Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Biznesin əsasları 1-100

Total questions: 100

Worksheet time: 1hrs 15mins

Name
Class
Date
1.
Biznes növü deyil:
a)
Satış
b)
İstehsal
c)
Kommersiya
d)
Maliyyə
e)
Konsultativ
2.
Aşağıdakılardan hansı biznesin mühüm əlamətlərindən biridir?
a)
Şəxsi və kollektiv təşəbbüskarlığın təzahürü
b)
Resurslarin bölüşdürülməsi
c)
Mənfəətin artörölması imkanı
d)
yeniliklərin idarə edilməsi qabiliyyəti
e)
Mühafizə mexanizminin etibarlığı
3.
Hansı fəaliyyət istiqamətinə görə biznesin növləridir ?
a)
istehsal biznesi, kommersiya biznesi, maliyyə biznesi, konsultativ biznes
b)
istehsal biznesi, kommersiya biznesi, mal biznesi
c)
xidmətlərin göstərilməsi üzrə biznes, kommersiya biznesi
d)
istehsal biznesi, mal biznesi, büdcə biznesi, siğorta biznesi
e)
kommersiya biznesi, maliyyə biznesi, xidmətlərin göstərilməsi üzrə biznes
4.
Maliyyə biznesi nəyi nəzərdə tutur?
a)
Qiymətli kağızlar bazarının təhlilini
b)
Idarəetmə məsələləri üzrə məsləhəti
c)
Alqı-satqı üzrə əməliyyat və sazişlər
d)
iş və xidmətlərin yerinə yetirilməsini
5.
Biznes növünə aid deyil?
a)
investisiya
b)
kommersiya
c)
istehsal
d)
konsultativ
e)
maliyyə
6.
Aşağıda qeyd edilənlərin hansını sahibkar anlayışına aid etmək olar?
a)
Gələcək inkişaf haqqında düşünən, təşəbbüskar, riskə gedən şəxs, novator
b)
Mənfəətin əldə edilməsi məqsədi ilə istənilən fəaliyyət növü ilə məşğul olan şəxs
c)
ödənişli xidmətlər göstərən istənilən şəxs
d)
Mənfəət haqqında fikirləşən şəxs
e)
Mənfəətin əldə edilməsi məqsədi ilə xidmətlər göstərən şəxs
7.
Ən zərif və mürəkkəb biznes növü hansıdır?
a)
maliyyə
b)
kommersiya
c)
istehsal
d)
konsultativ
8.
Xarici və daxili imkanların təhlili hansı metod ilə həhata keçirilir?
a)
SWOT
b)
PESTEL
c)
Statistik
d)
Analiz
9.
Biznesin mühüm əlamətlərinə uyğun olmayan variantı seçin.
a)
Biznes sahiblərinin məsuliyyət götürməməsi
b)
Öz maraqlarının reallaşdırılmasına cəhd
c)
Şəxsi və kollektiv təşəbbüskarlığın təzahürü
d)
Qarşıya qoyulan məqsədə çatmaq üçün riskə getmək qabiliyyəti
e)
İqtisadiyyat subyektləri arasında fəaliyyətin dəyişməsi
10.
Sahibkarlıq fəaliyyətinin mühüm cəhətlərinə aiddir. 1) İqtisadi maraq; 2) təsərrüfat riski və məsuliyyət; 3) təsərrüfat subyektlərinin asılı olması; 4) sahibkarın idarəetmədə iştirak etməməsi
a)
1,2
b)
2,4
c)
1,3
d)
3,4
e)
2,3
11.
‘Sahibkar’ teminini ilk dəfə kim işlətmişdir?
a)
R.Kantilon
b)
A.Smit
c)
D.Rikardo
d)
Y.Şumpeter
e)
C.M.Keyns
12.
Aşağıdakılardan kim xüsusi sahibkarlığa başqa meyarlarla açıqlama gətirirək ‘yalnız şəxsi mənafe məsələsi deyil, eyni zamanda ictimai məsələdir’ yazmışdır?
a)
A.Smit
b)
D.Rikardo
c)
R.Kantilon
d)
Y.Şumpeter
e)
C.M.Keyns
13.
Sahibkara xas olmayan xüsusiyyət hansıdır?
a)
Tənbəl
b)
Tələbatın strukturunu bilən
c)
Enerjili
d)
Yaradıcı
e)
İxtiraçı
14.
Biznesin təşkilati-iqtisadi formalarına aid deyil.
a)
Cəmiyyət
b)
Sindikat
c)
Konsern
d)
Konsersum
e)
Kartel
15.
