
Bazar dəyər riski
d)
İşguzar aktivlik riski
3.
Likvidlik riskinin hansı növü likvid aktivlərin müvəqqəti çatışmazlığı səbəbindən təsərrüfat subyektinin cari öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirə bilməməsi halını ifadə edir?
a)
Balans
b)
Aktiv
c)
İtki
d)
Dəyər
4.
Bu maliyyə riski növü təsərrüfat subyektinin kreditorlar və qarşı tərəflər qarşısında öhdəliklərini yerinə yetirməməsi ehtimalını xarakterizə edir.
a)
Ödəmə qabiliyyəti riski
b)
İnnovasiya riski
c)
Maliyyə dayanıqlılığı riski
d)
Sabitləşdirmə riski
5.
Risklərin idarə edilməsində mövcud olan yanaşmaları seçib göstərin: 1. aqressiv 2.aktiv 3.proqressiv 4.adaptiv 5. passiv
a)
2; 4; 5;
b)
1; 3; 5;
c)
2; 5;
d)
4; 5;
6.
Diversifikasiyanın əsas formalarına aşağıdakılardan hansı daxil deyil?
a)
Risk səviyyəsi yüksək olan maliyyə əməliyyatlarını həyata keçirməkdən imtina
b)
Satış bazarlarının şaxələndirilməsi
c)
Fəaliyyətin şaxələndirilməsi
d)
Maliyyə investisiyalarının diversifikasiyası
7.
Bir-biri ilə birbaşa əlaqəsi olmayan müxtəlif investisiya obyektləri arasında risk dərəcəsini və gəlir itkisini azaltmaq üçün vəsaitlərin bölüşdürülməsi prosesi necə adlanır?
a)
Diversifikasiya
b)
Rezervləşdirmə
c)
Hedcinq
d)
Risk-menecment
8.
Riskin qəbul edilməsi üsullarını seçib göstərin: 1. məhdudlaşdırma 2. lokallaşdırma 3. diversifikasiya 4. satış bazarlarının şaxələndirilməsi 5. inteqrasiya 6. özünüsığorta
a)
1; 2; 6;
b)
1; 5;
c)
3; 4;
d)
4; 5; 6;
9.
Risk dərəcəsini azaltmağa kömək edən məhdudiyyətlər sisteminin yaradılması necə adlanır?
a)
Məhdudlaşdırma
b)
Diskontlaşdırma
c)
Rezervləşdirmə
d)
Hedcləşdirmə
10.
Riskli hadisələrin baş verməsinin mənfi nəticələrini azaltmağın bir yolu kimi gözlənilməz hallar baş verdikdə itkilərin kompensasiyası üçün öz vəsaitinin bir hissəsi hesabına ayrıca fondların yaradılması necə adlanır?
a)
Özünüsığorta
b)
Diskontlaşdırma
c)
Opsion
d)
Lokallaşdırma
11.
Riskin ötürülməsi strategiyasının klassik üsullarına aşağıdakılar daxildir: 1.sığorta; 2.hedcinq; 3.outsorsinq 4.özünüsığorta; 5.limitləşdirmə 6.müqavilə bəndləri
a)
1; 2; 3; 6;
b)
1; 4; 5; 6;
c)
3; 5; 6;
d)
3; 4; 5;
12.
Maliyyə bazarında faiz dərəcələrinin, valyuta məzənnələrinin, səhm qiymətlərinin və əmtəə müqavilələrinin dəyişməsi nəticəsində aktivlərin dəyərinin mənfi dəyişmə ehtimalı ilə, qiymətli kağızların və bank məhsullarının qiymətlərində baş vermiş dəyişikliklər ilə əlaqədar meydana gələn itkilər necə adlanır?
a)
Bazar riski
b)
Sistem riski
c)
Bank məhsulları riski
d)
İnnovativ risk
13.
Səhm aktivlərinin emitenti və səhmdarları ilə əlaqəli amillərin təsiri altında ticarət portfelinin və törəmə maliyyə alətlərinin səhm aktivlərinin bazar qiymətlərinin əlverişsiz dəyişməsi nəticəsində itki riski necə adlanır?
a)
Səhm riski
b)
Emitent riski
c)
Dolayı risk
d)
Fundamental risk
14.
