wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

BM-1

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

   1980-ci illərdə dünya elminə hansı anlayış  daxil edilmişdir?

a)

dayanıqlı inkişaf

b)

strateji idarəetmə

c)

azad rəqabət 

d)

azad bazar

2.

Dayanıqlı inkişafın mahiyyəti nədən ibarətdir?

a)

bu prosesi cəmiyyətin inkişaf yollarına elmi maraq kimi qiymətləndirmək olar 

b)

bu prosesi təbiətə və ətraf mühitə zərər vurmadan həyat səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi qiymətləndirmək olar 

c)

bu prosesi dövlətlərin sosial-iqtisadi siyasətində olan inkişaf kimi qiymətləndirmək olar 

d)

Bu prosesi iqtisadiyyat və texnologiyalar sahəsində əldə olunmuş nailiyyətlər kimi qiymətləndirmək olar 

3.

Dövlətlərin sosial-iqtisadi siyasətində dayanıqlı inkişaf nəzəriyyəsinin praktiki tətbiqinin əsas aspektləri üzrə razılaşdırılmış mövqenin işlənib hazırlanması hansı qurumun əldə etdiyi nailiyyətdir 

a)

 Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Sammitin 

b)

Birləşmiş Millətlər Təşkilatanın  (BMT)

c)

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB)  

d)

Avropa İttifaqının (Aİ)

4.

Qloballaşmanın hansı çatışmazlıqları mövcuddur?

1.  Bərabərsizliyin dərinləşməsi və yoxsulluğun artması; 2. Qida, ətraf mühit, enerji, şəxsi təhlükəsizlik və s. sahələrdə problemlər artır; 3. yeni bazarların,  resursların və ya hüquqi şərtlərin axtarışı; 4.Yaradıcılıq və özünü reallaşdırmaq üçün real imkanlara sahib olmaq.

a)

1,2

b)

1,4

c)

3,4

d)

2,3

5.

Əmtəələrin, informasiyanın və insanların dünya ölkələri arasında sərbəst hərəkəti prosesinə nə deyilir? 

a)

birləşmə

b)

inteqrasiya

c)

diversifikasiya

d)

qloballaşma 

6.

Yohannesburqda keçirilən Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Sammitdə müəyyən edilən dayanıqlı inkişaf proqramında qeyd edilən praktiki tövsiyyələrə bunlardan hansı aid deyil? 

a)

tullantısız texnologiyaların tətbiqi 

b)

təşkilatlarda mürəkkəb münasibətlərə üstünlük vermək

c)

qloballaşmanın üstünlüklərindən milli iqtisadiyyatları inkişaf etdirmək üçün  istifadə etmək

d)

informasiya və kommunikasiya texnologiyalarının inkişafı 

7.

Transmilli iqtisadi əməliyyatların üstünlüklərindən faydalanmaq məqsədilə müxtəlif ölkələrdən olan firmalarının qarşılıqlı işgüzar fəaliyyətinə nə deyilir? 

a)

ölkədaxili  biznes

b)

beynəlxalq biznes

c)

müştərək  biznes

d)

azad  biznes

8.

Müasir beynəlxalq biznesin bir sıra tərkib elementləri var. Düzgün variantı qeyd edin.1. mədəniyyətlərin, adət-ənənələrin və ideyaların mübadiləsi; 2. dayanıqlı sosial inkişafı şəraitini təmin etmək; 3. Əmtəələri başqa ölkədə satmaqdan əldə edilən gəlir; 4.Başqa ölkədə istehsalın yaradılması; 5.İki ölkənin şirkəti tərəfindən üçüncü ölkədəki istehlakçılara birgə xidmət və malların təqdim edilməsi;  

a)

1;2;5

b)

3;4;5;

c)

1;3;4

d)

2;3;4

9.

Hansı imkanlar biznes sahəsində müasir nəzəriyyə və qabaqcıl təcrübələr, ən son iqtisadi sistemlər və modellər üzrə biliklər baxımından şirkətlərin qarşılıqlı olaraq bir-birini zənginləşdirməsi  ilə bağlıdır?  

a)

təşkilati imkanlar 

b)

mədəni imkanlar 

c)

iqtisadi imkanlar  

d)

sosisal imkanlar

10.