Biznes mülkiyyət formalarına görə təsnifləşdirilir.
a)
Xüsusi, dövlət, bələdiyyə
b)
Şəxsi və dövlət
c)
Assosiasiya, sindikat, konsern
d)
Yoldaşlıq və cəmiyyət
e)
Fərdi və kollektiv
16.
Biznes mülkiyyətçilərin miqdarına görə təsnifləşdirilir.
a)
Fərdi və kollektiv
b)
Xüsusi, dövlət, bələdiyyə
c)
Şəxsi və dövlət
d)
Assosiasiya, sindikat, konsern
e)
Yoldaşlıq və cəmiyyət
17.
Biznesin aparıcı və ən mürəkkəb növü hansıdır?
a)
İstehsal
b)
Kommersiya
c)
Maliyyə
d)
Konsultativ
18.
Aşağıdakılardan hansı istehsal amili deyil?
a)
firma
b)
əmək
c)
kapital
d)
torpaq
e)
sahibkarlıq qabiliyyəti
19.
Əsas istehsal fondlarına aiddir.
a)
Nəqliyyat vasitələri
b)
Tara və tara materialları
c)
Yarımfabrikatlar
d)
Yanacaq və elektrik enerjisi
e)
Xammal və material
20.
Aşağıdakılardan hansı dövriyyə istehsal fondlarına aiddir?
a)
Xammal və material
b)
Maşın və avadanlıqlar
c)
Nəqliyyat vasitələri
d)
Tikililər
e)
Ötürücü qurğular
21.
Tədavül xərclərinə daxil deyil.
a)
Məhsulun istehsalı xərcləri
b)
Reklam xərcləri
c)
Məhsulun saxlanması xərcləri
d)
Məhsulun hərəkəti xərcləri
e)
Tələbatın öyrənilməsi xərcləri
22.
‘Ticarət evi’nə aid olmayan variantı seçin.
a)
İstehsalçı və istehlakçının görüşdüyü məkandır
b)
Topdansatış və pərakəndəsatış ticarətini əlaqələndirir
c)
Məhsulun nəqli, saxlanması və bükülməsi əməliyyatlarını həyata keçirir
d)
Öz vəsaiti hesabına məhsul alır və öz adından reallaşdırır
e)
Əmtəə mübadiləsi sferasında fəaliyyət göstərən təşkilati birliyi ifadə edir
23.
Öz biznesinə başlamadan öncə mütləq görülməli analitik işlərə aid deyil.
a)
müəssisənin adını təyin etmək
b)
fəaliyyətin əsas istiqamətini seçmək
c)
maliyyə imkanlarını qiymətləndirmək
d)
peşəkar icraçı kollektiv formalaşdırmaq
e)
kommersiya imkanlarının həcmini müəyyənləşdirmək
24.
Uğurlu sahibkarın xarakterik əlamətlərinə aid deyil.
a)
maliyyə mənbələrini təhlil etməmək
b)
işin faydalılığını qiymətləndirmək bacarığı
c)
müəyyən riskə getməyə hazır olmaq
d)
son nəticəyə yönəlmək
e)
öz rəqibləri arasında həmişə yaxşı olmağa cəhd etmək
25.
Məhsul satışının hansı üsulları var?
a)
sifariş və azad
b)
ilkin və törəmə
c)
azad və asılı
d)
daxili və xarici
e)
makro və mikro
26.
Bu, iqtisadi təhlükəsizliyin və əmin-amanlığın təmin olunması üsullarından biridir, ağıllı ehtiyatlılıqdır.
a)
siğorta
b)
mühafizə
c)
kredit təşkilati
d)
maliyyə biznesi
e)
konsultativ biznes
27.
Bu, dövlət və biznesmenlərin mənafeyi ilə bağlı məsələlərin effektiv həllinə imkan yaradan obyektiv, qərəzsiz və müstəqil analitik-nəzarət infrastrukturudur.
a)
audit
b)
bank
c)
siğorta
d)
birja
e)
marketinq
28.
Sahibkarların kifayət qədər peşəkarlıq hazırlığı olmaması nəyə səbəb olur?
a)
kiçik firmanın intensiv müflisləşməsi və iflasa uğramasına
b)
Sahənin iqtisadi xarakteristikasını dəyişdirməyə
c)
Müvafiq biznes sahəsindəni tendensiyalara
d)
Biznes strategiyasını dəyişdirməyə
29.
Kiçik biznes innovasiyada kəşfiyyatçı rolunu oynayır. Bu aşağıdakılardan hansına aiddir?
a)
Kiçik müəssisənin funksional roluna
b)
Kiçik müəssisənin mahiyyətini bildirən əsas xüsusiyyətə
c)
Kiçik biznesə formal yanaşmaya
d)
Kiçik biznesin keyfiyyət və kəmiyyət meyarlarına
30.
