NEW
Font size
WorksheetsFirmanın iqtisadiyyatı
Total questions: 15
Worksheet time: 8mins
Firmanın bazar modeli nəyi izah edir?
təsərrüfat fəaliyyətini təhlil edir
istehlakçıların seqmentləşdirilməsinə imkan yaradır
mənfəətin yaradılmasını izah edir
ümumi fondların istifadəsini təhlil etməyə imkan verir
mənfəətin bölüşdürülməsini təhlil edir
Firmanın maliyyə modeli nəyi izah edir?
ümumi fondların istifadəsini təhlil etməyə imkan verir
mənfəətin bölüşdürülməsini təhlil edir
mənfəətin yaradılmasını izah edir
istehlakçıların seqmentləşdirilməsinə imkan yaradır
təsərrüfat fəaliyyətini təhlil edir
Firmanın fəaliyyətinin mikromühiti dedikdə hansı amillər başa düşülür?
firmanın fəaliyyə göstərdiyi sahədə bazar rəqbətinin intensivlik dərəcəsi, siyasi-iqtisasi və hüquqi mühit amilləri
firmanın fəaliyyə göstərdiyi sahə və bazar, sahənin inkişaf mərhələsi, sahədə bazar rəqbətinin intensivlik dərəcəsi və rəqabət amilləri
siyasi-iqtisadi, sosial-mədəni, elmi-texniki və texnoloji, ekoloji və hüquqi mühit amilləri
firmanın fəaliyyə göstərdiyi sahə və bazar, elmi-texniki və texnoloji, ekoloji və hüquqi mühit amilləri
sahədə bazar rəqbətinin intensivlik dərəcəsi və rəqabət, siyasi-iqtisasi, sosial-mədəni, elmi-texniki və texnoloji amillər
Transaksiya xərcləri nədir?
İstehsaldan qabaq yaranmış xərclərdir
İstehsalın modernləşdirilməsi ilə bağlı yaranan xərclərdir
Ezamiyyə ilə bağlı yaranan xərclərdir
Reklamla bağlı yaranan xərclərdir
Hüquqların ötürülməsi və qorunması ilə bağlı yaranan xərclərdir
Hansı nəzəriyyəyə görə firmanın bir yox, bir neçə məqsədi ola bilər?
firmaya neoklassik yanaşma;
firmanın institutsional nəzəriyyəsi;
firmanın sahibkarlıq konsepsiyası;
firmanın davranış (bixeviorist) nəzəriyyəsi;
firmanın menecerial (idarəçilik) nəzəriyyəsi
C.Gelbreyt iqtisadiyyatın hansı hissəsini fərqləndirir?
bazar və qeyri-bazar iqtisadiyyatı
bazar və planlaşdırılan iqtisadiyyatı
bazar və planlaşdırılmayan iqtisadiyyatı
planlaşdırılan və planlaşdırılmayan iqtisadiyyatı
aplanlaşdırılan və planlaşdırılmayan bazar
Aşağıdakılardan hansı cəmiyyət formasında yaradılan firmaların üstünlüklərinə aid deyil?
əlavə maliyyə resursları cəlb etmə imkanları geniş olur;
kredit resursları daha əlçatan olur;
məhdud məsuliyyətlilik prinsipinin olması;
risklərin bölünməsi səbəbindən maliyyə və kapital cəlb edilməsinin imkanlarının geniş olması;
idarəetmədə daha dərin ixtisaslaşma var, həm də daha peşəkar kadrları cəlb etmək imkanları genişdir;
Asılı təsərrüfat cəmiyyəti nədir?
MMC-nin nizamnamə kapitalının 20 (iyirmi) faizindən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olduqda belə cəmiyyət asılı cəmiyyət sayılır;
SC-nin səsvermə hüququ verən səhmlərinin 20 (iyirmi) faizindən azı digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olduqda belə cəmiyyət asılı cəmiyyət sayılır
digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə uyğun olaraq həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olan firmalar;
fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyidir;
bunlardan heç biri.