Faiz dərəcəsi riskinin səviyyəsinə təsir edən əsas amillərə aşağıdakılardan hansı daxil deyil?
a)
risk subyektinin irrasional hərəkətləri
b)
ölkədə iqtisadi inkişafın sabitliyi;
c)
bazar şəraitinin qeyri-sabitliyi;
d)
müəssisənin ödəmə qabiliyyəti və maliyyə vəziyyəti;
15.
Hansı risklər bank riskləridir?
a)
Bank fəaliyyətinin həyata keçirilməsi üçün xarakterik olan risklərdir
b)
İnsan fəaliyyətindən asılı olmayan təbii fəlakət riskləridir
c)
Real sektorun müəssisələrinin təsərrüfat fəaliyyətində alıcılara əmtəə (kommersiya) krediti şərtləri ilə məhsul və xidmətlər təqdim edildikdə yaranan risklərdir
d)
Özünü əmtəə aktivlərinin qiymətlərinin əlverişsiz dəyişməsi şəklində özünü göstərən risklərdir
16.
Azərbaycan Respublikasında “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ına əsasən tipik bank risklərini seçib göstərin: 1. Kredit riski; 2. Əməliyyat riski 3. İnnovasiya riski 4. Stoxastik risk 5. Likvidlik riski
a)
1; 2; 5;
b)
3; 4; 5;
c)
3; 5;
d)
2; 4;
17.
Bankın aldığı qiymətli kağızların dəyərinin əlverişsiz dəyişməsi ilə əlaqədar yaranan risk necə adlanır?
a)
Kapital riski
b)
Əmtəə riski
c)
Depozit riski
d)
Faiz dərəcəsi riski
18.
Baş vermə vaxtına görə risklər necə təsnifləşdirilir?
a)
retrospektiv; cari; perspektivli
b)
xarici; daxili
c)
özəl; kompleks
d)
aşağı; orta; tam
19.
Mənşə sahəsinə görə bank riskləri aşağıdakı növlərə bölünə bilər: Aid olmayanı göstərin.
a)
humanitar risklər;
b)
sosial-siyasi risklər;
c)
inzibati və hüquqi risklər;
d)
istehsal riskləri;
20.
Nəticələrin xarakterinə görə bank riskləri necə fərqləndirilirir?
a)
xalis; spekulyativ
b)
inzibati; hüquqi risklər
c)
istehsal; iqtisadi
d)
özəl; kompleks
21.
Faktor-risk əlaqəsinə (korrelyasiya) görə bank riskləri hansılara bölünür:
a)
parametrik; qeyri-parametrik
b)
xalis; spekulyativ
c)
özəl; kompleks
d)
retrospektiv; cari; perspektivli
22.
Borcalan (qarşı tərəf) tərəfindən kredit əməliyyatları üzrə öhdəliklərin yerinə yetirilməməsi riski necə adlanır?
a)
kredit riski;
b)
valyuta riski;
c)
iqtisadi risk;
d)
maliyyə riski;
23.
Azərbaycan Respublikası “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”a görə kredit riski ......
a)
borcalanın, emitentin və ya kontragentin öz öhdəliyini müqavilə ilə müəyyən olunmuş şərtlərdə icra edə bilməməsi nəticəsində itkinin yaranması riskidir.
b)
əmtəə bazarının seqmentləri daxilində yaranan risklərdir.
c)
mövcud siyasi rejimin dəyişməsi və cəmiyyətdə siyasi qüvvələrin balansı ilə bağlı risklərdir.
d)
xarici valyutada ifadə edilmiş mövqe sahibinin çəkdiyi itkilər ehtimalıdır.
24.
Kredit risklərinin növləri hansılardır?
a)
Fərdi kredit riski və portfel kredit riski
b)
Xalis risk və portfel kredit riski
c)
Fərdi kredit riski və sığorta riski
d)
Forfard və fyuçers
25.
Hansı kredit riskinin mənbəyi kredit riskinin xas olduğu əməliyyatlar üzrə ümumi borcdur
a)
Portfel kredit riskinin
b)
Fərdi kredit riskinin
c)
Spekulyativ riskin
d)
Sığorta riskinin
100 %