Kiçik biznesin keyfiyyət meyarlarına uyğun olmayanı göstərin.
a)
müəssisədə satışın həcmi, dövriyyə, aktivlərin dəyəri
b)
yalnız məhdud bazar seqmentlərinə malik olmaq qabiliyyəti
c)
qeyri-müntəzəm menecment, «sağlam fikir idarəetmənin» üstünlüyü
d)
istehsal olunan məhsulun (xidmətin) nisbətən az miqdarda olması
e)
yüksək təşkilati-funksional çeviklik və mobillik
31.
Dövlət tərəfindən sahibkarlara daim yardım edilməsi kiçik və orta müəssisələrə imkan verir ki, ... 1. İnnovasiyada kəşfiyyatçı rolunu oynasın 2. İnkişaf etsin 3. Məhdud bazar seqmentinə malik olsun 4. Fəaliyyəti əlaqələndirsin 5. Fərqli inkişaf yoluna keçsin
a)
2,4
b)
3,5
c)
1,5
d)
3,4
e)
2,5
32.
Kiçik və orta istehsal müəssisələrinin yaradılması və inkişafı nəticəsində .... 1. Insanların yaradıcılıq imitasiyası artır 2. iqtisadiyyat sahələri üzrə yeniliklərin, mütərəqqı texnologiyaların tətbiqi sürətlənir 3. fəaliyyətə yaradıcı yanaşma 4. əhalinin məşğulluq səviyyəsi artır 5. azad rəqabət mühiti formalaşır
a)
2,4,5
b)
1,4,5
c)
2,3,4
d)
1,2,3
33.
Yaponiyada ölçülərindən asılı olaraq müəssisələrin qruplara bölünməsində hansı göstəricidən istifadə olunur?
a)
Kapitalın həcmi və işçilərin sayı
b)
Istehsal olunan məhsulun həcmi
c)
Müqayisəli məhdud resurslar
d)
Bazarın həcminə görə
34.
Aşağıdakılardan biri kiçik firmaların dörd əsas strategiyasından biri deyil:
a)
biznes növünün dəyişdirilməsi və ya azaldılması strategiyası
b)
Korirasiya strategiyası
c)
İri firmanın məhsulunda iştirak strategiyası
d)
Optimal həcm strategiyası
e)
İri firmanın təchizat sistemində iştirak strategiyası
35.
İri firmalarla rəqabət mübarizəsində kiçik biznes hər şeydən əvvəl özünün hansı başlıca üstünlüklərindən istifadə edir? 1. Çeviklik 2. surətlə hərəkətetmə 3. ərazi manevrilik 4. ixtisas səviyyəsindən 5. Maliyyə imkanlarından
a)
1,2,3
b)
1,4,5
c)
2,3,4
d)
1,2,5
e)
3,4,5
36.
Dövlət strukturlarının biznesin subyekti kimi işgüzar marağı nədir?
a)
Ümumdövlət proqramlarının həyata keçirilməi
b)
Qarşılıqlı fəaliyyət əsasında gəlir götürmək
c)
Iqtisadi artım tempinə, məhsulun keyfiyyətinə təsir göstərmək
d)
Tələbatın ödənilməsi
e)
Gəlir əldə etmək
37.
Sahibkarların biznesin subyekti kimi işgüzar marağı nədir?
a)
Gəlir əldə etmək
b)
Ümumdövlət proqramlarının həyata keçirilməi
c)
Tələbatın ödənilməsi
d)
Iqtisadi artım tempinə, məhsulun keyfiyyətinə təsir göstərmək
38.
İstehlakçıların biznesin subyekti kimi işgüzar marağı nədir?
a)
Tələbatın ödənilməsi
b)
Ümumdövlət proqramlarının həyata keçirilməi
c)
Qarşılıqlı fəaliyyət əsasında gəlir götürmək
d)
Iqtisadi artım tempinə, məhsulun keyfiyyətinə təsir göstərmək
e)
Gəlir əldə etmək
39.
Bunlardan hansı kiçik müəssisələrinə vergi qanunvericiliyində nəzərdə tutulan güzəştlərdən biridir?
a)
Sürətli amortizasiyadan istifadə imkanı
b)
Ləğv və iflas proseduru
c)
Istehsalın texniki himayədarlığı
d)
Azad ticarətə istiqamətlənmə
40.
Qeyd edilənlərin hansı kiçik biznesinin zəif tərəfidir ?
a)
idarəetmə təcrübəsinin olmaması
b)
ixtira və innovasiya fəaliyyətinin təşəbbüskarlığı
c)
fəaliyyətin maliyyə nəticələri
d)
böyük biznesin kiçik biznesdən asılılığı
e)
iş yerlərinin açılması
41.