Aşağdakılardakı xərclərdən hansı “Opportunizmin izlənilməsi və qarşısının alınması xərcləri” qrupuna aid deyil?
zaminlik, zəmanət sitemi, nizam-intizamın təmin edilməsi xərcləri,
iş vaxtının xronometrajının aparılması, sosial sığorta xərcləri,
sövdələşmə predmeti üzrə hüquqların tanınması üzrə hüquqi prosedurlara çəkilən xərclər
agent xərcləri,
iş və vəzifə təlimatlarının hazırlanması, qaimə xərcləri,
Aşağıdakı ifadələrdən hansı yalnışdır?
Firmadaxili transaksiya xərcləri dedikdə firmanın daxilində baş verən transaksiyalar üzrə meydana çıxan xərclər nəzərdə tutulur;
Firmadaxili transaksiyalar zamanı hüquqların tam ötürülməsi baş verir;
Firma daxilində transaksiyalar mal və xidmətlərin yaxud digər resursların texnoloji prosesin mərhələləri üzrə hərəkəti zamanı baş verir;
Firmanın fəaliyyətinin yaxud istehsal prosesinin mərhələlərinin sayı artdıqca, firmaxili transaksuyaların da sayı artır;
Firmadaxili transaksiyalar zamanı hüquqların istehsal prosesi daxilində qismən və müvəqqəti ötürülməsi baş verir.
Firmalarda iqtisadi xərclər necə hesablanır
Real xərclərlə qaytarılmayan xərclərin fərqi ilə alternativ xərclərin cəmi kimi;
Real xərclərlə alternativ xərclərin cəmi kimi;
Real xərclərlə alternativ xərclərin fərqi ilə qaytarılmayan xərclərin cəmi kimi;
Real xərclərlə alternativ xərclərin fərqi kimi;
Real xərclərlə qaytarılmayan xərclərin cəmi kimi.
Firmalarda iqtisadi mənfəət necə hesablanır?
Ümumi gəlirlər ilə qaytarılmayan xərclərin fərqi kimi;
Ümumi gəlirlər ilə alternativ xərclərin fərqi kimi;
Ümumi gəlirlər ilə xarici xərclərin fərqi kimi;
Ümumi gəlirlər ilə real xərclərin fərqi kimi.
Ümumi gəlirlər ilə iqtisadi xərclərin fərqi kimi;
Miqyasının sabit effekti olduqda:
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi 1-dən böyük olur, yəni α + β ˃ 1
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi dən kiçik olur, yəni α + β ˂ 1
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi 1-ə bərabər olur, yəni α + β = 1
istehsal amilləri üzrə elastiklik əmsallarının cəmi 0-a bərabər olur, yəni α + β = 0
istehsal amillərinin heç birində artım olmur
Lerner indeksi necə hesablanır?
Qiymətlə marjinal xərclərin fərqinin qiymətə nisbəti kimi;
Qiymətlə marjinal gəlirlərin fərqinin qiymətə nisbəti kimi;
Qiymətlə marjinal xərclərin cəminin qiymətə nisbəti kimi;
Qiymətlə marjinal gəlirlərin cəminin qiymətə nisbəti kimi;
Bunlardan heç biri doğru deyil
Firmanın bazar payı necə hesablanır?
müəyyən dövr ərzində (məsələn, 1 il müddətində) firmanın konkret əmtəə üzrə satış həcmini bazarda müvafiq əmtəənin ümumi satış həcminə vuraraq 100%-ə bölmək lazımdır;
müəyyən dövr ərzində (məsələn, 1 il müddətində) bazarda konkret əmtəənin ümumi satış həcmini firmanın müvafiq əmtəə üzrə satış həcminə bölərək 100%-ə vurmaq lazımdır;
müəyyən dövr ərzində (məsələn, 1 il müddətində) firmanın konkret əmtəə üzrə satış həcmini bazarda müvafiq əmtəənin ümumi satış həcminə bölərək 100%-ə vurmaq lazımdır;
müəyyən dövr ərzində (məsələn, 1 il müddətində) bazarda konkret əmtəənin ümumi satış həcmi ilə firmanın müvafiq əmtəə üzrə satış həcminin cəmini100%-ə vurmaq lazımdır;
bunlardan heç biri doğru deyil
