wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Turizm

Total questions: 11

Worksheet time: 8mins

Name
Class
Date
1.

....................... mehmanxananın baş qərargahı, onun “sinir” sistemidir. Burada qonaq qarşılanır, xidmət göstərilir və yola salınır. Nöqtələri tamamlayın.

a)

Ön büro şöbəsi

b)

Marketinq və satış şöbəsi

c)

Təmizlik və təsərrüfat şöbəsi

d)

Qida və içki şöbəsi

e)

İcraçı komitə

2.

Mehmanxanada “Front Office”-ə kim rəhbərlik edir?

a)

Ön büro meneceri 

b)

Baş telefon operatoru

c)

Bronlaşdırma xidmətinin rəhbəri

d)

 Baş kassir

e)

Direktor

3.

Otellərdə qonaqların qəbulu, yerləşdirilməsi və xidmət göstərilməsi hansı mərhələlərdən keçir? Düzgün ardıcıllığı qeyd edin:

a)

Bronlaşdırma; Qəbul, qeydiyyat və yerləşmə; Qonağa, yaşıyacaq nömrənin göstərilməsi və xidməti; Əlavə xidmətlərin təklif olunması; Son hesabatı aparmaq, rəsmiləşdirmək və qonağı yola salmaq.

b)

Qəbul, qeydiyyat və yerləşmə; Qonağa, yaşıyacaq nömrənin göstərilməsi və xidməti; Əlavə xidmətlərin təklif olunması; Son hesabatı aparmaq, rəsmiləşdirmək və qonağı yola salmaq; Bronlaşdırma.

c)

Bronlaşdırma; Qəbul, qeydiyyat və yerləşmə; Qonağa, yaşıyacaq nömrənin göstərilməsi və xidməti; Son hesabatı aparmaq, rəsmiləşdirmək və qonağı yola salmaq; Əlavə xidmətlərin təklif olunması.

d)

Bronlaşdırma; Qonağa, yaşıyacaq nömrənin göstərilməsi və xidməti; Əlavə xidmətlərin təklif olunması; Qəbul, qeydiyyat və yerləşmə; Son hesabatı aparmaq, rəsmiləşdirmək və qonağı yola salmaq.

e)

Qəbul, qeydiyyat və yerləşmə; Qonağa, yaşıyacaq nömrənin göstərilməsi və xidməti; Son hesabatı aparmaq, rəsmiləşdirmək və qonağı yola salmaq; Əlavə xidmətlərin təklif olunması.

4.

Regionda mehmanxana yerlərinə  sifarişlərin artıb və azalması daha çox hansı vəziyyətlə əlaqədar olmur?

a)

Coğrafi

b)

 Qiymətlərlə

c)

Mövsümlə

d)

Siyasi

e)

İqtisadi

5.

Turizm sektorunda aviabiletlərin, dəmiryol biletlərinin, otellərdə ehtiyat yerlərin saxlanılması, avtomobillərin kirayə verilməsi proseslərinin öncədən həyata keçirilməsi necə adlanır?

a)

Bronlaşdırma

b)

Check-out

c)

Check-in

d)

Qeydiyyat

e)

Guest-in

6.

Azərbaycanda turоperatоrlara hansı təşkilatlar daхildir?

a)

Turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatları

b)

Turistlərə göstərilən xidmətlər kompleksi

c)

Yerdəyişmənin aktiv üsullarından istifadə olunmaqla turistlər tərəfindən sərbəst təşkil edilən səyahətlər

d)

Turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki
və ya hüquqi şəxs

7.

Otel müəssisəsində çalışan personalın fəaliyyətinin və müştərilərə göstərilən xidmət səviyyəsinin qiymətləndirilməsi üçün meyarlar necə müəyyən olunur?

a)

Standartlarla

b)

Bacarıqla

c)

Kəmiyyətlə

d)

Keyfiyyətlə

8.

Müştərilərin tipik şikayətlərindən deyil: 

a)

Səs səviyyəsinin aşağı olması

b)

Yüksək qiymətlər

c)

Nömrənin əvvəlcədən sifarişi üzrə öhdəliklərin həyata keçirilməməsi

d)

Nömrənin yaşama üçün hazır olmaması

9.

VİP müştərilərin birinci kateqoriyasına aiddir:

a)

Prezidentlər, nazirlər, yüksək səviyyəli diplomatlar, şou-biznes aləmindən məşhur adamlar

b)

Akademiklər, alimlər, yüksək səviyyəli diplomatlar, şou-biznes aləmindən məşhur adamlar

c)

Prezidentlər, psixoloqlar, yüksək səviyyəli sənətkarlar, şou-biznes aləmindən məşhur adamlar

d)

Prezidentlər, nazirlər, yüksək səviyyəli ustalar, şou-biznes aləmindən məşhur adamlar

10.

Qonağı qəbul edən bölmənin əməkdaşı:

a)

Bronu dəqiqləşdirməli və anketi təqdim etməlidir

b)

Nömrənin pulunu almalıdır

c)

Nömrə haqda məlumatkartı verməlidir

d)

Müştəriyə hesab təqdim etməlidir

11.

Mehmanxanaya daxil olan qonağı ilk qarşılayan işçi:

a)

Şvesar (doorman)

b)

Yükdaşıyan

c)

Liftçi

d)

Mərtəbə xidmətçisi