Kiçik müəssisələrin funksional rolu aşağıdakılardan hansıdır?
a)
İnhisarçıların çəkindiyi riski öz üzərinə götürür
b)
Satışın həcmi müəyyən hədd çərçivəsində dəqiqləşdirilir
c)
Müqayisəli məhdud resurslardan istifadə edir
d)
İstehsal olunan məhsulun kəmiyyəti əsas götürülür
42.
Aşağıdakılardan biri kiçik firmaların dörd əsas strategiyasından biri deyil:
a)
Yaradıcılıq imitasiyası
b)
Optimal həcm strategiyası
c)
İri firmanın məhsulunda iştirak strategiyası
d)
Korirasiya strategiyası
e)
İri firmanın təchizat sistemində iştirak strategiyası
43.
Kiçik biznesin əsas üstünlüyü nədədir?
a)
bazar mühitinə daha elastik adaptasiya
b)
bazarın zəbti
c)
yüksək ixtisaslı işçilərin cəlb edilməsi
d)
hazır məhsulun qiymət və mayadəyərinin nəzarətində çətinlik
e)
inkişaf və araşdırmaya böyük həcmdə vəsaitlərin yönəlməsi
44.
Biznes-inkubatorlar aşağıdakı hansı xidmətləri göstərirlər?
a)
bütün cavablar doğrudur
b)
reklam şirkətlərinə kömək edirlər
c)
partnyorların axtarışına kömək edirlər
d)
marketinq xidmətləri göstərilir
e)
mövzulara dair məsləhətlər hazırlayırlar
45.
Aşağıdakılardan hansı biznes sisteminə aid deyil?
a)
Dövlət strukturları
b)
Menecment
c)
Marketinq
d)
Fəaliyyətin qiymətləndirilməsi
46.
M.Çerçill və V.Levis kiçik bizneslə məşğul olan müəssisənin inkişafının 5 mərhələsini qeyd edir. Aşağıdakılardan hansı ilk mərhələdir?
a)
İdeya formalaşır, o nəzəri və əməli cəhətdən formalaşır
b)
Müəssisənin fəaliyyət dairəsi dəqiqləşdirilməlidir
c)
Məhsul istehsalının artım tempinə nail olmaq
d)
Müəssisənin iqtisadi cəhətdən sabitliyinə nail olmaq
47.
Amerika iqtisadçıları N. Çerçill və V. Levis həmin inkişafı beş mərhələyə bölürlər, aşağıdakılardan hansı son (beşinci) mərhələdir?
a)
kiçik bizneslə məşğul olan müəssisənin daxili və xarici bazarların mühitinə tam uyğunlaşması xarakterizə edilir.
b)
müəssisənin iqtisadi cəhətdən sabitliyinə nail olmaq
c)
müəssisənin fəaliyyət dairəsi dəqiqləşdirilməli, taktikası və strategiyası formalaşdırılmalı, gəlir və xərclər arasında nisbət müəyyən edilməlidir
d)
istehsal tələbatını ödəmək üçün müəssisədə məhsul istehsalının artım tempinə nail olmaq
e)
ideya formalaşır, o, nəzəri, əməli cəhətcə əsaslandırılır və sonra kiçik bizneslə məşğul olacaq müəssisənin vəzifələri müəyyənləşdirilir
48.
Bunlardan hansi biznesin subyektləri kimi çıxış edir?
a)
Dövlət strukturları
b)
Vergi orqanları
c)
Maliyyəçilər
d)
Hüquqşünaslar
e)
Rəqiblər
49.
Sinergiya nə deməkdir?
a)
Əməkdaşlıq
b)
Ictimai münasibət
c)
Hüquqa malik olmaq
d)
Hüquq vermək
50.
Aşağıdakılardan hansı kiçik biznesin kəmiyyət meyarına aiddir?
a)
Dövriyyənin həcmi
b)
Mobillik
c)
Çeviklik
d)
Müqayisəli məhdud resurslar
e)
Bazara istiqamətlənmə
51.
Biznesin subyekti olan muzdlu işçilərin fəaliyyətində biznesin əsası nədir?
a)
İş qüvvəsi üzərində xüsusi mülkiyyət
b)
Istehlak şeyləri üzərində mülkiyyət
c)
Istehsal vasitələri üzərində mülkiyyət
d)
Daşınmaz əmlak üzərində mülkiyyət
e)
İstehsal vasitələri üzərində dövlət mülkiyyəti
52.