Hansı imkanlar yeni bazarlara, resurslara və əmək  şəraiti şərtlərinə çıxışla bağlıdır? 

a)

təşkilati imkanlar 

b)

psixoloji imkanlar 

c)

mədəni imkanlar 

d)

iqtisadi imkanlar  

11.

Əsas məqsədi müxtəlif ölkələrdə olan biznes imkanları nəticəsində  şirkətin rəqabət üstünlüklərinin formalaşması, inkişafı və istifadəsi olan və bu ölkələrin iqtisadi, sosial, demoqrafik, mədəni və digər xüsusiyyətlərindən və ölkələrarası qarşılıqlı əlaqələrdən düzgün istifadəni nəzərdə tutan menecment növünə nə deyilir?

a)

beynəlxalq menecment 

b)

inovasiya menecmenti 

c)

antiböhranlı menecment

d)

strateji menecment

12.

Şirkət xarici bazara daxil olmaq və orada yerini tutmaq üçün hansı amilləri nəzərə almalı və onlara əməl etməlidir?

a)

iqtisadi, təbii, demoqrafik, coğrafi, mədəni 

b)

iqtisadi, siyasi, hüquqi 

c)

iqtisadi, sosial, siyasi

d)

iqtisadi, sosial, siyasi, demoqrafik

13.

Ölkənin ərazi mövqeyi dedikdə hansı amillər nəzərdə tutulur? 

a)

coğrafi amillər  

b)

iqtisadi amillər 

c)

təbii amillər 

d)

demoqrafik amillər 

14.

Bütövlükdə ölkə iqtisadiyyatının, xüsusən də maraq doğuran sənayenin inkişaf səviyyəsi və istiqaməti ilə bağlılığı, işgüzar tərəfdaşlığının uğurlu olması, istehsalın səmərəliliyi, məhsul satışının müvəffəqiyyəti hansı amillərdən asılıdır?   

a)

iqtisadi amillər 

b)

təbii amillər 

c)

demoqrafik amillər 

d)

mədəniyyət amilləri 

15.

Ölkənin imkanlarından informasiya, texnologiya, resurslar, maliyyə sahələrində istifadə üçün, bazarda uğurlu rəqabət üçün zəruri olan üstünlükləri yaradan beynəlxalq menecmentin hansı vəzifəsidir? 

a)

yerli biznes xidmətindən istifadə

b)

biznesin təşkilati formalarının seçilməsi

c)

milli mentalitetin öyrənilməsi və nəzərə alınması

d)

mədəni  mühitin qiymətləndirilməsi və nəzərə alınması

16.

Bu təşkilati formaların düzgün seçilməsi ölkənin iqtisadi və hüquqi potensialından maksimum nəticə əldə etməyə kömək edəcəkdir. Beynəlxalq menecmentin hansı vəzifəsidir? 

a)

mədəni  mühitin qiymətləndirilməsi və nəzərə alınması

b)

milli mentalitetin öyrənilməsi və nəzərə alınması

c)

xarici mühitin təhlili və uçotu

d)

biznesin təşkilati formalarının seçilməsi

17.

Hansı amillər adətən iqlim, minerallar, su və digər resurslarla bağlıdır? 

a)

təbii amillər 

b)

iqtisadi amillər 

c)

demoqrafik amillər 

d)

mədəniyyət amilləri 

18.

Məqsədlər və biznes amilləri əsasında  beynəlxalq menecmentin .......formalaşdırmaq olar. Nöqtələrin yerinə müvafiq olaraq uyğun gələn variantı qeyd edin

a)

vəzifələrini

b)

məqsədlərini

c)

strukturunu 

d)

texnologiyalarını 

19.

Əhalinin ixtisası və zəhmətkeşliyi, gözlənilən ömür uzunluğu, urbanizasiya səviyyəsi (şəhər əhalisinin nisbəti), müəyyən bir ərazidə əhalinin sıxlığı hansı amillərlə müəyyən edilir? 

a)

təbii amillər 

b)

demoqrafik amillər 

c)

iqtisadi amillər 

d)

mədəniyyət amilləri 

20.

Məqsədlər və biznes amilləri əsasında  beynəlxalq menecmentin neçə vəzifələrini formalaşdırmaq olar

a)

5

b)

3

c)

4

d)

6