Amerika iqtisadçıları N. Çerçill vә V. Levis hәmin inkişafı beş mәrhәlәyә bölürlәr, aşağıdakılardan hansı ikinci mәrhәlәdir?
a)
müәssisәnin fәaliyyәt dairәsi dәqiqlәşdirilmәli, taktikası vә strategiyası formalaşdırılmalı, gәlir vә xәrclәr arasında nisbәt müәyyәn edilmәlidir
b)
müәssisәnin iqtisadi cәhәtdәn sabitliyinә nail olmaq
c)
kiçik bizneslә mәşğul olan müәssisәnin daxili vә xarici bazarların mühitinә tam uyğunlaşması xarakterizә edilir.
d)
ideya formalaşır, o, nәzәri, әmәli cәhәtcә әsaslandırılır vә sonra kiçik bizneslә mәşğul olacaq müәssisәnin vәzifәlәri müәyyәnlәşdirilir
e)
istehsal tәlәbatını ödәmәk üçün müәssisәdә mәhsul istehsalının artım tempinә nail olmaq
53.
Amerika iqtisadçıları N. Çerçill vә V. Levis hәmin inkişafı beş mәrhәlәyә bölürlәr, aşağıdakılardan hansı üçüncü mәrhәlәdir?
a)
müәssisәnin iqtisadi cәhәtdәn sabitliyinә nail olmaq
b)
müәssisәnin fәaliyyәt dairәsi dәqiqlәşdirilmәli, taktikası vә strategiyası formalaşdırılmalı, gәlir vә xәrclәr arasında nisbәt müәyyәn edilmәlidir
c)
kiçik bizneslә mәşğul olan müәssisәnin daxili vә xarici bazarların mühitinә tam uyğunlaşması xarakterizә edilir.
d)
ideya formalaşır, o, nәzәri, әmәli cәhәtcә әsaslandırılır vә sonra kiçik bizneslә mәşğul olacaq müәssisәnin vәzifәlәri müәyyәnlәşdirilir
e)
istehsal tәlәbatını ödәmәk üçün müәssisәdә mәhsul istehsalının artım tempinә nail olmaq
54.
Amerika iqtisadçıları N. Çerçill vә V. Levis hәmin inkişafı beş mәrhәlәyә bölürlәr, aşağıdakılardan hansı dördüncü mәrhәlәdir?
a)
istehsal tәlәbatını ödәmәk üçün müәssisәdә mәhsul istehsalının artım tempinә nail olmaq
b)
müәssisәnin iqtisadi cәhәtdәn sabitliyinә nail olmaq
c)
kiçik bizneslә mәşğul olan müәssisәnin daxili vә xarici bazarların mühitinә tam uyğunlaşması xarakterizә edilir.
d)
ideya formalaşır, o, nәzәri, әmәli cәhәtcә әsaslandırılır vә sonra kiçik bizneslә mәşğul olacaq müәssisәnin vәzifәlәri müәyyәnlәşdirilir
e)
müәssisәnin fәaliyyәt dairәsi dәqiqlәşdirilmәli, taktikası vә strategiyası formalaşdırılmalı, gәlir vә xәrclәr arasında nisbәt müәyyәn edilmәlidir
55.
Yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün hansı meyar əsas götürülür?
a)
işçilərin sayı
b)
satışın həcmi
c)
aktivlərin dəyəri
d)
illik dövriyyə
56.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün əsas hansı meyar götürülür?
a)
illik dövriyyə
b)
işçilərin sayı
c)
satışın həcmi
d)
aktivlərin dəyəri
57.
Biznes infrastrukturuna daxil edilən idarəetmə strukturlarının birbaşa iştirakçılarına aid deyil:
a)
Müxtəlif peşəkar cəmiyyət və fondlar
b)
Marketinq mərkəzləri
c)
Siğorta şirkətləri
d)
Elektron ticarət sistemləri
e)
İnformasiya texnologiyaları və kommunikasiya vasitələri
58.
Biznes infrastrukturuna daxil edilən idarəetmə strukturlarının dolayı iştirakçılarına aid deyil.
a)
Marketinq mərkəzləri
b)
Müxtəlif peşəkar cəmiyyətlər
c)
Dövlət statistika komitəsi
d)
Maliyyə Nazirliyi
e)
Sahə elmi tədqiqat institutları
59.
Marksa görə infrastruktur anlayışı nədir?
a)
İstehsalın maddi şəraitini əks etdirən ümumi əmək vasitələridir
b)
Əhalinin gündəlik həyatını təmin edən kompleksdir
c)
Tikintinin kənardan görünməyən alt hissəsidir
d)
İqtisadi sahələrin fəaliyyətinin mümkünlüyünü təmin edən sahələrin məcmusudur
e)
İşçi qüvvəsini təkrar istehsalını əhatə edən sahədir
60.
Birja əməliyytatlarının həyata keçirilməsi zamanı meydana çıxan mübahisəli məsələlərin həllində əsas sənəd hansıdır?
a)
Birja ticarət qaydaları
b)
Əmtəə sövdələşmələri
c)
Kommersiya müqavilələri
d)
Sığorta qaydaları
61.
Aşağıdakılardan hansı əmtəə birjasının əsas vəzifə və funksiyalarından biri deyil?
a)
innovasiya fəaliyyəti
b)
Informasiya fəaliyyəti
c)
Ticarətin müntəzəm təzələnməsi
d)
əmtəənin özü olmadan sövdələşmənin başa çatdırılması
e)
Birja ticarətinin hazırlanması və təşkili
62.
Biznes infrastrukturuna daxil edilən idarəetmə strukturlarının birbaşa iştirakçılarına aid deyil:
a)
Hesablama Palatası
b)
marketinq mərkəzləri
c)
birjalar
d)
klirinq mərkəzləri
e)
broker şirkətləri
63.
Bunlardan hansı maliyyə bazarının tərkibinə daxildir?
a)
Pul bazarı, Qiymətli kağızar bazarı, Kredit bazarı
b)
Pul bazarı, innovasiya bazarı
c)
Kredit bazarı, lizinq bazarı, pul bazarı
d)
Sığorta bazarı, Kredit bazarı, Pul bazarı
e)
Qiymətli kağızar bazarı, investisiya bazarı
64.
Ölkəmizdə birja ticarətinin inkişafı gözlənilən iqtisadi səmərəni lazımi səviyyədə verməmişdir. Bunun əsas səbəbləri hansılardır? 1. ədalətsiz rəqabət 2. informasiya təminatının qeyri təkmil olması 3. bazar subyektlərinin fəaliyyətinin çevik olmaması 4. səmərəsiz idarəetmə strukturu 5. ticarətin müntəzəm təzələnməməsi
a)
2,4
b)
1,3
c)
1,2
d)
3,5
e)
3,4
65.
Innovasiya prosesi bu tədbirin həyata keçirilməsini nəzərdə tutmur:
a)
Yeni müəssisələrin investisiya fəallığın artırılması
b)
Buraxılan məhsulun modernləşdirilməsini
c)
Yeni avadanlığın istehsalata tətbiqi
d)
Yeni növ məhsulun mənimsənilməsi
e)
Istehsalın təşkili və idarəetmənin mütərəqqi metodlarının tədbiqi
66.
Aşağıdakılardan biri biznes infrastruktunda onun fəaliyyət göstərməsi üçün şərait yaradan dolayı iştirakçı deyil:
a)
Sığorta şirkətləri
b)
Qiymətli kağızlar üzrə Komitə
c)
Nazirlər Kabineti
d)
Auditorlar Palatası
e)
Milli Məclis
67.
İnvestisiya fəaliyyəti haqda qanun nə vaxt verilib?
a)
13 fevral 1995
b)
5 mart 1995
c)
5 mart 1993
d)
13 fevral 1993
e)
10 dekabr 1994
68.
Əmtəə birjasının fəaliyyəti hansı qurum tərəfindən lisenziyalaşdırılır?
a)
İqtisadi İnkişaf Nazirliyi
b)
Vergi Nazirliyi
c)
Auditorlar Palatası
d)
Dövlət Gömrük Komitəsi
e)
Maliyyə Nazirliyi
69.
Qərbdə ilk dəfə infrastruktur termini XX əsrin əvvəllərində nədə istifadə olunmuşdu?
a)
Silahlı qüvvələrin hərbi qabiliyyətini təmin edən obyekt və qurğuların təhlilində
b)
Bazar münasibətlərinin təşkilat səviyyəsinin təhlilində
c)
Ölkənin müdafiə qabiliyyətinin təhlilində
d)
Silahlı qüvvələrin fəaliyyət mexanizminin təhlilində
70.
Bir ölkənin pul vahidini digər ölkənin pul vahidində əks etdirən qiymət necə adlanır?
a)
valyuta kursu
b)
valyuta klirinqi
c)
qiymət yaradılması
d)
devalvasiya
e)
marja
71.
Qeyd edilənlərdən hansı biznes infrastrukturuna aid edilmir?
a)
ictimai təşkilatlar
b)
innovasiya bazarı
c)
konsaltinq bazarı
d)
maliyyə bazarı
e)
siğorta şirkətləri
72.
Qeyd edilənlərdən hansı qiymətli kağızdır?
a)
istiqraz
b)
kapital
c)
xarici valyuta
d)
emitent
73.
İstehlak bazarları hansı bazarları əhatə edir?
a)
İstehsalat və qeyri-istehsalat təyinatlı mal və xidmətlər bazarını
b)
Daşınmaz əmlak bazarı
c)
Əmtəə və əmək bazarını
d)
İnfrastruktur xidməti
e)
Reklam və Konsaltinq xidməti
74.
Aşağıdakılardan hansı biznes infrastrukturunun idarəetmə strukturunun birbaşa iştirakçısıdır?
a)
Birjalar
b)
Nazirlər Kabineti
c)
Maliyyə Nazirliyi
d)
Vergilər Nazirliyi
e)
Hesablama Palatası
75.
Aşağıdakılardan hansı biznes infrastrukturunun idarəetmə strukturunun dolayı iştirakçısıdır?
a)
Gömrük
b)
Broker şirkətləri
c)
Siğorta şirkətləri
d)
Marketinq mərkəzləri
e)
Hərraclar
76.
Aşağıdakılardan hansı qiymәtli kağızlar bazarına aiddir? 1. Pul bazarı 2. İlkin bazar 3. Fond bazarı 4. Valyuta bazarı 5. Banklararası bazar
a)
2,3
b)
1,2
c)
1,5
d)
2,4
e)
3,5
77.
Bunlardan hansı pul bazarına daxildir? 1. Valyuta bazarı 2. Birja bazarı 3. Fond bazarı 4. Emissiya 5. Banklararası bazarı
a)
1,5
b)
2,5
c)
3,4
d)
2,3
e)
1,2
78.
Bunlardan hansı kredit bazarına daxildir? 1) Qısamüddətli; 2) Birja bazarı; 3) Fond bazarı; 4) Uzunmüddətli; 5) Banklararası bazarı
a)
1,4
b)
1,2
c)
4,5
d)
2,3
e)
1,5
79.
Birja –
a)
Eynicinsli maddi və qeyri-maddi əmtəələrin topdan bazar ticarətinin xüsusi formasıdır
b)
Qiymətli kağızların pərakəndə bazar ticarətinin xüsusi formasıdır
c)
Maddi və qeyri-maddi əmtəələrin pərakəndə bazar ticarətinin xüsusi formasıdır
d)
Yalnız qeyri-maddi əmtəələrin topdan bazar ticarətinin xüsusi formasıdır
e)
Müxtəlif çeşidli maddi əmtəələrin topdan bazar ticarətinin xüsusi formasıdır
80.
Aşağıdakılardan hansı birjanı biznes infrastrukturuna daxil edilən müstəqil bazarlardan fərqləndirən cəhətlərdən deyil?
a)
bazar münasibətlərinin təşkilati səviyyəsinin optimallığını təmin edir
b)
əməliyyatlarda aşkarlıq və iştirakçıların bərabərliyi təmin olunur
c)
qiymət katirovkası həyata keçirilir
d)
əməliyyatlar müəyyən zaman və məkan çərçivəsində aparılır
e)
Birjada alıcı əmtəə almır, ona mülkiyyət hüququ qazanır
81.
Əmtəə birjasında dövriyyənin təxminən 90%-i hansı sövdələşmənin payına düşür?
a)
Fyuçers
b)
Forvard
c)
Real əmtəə üzrə
d)
Spot
e)
Gələcəkdə təchiz etmə
82.
Qiymətli kağızlar bazarının təsnifləşdirilməsinə aid deyil.
a)
əsas və ikinci dərəcəli
b)
təşkilatlanmış və qeyri-təşkilatlanmış
c)
ənənəvi və komputerləşdirilmiş
d)
kassa və təcili
e)
birja və birjadankənar
83.
.......qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya almış peşəkar vasitəçilər və digər bazar iştirakçıları arasında qiymətli kağızların dövriyyəsidir. Bu qiymətli kağızlar bazarının hansı təsnifləşdirmə növüdür?
a)
təşkilatlanmış bazar
b)
qeyri-təşkilatlanmış bazar
c)
ilkin bazar
d)
birjadan kənar bazar
e)
kassa
84.
.....əvvəl buraxılmış qiymətli kağızların dövriyyəsidir. Bu qiymətli kağızlar bazarının hansı təsnifləşdirmə növüdür?
a)
törəmə bazar
b)
ilkin bazar
c)
qeyri-təşkilatlanmış bazar
d)
birja bazarı
e)
ənənəvi bazar
85.
İnnovasiya haqqında tədqiqatların əsasını qoyan kim olmuşdur?
a)
Y.Şumpeter
b)
M.Porter
c)
R.Kantilon
d)
L.İ.Abalkin
e)
Q.Menil
86.
Xarici investorları ölkəmizin iqtisadiyyatına sərmayə qoymağa sövq edən başlıca səbəblərindən deyil.
a)
müasir texnoloji təchizatın olması
b)
respublikamızın zəngin mineral-xammal resurslarına malik olması
c)
yüksək ixtisaslı kadr potensialının mövcud olması
d)
xarici investisiyaların qorunmasına dair dövlət tərəfindən zəmanət verilməsi
e)
normativ-hüquqi bazanın və qanunvericilik aktlarının mükəmməl olması.
87.
Portfel və ya maliyyə investisiyalarına aiddir.
a)
qiymətli kağızlara investisiyalar
b)
ticarətə investisiya
c)
sənayeyə investisiya
d)
xidmət sferasına investisiya
e)
beynəlxalq maliyyə təşkilatlarına borc ssuda kapitalı
88.
Bu, gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək üçün sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaiti, habelə maddi və intellektual sərvətlərdir.
a)
investisiya
b)
innovasiya
c)
sahibkarlıq
d)
marketinq
e)
bazar
89.
Ənənəvi hüquq sistemi hansı ölkələr üçün xasdır?
a)
Böyük Britaniya
b)
Almaniya
c)
ABŞ
d)
Yaponiya
e)
İran
90.
Vətəndaş hüquq sistemi həmçinin belə də adlanır?
a)
Kodlaşdırılmış hüquq sistemi
b)
Demokratik hüquq sistemi
c)
Mərkəzləşmiş hüquq sistemi
d)
Ənənəvi hüquq sistemi
e)
Teokratik hüquq sistemi
91.
Aşağıdakılardan hansı təşkilatda əmək bölgüsünün 2 daxili təbii formasından biridir ?
a)
Əməyin ümumi fəaliyyətin hissələri olan ünsürlərə bölünməsi
b)
Fəaliyyətin səmərləi olması üçün əməyin şaquli bölgüsü həyata keçirilir
c)
Əmək bölgüsünün daha bir istiqaməti vəzifələrin xülasə edilməsidir
d)
Əmək bölgüsü istehsalın miqyası və mürəkkəbliyindən asılıdır
92.
Biznesin daxili şərtlər sırasına aşağıdakılardan hansı aiddir ?
a)
İnsanlar və onların qabiliyyəti
b)
Elmi-texniki tərəqqi
c)
İstehlakçılar
d)
Rəqiblər
e)
Əmək ehtiyatları
93.
Biznesin iqtisadi mühiti nəyi səciyyələndirir?
a)
Biznesin təşkili , fəaliyyəti və səmərəliliyini
b)
Biznesin vəziyyətinin dövlət siyasətindən asılılığını
c)
Elmi-texniki tərəqqinin biznesdə rolunu
d)
Biznesin təşkilinin üsul və metodlarını
e)
Biznesin xarici mühitdən asılılığını
94.
Aşağıdakılardan hansı müasir demokratik siyasi sistemlərin əlamətlərindən biridir?
a)
Müstəqil və ədalətli məhkəmə sistemi
b)
Kodlaşdırılmış hüquq sistemi
c)
Azad və müstəqil sahibkarlıq fəaliyyəti
d)
Demokratiya və totalitarizm
95.
Biznesin daxili mühitinə aid edilmir?
a)
siyasi amillər
b)
müəssisənin quruluşu
c)
texnologiya
d)
məqsəd
e)
vəzifə
96.
Hansı amil daxili mühit amillərinə aid deyil?
a)
vergi qoyma səviyyəsi
b)
müəssisənin quruluşu
c)
müəssisənin məqsədi
d)
texnologiya
e)
heyət
97.
Biznesin xarici mühitinə aid edilmir?
a)
müəssisənin məqsədi
b)
siyasi amillər
c)
rəqiblər
d)
iqtisadi mühit
e)
təbii mühit
98.
Müəssisənin xarici mikromühitinə nə aiddir?
a)
alıcılar,rəqiblər
b)
alıcılar, banklar, vasitəçilər
c)
xarici partnyorlar, dövlət orqanları, banklar
d)
rəqiblər, dövlət orqanları, istehlakçı cəmiyyətləri
e)
alıcılar, xarici partnyorlar, vasitəçilər
99.
Müəssisənin makromühitinə nə aiddir?
a)
iqtisadi, təbii, elmi-texniki, siyasi, mədəni mühit
b)
xarici partnyorlar, mədəni, iqtisadi, daxili sahibkarlıq mühiti
c)
rəqiblər,vasitəçolər,dövlət orqanları
d)
mədəni, istеhlаkçı, fərdi, istеhsаl
e)
tədarükçü, istehlakçı, xarici partnyorlar
100.
Aşağıdakılardan hansı dəyişən daxili makroiqtisadi amillərdən biridir?
a)
İnflyasiya
b)
Valyuta məzənnələri
c)
Xarici ticarət
d)
Dünya bazarındakı konyuktura
e)
Mal və kapitalın idxalı